Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                 

Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Tarix: 13-04-2021, 11:11 | Çap et
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib…
Azərbaycanda qanunsuz ov edən ərəbləri ölkəmizə gətirən vəzifəli şəxsin kimliyi bəlli oldu!
Səid Məhərrəmovun qanunlarımızın ayaqlar altına atılmasının qarşılığında ərəblərdən külli miqdarda vəsait aldığı iddia olunur
“Hürriyyət”in ötən saylarının birində “Ərəbləri Azərbaycana hansı məmur dəvət edib?” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda qeyd etmişdik ki, ərəb turistlərin Qax (İlisu) Dövlət Təbiət Qoruğu ərazisində – Acınohurda nadir quşları və heyvanları ovlaması cəmiyyətdə haqlı etiraza səbəb olub. Bildirmişdik ki, Azərbaycanda qalmaqala səbəb olan, ölkəmizdə qanunsuz ov edən turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduğu haqda informasiyalar səslənir. Doğrudur, K.Heydərov, “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir”, – deyərək, barəsində səslənən ittihamları rədd etmişdi. Lakin bunun ardınca Kəmaləddin Heydərovun məlum açıqlamasını təkzib edən yeni fotolar yayıldı. Hansı ki, bu fotolarda “fövqəlnazir”in Acınohurda nadir quşları və heyvanları ovlayan ərəblərlə birgə görüntüsü əks olunurdu…
Məqalədə onu da vurğulamışdıq ki, ərəb turistləri Azərbaycana dəvət edərək qanunlarımızın ayaqlar altına atılmasına şərait yaradan məmur, kimliyindən, mövqeyindən və vəzifəsindən asılı olmayaraq, aşkara çıxarılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Azərbaycana gələn ərəblər ov mövsümünün bitməsinə baxmayaraq, 8-10, bəzi hallarda hətta 20 maşınla ova çıxıbsa, demək, onları “sizin üçün heç bir qırmızı işıq yoxdur”, – deyə arxayın edənlər olub. Üstəlik, o da aydın olmuşdu ki, ərəb turistlərin Azərbaycanda qanunsuz ov etməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iradəsindən kənarda baş verib. Yəni yüksək səlahiyyətli məmurlardan birinin tapşırığı ilə, artıq fevralın sonunda öv mövsümü bitməsinə rəğmən, nazirlik ərəblərə ov etmələri üçün icazə verməyə məcbur olub.
Yazımızın sonunda isə oxucularımıza söz vermişdik ki, Azərbaycanda qanunsuz ov edən ərəblərin ölkəmizə hansı məmur tərəfindən dəvət olunması haqda daha ətraflı məlumat verməyə çalışacağıq.
Beləliklə, son həftə ərzində apardığımız araşdırma nəticəsində Novruz Bayramı ərəfəsində ərəblərin Azərbaycana səfərini təşkil edən məmurun kimliyini ortaya çıxara bildik. “Hürriyyət”in əməkdaşının son dərəcə etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Azərbaycanda qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistlərin ölkəmizə səfərini Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin rəis müavini Səid Məhərrəmov təşkil edib. Mənbə deyir ki, ərəblər S.Məhərrəmovun şəxsi qonağı olmayıb, sadəcə FHN əməkdaşı bu səfərin təşkili üçün onlardan külli miqdarda pul alıb…

Əlbəttə, ərəblərin bu səfəri ilə bağlı fövqəlada hallar naziri Kəmaləddin Heydərovun da öncədən məlumatı olub. Lakin nazir FHN əməkdaşının bu iş üçün ərəblərdən böyük məbləğdə pul almasından, ümumiyyətlə bu səfərin kimlərinsə maddi maraqlarının təmin edilməsi üçün həyata keçirilməsindən xəbərsiz olub. Üstəlik, o da güman olunur ki, Səid Məhərrəmov ərəblərin ölkəmizə səfəri zamanı Kəmaləddin Heydərovun xəbəri olmadan, bəzi məsələlərdə onun adından da sui-istifadə hallarına yol verib…
Şübhəsiz, yazımızın bu yerində dəyərli oxucularımızı düşündürən ilk sual bu olacaq ki, FHN əməkdaşı ərəblərin səfərini təşkil etmək, daha dəqiq desək, qanunlarımızın ayaqlar altına atılmasının, Azərbaycan xalqının qürurunun tapdalanmasının qarşılığında onlardan nə qədər pul alıb?! Əlbəttə, biz də bu haqda mənbəyə sual ünvanladıq. İlk olaraq cavabı bu oldu ki, “az deyil, külli miqdarda vəsaitdən söhbət gedir”. “Məsələn, 50 min dollardan azdır, ya çox”, – deyə təkrar sual etdikdə isə, mənbə Səid Məhərrəmovun ərəblərdən aldığı vəsaitin daha yüksək olduğunu vurğuladı.
Məlumat üçün onu da bildirək ki, FHN əməkdaşının Azərbaycana səfərlərini təşkil etdiyi ərəblər Birləşmiş Ərəb Əmirliklərindən gəliblər. Onlar Kəmaləddin Heydərovun şəxsi qonaqları olmayıb. Sadəcə, Səid Məhərrəmov ərəblərdən aldığı vəsaitin qarşılığında, yaxın əlaqələri vasitəsilə (Güman olunur ki, Kəmaləddin Heydərovun da adından sui-istifadə olunub – müəl.) Ekologiya Nazirliyinin rəhbərliyinə zəng vurduraraq, ərəblərin Azərbaycanda maneəsiz ov etmələrinə razılıq almağa nail olub. Əlbəttə, ov mövsümü bitdiyindən, nazirlik bu məsələyə isti yanaşmayıb. Lakin tapşırıq “yuxarı”dan gəldiyindən, onlar da ərəblərin qanunsuz ov etmələrinə göz yummağa məcbur olublar.
Mənbə onu da deyir ki, ərəb turistlərin Azərbaycanda istirahət etmələri və ova çıxmaları üçün bütün zəruri tədbirləri də məhz Səid Məhərrəmov şəxsən həyata keçirib. Məsələn, onlar üçün qalmağa yer, ərzaq təminatı, xüsusi avtomobillər, ov üçün silahlar, çadır və s. Əlbəttə, bütün bunlar FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin səlahiyyəti çərçivəsində olmadığından, Səid Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi şübhəsizdir. Çünki bu səlahiyyət məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına aiddir. O halda S.Məhərrəmov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərini neçə “ələ keçirə” bilib? Deməli, ya Kəmaləddin Heydərovun adından sui-istifadə hallarına yol verilib, ya da nazirin şəxsi tanışları və bir neçə dəfə də qonaq qismində ölkəmizə dəvət olunan ərəblərə “qarmaq atmaqla”, onlar vasitəsilə özünə “biznes sahəsi” yarada bilib.
Yeri gəlmişkən, varlı ərəblərin Azərbaycanın ov turizminə diqqət göstərməsi faktı yeni deyil və bu səbəbdən bir çox ərəb ölkələrində ölkəmizə qarşı böyük maraq var. Belə olan halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə turizmin inkişafı naminə bu sahəyə xüsusi diqqət ayırmalıdır. Məsələn, nazirliyin ciddi nəzarəti altında və xüsusi bələdçilər ayrılmaqla, ən əsası isə büdcəyə müəyyən qədər vəsit ödənilməsinin qarşılığında, turistlərin ölkəmizdə ov etməsinə şərait yaradıla bilər. Yoxsa kimlərinsə cibi dolsun deyə qanunlarımızı və xalqımızın qürurunu ayaqlar altına atmaq olmaz!
RƏŞAD
Redaksiyadan: Mövzu ilə bağlı dünən gün ərzində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərinə cavab verən olmadı. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Azərbaycan nefti bahalaşıb
16-05-2026, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
16-05-2026, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
16-05-2026, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
16-05-2026, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
16-05-2026, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru