Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                 

İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir - İTTİHAM
Tarix: 12-04-2021, 15:41 | Çap et
İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir
DİA.AZ: - "“Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli fərmanı ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi , məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması , məhkəmə icraatının effektivliyinin yüksəldilməsi , məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması , süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün tədbirlər görülməsini gücləndirmək amacı güdür. Fərmanın 5-ci bəndi ilə Məhkəmə Hüquq Şurasına işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi , qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi tapşırılıb. İki il keçsə də, məhkəmə hüquq sistemində süründürməçiliyin , vəkillərlə hakimlər arasında qeyri-prosessual münasibətlərin daha da “dərinləşməsi” baş verib. “İslahatların dərinləşməsi” o həddə çatıb ki, hakimlər, məhkəmə instansiyaları bir-birinə qeyri-prosessual münasibətlə bağlanıb. Özəlliklə , apellyyasiya instansiyaları aşağı instansiyalarla qeyri-prosessual münasibətə girməkdə “təkmilləşiblər”". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə dahs sonra bildirilir: "Düzdür, əvvəllər də, hətta hakimə etiraz hüququn pozulması ilə nəticələnirdi, amma bu qeyri-prosessual pozuntu “hakim həmkarlığı”ndan qaynaqlanırdı . İndi isə birinci instansiya məhkəməsi qeyri-prosessual münasibət sonucu qəbul etdiyi qanunsuz qərarını qüvvədə saxlamaq üçün apellyasiya instansiyası ilə qeyri-prosessual münasibətə girir. Buna deyərlər, ikiqat qeyri-prosessual münasibət. Vay o günə ki, Şəkidəki kimi, birinci instansiya ilə apellyasiya instansiyası eyni binada yerləşsin. İndi isə təsəvvür edin ki , eyni binada yerləşən apellyasiya instansiyasından aşağı instansiyaya -Şəki İnzibati-iqtisadi Məhkəməsinə iş 4 aydan sonra “çatıb”! Və Məhkəmə Hüquq Şurası da bu “prosessual hüquq”u qanuni sayıb ! (?)Bu günlərdə Şəki İnzibati Məhkəməsi (hakim İlqar Cabbarov) daha bir qeyri-prosessual münasibətə “imza atıb “.

Kənd təsərrüfatı sahibkarlığı, arıçılıqla , qoyunçuluqla , mal-qara saxlamaqla məşğul olan Ağsu rayonu, Pirhəsənli kənd sakini Firuz Maarif oğlu 15 il qabaq başqa şəxsin Yenilik bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsini haqqını ödəməklə bələdiyyənin, Ağsu RİH -in torpaq şöbəsinin razılığı ilə icarəsinə götürüb və həmin sahədə yaşayış evi, qeyri-yaşayış binaları (fermalar, mal-qoyun tövbələri və s.) tikib, sosial infrastruktur ilə təchiz edib. Biri Daun sindromlu sağlamlıq imkanları məhdud olan üç körpə uşaqlı ailə başçısı dövlətdən heç bir sosial yardım istəmədən kəndli-fermer təsərrüfatından ailəsinin mövcudluğunun iqtisadi əsası kimi istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 59 -cu (“Azad sahibkarlıq hüququ”) maddəsi ilə təminat verilən hüququndan yararlanaraq əmlakından və imkanlarından istifadə etməklə başqaları ilə birlikdə azad sahibkarlıq və digər iqtisadi fəaliyyət növü ilə məşğul olmağı sürdürən sahibkar Yenilik kənd sakini Roman Sərkər oğlu Pənahovu da özünə iş -kənd təsərrüfatı ortağı edib. İcarə müqaviləsinin uzadılması və ya yeni müqavilənin bağlanması ilə bağlı illərlə Ağsu RİH və müvafiq bələdiyyəyə müraciət etsə də, hər dəfə 2-5 min manat arası icarə, torpaq vergisi adı ilə haqq ödəsə də, cinayətkar saxtalıqla (Ağsu rayon məhkəməsi zərərçəkmiş torpaq yiyəsinə qarşı cinayəti təsbit etsə də, 2019-cu ildə müddətin keçməsi “əsası” ilə cinayət işinə xitam verib) qanuni hüququ təmin olunmayan fermer Şəki İnzibati Məhkəməsində Xanbulaq bələdiyyəsinə qarşı “istifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə iddia qaldırıb. Bu arada iddiaçının iş ortağı Roman Pənahov Qarabağ Vətən savaşına qatılıb və 2020-ci ilin noyabrında Şuşa uğrunda Daşaltıda şəhid olub. Şəhidə, Daun sindromlu uşağın ailəsinə haqsızlıq ediləcəyinə inanmayan fermer arxayınlaşıb . Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov isə tərəfləri çağırmadan , cavabdeh bələdiyyənin 18.02.2021 tarixli teleqramını və özünün daxili inamını “əsas

tutub” , 24.02.2021 tarixli 2-1 (116)-103/2021 saylı Qərar ilə iddianı təmin etməyib. Hakimin açıq-aşkar bələdiyyənin 5 gün qabaqkı torpaq sahəsinin guya örüş sahəsi olması barədə teleqramını “əsas” tutması, iddia tərəfinin icarə müqaviləsi bağlanılmasına heç bir qanuni əsasının olmaması nəticəsinə gəlməsi yalnız və yalnız qeyri-prosessual münasibətdən qaynaqlanır. Məhkəmə qərarını əsaslandıra bilməyib və iddiaçının mülkiyyət, sahibkarlıq, icarə hüququnun olmamasına “əsaslanması” faktiki olaraq iddia tərəfinin Azərbaycan vətəndaşı olmadığını təsbit etməklə nəticələnib . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 720.1.2-ci maddəsinə görə, icarəçinin torpaq sahəsində iqtisadi mövcudluğunun əsasını təşkil edən müəssisəsi olduqda torpaq sahəsi yenidən həmin şəxsin icarəsinə verilir. Vurğuladığımız kimi, iddiaçı tərəfin həmin torpaq sahəsində özünün, iş ortağının və ailəsinin dolanışığının iqtisadi əsasını təşkil edən bir neçə ferma, mal-qoyun tövlələri, yaşayış və qeyri-yaşayış binaları var. Məhkəmə vətəndaşın mülkiyyət hüququna necə qəsd edə bilər? ! Eyni zamanda, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə görə, örüş sahələri icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “ 29.06.2001 tarixli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə, qanunsuz istifadə edilən torpaq sahələrini geri almaq mümkün olmadıqda, həmin istifadəçinin adına sənədləşdirilir. Yəni, əslində, məhkəmənin iddianı təmin etməmək üçün heç bir qanuni əsası olmayıb, sadəcə cavabdehlə qeyri-prosessual münasibət əsas olub. Bunu isə Konstitusiya , Prezident yolverilməz sayır.

İddiaçı sözügedən qərardan apellyasiya şikayəti verib. Eyni zamanda, marağına toxunan Şuşa şəhidinin atası Sərkər Pənahov da, qərar qüvvəyə minmədiyindən, 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi xahişi ilə vəsatət verib və Prezidentdən işin nəzarətinə götürülməsini diləyib".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Azərbaycan nefti bahalaşıb
16-05-2026, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru