'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                 

2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ
Tarix: 9-12-2019, 11:09 | Çap et
2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat...
2020-ci ilin gəlişinə sayılı günlər qaldığı ərəfədə dünyanın bir çox beynəlxalq iqtisadi təşkilatları, reytinq agentlikləri növbəti ildə neftin qiyməti və dolların dünya valyuta bazarında mövqeyi ilə bağlı proqnozlarını açıqlayıblar. Proqnozlar arasında ziddiyyət təşkil edənlər də var. Məsələn, ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi 2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu 60,01 dollar/barel olaraq müəyyən edilib.

WTI" markalı neftin isə 2020-ci il üçün proqnozlaşdırılan orta qiyməti 54,06 dollar ehtimal edilir. EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq.

“Fitch” beynəlxalq reytinq agentliyi isə 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.

Danimarkanın “Saxo Bank” investisiya bankı da 2020-ci ilin proqnozlarını açıqlayıb. Hər ilin dekabrında açıqlanan proqnozlar adətən “şokedici”, “təəccüblü” və s. kimi xarakterizə olunur. Proqnozlara görə, neftin 1 bareli 90 dollara çatacaq və gələn il neft istehsalçıları üçün uğurlu olacaq. Buna səbəb ABŞ-da şift qazının çıxarılması prosesinin ləngiməsi, bundan istifadə edən Rusiya və OPEK-in hasilatı bir qədər də azalması olacaq.

“Saxo Bank”ın dollar proqnozlarına gəlincə, Asiya ölkələri dollardan imtina edərək, öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta - Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.

Bəs görəsən, neft və dollar ətrafında baş verənlər Azərbaycan manatına necə təsir göstərəcək? 2020-ci ildə milli valyutamızı nə gözləyir?

2020-ci ildə qlobal bazarlarda baş verən dəyişikliklər və onların Azərbaycana valyutasına təsirlərindən danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, son vaxtlar neftin qiymətini proqnozlaşdırmaq və bunun həyata keçməsini gözləmək çətinləşib: “Çünki neft qiymətləri iqtisadi məsələlərdən xeyli uzaqlaşıb. Əvvəl iqtisadi faktorlar neftin qiymətinin formalaşmasında birinci dərəcəli rol oynayırdı. Tələb və təklif, dünyada neftin istehsalı, istehlakı , tələbat və sair neftin qiymətinin müəyyənləşməsində çox önəmli rol oynayırdı. Üç ilə yaxındır ki, dünyada belə bir tendensiya başladı ki, OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilələri, verdikləri inzibati qərarlar neftin qiymətinə təsir etməyə başladı. Daha çox geosiyasi gərginlik, hərbi müdaxilələr, hibrid müharibələri, iqtisadi sanksiyalar neftin qiymətində əhəmiyyətli rol oynamağa başladı. Son zamanlar formalaşmış qiymət əslində iqtisadi kateqoriyalara görə müəyyənləşən qiymət deyil. Son bir neçə ayda neftin qiyməti təxminən 60-65 dollar ətrafında dəyişir”.

N.Cəfərlinin sözlərinə görə, son illərdə də ciddi dəyişiklik yoxdur və bu da dünyadakı geosiyasi gərginliyin artması fonunda baş verir: “İrana qarşı sanksiyaların sərtləşməsi və bu ölkənin neft bazarından kənarda qalması, Liviyada hələ də vətəndaş müharibəsinin getməsi də bu gərginliyi artırır. Liviyanın illik potensialı 1,8 milyon barel olsa da, indi cəmi 600-700 min barel neft hasil edə bilirlər. Venesuelaya da ciddi sanksiyalar tətbiq olunur, bu ölkənin neft hasilatı da təxminən 3 dəfə aşağı düşüb. Səudiyyə Ərəbistanı ilə Yəmən arasında hibrid müharibəsi gedir, neft obyektləri tez-tez dron hücumuna məruz qalır. Bütün bu amillər neftin qiymətinə ciddi təsir göstərir və qiymətləri yuxarı çəkir. İqtisadi amillər önə çıxsa, tələb və təklif qaydaları işləsəydi, indi neftin qiyməti 50 dollardan aşağı olmalı idi. Çünki dünyada neft hasilatı sürətlə artır, istehlak isə ildən-ilə azalır. 10 il öncə belə bir proqnoz var idi ki, 2020-ci ildə gündəlik neft istehlakı 115-120 milyon barel olacaq. Bu gün isə gündəlik neft istehlakı 100 milyon barelə hələ çatmayıb. İstehlak azalır, elektrik enerjisi hasilatında bərpa olunan enerjiyə üstünlük verilir, avtomobil sənayesi kökündən dəyişir. Cəmi 10 il öncə dünyada olan avtomobillərin 0,3 faizi elektriklə çalışırdısa bu gün 10 faizə çatıb, 2025-ci ildə 50 faizə çatması gözlənilir. Bu da ciddi sıçrayışla baş verən artımdır və neft istehlakı da azalır. Gələn il də neft bazarında əsas həlledici məqam siyasi gərginliklərin olub-olmasıdır. Gələn il artıq OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilə ilə neftin qiymətinə təsir imkanı olmayacaq”.

İqtisadçı ekspert vurğuladı ki, bütün bunların Azərbaycan iqtisadiyyatına və manatın məzənnəsinə də təsiri olacaq: “Azərbaycan iqtisadiyyatı kəskin şəkildə neftdən asılıdır. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Neftin qiyməti gələn il təqribən 55 dollar civarında olacaqsa, manata təzyiqləri neytrallaşdırmaq mümkün olacaq. 55 dollardan aşağı olarsa, manata basqılar sürətlə artacaq. Çünki tədiyyə balansında mənfi saldo yaranması ehtimalı var. Bundan sonra da manatın məzənnəsində dəyişikliklərin olması ehtimalı güclüdür. Ancaq bir siyasi amil də odur ki, gələn il parlament seçkiləri olacaq. Parlament seçkilərinə qədər nə manatın məzənnəsində, nə də kommunal xidmətlərin qiymətlərində böyük ehtimalla heç bir artım olmayacaq. Seçkilərə köklənmiş bir ölkədə hökumət mənfi qəbul olunan, sosial gərginlik yaradan addımların atılmasından qaçacaq”.

2020-ci ildə dolların taleyinə gəlincə, iqtisadçı vurğuladı ki, hazırda dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələri də gedir: “Ciddi istehsal və ixrac potensialı olan hər bir ölkə öz milli valyutasının ucuzlaşmasında maraqlıdır. Uzun zamandır Çin bu yolu tutmuşdu və süni şəkildə yuanın məzənnəsini aşağı salmağa çalışırdı ki, daha çox ixracatda üstünlük qazanmağa başlasın. Son zamanlar Amerika ilə Çin arasında ticarət və valyuta müharibələrinin artmasının səbəbi də bu idi. Amerika da çalışır ki, dollar çox möhkəmlənməsin. Ona görə də Federal Rezerv Sistemi son 1 ildə heç kimin gözləmədiyi şəkildə 3 dəfə faizin azaldılmasına qərar verdi. FED uçot dərəcələrinin azaldılması yolu ilə dolların çox möhkəmlənməsinin qarşısını almağa çalışır. Gələn il də FED bu praktikanı davam etdirəcək. Ağ Ev adminstrasiyasının, Trampın özünün də istəkləri bu yöndədir. Ona görə də, hələn il bütün ölkələr çalışacaqlar ki, milli valyutaları həddindən artıq dəyərsizləşsin, zəifləsin. Ancaq bunun da müəyyən həddi var. Nə qədər çalışsalar da ABŞ dolları hələ də dünyanın ən nüfuzlu valyutasıdır, məzənnəsi ciddi şəkildə izlənildiyinə görə, dünyada dolların kəskin şəkildə ucuzlaşmasını gözləmək də əbəsdir. Amerikanın rəqibi olan Avropa Birliyi də eyni addımı atır, avronun güclənməsinin qarşısını alır. Yaponiya da, Çin də bənzər addımlar atır. Bu qarşılıqlı valyuta müharibələri gələn il məzənnənin kəskin şəkildə dəyişəcəyini deməyə əsas vermir. Çox güman ki, bu il gördüyümüz trendin gələn il də davam edəcəyinin şahidi olacağıq. Dollar-avro məzənnəsi aylardır eyni səviyyədədir, 1 avro 1 dollar 10 sentə bərabərdir. Gələnilin birinci yarısında dolların dünyada məzənnəsinin elə bir həddə qalacağı ehtimalı çox yüksəkdir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru