“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                     Ramiz Mehdiyevlə Köçəryanı .....                     "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                     Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir .....                     Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                     Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır .....                     Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib .....                     Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər .....                     Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? .....                     "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." .....                     Nazirlik əməkdaşı vəfat etdi .....                     Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək .....                     Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... .....                     Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir .....                     Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq .....                     “X Petrol”da müştəri necə aldadılır? .....                     167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                 

Partiyalar təşviqata başlayıblar: hərənin öz vədi var - Namizədlər 23 gündə seçicilər qarşısına hansı sözlərlə çıxırlar?
Tarix: 9-08-2024, 14:00 | Çap et
Partiyalar təşviqata başlayıblar: hərənin öz vədi var
Bu gün sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayıb. Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) da daxil olmaqla, ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti növbədənkənar seçkilərdə namizədlərlə iştirak edirlər.

Təbliğat-təşviqat kampaniyasına hazır olduğunu deyən siyasi partiyalar seçicilər qarşısına hansı vədlərlə çıxdıqlarını da AYNA-ya açıqlamalarında qeyd ediblər.

Bütün seçki dairələrindən namizəd irəli sürmüş hakim YAP “Yeni dövrə Azərbaycanla!” şüarı ilə təbliğata başlayıb. YAP-ın əsas funksionerlərindən olan deputat Elman Nəsirov bildirib ki, “ölkənin avanqard partiyası olan YAP hər zaman siyasi proseslərin mərkəzində” dayanır: “Namizədlərimiz cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi kursunu əsas götürərək seçicilər qarşısına çıxır və səs istəyirlər. Həır yerdə YAP-ın namizədlərinə dəstək, sevgi hiss edirik. Əminəm ki, bu seçkilərdə də YAP xalqımızın dəstəyini qazanacaq. Biz inkişaf, tərəqqi və yüksək həyat sözü veririk və bu istiqamətdə də cənab Prezidentin başçılığı altında verilən sözlər yerinə yetirilir. Artıq namizədlərimiz namizəd olduqları dairələrdə təşviqata başlayıblar. Hər bir namizədimizə uğurlar arzulayıram”.

Seçkilərdə iştirak edən müxalif Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı deyib ki, təmsil olunduğu partiyası azad və ədalətli seçki mühitinin olmadığı şəraitdə bütün çətinliklərə baxmayaraq seçki marafonuna qoşulub: “İndiyədək ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən 25 seçki dairəsində namizədlərimiz qeydə alınıb. Namizədlərimiz sırasında ölkənin tanınmış siyasət və dövlət xadimləri, professor və elmlər doktorları, Qarabağ qazisi, şəhid atası, ixtiraçı alim və xalq təsərrüfatının müxtəlif sahələrində uğurlar qazanmış mütəxəssislər var. Biz çox qısa müddətdə davam edəcək seçki kampaniyası dövründə qeydə alınan namizədlərimiz, onların seçki komandaları və bütün mövcud resurslarımız vasitəsi ilə ölkədə olan ümumi siyasi ab-havanın dəyişməsinə, cəmiyyətin diqqətinin seçki prosesinə cəlb ediməsinə çalışmaq, arzusunda olduğumuz Azərbaycan haqqında planlarımızı hər kəsin diqqətinə çatdırmaq niyyətindəyik”.

“Yaxın günlərdə təhsil, səhiyyə, ədalət mühakiməsi sahəsində islahatlar, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, pensiyaların, əmək haqlarının artırılması, uşaq pullarının verilməsi, quru sərhədlərin açılması, monapoliyalara son qoyulması, gənclərimizin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olan problemlərin həll olunması, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması və başqa bu kimi mühüm məsələləri əhatə edən seçki plarformamız ictimaiyyətə təqdim ediləcək. Müsavat Partiyasının istinad nöqtəsi, dayağı, güvəndiyi güc mərkəzi yalnız Azərbaycan xalqıdır”, - deyə A.Hacılı əlavə edib.

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli bildirib ki, təmsil olunduğu partiya hələ ötən ildən seçkilərə hazırlaşıb: “Təvəzökarlıqdan kənar olsa da, REAL ən birinci seçkilərə hazırlaşan təşkilat olub. Ötən ilin dekabr ayının ortalarında bizim seçki qərargahı formalaşdırılmışdı. Bu günə qədər də ciddi fəaliyyət göstərmişik – həm şüarlarla bağlı, həm proqram və platforma ilə bağlı. Ölkədə ilk dəfə olaraq REAL partiyasının platforması ilə bağlı saytı fəaliyyət göstərir. Orada proqramımız yazılıb. İstənilən şəxs sayta daxil olmaqla platformamızla tanış ola bilər, təkliflərini verə bilər. İndiyədək minə yaxın təkliflər almışıq, onların qruplaşmasını aparmışıq, saytda da yerləşdirmişik. REAL təşviqat kampaniyasını artıq başladıb və namizədlərimiz onlara etimad göstəriləcəyi təqdirdə hansı işləri görəcəklərini, məqsədin, amalın nə olduğunu seçicilərimizə çatdıracaqlar”.

Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD) da seçkilərdə təşviqata başlayıb. Partiyanın sözçüsü Əli Zülfüqaroğlu deyib ki, ƏHD Partiyası 11 namizədlə növbədənkənar parlament seçkilərində iştirak edir: “Namizədlər təbliğat-təşviqat kampaniyasına tam hazırdırlar. Təbii ki, ƏHD Partiyasının namizədləri seçicilərlə effektiv iş aparmağa çalışacaqlar və seçki kampaniyasının uğurla aparılacağına əminik”.

Seçkilərdə namizədlərlə iştirak edən, Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası da seçkilərdə təşviqat kampaniyasına start veriblər.

AYNA.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru