Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                 

MİSİR MƏRDANOVDAN AYIB OLAN BİR İŞ
Tarix: 6-07-2012, 11:55 | Çap et
MİSİR MƏRDANOVDAN AYIB OLAN BİR İŞ

TƏHSİL NAZİRİ ÜÇÜN YEGANƏ ÇIXIŞ YOLU YALNIZ İSTEFA VERMƏSİDİR

DİA.AZ: - Dünən daha bir mətbu təxribatın şahidi olduq. Belə bir xəbər yayıldı ki, bəs Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ailə həyatı qurub. Əslində, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Amma Azərbaycanın mili mental dəyərlərinin fonunda yaşlı-başlı bir qadının adının belə bir məsələdə hallandırılması heç də arzuolunmaz hesab olunmur. Hətta bu halda belə, yəni mental dəyər basqısı altında da belə bir addımı atanlar olur ki, buna da kimsənin hansısa formada müdaxiləsi doğru hesab olunmur. Elə bunun özünü də mentalitetimiz diqtə etməkdədir.

Lakin Məleykə Abbaszadə ilə bağlı məsələdə nə hadisənin özü var idi, nə də cəmiyyətin təbii reaksiyaları. Ortada sadəcə olaraq bir təxribat var idi ki, DİA.AZ olaraq nələrin baş verdiyini dərhal oxucularımızın diqqətinə çatdırdıq. Sonradan bu hadisəni В«yaratmaqВ» istəyənlərin özləri də В«xəbərlərindənВ» imtina etməli oldular. Portalımıza bununla bağlı açıqlama verən TQDK sədrinin qızı heyrətləndiyini belə gizlədə bilmədi.

Amma heyrətlənməyə heç bir lüzum yox idi. Çünki bütün bu işlərin arxasında kimin dayanması hər kəsə aydın idi. Təbii ki, söhbət burada Azərbaycan təhsilini ağlar günə qoyan möhtərəm nazirimiz Misir Mərdanovdan gedir. Məhz nazir olduğu illər ərzində onlarla nəsli kor qoymuş Misir Mərdanovun sayəsindədir ki, əksəriyyət Azərbaycanın işıqlı gələcəyindən nəinki danışmaq istəmir, gələcəkdə hansısa ziyanın ortaya çıxacağının özünə belə şübhə etməkdədir. Bir daha vurğulayırıq ki, məhz Misir Mərdanovun sayəsində…

Təbii ki, Misir Mərdanovun TQDK sədrinə qarşı bu qədər aqressiv olmasının nədənləri də hər kəsə məlumdur. Qısa müddət ərzində Azərbaycan təhsilinə Misir Mərdanovdan qat-qat artıq töhvələr verməyə müvəffəq olmuş Məleykə Abbaszadə neçə müddətdir ki, bu fəaliyyəti ilə TN şefinin kürkünə əməlli-başlı birə salıb. Bunun da nəticəsidir ki, TQDK-nın səlahiyyətlərinin artırılmasının hər dəfəsinə mətbuat bu şəkildə reaksiya verir: MİSİR MƏRDANOVUN DAHA BİR GƏLİR YERİ ƏLİNDƏN ALINDI…

Bəli, məhz gəlir yeri. Çünki bir zamanlar Əli İnsanovun əlindən öpən, sonradan isə onun kölgəsini belə baltalayan Misir Mərdanov üçün heç bir dəyərin ümdə olmaması səbəbindən, bu gün onun üçün təhsilin istənilən bir istiqaməti ilk əvvəl GƏLİR YERİ əhəmiyyətini daşıyır. Əgər bağçalara nəzarət təhsil nazirliyindən alınaraq icra hakimiyyətlərinə verilirsə, deməli, Misir Mərdanov uşaq bağçalarına ayrılan pullara şəriklik hüququnu itirir. Və digər istiqamətlərdə də eynən bu qaydadadır.

Sözügedən hadisəyə gəlincə isə, bununla bağlı DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində çox ilginc faktları üzə çıxara bilmişik. Bəri başdan, xatırladaq ki, Məleykə Abbaszadənin ailə həyatı qurması barədə yalan məlumatı ilk olaraq В«OlaylarВ» agentliyi В«raskrutkaВ»ya buraxıb. Yəni xəbərin istehsalçısı bir zaman partiya sədri olmuş, hətta prezidentliyə belə namizədliyini irəli sürmüş, indi də özünün absurd araşdırmaları ilə barəsində araşdırmaçı-tarixçi-yazıçı imici yaratmağa çalışan Yunus Oğuzun rəhbərlik etdiyi agentlik və qəzetdir.

Xatırladaq ki, buna qədər də Yunus Oğuzun qəzet və agentliyi TQDK sədrinə qarşı bir kampaniyada bulunurdu. Və davamlı olaraq bu kampaniyanı müşahidə etdiyimizdən oxucularımızı da zamanında bilgiləndirmişik.

Bu barədə həmin ərəfədə DİA.AZ-ı məlumatlandıran mənbə iddia edirdi ki, əslində В«OlaylarВ»da dərc edilən və В«araşdırmaВ» kimi təqdim olunan həmin materiallar əslində təhsil nazirliyində və birbaşa olaraq nazir Misir Mərdanovun nəzarəti altında hazırlanıb. Yəni bu yolla Misir Mərdanov da öz aləmində Məleykə Abbaszadəyə cavab vermiş olur.

Hətta bu halda belə, nazirin çabaları əbəsdir. Çünki qatar çoxdan gedib və artıq TQDK Misir Mərdanovun bütün gəlir sahələrinin bir-birinin ardından nəzarəti altına almaqdadır. Ən sonuncu zərbə isə prezidentin orta məktəblərdə buraxılış imtahanlarını təhsil nazirliyindən alaraq TQDK-nın ixtiyarına verməsi ilə vurulmuş oldu.

Lakin burada bir maraqlı məqam var. Nədən Yunus Oğuz və onun qəzetləri? Hər halda, bir zamanlar Xalq Partiyasına sədrlik, Vəhdət Partiyasına həmsədrlik etmiş Yunus bəyin Misir Mərdanovla Məleykə Abbaszadənin arasındakı konfliktə bir tərəf olaraq qatılması və bu zaman hətta özünə nazirin səngərində yer etməsi sıradan bir olay deyil.

Məlumat üçün bildirək ki, Yunus Oğuzun qəzeti və agentliyi Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdan qidalanır. Hər halda, ruslar demişkən bu bilgimiz В«informasiya dlya razmışleniyaВ» qədərində əhəmiyyətlidir…

Amma araşdırmalarımız nəticəsində ortaya ilginc məqamlar da çıxmış oldu. Elə dünən Yunus Oğuzun agentliyi tərəfindən yayılan həmin uydurma məlumatla bərabər bir gerçək xəbər də oxucuların diqqətinə təqdim olunmuşdu ki, hələ də həmin xəbəri В«olaylar.azВ» portalına daxil olmaqla izləmək mümkündür. В«Yunus Oğuzun əsərləri dərs vəsaitinə salındıВ» başlıqlı məqaləni olduğu kimi diqqətinizə təqdim edirik:

MİSİR MƏRDANOVDAN AYIB OLAN BİR İŞ

В«Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün yeni dərs vəsaiti çap edib. Dərslikdə ən yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələri də yer alıb. Yeni vəsaitdə bir sıra müasir şair və yazıçılarla yanaşı, tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuzun da adı əksini tapıb. Kitabda şagirdlərə Y.Oğuzun yaradıcılıq məhsulu olan “Əmir Teymur”, “Təhmasib şah”, “Nadir şah” tarixi romanları və qədim türklərin tarixindən bəhs edən “Atilla” pyesi haqqında məlumat verilibВ».

Yəni artıq məsələnin nə yerdə olduğunun tam fərqinə vardınız. Bəli, Yunus Oğuz Misir Mərdanova öz aləmində ayı xidməti göstərib. Hər halda, baş verənlərin ilkin adı budur. Araşdırmalarımız nəticəsində onu da öyrənə bildik ki, Yunus Oğuza əslində bu təlimatı elə qardaşlaşdığı və artıq mirzəsinə çevrildiyi təhsil nazirliyi verib. Yəni ona belə bir taprışıq verilib ki, Məleykə Abbaszadə nəyin bahasına olursa-olsun ictiami nüfuzdan salınmalıdır. Çünki…

Artıq məsələnin В«çünkisiВ» hər kəsə aydındır. Hər halda, TQDK sədri bu gün Misir Mərdanovla şəxsi zəmində münaqişədə deyil. Bunun səbəbləri var. Görüntüdə olanı odur ki, məhz Azərbaycan təhsilinin qurtuluşu naminə Məleykə Abbaszadə bu gün TN şefinə qarşı cəbhə açıb. Əslində TQDK sədri burada öz işini görür. Yəni nəyi etməlidirsə, onu da edir. Sadəcə olaraq nəyi etməlidirsə, onu da etməyən Misir Mərdanov baş verənləri özünün şəxsinə qarşı fəaliyyət kimi qəbul edir.

Bütün tərəfləri dinləməyə hazırıq. Təbii ki, əgər yazdıqlarımızın həqiqətə aidiyyatı yoxdursa…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru