"İstənilən ölkə hərbi təlimlər keçirə bilər, ancaq..." - Deputatdan İrana sərt təpki
Tarix: 21-10-2022, 08:26 | Çap et
 DİA.AZ: - "Prezident İıham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər bir səfəri, işğaldan azad olunmuş bölgələrin bərpasını sürətləndirir. İqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır, sosial obyektlər, aqroparklar istifadəyə verilir. Ekoloji proqramlar həyata keçirilir". DİA.AZ bildirir ki, bunu millət vəkili Nəsib Məhəməliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfərini şərh edərkən qeyd edib. Millət vəkili fikrinə daha sonra belə davam edir: "Dövlət Başçımızın bu dəfəki səfərinin əhəmiyyətini artıran, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gəlməsi və Qarabağın ikinci qapısı, Zəngilan beynəlxalq hava limanının açılışında iştirak etməsidir. Müharibədən iki ilə yaxın müddət keçməsinə rəğmən, hələ də Ermənistanla sülh müqaviləsi imzalanmamışdır. Acı məğlubiyyətdən düzgün nəticə çıxarmayan Ermənistan rəhbərliyi Şərqlə Qərb arasında vurnuxur. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və müxtəlif xarici qüvvələrə arxalanaraq, üçtərəfli bəyanatların icrasından yayınır. Avropa İttifaqı müşahidəçi missiyasını göndərir, İran sərhədlərimizdə irimiqyaslı hərbi təlimlər keçirir, yüksək çinli siyasətçiləri, hərbiçiləri bütün etik normaları pozmaqla, ölkəmizi təhdid edir, cəfəng bəyanatlar səsləndirirlər. İstənilən ölkə hərbi təlimlər keçirə bilər. Ancaq, Araz çayı üzərində panton körpülərin salınması və bu körpülər vasitəsilə ağır hərbi texnikanın qarşı tərəfə keçidinin nümayişkaranə şəkildə göstərilməsi, xoş niyyətdən irəli gəlmir. Əksinə, açıq düşmənçilikdir. Çünki, qarşı tərəf bizik. Dəfələrlə izahat verilməsinə baxmayaraq, Molla rejimi anlamaq istəmir ki, Azərbaycan heç bir ölkənin sərhədlərini dəyişmir, heç bir ölkəni blokadaya almır. Sadəcə, bütün region ölkələrinin iqtisadi inkişafına xidmət edəcək, tədricən xalqlar arasında etimad mühitini formalaşdıracaq Zəngəzur dəhlizinin açılmasını tələb edir. Dəhlizin açılmasına qarşı İranın tutduğu mövqe tam yanlışdır və heç bir normal məntiqə sığmır. Ümumiyyətlə, bu ölkəni idarə edənlərin nə qədər anti-insani, anti-bəşəri olduğu heç kimə sirr deyil. Tükənməz təbii sərvətlərə, böyük əraziyə, gənc insan kapitalına malik ölkənin əhalisinin yetmiş faizə yaxını kasıbçılıq həddində yaşamasına baxmayaraq, əmmamə həvəskarları qonşu ölkələrdə, böyük səxavətlə terrorçuluğu maliyyələşdirir. Təsadüfi deyil ki, son zamanlar ölkəni bürümüş iğtişaşlarda, kütləvi aksiyalarda gənclər, mollalardan terror təşkilatlarına xərclənən milyardların hesabatları tələb edirlər. Belə bir şəraitdə Cənab Ərdoğanın, qardaş ölkənin hərbi-siyasi rəhbərliyindən ibarət böyük bir heyətlə ölkəmizə səfəri və konkret ünvanlara yönəlik konkret mesajları, son dərəcə əhəmiyyətlidir. Regionda sülhün əldə olunmasına mane olanlar, Ermənistanın 30 illik cinayətlərini görməzdən gələrək, ona dəstək verənlər bir daha gördülər ki, Azərbaycan tək deyil. İki qardaş ölkə Azərbaycan-Türkiyə, iki qardaş Lider, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ən mürəkkəb çağırışların öhdəsindən layiqincə gəlməyi və dövlət maraqlarımızı ən yüksək səviyyədə qorumağı bacardıqlarını dəfələrlə sübut etmişlər. Yekunda qeyd etmək istərdim ki, cənab Prezidentin hər bir səfəri, Qarabağa yeni nəfəs gətirir, “Böyük Qayıdışı” yaxınlaşdırır. Ağır müharibədən çıxmağımıza rəğmən, qısa zaman kəsiyində həyata keçirilən infrastruktur layihələri, tikinti-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini göstərir. Sayın Ərdoğan çox gözəl ifadə elədi. “Belə layihələri hər bir ölkə icra edə bilməz” Beynəlxalq ictimaiyyət isə, kimin qurucu, kimin dağıdıcı olduğunu, etiraf etməsə belə, görür".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09 |
|
|
|
| • "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05 |
|
|
|
| • Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01 |
|
|
|
| • Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51 |
|
|
|
| • Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44 |
|
|
|
| • Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33 |
|
|
|
| • Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12 |
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49 |
|
|
|
|