Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                 

"Qadınlarımız kişilər kimi hansısa maraqlar xatirinə öz düşüncələrini, xarakterlərini satmırlar" - Novella Cəfəroğlu
Tarix: 25-10-2022, 08:27 | Çap et
 "Qadınlarımız kişilər kimi hansısa maraqlar xatirinə öz düşüncələrini, xarakterlərini satmırlar"
Azərbaycanda 51.1 faiz insan qadın liderli partiyaların olmasını istəyir. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin açıqladığı rəy sorğusunda bildirilib.
Qeyd edək ki, qadınların siyasi həyatda fəal olduğu ölkələrdə idarəetmədə cəmiyyətin müxtəlif qrupları nəzərə alınır və təmsil olunur, ölkənin mövcud vəziyyəti və gələcəyi ilə bağlı yeni, daha əhatəli təkliflər səslənir, gender bərabərliyi müzakirəsi isə nəzəri müstəvidən pratiki müstəviyə keçmiş olur.
Qadınların rəhbər rollarda olmasının digər müsbət tərəfi odur ki, daha çox qadın ənənələrin və stereotiplər nəticəsində inkişaf edə bilməyən və potensialını reallaşdıra bilməyən qızlara nümunə vermiş olurlar və həmin qızları da gələcəkdə rəhbər rollarda olmağa həvəsləndirirlər.
DİA.AZ bildirir ki, Azərbaycan isə mühafizəkar cəmiyyət olduğundan bu, qadınların ictimai-siyasi həyatda, o cümlədən idarəetmədə fəallığına təsir edir.

Maraqlıdır, cəmiyyətdə böyük bir kütləni ətrafına toplamaq gücünə sahib qadınlar varmı? Kimlər partiya lideri ola bilər?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, Lalə Şövkətdən başqa qadın partiya sədri xatırlamır. Amma bunun səbəbi Azərbaycanda qadınların ictimai- siyasi passivliyi ilə bağlı deyil. Sadəcə, Azərbaycanda belə bir ənənə olmayıb və sonradan da formalaşmayıb:

“Siyasi partiyaların təşəkkül tarixinə baxsaq, bütün partiyaların idarə heyətində kişilər olub. Azərbaycan Xalq Hərəkatının bütün liderləri kişilər idi. Sonradan xanımlarımız Hərəkata qoşulsa da rəhbər postlar kişilərə məxsus idi. Xanım Xəlilova, Novella Cəfəroğlu kimi aktiv qadınlarımız vardı. Amma onlar özləri məqsədli şəkildə siyasi yox, daha çox ictimai proseslərə yönəldilər. Hər iki xanım və onlarla eyni cəbhədə mübarizə aparan digər xanımlarımız istəsələr böyük bir kütləni öz arxalarına alıb siyasi partiya yaradar və çox gözəl də idarə edərdilər. Bu da az əvvəl dediyim kimi Azərbaycanda qadın liderli siyasi partiya ənənəsi olmadığından irəli gəlir. Görünür, bu status bizim xanımlarımızın diqqətini cəlb etməyib. Sonrakı mərhəldə isə siyasi partiyaların ictimai-siyasi proseslərə təsir imkanları zəiflədi, struktursuz partiyalar yaranmağa başladı. Bir ara “dəb” düşdü, ətrafına 5 nəfər toplayan adam bir təşkilat formalaşdırıb özünü siyasi partiya lideri elan edirdi. Hansı ki nə mərkəzi strukturları, nə də regional bölmələri vardı. Qadınlar isə daha çox konkret işlər görməyi sevdiyindən formal xarakterli partiyalar onlar üçün cəlbedici olmadı. Aktiv qadınlarımız özlərinin Qeyri-Hökumət Təşkilatlarını yaradıb ictimai proseslərə təsir etməyə başladılar. Çox da uğurlu işlər gördülər. QHT sədri olan xanımlarımız öz çəkisinə, ölkədə baş verən, ictimai rəyə təsir imkanlarına və dövlətçilik naminə apardıqları mübarizəyə görə partiya sədri olan kişilərdən daha güclüdür. Azərbaycanın ictimai həyatında Novella Cəfəroğlu, Tənzilə Rüstəmxanlı kimi öz çəkisi və nüfuzu olan onlarla qadınlarımız var. Mən bu xanımları güclü bir partiyanın sədri kimi görürəm, amma onlar özləri partiya sədri olmaq istəyirmi? Məncə, yox! Çünki bu xanımların hər biri ayrı-ayrılıqda 10 partiya sədrindən daha artıq işlər görüblər. Bu xanımlar həm ölkədə, həm də beynəlxalq aləmdə daha çox tanınır və sözünün kəsəri var. Məhdud resurslarla QHT sektoruna liderlik edib, beynəlxalq arenada söz sahibi olan qadınlarımız üçün hansısa bir siyasi partiya sədri olmaq “iki vur iki”dir”.

Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, Azərbaycanda bilikli və savadlı qadınlar həmişə ön sıralarda olublar, öz fəaliyyətlərində ciddi uğurlar qazanıblar. Şəxsən mən heç vaxt partiya sədri olmaq istəməmişəm. Amma Azərbaycanda qadın liderli siyasi partiyaların olmasını çox istəyərdim:

“İnanıram ki, belə bir partiya olsa çox güclü və ictimai rəyə təsir imkanları olardı. Əgər hansısa qadın bu istiqamətdə irəli addım atsa və partiya sədri olmaq istəsə, həmin partiyanın təşkilatlanması və strukturunun formalaşması üçün əlimdən gələn köməyi edərəm. Qadının siyasiləşməsinin, siyasi aktivliyinin yüksəlməsi cəmiyyətdəki proseslərin siyasi tarazlığı dinamikasının inkişafında vacib şərtdir. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərinə sadiqdirlər və ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar.

Qadınlarımız kişilər kimi hansısa maraqlar xatirinə öz düşüncələrini, xarakterlərini satmırlar. İctimai-siyasi nüfuzu olan xanımlarımızın hamısı mərd və mübariz xarakterlidir. Onlar heç vaxt yalan danışıb milli maraqlara zidd addım atmırlar. Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınıb. Qadın ailə saxlayan bir insandır. Necə ki ailədə bütün yükü öhdəsinə götürüb övladlarının rifahı üçün fədakarlıq göstərir. Ölkənin milli mənafeyi üçün də bizim qadınlar cəmiyyətdə kifayət qədər əhəmiyyətli rol oynayırlar.

Mənim isə kifayət qədər güclü və ictimai proseslərdə aktiv olan qeyri-hökumət təşkilatım var.

Bizim təşkilatın fəaliyyəti heç də partiyaların gördüyü işlərdən aşağı deyil. Əksinə, seçkilər vaxtı mənim qızlarım (QHT üzvləri) bütün partiya üzvlərinə dərs keçib, seçki qaydaları ilə bağlı maarifləndirirlər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru