Ali Məhkəmədə Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd:nRamin İsayev 54 milyon manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham verilib.
R.İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. 2024-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsayev müddətə 14 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin təqsirləndirilən şəxsin əmlakları müsadirə olunub. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəaimdə çəkəcək.








