"Nə kompensasiya, nə də məzuniyyət haqlarımız ödəndi..." - GİLEY
Tarix: 22-08-2019, 10:52 | Çap et
 Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin keçmiş əməkdaşlarının şikayəti var. Onlar rəhbərliyin əmək hüquqlarını pozduğunu deyirlər.
Şikayətçilərdən Duman Əzizov bildirib ki, o, 2007-ci il sentyabrın 15-də Göyçay-Şirvan Meyvəçilik Mərkəzinə ekskavator sürücüsü kimi işə düzəlib. 2018-ci il dekarın 29-dək həmin vəzifədə işləyib. Bu vəzifəni tək icra etməyib. Onunla birgə 21 nəfər də bu vəzifədə çalışıb. Duman Əzizov deyir ki, onlara 2018-ci ilin sonunda bir ərizəyə qol çəkdiriblər. Deyiblər ki, bu ərizə əsasında onları başqa təşkilata köçürəcəklər. Ancaq belə olmayıb:
“İnandıq, imzaladıq. Bundan sonra bizi heç yerə köçürmədilər, eləcə işdən çıxardılar. Mən və məndən sonra gələn bütün əməkdaşlar işlədiyimiz müddət ərzində məzuniyyət görməmişik. İstirahət nədir, bilməmişik. Ancaq təsadüfi halda çoxlu qar yağarsa, bir neçə gün evdə qalmışıq. Buna baxmayaraq, məzuniyyət haqlarımızı almamışıq”.
Şikayətçi deyir ki, onları işdən çıxaranda qanunla 3 aylıq əmək haqlarını ödəməli idilər. Ancaq bunu da etməyiblər:
“Nə kompensasiya, nə də məzuniyyət haqlarımız ödəndi. Mən işdən çıxdığıma görə narazı deyiləm, lazım deyil iş. Heç olmasa, 10 illik məzuniyyət kompensasiyamı və 3 aylıq ödəməmi versinlər”.
Şikayətçilərdən biri də Bəhruz İsmayılovdur. Hazırda işsizdir və ailəsini dolandırmaqda çətinlik çəkdiyini söyləyir. Deyir, Şirvan Meyvəçilik Mərkəzi 2011-ci ildə “Şirvan Holdinq”in tərkibində yaranıb. 2012-ci ilin yanvarında MMK MMC-yə çevrilib. 2017-ci ildə isə əhalinin rifahını yüksəltmək üçün meyvə bağları yaradılıb. Bəhruz İsmayılov da həmin meyvə bağlarında çalışıb. Özü də cəmi 188 manat əmək haqqına. Deyir, onsuz da bu pulla ailəsini güclə dolandırırmış, indi isə vəziyyəti daha da ağırlaşıb:
“Uşaqlarım qalıb ac. Onları məktəbə göndərə bilmirəm. İş axtarıram, tapa bilmirəm. Ailəmin qarşısında xəcalətli qalmışam”.
Bəhruz İsmayılovun işə ehtiyacı var. Ancaq aylardır heç yerdə iş tapa bilmir:
“Sonra da deyirlər, bölgələrdə yeni iş yerləri açılır, insanlar işlə təmin edilir. Hanı? İşdən çıxarmasınlar, qalsın, yeni iş yeri yaratmaqları. Bizi işdən aldadıb çıxarıblar. Ancaq əmək kitabçamıza yazılıb ki, guya öz xahişimizlə işdən ayrılmışıq. Bu zəmanədə kimsə özxoşuna işdən çıxacaq qədər havalanmayıb”.
Azər İslamov da şikayətçidir. Onun şikayəti digərlərindən fərqlidir. Deyir, o, məzuniyyət haqqını alıb. İş də tapıb, hazırda işsiz deyil. Sadəcə işdən çıxanda məlum olub ki, 7 ilə yaxın olan iş stajı əmək kitabçasına yazılmayıb:
“Bunun səbəbini soruşanda dedilər ki, sən qeyri-leqal işçi olmusan. Əmək kitabçana staj yazsaq, batarıq biz. İllərdir işlə, çalış, vuruş, amma əmək kitabçana heç nə yazılmasın. Bəs mənim bu illər ərzində ödədiyim vergi, DSMF-yə köçürdüyüm o pullar hara gedib? Bunu deyən yoxdur. Bu müəssisə insanların hüququnu bir maddə üzrə pozmayıb. Hərədə bir problem var. Hamısı da müxtəlif. İllər ərzində 3 dəfə adını dəyişib ki, soruşanda desinlər bizlik deyil. Bu, böyük fırıldaqçılıqdır. Dövlət hara baxır?”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
| • Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23 |
|
|
|
| • Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09 |
|
|
|
| • Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04 |
|
|
|
| • Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03 |
|
|
|
| • SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00 |
|
|
|
| • Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53 |
|
|
|
| • Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49 |
|
|
|
| • “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35 |
|
|
|
| • Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34 |
|
|
|
| • Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25 |
|
|
|
| • Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
| • Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11 |
|
|
|
| • Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09 |
|
|
|
| • Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52 |
|
|
|
| • Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46 |
|
|
|
| • Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42 |
|
|
|
| • Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37 |
|
|
|
| • "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35 |
|
|
|
| • İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
| • Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30 |
|
|
|
| • Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
| • Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15 |
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
|