Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                     Ramiz Mehdiyevlə Köçəryanı .....                     "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                     Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir .....                     Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                     Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır .....                     Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib .....                     Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər .....                     Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? .....                     "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." .....                 

İCAZƏLİ MÜXALİFƏTÇİLƏRİN “SİYASİ FƏRARİLİYİ”... - Partiya sədrləri niyə deputatlığa namizəd olmurlar?
Tarix: 26-07-2024, 13:00 | Çap et
İCAZƏLİ MÜXALİFƏTÇİLƏRİN “SİYASİ FƏRARİLİYİ”...
“Azərbaycanda müxalifət yoxdur” deyənləri bəzən qınayırlar və ictimai müzakirələrdə buna ən çox etiraz edənlər də məhz həmin “müxalif partiya” sədrləri, eləcə də “avtobus müxalifəti” ifadəsindən inciyən məlum şəxslərdir.

Lakin hazırda imzatoplama kampaniyası davam edən parlament seçkisinin ilk mərhələsi göstərdi ki, doğrudan da özlərini müxalifət partiyası, müxalifət lideri adlandıranların böyük əksəriyyətinin davranışları siyasi müxalifət, siyasi mübarizə anlayışları ilə qətiyyən üst-üstə düşmür və daha çox siyası bazarlıq, mənfəətpərəstlik, alış-veriş anlayışlarına uyğundur...

Görünən odur ki, üzdə olan müxalif partiya sədrlərinin əksəriyyəti seçkidə deputatlığa namizəd kimi iştirakdan ya imtina ediblər, ya da hələ qərar verməkdə çətinlik çəkir, “gah nala, ah mgıxa vururlar”. İştirak edənlər isə haranı "məsləhət" bilirlər, oradan namizəd olurlar...

Bu sıraya Ümid partiyasının sədri İqbal Ağazadəni, Musavat rəhbərləri İsa Qəmbəri, Arif Hacılını, Ədalət partiyasının sədri İlyas İsmayılovu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlını və digərlərini aid etmək olar. Maraqlıdır ki, bir çox partiya sədrləri əvvəlki seçkilərdə heç olmasa namizəd kimi iştirak edir, mandat üçün mübarizə aparır, ya da ən azından mübarizə görüntüsü yaradırdılar, ancaq məlum razılıq verilmədiyi üçün deputat ola bilmirdilər. “Mübarizələri” də bununla bitirdi. Bu dəfə isə nəinki deputat, hətta namizəd olmaq üçün icazə, razılıq gözləyirlər...

Məsələn, İqbal Ağazadə əvvəlcə səs-küylə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizədliyini verdi. Sonra nə oldu, nə baş verdi, bilinmədi və ərizəsini geri götürdü. Onun öz dilindən ifadə edilən rəsmi izahı isə belə oldu: “Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.

Yəni, guya partiyanın idarə heyəti “məsləhət bilməyib”.

Hələ seçiciləri, medianı və s. bir tərəfə qoyaq, görəsən həmin "idarə heyətində" oturanların özləri bu tragikomik bəhanəyə inanırlarmı? Hamıya yaxşı məlumdur ki, əsl səbəb, son dövrlərin dəbdə olan "prikolu" ilə desək, "həkim rəyinin", yəni mandat veriləcəyinə "qarantiyanın" olmamasıdır.

Yaxşı, sadaladığımız və sadalamadığımız partiya sədrləri nəinki deputatlıq, hətta deputatlığa namizədlik üçün də icazə gözləyirlərsə və buna qarşı gedəcək, mübarizə aparacaq cəsarətə, siyasi iradəyə malik deyillərsə, o zaman belə müxalifətçiliyin nə mənası, nə əhəmiyyəti, cəmiyyət üçün nə xeyri var?

Nə prezident seçkisində, nə də parlament seçkisində iştirak etməyən bir partiya sədri hansı adla, hansı məntiqlə siyasətdə və partiya sədrliyində qalır?

Özünü siyasətçi, partiya sədri adlandırsa da, deputatlığa namizədlik pilləsinə belə qədəm qoymaq üçün icazə gözləyən, bu icazəni almadıqda isə acizlik göstərən birisi hansısa siyasi liderlikdən dəm vurmaq, xalqın, dövlətin gələcəyi ilə bağlı böyük-böyük siyasi-fəlsəfi fikirlər söyləmək haqqına malikdirmi? Bunun adı siyasi mütilik, acizlik, hətta fərarilik deyil də, nədir?

Bu partiya sədrləri üçün maraqlı bir nümunə göstərə bilərik. Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov MSK-nı və həmin qurumun sədri Məzahir Pənahovu onun namizədliyini qeydə almadığı üçün sərt tənqid etdi. Beləliklə də təkbaşına bu partiya sədrlərinin topasından daha böyük cəsarət və iradə ortaya qoymuş oldu.

O da maraqlıdır ki, bu partiya sədrləri öz namizədliklərini vermədikləri halda partiyadakı sədr müavinlərini və digər partiya təmsilçilərini qabağa veriblər. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib. Lakin partiyadan son Milli Məclisdə təmsil olunan deputatlar Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi yenidən irəli sürülüb.

Yaxud, Müsavat başqanı İsa Qəmbər seçkiyə getmir, amma sabiq deputat İkram İsrafil də daxil olmaqla, xeyli sayda namizəd irəli sürür. Eyni mənzərə digər partiyalarda da var. Yaxşı, bu nə siyasi bazarlıq, nə alış-veriş, nə sövdələşmələrdir belə?

Bütün bu baş verənlər bir daha göstərir ki, Azərbaycanda normal siyasi mühitin, seçki gündəminin, siyasi fəallığın, nəhayət, əhalidə siyasətə və siyasətçilərə qarşı laqeyidliyin, inanmsızlığın kökündə duran səbəblərdən biri də məhz bu onurğasız “müxalifət liderləri”nin iradəsizliyi, siyasi fərariliyi və alverçiliyidir...

“AzPolitika.info”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru