"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." .....                     Hakim ona 1 saat vaxt verdi .....                     44 günlük savaşın gizli məğlubu bu ölkədir .....                     Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi .....                     Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı .....                     Bu liseyin direktoru işdən çıxdı .....                     Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA .....                     Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi .....                     Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü .....                     Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? .....                     Rusiyadan Ermənistanla bağlı şok hesabat: .....                     Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... .....                     Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     `Post Cargo` POST OLUB GETDİ! .....                     "İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" .....                     Əli Əhmədovun oğlu baş həkim təyin edildi .....                     Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? .....                     Quru sərhədlərlə bağlı mühüm xəbər .....                     Simvolik qisas və Çingiz xan prospekti .....                     Ermənistan Rusiyanı istismar edir .....                     ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... .....                     ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb .....                     Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir .....                     “Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” .....                     Ermənistan üçün Rusiya asılılığı bitir? .....                     "Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     "60 manatın cəmi 25 manatını qaytardılar..." .....                     Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi .....                     Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? .....                     Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı .....                     Kremlin ilginc Güney Qafqaz PLANI .....                     İsi Mustafayev yüksək vəzifəyə təyin edildi .....                     “Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” .....                     Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                 

Keçmiş müşavir Əli Kərimlidən uzaqlaşmasının səbəblərini açıqladı
Tarix: 6-08-2014, 11:50 | Çap et
 Keçmiş müşavir Əli Kərimlidən uzaqlaşmasının səbəblərini açıqladı
AXCP sədrinin müşaviri, partiyanın Ali Məclisinin və Rəyasət Heyətinin üzvü Rəsul Mirhəşimli 1989-cu ildən üzv olduğu təşkilatdan istefa verib. Araşdırma zamanı bəlli olub ki, Əli Kərimlinin müşaviri partiyadan bir ay əvvəl istefa verib, lakin bu istefasını ictimailəşdirmək istəməyib. Dünən Rəsul Mirhəşimli suallarımıza cavab verib. O, əsasən istefasının səbəbi, bundan sonra atacağı addımlar, AXCP üzvlərinin ona münasibəti, partiyada olan mövcud münasibətlər və digər mövzularda fikirlərini açıqlayıb.

- Rəsul bəy, 1989-cu ildən bu yana AXC-nin, daha sonra AXCP-nin üzvü, partiya sədrinin müşaviri, Ali Məclisin nümayəndəsi olmusunuz. Hansı səbəblərdən AXCP-dən istefa verdiniz?

- Əslində, bu haqda danışmaq niyyətində deyiləm. Hesab edirəm ki, jurnalist fəaliyyəti ilə siyasi fəaliyyət bir-birinə uyğun gəlmir. Düzdür, bir jurnalist kimi mənim yazdıqlarım siyasi yazılar olmayıb, mən partiyanın mövqeyini əsaslandıran məqalələrlə çıxış etməmişəm, əsasən dini mövzularda yazmışam. Ancaq bütün hallarda jurnalistika ilə siyasi fəaliyyət bir araya sığışmır. Bu zaman istər-istəməz tərəf kimi çıxış etdirsən. Hesab etmişəm ki, bundan sonrakı fəaliyyətim siyasi olmamalıdır. Mətbuatı özümə doğma sayıram, iş yerim jurnalistikadır. Jurnalist kimi fəaliyyətimi davam etdirmək qərarını vermişəm.

- Demək istəyirsiniz ki, AXCP-dən getməyiniz siyasi səbəblərlə bağlı deyil?

- Hesab etmirəm ki, sırf siyasi məsələlərlə bağlıdır. Bundan sonra siyasi fəaliyyətdə hər hansı bir aktivlik, perspektiv olacağını da düşünmürəm. Bu mənim subyektiv fikrimdir. Perspektiv görmürəm. Əgər siyasi partiyalar ölkədəki siyasi proseslərə təsir imkanlarına malik deyillərsə, orda qalmağım öz-özümü aldatmaqdan başqa bir şey deyil.

- İstefanızda siyasi motiv varmı?

- Bundan sonra siyasi partiyaların perspektivinə inanmıram. Təsəvvür edin ki, müxalif siyasi partiyalar 20 ildir seçkilərdən əvvəl bir araya gəlir, birgə seçkilərə gedirlər. Seçkilərdən sonra isə aşağı səviyyəli sözlərlə bir-birlərini təhqir etməyə başlayırlar.

- Bu siyasi mədəniyyət məsələsi deyilmi?

