"Bakcell" internetin qiymətini endirib
Tarix: 13-10-2016, 17:15 | Çap et
 İşdən xaricə ezamiyyətə getmisiniz, yaxud gələcəyinizə investisiya qoymaq üçün hansısa inkişaf etmiş ölkədə bir aylıq seminarda iştirak edirsiniz... Payız fəslinin romantikasının dadını çıxarmaq üçün yolunuzu hansısa Avropa ölkəsindən salmaq imkanınız da var. Ya da heç uzağa getməyək, fərqli məkanda dincəlmək üçün yolunuz Türkiyə, ya da Rusiyanın hansısa kurort zonasından keçir. Bütün bunlar gözəldir. Amma hər gün xaricdən yaxınlarınızla heç olmasa “Whatsaapp”la, “Skype”la əlaqə saxlamağınız vacibdir. Çünki siz həyat yoldaşısınız, atasınız, anasınız, övladsınız, hansısa şirkətdə menecer, ya da işçisiniz. Yaxınlarınızla əlaqə saxlamaq, iş yoldaşlarınızın işlə bağlı suallarını cavablandırmaq üçün rouminqdə olarkən mobil İnternetinizdən istifadə etməlisiniz, amma... Xaricdə olsanız da, gündə bir neçə dəfə “Facebook” hesabınızı, “Whatsapp”ınızı, “İnstagram” səhifənizi yoxlamalısınız. Əks təqdirdə, hansısa maraqlı statusu, mesajı qaçıra bilərsiniz. Hələ yaşıllıqla əhatələnmiş gölün sahilindəki skamyada, qədim tarixi abidənin yanında, iştirak etdiyiniz tədbirdə şəkil, yaxud video çəkdirmək və bunu dostlarla paylaşmaq, sonra da laykları hesablmaq, yazılan statusları cavablandırmaq var. Bunun üçün də rouminqdə olarkən mobil İnternetinizdən istifadə etməlisiniz, amma... Nə olsun ki, ölkədən kənardasınız, işdə deyilsiniz. Yenə vərdişinizə sadiq qalaraq səhər-səhər heç olmasa 30 dəqiqənizi saytlarda keçirməli, dünyada və Azərbaycanda baş verənlərə göz atmalısınız. Bunun üçün də rouminqdə olarkən mobil İnternetinizdən istifadə etməlisiniz, amma... Əmması odur ki, könlünüzdən bütün bu sadaladıqlarımızı etmək keçirsə, İnternetə bilet pulu qədər əskinas xərcləməlisiniz - əgər daim müştərilərinin maraqlarını diqqətdə saxlayan “Bakcell”in müştərisi deyilsinizsə... Yəqin yatsanız yuxunuza da girməzdi ki, rouminqdə olarkən mobil internetin qiyməti Azərbaycandakı kimi dəyişməz qalır. Necə? Mobil internet istifadəsinin daha rahat və sərfəli olması məqsədilə mütəmadi yeniliklərə imza atan “Bakcell” bu dəfə xaricə səfər edən müştərilərini yaddan çıxarmayıb. “Bakcell”ə yaxın olanların xoş anlarını öz yaxınları ilə bölüşmək, sosial şəbəkələrdə dostlarını izləmək, şəkil, video paylaşmaq, xəbər saytlarını izləmək, bir sözlə, İnternetdən istədikləri qədər və istədikləri məqsədlər naminə istifadə etmək şansı böyükdür. Əgər mobil İnternetin qiyməti dəyişməz olaraq qalırsa, niyə də bu şansı dəyərləndirməyəsiniz və xaricdə səfərdəykən İnternetdən vətəndəki kimi gen-boluna istifadə etməyəsiniz. Əvvəllər rouminq istifadəçisi kimi 1MB üçün ən az 1 manat xərcləyirdinizsə, indi 99 dəfə az, cəmi 1 qəpik kifayətdir. Azərbaycanda ilk mobil operatoru olan “Bakcell”, abunəçilərinə rouminqdə 1MB İnternetin qiymətini cəmi 1 qəpiyə təşkil edir. Artıq sərhədi keçərkən xarici ölkələrdəki mobil operatorların nömrələrini almaq vərdişini tarixə qovuşdura bilərsiniz. Çünki xarici ölkələrdə təkcə nömrənin alınması abunəçiyə 10-30 avroya başa gəlir, hələ nömrənin balansını artırmaq üçün xərcləyəcəyiniz puldan danışmırıq. “Bakcell”in təklif etdiyi paket üçün isə təxminən 10 manat xərciniz çıxacaq, bu da təxminən 5 avroya bərabərdir. Sözügedən paketə qoşulmaq üçün sadəcə, getdiyiniz ölkədə rouminq operatorunu seçməli və *125*1000# YES yığıb təklifi aktivləşdirməlisiniz. Bu təklifdən bütün “Bakcell” abunəçiləri faydalana bilər. Təklifi aktivləşdirəndə balansınızdan 1000 MB İnternet üçün 10 manat çıxılacaq və 30 gün müddətində aldığınız İnternet paketindən geninə-boluna istifadə etmək imkanı qazanırsınız. Yəqin təsəvvür edirsiniz, cəmi 10 manatla 1 ay xaricdə mobil İnternetdən istifadə nə deməkdir. İstədiyiniz vaxt balansınızı yoxlamaq şansınız da var. Bunun üçün *125*559 # YES yığmalısınız. Təklifdən Amerika, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya, Macarıstan, Niderland, Rumıniya və digər ölkələrdə yararlana bilərsiniz (daha ətraflı məlumat üçün http://www.bakcell.com/az/1000mb-in-roaming-cedvel). İnternetdən danışıb sürətdən danışmasaq günah olar. Bu paketin istifadəsi mümkün olan ölkələrdə və operatorlarda çoxdan 4G şəbəkəsi istifadəyə verilib və “Bakcell”in onlarla 4G rouminq müqaviləsi var. Bu da o deməkdir ki, sizin mobil operatorunuz olan “Bakcell”, Azərbaycanda olduğu kimi, xaricdə də müştərilərini yüksək keyfiyyətli mobil internet xidmətləri ilə təmin edir. Daim müştərilərinin maraqlarını diqqətdə saxlayan “Bakcell” onların rahatlığı üçün yeniliklərə imza atmağa davam edir...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Bu gün, 18:09 |
|
|
|
| • “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Bu gün, 18:01 |
|
|
|
| • Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Bu gün, 17:59 |
|
|
|
| • Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Bu gün, 17:57 |
|
|
|
| • Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Bu gün, 17:47 |
|
|
|
| • Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Bu gün, 17:42 |
|
|
|
| • Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:36 |
|
|
|
| • “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Bu gün, 17:34 |
|
|
|
| • Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Bu gün, 17:30 |
|
|
|
| • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Bu gün, 17:24 |
|
|
|
| • Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Bu gün, 17:20 |
|
|
|
| • Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Bu gün, 16:57 |
|
|
|
| • “Bosniya qəssabı” Ratko Mladiç ölüb
Bu gün, 16:44 |
|
|
|
| • TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Bu gün, 16:42 |
|
|
|
| • Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Bu gün, 16:40 |
|
|
|
| • Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Bu gün, 16:22 |
|
|
|
| • Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Bu gün, 16:21 |
|
|
|
| • İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Bu gün, 16:20 |
|
|
|
| • Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Bu gün, 16:17 |
|
|
|
| • Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 16:13 |
|
|
|
| • “Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Bu gün, 16:09 |
|
|
|
| • Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Bu gün, 16:02 |
|
|
|
| • Ruslar Azərbaycana axışır – səbəb nədir?
Bu gün, 15:59 |
|
|
|
| • Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Bu gün, 15:36 |
|
|
|
| • Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Bu gün, 15:34 |
|
|
|
| • Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Bu gün, 15:19 |
|
|
|
| • Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Bu gün, 15:16 |
|
|
|
| • Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Bu gün, 15:04 |
|
|
|
| • Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı - KİV
Bu gün, 14:58 |
|
|
|
| • İcra başçısının atası Bakıda dava etdi - TƏFƏRRÜAT
Bu gün, 14:51 |
|
|
|
| • Paşinyanın bu strategiyası doğrudur... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:46 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır - Paşinyan
Bu gün, 14:40 |
|
|
|
| • “OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Bu gün, 14:39 |
|
|
|
| • 1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16 |
|
|
|
| • Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09 |
|
|
|
| • Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07 |
|
|
|
| • Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01 |
|
|
|
| • Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59 |
|
|
|
| • Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58 |
|
|
|
| • Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53 |
|
|
|
| • Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45 |
|
|
|
| • Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44 |
|
|
|
| • Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42 |
|
|
|
| • Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40 |
|
|
|
| • «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38 |
|
|
|
| • Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31 |
|
|
|
| • Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28 |
|
|
|
| • “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22 |
|
|
|
| • CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19 |
|
|
|
| • Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14 |
|
|
|
|