Komitə sədrinin əmisi oğlunun təhdidlərindən sonra ölkədən qaçan vətəndaşın ümidi dövlət başçısınadır - Kərəm Həsənovun həmkəndlisi Prezidentdən imdad diləyir
Tarix: 11-03-2015, 12:06 | Çap et
 Redaksiyamıza daxil olan məlumatlarda vətəndaşların bu və ya digər məmurun özbaşınalıqlarından əziyyət çəkmələrinə, bu xüsusda qəzetimiz vasitəsilə yuxarı instansiyaların diqqətini problemə cəlb etməyimizə dair xahişlərə tez-tez rast gəlirik. Lakin bu günlərdə redaksiyamıza daxil olmuş müraciət bizi həqiqətən də böyük çaşqınlıq içərisinə salmış oldu. İlk növbədə xüsusi olaraq belə bir məqamı vurğulamaq istəyirik ki, bu dəfə məmur özbaşınalığından şikayətçi düşən vətəndaş, özünə və ailəsinə qarşı olan həyati təhdidlər qarşısında artıq ölkəni tərk etməyə məcbur olmuşdur.İndi isə qəzetimiz vasitəsilə ölkə prezidentindən kömək istəyən soydaşımız, Azərbaycana dönmək üçün problemin həll olunmasını və həyatının təhlükədə olmayacağına dair müvafiq orqanlar tərəfindən təminat verilməsini xahiş edir. Əlbəttə ki, məsələnin son dərəcə ciddi durumda olduğunu nəzərə alaraq, biz də bu problemə müvafiq instansiyaların diqqətini cəlb etmək üçün əlimizdən gələni etməyə hazırıq. Beləliklə, redaksiyamıza müraciət edən şəxs Cəlilabad rayonu, Günəşli kənd sakini Bağırov Firdovsi Cavanşir oğludur. Onun şikayət etdiyi məmur isə bir müddət əvvəl Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsində Texniki şöbənin rəisi vəzifəsində işləmiş Şirməmməd Həsənovdur. Öz müraciətində Firdovsi Bağırov bildirir ki, onun Şirməmməd Həsənovla bağlantıları sırf iş əsasında olmuşdur. Elə bu zəmində də aralarında az qala düşmənçiliyə çevrilmiş problem yaranmışdır. Firdovsi Bağırovun sözlərinə görə bir müddət əvvəl, Ş.Həsənov bir neçə mülkün özəlləşdirilməsi səbəbilə ondan 150 min manata yaxın məbləğdə pul almışdır. Lakin aradan kifayət qədər müddət keçməsinə baxmayaraq, məmur özəlləşdirməyə dair müvafiq sənədləri təqdim etməmişdir. Daha bir müddət sonra isə Firdovsi Bağırov işin artıq alınmayacağına əmin olaraq, verdiyi pulları geri istəmişdir. Lakin Şirməmməd Həsənov bu tələbə də əməl etməmiş, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Amma bu vəziyyət də çox davam etməmişdir. Belə ki, qarşı tərəfin arxasız olduğuna əmin olan Şirməmməd Həsənov, növbəti dəfə ona müraciət olunan zaman söhbətin tərzini tamamilə dəyişmişdir. Firdovsi Bağırovun bu dəfə eşitdikləri artıq bəhanə və vədlər deyil, əksinə hədə və təhdidlər olmuşdur. Hətta iş o yerə gəlib çatmışdır ki, Şirməmməd Həsənov Firdovsi Bağırovdan ölkəni tərk etməyi tələb etmiş, əks halda isə onun ailə üzvlərindən birini qaçıracağını bildirmiş və lazım gələrsə həmin adamın həyatına son qoyacağını belə bəyan etməkdən çəkinməmişdir. Bu iddialar öz əksini Firdovsi Bağırovun müraciətində tapsa da, onun hal-hazırda ölkədən kənarda yaşaması ittihamlarının təsdiqinə xidmət edir. Hər halda, Azərbaycana qayıtmaq üçün təhlükəsizliyinə təminat istəyən insanın bu addımı atmaq üçün ciddi əsasları olmalıdır.Həmçinin öz müraciətində Firdovsi Bağırov Şirməmməd Həsənovun artıq işdən çıxmasına baxmayaraq, bu məsələyə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müdaxilə etməsini xahiş edir. Məsələ bundadır ki, vətəndaşın ölkədən qaçmasına səbəb olmuş Şirməmməd Həsənov ƏMDK sədrinin əmisi oğludur. Bu səbəbdən də Firdovsi Bağırov Kərəm Həsənovun bu problemin həllində son sözü deyə biləcəyinə çox ümid bağladığını vurğulayır.
P.S. Yeri gəlmişkən, Firdovsi Bağırovun təqdim etdiyi açıqlamalarda, Şirməmməd Həsənovun işdən çıxmazdan az müddət əvvəl Musa adlı bir vasitəçini 7 miyon manat vəsaitlə bir yerdə “itirməsinə” dair dedikləri diqqətimizi xüsusilə cəlb etdi. Növbəti saylarımızda bu barədə daha ətraflı məlumatları sizlərə də təqdim edəcəyik. \\ bizimdovr.az \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00 |
|
|
|
| • Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57 |
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13 |
|
|
|
|