- Əlbəttə, siyasi mədəniyyət məsələsidir. Əgər siz bir yerdə ola bilmirsinizsə, bu yaratdığınız siyasi bloklar nəyə lazımdır? Yox, əgər bir yerdə ola bilirsinizsə, seçkilərdən sonra bir-birinə qarşı ittihamlar, aşağı səviyyəli ifadələr kimə lazımdır? Bu kimi səbəblərdəndir ki, partiya sıraları getdikcə seyrəlir. Vaxt olub ki, bir müxalifət partiyasının 40 mindən çox üzvü olub, bu gün isə 10 min üzv partiyalarda fantastik rəqəm sayıla bilər. - Buna səbəb nədir? - Obyektiv səbəbləri də var. Əlbəttə, müxalifət partiyaları uzun illərdir fəaliyyət göstərir, bəzən çətin şərtlər altında mövcudluğunu qoruyur. Bütün bunlar perspektivə təsir edir. Ancaq həm də müxalifətdə olan partiyaların bir-birinə münasibəti məsələsi də var. Eyni zamanda siyasi partiya üzvləri özlərini xalqdan kənarda görürlər. “Kim bizim kimi düşünmürsə, bizə düşməndir” prinsipi demokratik düşərgəyə yaraşmayan haldır. Çünki bu bolşevizm prinsipidir. -

İstefanızdan əvvəl partiyada aparılan müzakirələr zamanı bu tənqidi fikirləri rəhbərliyə çatdırmısınız?

- Mənim imkanlarım məhdud olub. Rəyasət Heyətinin toplantılarında iştirak etmək hüququm olduğu təqdirdə iş rejimimə görə, iclaslara qatıla bilməmişəm. Həm də partiyanın qərargahı yox idi. Qərargah olduğu zaman bir-iki dəfə toplantıda iştirak etmişəm. Müntəzəm şəkildə deməsəm də, ayrı-ayrı vaxtlarda fəaliyyətlə bağlı iradlarım olub. Hətta məni müşavir təyin edəndə də, bəzi iradlarımı çatdırmışam. Arqumentlərimi gətirmişəm, sədr də öz aqrumentlərini söyləyib. Sonra da razılaşmışam və 2011-ci ilin noyabrında da müşavir təyinatına razılıq vermişəm. Ancaq tənqidlərimi də çatdırmışam. 2001-ci ildə partiyada siyasi fəaliyyətlə bağlı etirazımı bildirib Ali Məclisdən istefa vermişəm, amma AXCP sıralarını tərk etməmişəm. Bundan sonra isə düşünmüşəm ki, mənim siyasi fəaliyyətim əməli fəaliyyətimə uyğun gəlmirsə, siyasi fəaliyyətlə məşğul olmuramsa, siyasi partiyada qalmağımın əhəmiyyəti yoxdur.

- Partiyadan istefa verdikdən sonra sizə münasibət necə olub?

- Mən istefamı partiya rəhbərliyinə bildirmişəm. Partiya rəhbərliyində olan şəxslərdən bir neçəsi də təəssüfləndiyini deyib. Çalışmışam ki, istefadan sonra partiya üzvləri ilə münasibətləri qoruyub saxlayım. Demək olar ki, partiyanın geniş təbəqəsinin mənim istefamdan xəbəri yoxdur. Sosial şəbəkədə yazdığım statusa qədər çoxluq mənim istefamdan xəbərsiz idi. Partiyadakı fəaliyyətim şəffaf olub. Tutduğum post bu təşkilatın apardığı xəttə, mübarizəsinə xələl gətirməyib. İstefam da onlara xələl gətirməyəcək. Çünki mən özümü əvəzedilməz və həm də itirilmiş insan hesab etmirəm. Azərbaycanda dini anlayışı olan kifayət qədər insan var. Əgər məni partiyada əvəz etmək istəsələr əvəz edəcəklər, məsləhət görməsələr heç təyinatda olmayacaq. - Ancaq istefanızdan sonra sizi görüb salam verməyən, üzünü yan tərəfə çevirən keçmiş partiyadaşlarınız da olub...

- Bu şəxsi münasibətdir. Ola bilsin ki, 1989-cu ildən partiya üzvü olan və heç bir səbəb göstərmədən istefa vermək onlara təsir edib. Mən insanları qınamıram. Bir vaxtlar mənim də partiyanı tərk edənlərə münasibətim pis olub, buna kəskin etiraz etmişəm və s. Kimsə partiyada qala və hesab edə bilər ki, apardığı işə mənim istefam kölgə salır, opponentləri sevindirir və s. Bunu əsas gətirib mənimlə görüşmək istəməyənin canı sağ olsun. Salamı Allaha xatir verər və Allaha xatir də alarlar.

