Qobustan türməsində vəziyyət uruscadır... - Mədət Quliyev hara baxır?
Tarix: 28-09-2015, 13:00 | Çap et
 Penitensiar Xidmətin Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsində hazırda gərgin vəziyyət yaranıb. Xalqxeber.Az-a daxil olan məlumata görə, ötən həftə Qobustan Türməsində ötən həftə baş vermiş hadisə nəticəsində döyülən, özlərini doğrayan və "kars”a salındığı deyilən məhbsusların yaxınları cəzaçəkmə müəssisəsinin qarşısına toplaşıblar: "Döyüldüyü və özünü doğradığı iddia olunan məhbuslardan bəzilərinin yaxınları ilə söhbətləşdik. Onlar ötən həftəki hadisə ilə bağlı məhbuslara işgəncə verildiyi qənaətindədirlər. Həmçinin "karsa”a salınan və özlərini doğrayan məhbuslara görüş verilmədiyindən yaxınları həbsxana qarşısından uzaqlaşdırıldılar. Cəzaçəkmə müəssisəsinə hüquq müdafiəçiləri də buraxılmır. Bir sözlə, hazırda Qobustan Türməsində əsəbi gərginlik davam edir”.
Dustaqlar dözülməz vəziyyətə görə ayağa qalxıblar Qobustan Türməsində məhkumların ötən həftə etiraz aksiyası baş verib. Bu barədə "Xalqxeber.Az”a məlumat daxil olub. Məlumatda bildirilir ki, məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, dustaqları intihar həddinə çatdırılmasına eləcə də müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər. Vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi "nazzor"lara göstəriş verərək, etiraz edən dustaqları döydürüb. Bundan sonra qiyamı yatırmaq mümkün olub. Bu olaydan sonra məhkumların bir qismi cəzalandırılıb və "karsa" salınıb.
Bununla belə, məhbusların etirazı hələ də davam edir. Mənbənin sözlərinə görə, onların bir qismi hələ də etiraz əlaməti olaraq, qida qəbulundan imtina edib. Deyilən məlumata görə, dustaqların etirazına səbəb isə onlara ailələri tərəfindən gətirilmiş "Vintelyator"ların isti havada bütün otaqlardan yığılması və yenidən dustaqların özünə 50 manat müqabilində geri qaytarılması olub. Bundan başqa yaxşı təmirli otaqların 500 manata dustaqlara satılması, qış mövsümündə dustaqlardan istilik sobaları üçün "spiral"ların alınmasına 50 manat istənilməsi, hüququnu tələb edən dustaqların ac və susuz qolu qandallı vəziyyətdə saxlanılması, görüşlərin 3 aydan bir təşkil olunması, görüşə gələn valideynlərin saatlarla türmə qapısında gözləməsi, görüş üçün valideynlərin "nazzor"lara 100 manat pul verilməsi halları dustaqların haqlı etirazına səbəb olmuşdur. Dustaqlardan birinin qohumu "Xalqxeber.Az”saytına deyib ki, ötən həftə həbsxanaya baş çəkəndə onları yaxına buraxmayıblar, həbsxanadan təxminən 100 metr uzaqda saxlayıblar. Onlar həbsxana qarşısında bir neçə təcili yardım maşını gördüklərini deyiblər. Dustaqların qohumları 10-dan çox məhbusun "kars"a salındığını deyir. Hətta o vəziyyət yaranıb ki, həbsxana rəhbərliyi özünü doğrayan dustaqlara işgəncə verməkdən belə çəkinmir.
Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri ilə əlaqə saxlamağa cəhd göstərsək də, onun telefonu söndürüldüyündən olayla bağlı rəsmi mövqe öyrənə bilmədik. Qobustan Türməsində əsasən ağır cinayətlərə görə məhkum olunan, eləcə də ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Buna baxmayaraq, bura penitensiar sistemdə məhbuslar üçün ən ağır müəssisələrdən biri kimi tanınır. Hüquq müdafiəçilərinin sözlərinə görə, bu kaloniyada vəziyyət o qədər ürəkaçan deyil: "Bu kaloniya sovet vaxtında dustaqlara əzab verən cəzaçəkmə müəssisəsi kimi tanınıb. Orada məhkumlar çox əziyyət çəkirlər. Ona görə də hesab edirik ki, həmin müəssisənin rəhbərliyi dəyişdirilməlidir. Orada baş verən hadisələrə gəlincə, bu məsələ ciddi araşdırılmalı, məhkumları özlərini intihara və doğramalarına vadar edən şəxslər cəzalandırılmalıdır”.
P.S. Xüsusilə qeyd edək ki, Qobustan Türməsində işgəncə verilərək, özlərini doğrayan şəxslərin adları redaksiyamıza məlumdur. Lakin müəyyən səbəblərdən onların adlarını çəkmirik, lazım gələrsə aidiyyatı orqanlara həmin şəxslərin kimliyi barədə məlumat verə bilərik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
| • Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23 |
|
|
|
| • Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09 |
|
|
|
| • Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04 |
|
|
|
| • Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03 |
|
|
|
| • SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00 |
|
|
|
| • Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53 |
|
|
|
| • Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49 |
|
|
|
| • “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35 |
|
|
|
| • Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34 |
|
|
|
| • Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25 |
|
|
|
| • Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
| • Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11 |
|
|
|
| • Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09 |
|
|
|
| • Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52 |
|
|
|
| • Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46 |
|
|
|
| • Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42 |
|
|
|
| • Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37 |
|
|
|
| • "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35 |
|
|
|
| • İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
| • Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30 |
|
|
|
| • Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
| • Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15 |
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
|