“İstanbul terrorunun arxasından İran çıxsa, təəccüblənməyin” - Aqil Səmədbəyli
Tarix: 14-11-2022, 14:32 | Çap et
 Noyabrın 13-də İstanbulun mərkəzində, İstiqlal küçəsində terror aktı törədilib. 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terroru törətməkdə şübhəli bilinən qadın saxlanılıb. İstanbul Polis İdarəsi terror hadisəsini törədən şəxsin Suriyadan olan Ahlam Albashir olduğunu açıqlayıb. O, dindirilmə zamanı təlimatı PKK/PYD-dən aldığını deyib.
Taksim meydanında törədilən terror aktı ilə əlaqədar ümumilikdə, 46 nəfər saxlanılıb. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama verib.
Terror aktı ilə bağlı ekspertlər bir çox versiyalar irəli sürürlər. Əksəriyyətinin fikrincə, bu, Türkiyənin son vaxtlar dünyada artan nüfuzuna zərbə vurmaq məqsədi ilə həyata keçirilən terror aksiyasıdır.
Bəziləri isə hesab edirlər ki, bu, rəsmi Ankaranın, konkret olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın silayəsətini qəbul etməyən güclərin tapşırığı əsasında həyata keçirilən qanlı olaydır. Həmin qüvvələr gələn il keçiriləcək seçkilərdə Ərdoğanın səs itirməsinə hesablanmış addımlarla ölkədə ictimai-siyasi sabitliyi pozmaq niyyətindədirlər. Terrorçunun hansı qruplaşmadan olması isə həmin qüvvələr üçün önəmli deyil.
DİA.AZ-ın məlumatına görə, uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli terrorla bağlı fikirlərini AYNA ilə bölüşərkən deyib ki, hadisə yenidir, araşdırmalardan sonra bir çox mətləblərə aydınlıq gələcək: “Maraqlı məqam ondan ibarətdir ki, terroru törətməkdə şübhəli qismində saxlanılan qadın hadisədən sonra qaçmayıb, sakit şəkildə yaşadığı evə gedib. Əlbəttə, onun əlaqələri araşdırılacaq, kimlərdən təlimatlar aldığı dəqiqləşəcək. Bundan sonra nələrsə demək mümkündür”.
“İlkin ifadəsində o, PKK/YPG qruplaşmasının tapşırığı ilə qanlı hadisəni törətdiyini etiraf edib. Hər halda tapşırıq aldığı qruplaşmanın da tapşırıq aldığı qüvvələr var. Bütün bunlar açığa çıxdıqdan sonra qəti fikirlər söyləmək olar. Təbii ki, hadisə ilə bağlı hər kəsin fikri ola bilər. Mənim ilkin fikrim budur ki, terrorun arxasından İran dövləti çıxsa, təəccüblənmərəm”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, bu gün bütün diqqətlər İrana yönəlib: “İki aya yaxındır ki, İranda xalq etirazları davam edir. Yüzlərlə insan rejim tərəfindən öldürülüb, 14 mindən çox insan həbs edilib və həbs olunanlar barəsində faşist-molla rejimi ölüm hökmü çıxarıb. İranın qurama məclisi isə bunu təsdiqləyib və qərar verib ki, həbs olunan etirazçıların hamısı edam olunsun. Belə bir vaxtda Tehran rejimi diqqətləri özündən yayındırmaq üçün Türkiyədə, İstanbulun mərkəzində səs-küyə səbəb olan terror aktını təşkil etmiş ola bilər. Bu, istisna deyil”.
“Nəzərə almaq lazımdır ki, İran terroru hər zaman dəstəkləyən, maliyyələşdirən və təşkil edən bir dövlətdir. İndi də öz missiyasını davam etdirir. Tehranın PKK ilə əlaqələri də heç kəsə sirr deyil. Öz xalqına qarşı terror etməkdən çəkinməyən bir rejimin sevmədiyi Türkiyədə qanlı hadisə törətməsi təəccüblü olmamalıdır. Çünki qarşımızda terrorçu bir dövlət var”, - deyə Səmədbəyli vurğulayıb.
Müsahibimiz söyləyib ki, terror hadisəsindən daxildə hökumətə təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdləri versiyasını irəli sürənlər var: “Amma əksini deyənlər də mövcuddur. Bilirsiniz, bu cür hadisələrdə müxtəlif versiyalar irəli sürülür, hərə öz fikrini əsaslandırmağa çalışır. Bir-biri ilə daban-dabana zidd fikirlər söyləyənlər tapılır. Məsələn, Rusiya-Ukrayna müharibəsi başlayanda ekspertlər çox fərqli fikirlər ortaya qoyurdular. Amma aradan bir müddət keçəndən sonra həmin şəxslər öz əvvəlki şərhlərinin əksinə danışdılar. Putinin əvvəllər çox güclü, ağıllı siyasətçi olduğunu söyləyənlər indi deyirlər ki, Putin Amerikanın agentidir. Ona görə də, bu cür hadisələrlə bağlı birmənalı fikir söyləmək mümkün deyil. Fərqli baxışlar, fərqli şərhlər olacaq”.
“Terroru törətdiyini etiraf edən şəxs yaxalanıb. Onun ətrafında istintaq aparıldıqdan, bütün bağlantıları incələndikdən sonra ipucları ortaya çıxacaq. Təbii ki, istintaqdan sonra Türkiyə dövləti üçün bunun səbəbləri, təlimatın kim tərəfindən və niyə verildiyi məlum olacaq. Ola bilsin ki, dövlət detalları tam açıqlamasın, sadəcə özü üçün nəticə çıxaracaq. Dediyim odur ki, detalları mediaya, ictimaiyyətə açıqlamaya bilərlər”, - Səmədbəyli fikrini tamamlayıb.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Dünən, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Dünən, 12:18 |
|
|
|
|