- Bizim cəmiyyətdə niyə partiyadan çıxmaq insanlıqdan çıxmaq kimi qiymətləndirilir? - Kimsə hesab edə bilər ki, adama partiya üzvü olduğuna görə salam verərlər. İnsanlar dünyəvi düşünür, bəzən çox materialist olurlar. Materializmin verdiyi fəsadlardan biri budur.

- Sizin yaxın ətrafınız demək olar ki, AXCP üzvlərindən ibarət idi. İstefanız bu baxımdan sizə mane olamayacaq ki?

- Mənim bütün ətrafım partiyaya bağlı deyildi. İnsanlarla siyasi mənsubiyyətə əsaslanıb münasibət qurmamışam. Normal münasibət bəslədiyim başqa siyasi partiya üzvləri, partiya üzvü olmayanlar, hətta hakim partiyanın təmsilçiləri, hakimiyyətdə olub mənimlə normal münasibətdə olanları var. Mənin siyasi mövqeyim onlara münasibətdə fərq yaratmayıb, eləcə də, onların əqidəsi mənimlə münasibətdə maneə yaratmayıb. İnsana insan olaraq dəyər vermək daha doğrudur.

- Partiyadan gedənə düşmən kimi baxmaq, ittihamlar irəli sürmək, satqındır demək günün reallığıdır. Siz bu kimi ittihamlara hazırsınızmı?

- Mən bütün ittihamları əsassız hesab edirəm. Partiyaya qarşı ittiham irəli sürmədən istefa vermişəm. Hesab edirəm ki, mənim siyasi fəaliyyət göstərmək imkanlarım minimum olduğundan partiya sıralarını tərk etmişəm. Əgər başqa cür hesab edirlərsə, bu ayrı məsələ. Ancaq biz partiya üzvü ola-ola satılanları görmüşük və bu gündə belə adamları bir çoxlarımız tanıyırıq. Bütün ittihamların qarşısına susqunluqla, cavab vermədən çıxmağa hazıram. Ancaq mən bütün ittihamları əsassız hesab edirəm. Hər kəsin etdiyini, bildiyini Allahdan yaxşı bilən yoxdur. Kim əsassız ittiham irəli sürəcəksə, şər edəcək. Bu fikirdə olanlar anlasınlar ki, dini baxımdan bu böhtandır və Allah qarşısında günah edirlər. Amma hesab etmirəm ki, belə ittihamlar olsun. Çünki olsaydı, indiyə qədər olardı. Mən bir aya yaxındır ki, partiya sıralarını tərk etmişəm. Ümid edirəm ki, mənə qarşı ittihamlar olmayacaq. Həm də diqqətlə baxsanız görərsiniz ki, mənim sosial şəbəkədə yazdığım statusların çoxunu elə AXCP üzvləri bəyəniblər. Odur ki, bütün ittihamlar yersizdir. Mənim onlara ən böyük arzum uğurlardır. AXCP Əbülfəz Elçibəyin adına bağlı, Azərbaycana müstəqillik qazandıran təşkilatdır. Bu təşkilatın ilk sədri Əbülfəz Elçibəy milli azadlıq hərəkatının lideri olub və öz siyasi karyerasında təmənnasızlıq simvolu ortaya qoyub.

- Siz Əbülfəz Elçibəy haqqında belə yüksək fikirlər səsləndirsəniz də, əslində AXCP-də Yurd-a yaxın şəxs kimi qəbul olunmusunuz...

- Bizim rayon işğal edildikdən sonra 1993-cü ildən sonra fəaliyyətimi Bakıda davam etdirmək məcburiyyətində qalmışam. İlk tanıdığım şəxslər Yurdun üzvü olub. Ancaq bu o demək deyil ki, Yurddan kənarda olan insanlarla münasibətim olmayıb. Mən AXC və daha sonra AXCP-də olduğum müddət başqa təşkilatın üzvü olmamışam. Hesab etmişəm ki, AXC 1995-ci ildə siyasi fəaliyyətini AXCP kimi davam etdirə, parlamentdə təmsil oluna bilər. Mən bu istiqamətdə fəaliyyət göstərmişəm. Mən Yurdun üzvü olmamışam. Olsaydım, bunu deyərdim. Düşünmüşəm ki, AXCP üzvü olduğun halda başqa bir ictimai təşkilatın üzvü olmamalıyam.

- Sizin Əli Kərimli ilə münasibətləriniz hansı səviyyədə olub?

- Partiyanın qərargahı olmadığı səbəbindən rəhbərliklə təmaslarım minimum şəkildə olub. Tədbirlərdə rastlaşmışıq. İlk təyin olunduğum müddətdə sədrin müşavirə tapşırıqları var idi. Ancaq mənim iş fəaliyyətim imkan verməyib ki, tapşırıqları yerinə yetirim. Əsas budur ki, siyasi fəaliyyətlə məşğul olmağa imkanım olmayıb. Əsasən iş yerində kompüter arxasında yazı redaktə etmişəm, xəbərlərə baxmaqla məşğul olmuşam. Siyasi fəaliyyət tamam arxa plana keçib. Mənim siyasi fəaliyyətimi davam etdirməyim ilk növbədə özümü aldatmaq idi. Amma normal münasibətlərimiz olub.

- Müxalifət düşərgəsində mövcud olan indiki durumu necə qiymətləndirirsiniz?

- Seçkidən sonra partiyaların bir-birinə qarşı ittihamları dayandırmaqla bağlı müraciətim olub. İttihamlara kəskin etiraz etmişəm. Ədalətsiz mövqe olanda iradımı bildirmişəm. İstəməmişəm ki, ittihamlar çoxalsın. Çünki ittihamlar çoxaldıqca xalqın bu partiyalara inamı azalır. Müxalifətdə bir yerdə ola bilməyən insanların hakimiyyətdə komandası necə formalaşa bilər? Ancaq müxalifətdə olan partiyaların bir-birinə qarşı fərqli mövqedə olmasının əsas səbəbi uğursuzluqdur. Məğlubiyyət yetim olur, ona heç kim sahib çıxmaq istəmir. Hər kəs də, bu uğursuzluğu bir-birindən görür. Yəqin uğur qazansaydılar, ittihamlar bu şəkildə geniş yayılmazdı.

- Siz AXCP-nin İctimai Palatada və Milli Şurada təmsil olunmasına qarşı olmusunuz?

- Mən İctimai Palatanın üzvü olmuşam. O zaman demişəm ki, Ərəb dünyasında baş verən proseslərin Cənubi Qafqaza təsiri ola bilməz. Çünki Yaxın Şərq başqa regiondur. Mən Milli Şura yaradılan zaman da hesab etmişəm ki, bu müxalifətin birliyinin yaradılması baxımından əhəmiyyətli hadisədir, amma qeyd etmişəm ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək, belə niyyəti də yoxdur. Vurğulamışam ki, bütün prosesi bir nəfərin üzərində qurmaq müsbət nəticə verə bilməz. Çünki biz bunu 2005-ci ildə Rəsul Quliyevin qayıdışı şousu zamanı yaşamışdıq. Seçkilərdən sonra da Milli Şuranın elə bir fəaliyyəti olmayıb. Müsavat bu qurumu tərk edib, bu gün Milli Şura iclas keçirmək üçün yer tapa bilmir və siyasi proseslərə təsir gücünə malik olmayan qurum halına çevrilib.

Teleqraf.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Bu gün, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Bu gün, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Bu gün, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Bu gün, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Bu gün, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Bu gün, 13:21
Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Bu gün, 13:18
Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Bu gün, 13:16
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Bu gün, 13:12
Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Bu gün, 13:09
Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Bu gün, 13:07
Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Bu gün, 13:02
Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır - “ArmLur” saytı
Bu gün, 12:55
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:52
`Post Cargo` POST OLUB GETDİ! - NARAZILIQ VAR...
Bu gün, 12:44
"İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" - ETİRAZ VAR...
Bu gün, 12:38
Əli Əhmədovun oğlu baş həkim təyin edildi - ƏMR
Bu gün, 12:28
Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? - Ekspert bütün riskləri açıqladı
Bu gün, 12:27
Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Bu gün, 12:22
Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:18
Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Bu gün, 12:17
ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Bu gün, 12:12
ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Bu gün, 12:07
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Bu gün, 12:03
“Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Bu gün, 11:57
Ermənistan üçün Rusiya asılılığı bitir? -Aİ görünməmiş iqtisadi güzəştlərin düyməsinə basdı
Bu gün, 11:50
"Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:49
"60 manatın cəmi 25 manatını qaytardılar..." - GİLEY
Bu gün, 11:47
Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi - TƏFƏRRÜAT
Bu gün, 11:41
Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Bu gün, 11:36
Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı - BUNDAN SONRA...
Bu gün, 11:35
Kremlin ilginc Güney Qafqaz PLANI – Azərbaycan da...
Bu gün, 11:34
İsi Mustafayev yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 11:33
“Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” - Nikol Paşinyan
Bu gün, 11:28
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru