Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindən narazılıq var... - Nazirə şikayət olundu
Tarix: 20-08-2015, 12:21 | Çap et
 Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Qazax rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş alıb gedən özbaşnalıqlardan, burada vətəndaşların hüquqlarının kobudcasına pozulması hallarından bəhs edilir. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz qeyd etmişdik ki, Qazaxdan daxil olan məlumatlarda rayon ƏSMM-nin direktoru Yasin Mürsəlovun özbaşınalıqlarına son qoyulması məqsədilə təcili tədbirlərin görülməsi tələbi irəli sürülür. Bir müddət əvvəl isə, redaksiyamızın elektron ünvanına daha bir şikayətçi tərəfindən ünvanlanmış ərizə daxil olmuşdur. Qazax şəhər sakini, Qarabağ Müharibəsi veteranı, Bakı küçəsi ev 115-də yaşayan Hüseynov Tahir Arif oğlu bildirir ki, o da öz növbəsində mərkəzdə hökm sürən süründürməçiliyə məruz qalmışdır. Şikayətçinin verdiyi məlumata görə, bir müddət bundan əvvəl Qazax ƏSMM-də müfəttiş kimi çalışan Yasin müəllimin əslində bu sahədə yetərincə iş təcrübəsi belə yoxdur. Bununla belə Qazax rayonundan Milli Məclisin deputatı, “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevlə qohumluq əlaqələri bütün bu çatışmayan cəhətlərin ört-basdır olunmasına kifayət etmişdir. Elə nazir Səlim Müslümovdan Yasin Mürsəlovun təyinatı barədə xahişi də Əhməd Vəliyev özü etmişdir. Həmçinin təqdim etdiyi ərizədə Tahir Hüseynov Qazax RİH başçısının birinci müavini Fərman Nağdalıyevdən və müavin Gülayə Həsənovadan da şikayətçi olduğunu bildirmişdir.Bundan başqa isə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Qazax ƏSMM-nin ahıllara xidmət şöbəsinin fəaliyyəti faktiki olaraq formal şəkildə həyata keçirilir. Belə ki, iddiaya görə şöbənin sənədlərində guya ki, xidmət göstərilən çox sayda vətəndaşların adları qeydiyyatdan keçsə də, əslində bu xidmətlərdən indiyədək heç kəs yararlanmayıb. Təbii ki, şöbənin fəaliyyəti üçün ayrılan dövlət vəsaitləri də şöbənin müdiri Günəş Məmmdova və mərkəzin mühasibi Günəş İsmayılova tərəfindən sənədlərə saxta imzalar atılaraq mənimsənilir. Daha sonra məlumatı təqdim edən mənbələr vurğulayırlar ki, Qazax ƏSMM-də Əmək Məcəlləsinin tələbləri də kobud şəkildə pozulur. Müxtəlif vəzifələrə təyin olunmuş əməkdaşların isə, əksəriyyəti qeyri-qanuni işə qəbul olunublar. Məsələn bildirilir ki, Yasin Mürsəlovun müavini Elxan Vəkilov bu vəzifəyə təyin olunarkən, heç bir test imtahanında və ya müsabiqədə iştirak etməyib. Sadəcə olaraq bu məmurun Şöhrət Vəkilovun qardaşı oğlu olması, onun hazırda tutduğu vəzifəyə təyinatı üçün yetərli olub. Digər tərəfdən isə, Yasin Mürsəlov hətta müqavilə əsasında işə qəbul etdiyi istədiyi əməkdaşa belə qeyri-qanuni olaraq, dövlət rütbələrinin verilməsinə və bunun əsasında həmin şəxslərin aylıq məvaciblərinin də artırılmasına nail ola bilir. Bu xüsusda məlumatda bildirilir ki, Qazax ƏSMM-nə testdən kənar, müqavilə əsasında məsləhətçi vəzifəsinə işə götürülmüş Elnarə adlı əməkdaşa III dərəcəli dövlət qulluqçusu rütbəsi verilmişdir. Yenə də məsləhətçi işləyən, orta təhsilli İradə adlı digər bir əməkdaşın adı isə ƏSMM-nin ştat cədvəlində arxiv işçisi kimi qeydə alınıb. Halbuki, mərkəzin ümumiyyətlə arxivi yoxdur və bu ştat artıq çoxdan ləğv olunmalıdır. Daha sonra məlumatlarda xüsusilə qeyd olunan qanun pozuntularından biri kimi, dünyasını dəyişmiş vətəndaşların ailələrinə dövlət tərəfindən ayrılan bir dəfəlik müavinatlarla (dəfn pulu) bağlı maxinasiyalar göstərilir. Qeyd olunur ki, Yasin Mürsəlov bu məqsədlə xüsusi mexanizm işlə bu məqsədlə xüsusi mexanizm işləib hazırlamışdır ki, onun vasitəsilə həmin müavinatın eyni şəxsin adına iki dəfə ayrılmasına nail ola bilir. Həmçinin məlumatlarda Qazax ƏSMM-də yerli əlil təşkilatlarının bəzi rəhbərləri ilə əlbir olaraq müəyyən maxinasiyalar həyata keçirdiyi də bildirilir. Qeyd olunur ki, bu maxinasiyalar əsasən ildə bir dəfə, beynəlxalq əlillər günü münasibətilə dövlət tərəfindən əlil vətəndaşlara ayrılan birdəfəlik müavinatların mənimsənilməsi üçün tətbiq olunur. Belə ki, iddiaya görə, təqdim olunan siyahılarda artıq adlar yazılır və onlara ayrılan vəsaitlər mənimsənilir...
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
| • Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23 |
|
|
|
| • Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09 |
|
|
|
| • Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04 |
|
|
|
| • Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03 |
|
|
|
| • SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00 |
|
|
|
| • Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53 |
|
|
|
| • Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49 |
|
|
|
| • “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35 |
|
|
|
| • Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34 |
|
|
|
| • Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25 |
|
|
|
| • Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
| • Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11 |
|
|
|
| • Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09 |
|
|
|
| • Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52 |
|
|
|
| • Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46 |
|
|
|
| • Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42 |
|
|
|
| • Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37 |
|
|
|
| • "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35 |
|
|
|
| • İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
| • Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30 |
|
|
|
| • Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
| • Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15 |
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
|