“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                     Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib .....                     “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ .....                     "Narkotikin sonu üç yerdə bitir .....                     Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... .....                     Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? .....                     Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                     "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." .....                     Yaxın Şərqdə KRİTİK ANLAŞMA .....                     “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, .....                     Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü .....                     Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? .....                     Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib .....                     Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib .....                     “Tamaşaçını şitliyə siz alışdırmısınız” .....                     Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub .....                     Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib .....                     Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! .....                     Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır .....                     Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: .....                     Müstəntiq məhkəmədə dindiriləcək .....                     7 körpənin öldüyü yanğın işi .....                     Əgər internet kəsilərsə: .....                     Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq .....                     Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... .....                     Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... .....                     Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb .....                     Ermənistanda şok məhkəmə davası: .....                     Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb .....                     Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb .....                     Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... .....                     İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi .....                     Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı .....                     “Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” .....                     Rusiya Azərbaycana qarşı hərəkətə keçir .....                     Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq .....                     “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib .....                     Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır .....                     "Azərbaycan 90-cı illərin ölkəsi deyil” .....                 

Demokratiyanın heç vaxt olmadığı partiya
Tarix: 23-07-2015, 10:17 | Çap et
Demokratiyanın heç vaxt olmadığı partiya
O hansı partiyadır ki, 2014-cü ilin 27 sentyabrından etibarən didişmələr meydanına çevrilib və orada partiyanın durumu yox, kimlərin qovulacağı müzakirə olunur? O hansı qurumdur ki, dəftərxanası görüləcək işlər deyil, yazılan istefa ərizələri ilə dolur? Faktiki olaraq, bu gün Müsavat Partiyası haqda xəbərlər yalnız bu mövzulardan ibarətdir və oradakı vəziyyət ağır olaraq qalmaqdadır. Partiyadan uzaqlaşan, istefa verən şəxslərin sırası hər gün daha da genişlənir və son olay isə budur ki, partiyanın əsas simalarından biri, zamanında əsas funkioner şəxslərdən olmuş, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verib. Partiyadan uzaqlaşacağını öncədən bəyan edən baş redaktor istefasını doğum günündən sonra reallaşdıracağını söyləsə də, bunu daha tez həyata keçirib və ərizəsini başqana ayın 15-də təqdim edib. Partiya sədri Arif Hacılı da bu haqda özünün Facebook profilində məlumat verərək, istefa ərizəsinin artıq bir müddət əvvəl verildiyini elan edib: “Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.

İki gün öncə yayılan mətndə isə R.Arifoğlu partiyadan çoxdan istefa vermək istədiyini bildirib: “Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olmuşam, partiyanın rəhbər strukturlarında vəzifələr daşımışam; bundan əvvəlsə, 1989-cu ilin oktyabrında qurulan (AMDP) Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olmuşam. Bir sözlə, partiyaya 26 il xidmət etmişəm. Bildiyiniz kimi, mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir-birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə, partiyadakı funksiyalarımdan imtina edərək, çox ağır durumda olan “Yeni Müsavat” qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm. Düz o zamandan - artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərə çarpan fəaliyyətim olmayıb. Təəssüflə qeyd etməliyəm ki, mənim azad qəzetçi kimi fəaliyyətim, bir şirkət sahibi kimi bəzən biznes çıxarlarından; korporativ maraqlardan, ya da geniş ictimaiyyətə, hətta sizlərə belə açıqlaya bilmədiyim həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişlərim Müsavat Partiyasının və şəxsən özümün bədxahlarımızda, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır”.

Onu da deyək ki, R.Arifoğlunun partiyadan istefa verməsi birmənalı qarşılanmayıb və onu gedişi haqda müxtəlif fikirlər bildirilib. Hətta bəzi şəxslər qeyd ediblər ki, onun istefa ərizəsi verməsinə şərait yaradılmamalı idi və R.Arifoğlu da digərləri kimi partiyadan qovularaq, aşağılanaraq göndərilməli idi. Məsələyə eks başqan İsa Qəmbər də münasibət bildirib və R.Arifoğlu haqda xoş olmayan fikirlər bölüşüb: “Gənc dostlarımızdan Turxan Qarışqa mənə belə bir sualla müraciət edib - “İsa bəy, gözlər həm də sizdədir. Rauf Arifoğlunun partiyadan istefası haqda nə deyə bilərsiniz? Günün ən çox müzakirə olunan məsələsidir”. Turxan bəy, məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib”.

İ.Qəmbər R.Arifoğlunun Prezident tərəfindən mükafatlandırılmasına da münasibət bildirib və yaranmış mənzərəni hakimiyyətlə barışıq kimi qiymətləndirib. Təbii ki, bu cür fikirlər qarşı tərəfdə hiddət doğurub və əks cavab özünü çox gözlətməyib. Belə ki, baş redaktorun müavini və kiçik qardaşı Azər Ayxan bildirib ki, bu sözləri deyənlər öz barışdıqlarına da baxsınlar, bizim də: Siz bizim dövlətin 1-ci şəxsi ilə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiniz. “Bu, rejimlə barışmaqdır” deyib Dədə Qorqudluq iddiasına düşürsünüz. P.S. "Yeni Müsavat" və Rauf Arifoğlu olmasaydı, Azərbaycan müxalifəti neynərdi görəsən”.

R.Arifoğlu özü də məsələyə münasibət bildirib və ortada gözlənilməyən ssenari olmadığını deyib. O, sabiq başqanından belə münasibət gözləyib-gözləmədiyi ilə bağlı suala cavabında bildirib ki, “filankəsdən bunu gözləmirdim” cümləsini ünvanına işlədəcəyi dostlarının sayı həddindən çox azdır. İ.Qəmbərin bir zamanlar “Rauf Arifoğluna hücum Müsavat Partiyasına hücumdur” yanaşmasının niyə dəyişdiyi barədə isə baş redaktor “o, bu sözləri deyəndə Müsavat Partiyasının başqanı idi, indi isə başqan deyil” cavabını verib.
Onu da deyək ki, bir partiya üzvünün istefası ətrafında bu qədər ajiotaj yaradılmasının özü də diqqət çəkən məqamdır. Bütün hallarda, istənilən bir şəxs partiya üzvlüyündən istefa verirsə, demək ki, onu qane etməyən, maraqları ilə üst-üstə düşməyən məsələlər var. Müsavat Partiyasının qurultaydan sonra, yəni Arif Hacılı başqan postuna gə(tiri)ləndən sonra hansı durumlara düşdüyü isə məlum məsələdir. Yeni başqanın gəlişi ilə üzvlərə azad söz və fikir bildirmək, başqanla eyni olmayan mövqe sərgiləməyin qadağan olunduğu hamıya bəllidir. Faktiki olaraq, partiyada qeyri-demokrat, avtoritar rejim hökm sürür və üzvlərin bir-bir bu cür qurumdan istefa verib getməsində təəccüblü nəsə yoxdur. R.Arifoğlunun oradan hələ 1998-ci ildən getmək istəməsini açıqlaması isə orada vəziyyətin heç zaman ürəkaçan olmadığını ortaya qoyur. Buradan belə başa düşmək olur ki, hazırda İ.Qəmbərlə R.Arifoğlu arasında gedən söz atışması da səbəbsiz deyil və hələ ki, bizə tam təfərrüatı ilə məlum olmayan məqamlar var. Aydın olan budur ki, hər zaman özünü xalqın partiyası kimi təqdim edən Müsavat heç zaman, heç İsa Qəmbərin dövründə də iddia etdikləri kimi bir təşkilat olmayıb və demokratik dəyər və prinsiplərdən çox uzaq olub. Göründüyü kimi, partiyanın iç üzü hər gün bir az da açılır və onların mahiyyət etibarı ilə nə olduqları, hansı “dəyər”lərə xidmət etdikləri elə öz açıqlamalarında faş olunur. Yəqin partiyanın hazırda bu dərəcədə əyilərək məhv olmağa doğru getməsi də qoyulan əyri təməlin nəticəsidir. Hazırda orada barmaq sayında üzvlərin qalması hər şeyi ifadə edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Bu gün, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Bu gün, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Bu gün, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Bu gün, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Bu gün, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Bu gün, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Bu gün, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Bu gün, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Bu gün, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Bu gün, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Bu gün, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Bu gün, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Bu gün, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Bu gün, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Bu gün, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Bu gün, 12:32
Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Bu gün, 12:30
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08
Əgər internet kəsilərsə: - İlk 72 saatda dünyada bunlar baş verər…
Bu gün, 12:06
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Bu gün, 12:04
Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... - “Milyonlar itiririk”
Bu gün, 11:50
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb - DETALLAR
Bu gün, 11:47
Ermənistanda şok məhkəmə davası: - Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
Bu gün, 11:45
Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb - Mirzoyan
Bu gün, 11:36
Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb - KİV
Bu gün, 11:33
Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
Bu gün, 11:33
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi - TƏFƏRRÜAT
Bu gün, 11:17
Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı AİHM-nə 600 ərizə göndərdi..
Bu gün, 11:13
“Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” - Paşinyandan NET MÖVQE
Bu gün, 11:10
Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00
Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59
“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56
Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52
"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50
"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46
Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43
"Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26
Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17
“İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06
“Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05
"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru