Yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - Bakıda ŞOK DƏLƏDUZLUQ
Tarix: 8-11-2019, 11:56 | Çap et
 Bakıda oxumağı bilməyən qadının adına 4.2 milyon dövriyyəsi olan şirkətlər açılıb. Bu barədə “Qafqazinfo”ya müraciət edən Esmira Nuriyeva bildirib ki, Binəqədi rayonunda yaşadığı həyət evində ötən il onlara qonşu olan evdə kirayə yaşayan Çingiz və onun arvadı Dilarə ilə tanış olub: “Bir müddət sonra onlar şəhərin mərkəzinə köçdülər. 2018-ci ilin iyun ayında Dilarə mənə zəng edib dedi ki, “gəl bir sənəd var, ona qol çək, sənin adına hesab açılıb 1 saat sonra bağlanacaq, sən də 300 manat alacaqsan”. Mən də pula görə razılaşdım, ərim 15 ildir İranda xəstəxanada yatır, onun müalicəsi üçün pul lazım idi. Gəlinimlə qızımı da götürüb getdim. Mən də, gəlinim də oxuya bilmirik, gəlinim heç məktəbə də getməyib. Qızım oxumağı bilir, amma həmin vaxt onun 17 yaşı təzə olmuşdu deyə onu qəbul etmədilər. Biz bilmədiyimiz sənədlərə qol çəkib 300 manatı alıb gəldik.
2019-cu il avqust ayında İrana ərimin yanına gedəndə məni sərhəddə buraxmadılar, dedilər “STOP”un var, adına 5 şirkət var, onların xeyli borcu var. Mən gəlib Dilarəyə zəng etdim, dedi ola bilməz, o sənədlər bağlanıb. Sonra bunların dostu olan Şaiq adlı şəxslə görüşdük, o da dedi ki, sənədləri Eminağa adlı biri götürüb gedib, ona görə şirkətləri bağlaya bilmirlər. Mənə dedilər ki, get Eminağadan şikayət elə. Mən də elə bir adam tanımıram, məni ora Çingiz aparıb, sənədlərə də o qol çəkdirib. Mən sonra “Banditizm idarəsi”nə gedib sənədlərimi verdim, məndən izahat almadılar, 10 gün sənədlərim orda qaldı, vermirdilər. Axırda çox səs-küy salandan sonra sənədlərimi verdilər”.
E.Nuriyeva əlavə edib ki, onun adına şirkət açılan zaman Çingiz həmin idarəyə 40-a yaxın başqa adamlar da gətirdib, həmin şəxslərin də adına bir neçə MMC açılıb.
Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən görünür ki, onun adına açılan “Buttolo”, “Ceyson-TT”, “Dikson-N.N”, “Brayner – S.S”, “Lesnek-2018” şirkətinin hər birinə Vəliyev Etibar İsbəndiyar oğlu direktor təyin olunub.
Bu şirkətlər üçün “Bank BTB”-də açılan hesabların çıxarışlarından görünür ki, 10 aylıq dövriyyə “Brayner – S.S”-də 1,4 milyon manat, “Ceyson-TT”-də 183 min manat, “Buttolo”-da 512 min manat, “Lesnek-2018” 62 min manat, “Dikson-N.N”-də 1,7 milyon manat olub.
Yazıda adı hallanan Çingiz adlı şəxsin nömrəsinə zəng çatmayıb, onun həyat yoldaşı Dilarə adlı qadın isə sualımıza aqressiv cavab verərək “Esmira hara istəyir şikayət etsin, mən ona firma açdırmamışam” deməklə kifayətlənib.
E.Nuriyeva bildirib ki, Çingiz və Dilarə bu işlər məşğul olandan sonra varlanıblar və Çingiz hələ də bu işləri davam etdirir: “Bir neçə gün əvvəl vergi işçisi ilə məni səhv salıb səhvən zəng etmişdi, dedi “bir-iki sənəd var, gətirim onları da həll edək”.
Esmira Nuriyeva deyib ki, Daxili İşlər naziri Vilayət Eyvazova və Bakı şəhər prokruroru İlqar Abbasova müraciət edəndən sonra araşdırmalara başlanılıb: “İki gün əvvəl prokurorluqdan zəng edib dedilər ki, sizin şikayəti “Bandotdel”ə tapşırmışıq, onlar araşdıracaq. Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, bu adamları tapsınlar, mənim adıma açılan şirkətlərin vergi borcunu ödətdirsinlər ki, mən gedib ərimi görə bilim. Həmin adamlar da bu işlərə cəzalarını alsınlar”.








|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15 |
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00 |
|
|
|
| • Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57 |
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17 |
|
|
|
|