Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                 

“Adam birdəfəlik çıxıb demir ki, bu romanı Nobel mükafatı üçün yazmışdım” - Seyran Səxavət
Tarix: 18-10-2022, 08:29 | Çap et
 “Adam birdəfəlik çıxıb demir ki, bu romanı Nobel mükafatı üçün yazmışdım”
Ədəbi mühitdə, mədəni həyatımızda son günlər bir neçə diqqətəlayiq hadisə baş verib. İki kitab sərgisi keçirildi. Biri, İV Milli Kitab Sərgisi, ikincisi, Beynəlxalq Kitab Sərgisi. Azərbaycan Yazıçılar Birliyinin çoxdandır gözlənilən növbəti qurultayının vaxtı, məkanı dəqiqləşdi. Görkəmli bəstəkar, əzizimiz Cavanşir Quliyev “Müşfiq ağıları” əsərini təqdim etdi... Başqa bir hadisə: bu günlərdə hardansa xəbər yayılıb ki, Şuşada Molla Pənah Vaqifin abidəsi ucaldılacaq, indi əsas müzakirə mövzusu məhz budur.

Ədəbi mühitdəki bu canlanmanı xarakterizə etməsi üçün yazıçı-dramaturq Seyran Səxavətə üz tutduq. İlk sualımız da Vaqiflə bağlı oldu. Amma əziz Seyran müəllimin ürəyindən olmadı sual. Yox, əsəbiləşmədi, amma müzakirələri yersiz hesab edən Seyran müəllim, özünəməxsus tərzdə, yerli-yataqlı cavab verməkdən də yayınmadı, hətta bizə - mediaya irad da bildirdi:

- Kimlərsə etiraz edirsə ki, Molla Pənah Vaqifin Şuşada heykəli qoyulmasın, siz, “Şərq” qəzeti, eləcə də başqaları, saytlar, niyə bunu bir az da ictimailəşdirirsiniz, niyə gündəmdə saxlayırsınız? Bu cür məntiqsizliyə niyə cavab verilməlidir? Hər şeyə reaksiya vermək, onların varlığına diqqət yetirməkdir. Makron bir söz deyir, 10 gün onun müzakirəsi aparılır. Bizim başqa problemimiz yoxdu?!. Şuşada abidəsinin qoyulması Vaqifin halal haqqıdır. Bunu müzakirə etməyin özü haqsızlıqdır. Şuşada Vaqifin məqbərəsinin olması absalutdur!

(Dəyərli yazıçımızın, şübhəsiz, mexaniki olaraq, abidə əvəzinə, məqbərə dediyinə əmin olduğum halda, guya ki, o boyda dramaturqun səhvini düzəldirmişəm kimi “məqbərə yox e, Seyran müəllim, abidə” dedim, çünki Seyran Səxavətin nəsə bir şirin ifadə işlədəcəyinə də əmin idim)

- Karıxdım. Karıxmaq da mənim haqqımdı... Abidə olsun. Sizdən soruşuram, niyə də qoyulmasın?!

- Seyran müəllim, Vaqifə abidə məsələsi “yaddaşda” qalsın, Makronu deyim, yadımdan çıxmamış...

- Buyur...

- Deyirsiz, Makronun çıxşı, dediyi bir söz niyə bu qədər müzakirə olunur, yəni niyə onun hər sözünün başına ip salırlar? Axı hamımız bilirik ki, Makronun dediyi söz gələcəyə hesablanıb. Bu gün onun cavabı verilməsə, sabah o sözün altından başqa hadisələr çıxacaq. Cavabı verilməsin?

- Makronla bağlı dediklərin düzdü. Razıyam. Mən özüm Makronun cavabını ən sərt şəkildə efirdə vermişəm. Fransanın bizə münasibəti ənənə xarakterlidir. Makron da küçə təfəkkürü ilə hərəkət edən adamdı. Kiminsə tərəfini saxlamasını açıq nümayiş etdirir. Bu, siyasət deyil, siyasi xadimə də heç uyğun deyil.

- Seyran müəllim, sizdən üzr istəyərək, Vaqiflə bağlı müzakirələrin istiqamətini deyim. Müzakirələr nə Vaqifin şəxsiyyəti, nə də şairliyi, poeziyası ilə bağlıdır. Vaqifin ədəbiyyatımızdakı yeri müzakirə predmeti deyil. Müzakirə olunan, Qarabağ xanlığının vəziri, indiki deyimlə xarici işlər naziri olan Molla Pənah Vaqifin Rusiyaya meylliliyi, Rusiya himayədarlığı tərəfdarı olması, bu fəaliyyətin nəticəsi olaraq da Qarabağ xanlığının Çar Rusiyasının tabeliyinə keçməsidir. Etiraz edənlər də bunu əsas gətirərək, Qarabağda erməni vəhşiliyinin qarşısının alınması məqsədilə “Difai” təşkilatını yaradan Əhməd bəy Ağaoğlunun, daşnaklara qan udduran Xosrov bəy Sultanovun və sair bu kimi siyasi-ictimai xadimlərin abidələrinin qoyulmasını təklif edirlər.

- Olsun. Əhməd bəy Ağaoğlu böyük şəxsiyyətdir. Ona da abidə qoysunlar. Xosrov bəyə də qoysunlar. Vaqifə də qoysunlar! Bu mübahisənin nöqtəsini belə qoymaq olar: Vaqifin abidəsinin postamentində “bu abidə Qarabağ xanlığının vəziri Vaqifə deyil, şair Vaqifin şəninə ucaldılıb” yazılsın, bununla da müzakirələrə, narazılıqlara nöqtə qoyulsun.

- Siz lap əla təklif irəli sürdünüz.

- Sözümün canı odur ki, xırdalığa getmək olmaz. Əgər belə bir fikir, ideya varsa, onsuz da o abidə qoyulacaq. Bizim istəyimizlə deyil. Qaldı ki, təmiz Azərbaycan dilində şeirlər məhz Vaqiflə durula-durula gəlib. Başqa sualın var?

- Yaxşı, Seyran müəllim, Vaqif mövzusunu bitirdik. Yazıçılar Birliyinin qurultayına necə hazırlaşırsınız?

- Hamı necə, mən də elə.

- Yadınızdadı, AYB sədri, Xalq yazıçısı Anar cənab Prezident Şuşaya səfər edəndə...

- Hə, Anar müəllim dedi ki, istəyirik yazıçıların qurultayını Şuşada keçirək, Prezident də dedi, lap yaxşı, keçirin...

- Bəs niyə olmadı, səbəbini bilirsiz?

- Anar müəllim özü açıqlama verib bu haqda, deyib ki, qurultay iştirakçıları, qonaqlar çox olacaq, orda uyğun şərait yoxdur. Bakıda keçiriləcək qurultay. Azərbaycan Akademik Milli Dram Teatrının binasında. Bakı paytaxtdır, Bakı da mədəniyyət mərkəzidir.

- Sədrliyə başqa namizədlər də ola bilər? Açıq səsvermə keçirilir, ya necə?

- Bəli, açıq səsvermə olur. Birlik üzvləri mandatlarını qaldırmaqla münasibətlərini bildirirlər.

- Seyran müəllim, Yazıçılar Birliyinin ötən illərdəki qurultaylarından yadda qalanı olubmu sizin üçün?

- Bizim qurultaylar həmişə maraqlı, yaxşı mənada səs-küylü olur. Yazıçıların qurultayının əsas üstünlüyü bir də budur ki, bizim qurultay bir gün olar. Kommunist Partiyasının qurultayları kimi 7 gün - 7 gecə çəkmir. Bizim qurultaylarda yazıçılar sərbəst olur, qəlblərindən keçəni deyirlər, danışırlar. Partiya qurultaylarında kim buna cürət edərdi? Adamın dilini dartıb dilçəyindən çıxarardılar. Sovet vaxtı da yazıçıların qurultayları partiya qurultaylarından fərqli olurdu. Qardaş respublikalardan qonaqlar gəlirdi. Məsələn, ötən qurultayda Oljes Süleymanov qonaq gəlmişdi. Onu türk dünyasının böyük oğlu adlandırırlar. Böyük insandı, böyük yazıçıdı. Buna sözüm yoxdu. Amma bu “türk dünyası” ifadəsindən xoşum gəlmir. Dünya bir dənədi də! Bunu niyə türkə, slavyana, avropalıya bölək?! Dünyanı “mikrorayonlara” bölmək lazım deyil.

- Seyran müəllim, bir neçə gün əvvəl 8-ci Beynəlxalq Kitab Sərgisi başa çatdı, Bakı Ekspo Mərkəzində. Ondan əvvəl də Bakı İdman Sarayında İV Milli Kitab Sərgisi keçirilmişdi. Birinin təşkilatçısı “Qanun” Nəşrlər Evi idi. Digərinki Mədəniyyət Nazirliyi. Şəxsən məndə belə təəssürat yarandı, sanki kitab sərgiləri də iqtidar-müxalifət cəbhəsinə ayrılıb...

- Kaş 2 yox, 3, 4... olsun. Çox olsun... Heç bir ziyanı yoxdu. Şahbaz Xuduoğlu mənə zəng etdi ki, istəyirik, sizinlə imza günü təşkil edək. Bilirsən, mənim oxucum, öz qohum-əqrəbamdı. Yəni mən oxucularımı öz qohum-əqrəbam sayıram. Bir də görürsən, biri oğlunu evləndirir, üstündən 1-2 il keçəndən sonra təzədən toy eləyir. Əvvəlcə toya gələnləri bir də çağırır. Daha kimi çağıracaq ki?!. Elə həmin qohum-əqrəbadı da!.. İndi mən də, bir neçə il əvvəl kitabımın təqdimatı keçirilib, imza günü olub, oxucularım gəlib, kitab alıblar, kitab imzalamışam, indi bir də həmin adamları çağırım ki, gəlin kitablarımı alın?! Bu, düz olmaz axı. Amma Ekspo Mərkəzdəki kitab sərgisinə hər gün gedirdim. Heç istəmirdim ki, bu sərgi bitsin. Elə bilirdim hər gün işə gedirəm. İnsanın həyatda gedib-gəldiyi 2 əsas yer var – biri evdi, biri də iş. Ekspo Mərkəzdəki kitab sərgisi mənim üçün iş yeri idi. Evimizin də yolunun üstündədi (Mərdəkan yolu – M.R.), hər gün gedirdim. Dostlarla görüşürdüm, söhbət edirdik. Öz-özümə deyirdim, kaş bu sərgi qurtarmayaydı. Kaş dünya kitab sərgi salonuna oxşayaydı. Amma dünya kitab sərgi salonuna heç vaxt bənzəməyəcək... Mədəniyyət Nazirliyi çox böyük iş gördü. Mədəniyyət nazirini də görürdüm orda, təkbaşına gəzirdi. Akif Maarifli də sağ olsun, çox gözəl təşkil olunmuşdu sərgi. Möhtəşəm idi. Ayrılmaq istəmirdim. Özünü öymək olmasın, orda bəlkə 200-300 şəkil çəkdirmişəm oxucularla, iştirakçılarla.

- Seyran müəllim, İV Milli Kitab Sərgisinə Əkrəm Əylislinin dəvət olunması da mübahisələrə səbəb oldu. Sizin fikriniz nədi? Dəvət edilməliydimi?

- Mənə bir dəfə müxbir zəng elədi, Əkrəm Əylisli haqqında sual verdi. Soruşdum ki, hansı Əkrəm Əylislini deyirsiz? Duruxdu ki, necə hansı? Neçə Əkrəm Əylisli var ki? Dedim, mənim üçün 2 Əkrəm Əylisli var. Biri “Daş yuxular”dan əvvəlki, biri də sonrakı. İndi mən də soruşuram, Milli Kitab Sərgisinə hansı Əkrəmi dəvət etmişdilər? Mən orda “Daş yuxular”dan sonrakı Əkrəmi gördüm. Və bu Əkrəm Əylisli qeyri-səmimi idi. Hətta bu yaşında da. Müsahibə verir və deyir ki, “mən “Daş yuxular”ı ona görə yazdım ki, ermənilər azərbaycanlıları sevsin”. Belə məntiqsiz cavab, belə məntiqsiz yanaşma olar? Bilirsiz də, “Daş yuxular”da biz azərbaycanlılar haqqında nələr yazılıb, əgər oxumusunuzsa...

- Bəli, bilirəm.

- Azərbaycan xalqının o cür təqdimatından sonra hansı ermənidə azərbaycanlıya qarşı sevgi yarana bilər?!. Bu adam birdəfəlik çıxıb demir ki, bu romanı Nobel mükafatı üçün yazmışdım. Allah eləməsin, mən bunu yazmış olsaydım, etiraf edərdim ki, Nobel mükafatı almaq istəyirəm, dünyada “tanınmaq istəyirəm”, ona görə, yazmışam. İnsanıq da, hərənin bir arzusu, istəyi ola bilər. Məsələ burasındadır ki, Əkrəm hələ də etiraf etmir. “Daş yuxular”la bağlı hamı Əkrəmin üzərinə gedirdi. ANS telekanalında “Üz-üzə” proqramı vardı, yadınıza gələr, o proqramda “Daş yuxular” müzakirə edildi, məni dəvət etmişdilər, opponentim də Çingiz Qənizadə idi. Mən orda Əkrəmi müdafiə etdim. Bəlkə də Əkrəm Əylislini müdafiə edən yeganə adam mən olmuşam. Amma o da gərək səmimi olaydı, əsəri hansı məqsədlə yazdığını etiraf edəydi. Əkrəm qınaqlardan yayınmaq üçün, deyir, guya əsəri rus dilində yazıb, tərcümədə yanlışlıqlar olub. Kim bilməsə də, biz yazıçılar Əkrəmin bədii əsəri rus dilində yazacaq səviyyəsinin olmadığını bilirik. Hə, Anar yaza bilər. Amma Əkrəmlik deyil bu iş.

- Seyran müəllim, deyirsiz, etiraf etsin? Nəyi? Bəlkə, ürəyindən keçənləri yazıb? Məqsədsiz-filansız...

- Bunu da etiraf etsin də! Çıxsın, kişi kimi, desin, bəli, bu, mənim düşüncəmdi, mən belə düşünürəm, istədiyimi də yazmışam. Demir axı. Gah deyir, tərcümə düzgün edilməyib, gah deyir, romanın ikinci hissəsi var... “Mən “Daş yuxular”ı ona görə yazdım ki, ermənilər azərbaycanlıları sevsin”, nə deməkdi?!. Ən böyük kişilik etiraf etməkdir. Tarixə adını yazmış şəxsiyyətlər etiraf etməyi bacardıqları üçün tarixdə qalıblar. Makedoniyalı İsgəndərdən, Teymurdan üzü bəri hamısı... Əkrəm Əylisli öz yazdığı əsəri müdafiə edə bilmədi, çünki etiraf edə bilmir. Heç olmasa, yaşının bu çağında səmimi olaydı!

- Sonda Seyran müəllim, icazənizlə Qarabağa qayıdaq. Füzuliyə, doğma kəndinizə getmisiniz?

- Füzuli işğaldan azad olunandan 3 gün sonra getdim, sonra yenə getmişəm. Bizim jurnalistlərin “sevimli” sualı var, torpağımız işğaldan azad olunanda zəng edib soruşurdular “hansı hissləri keçirirsiniz?”. Bax, bu nə sualdı? İnsan doğma yurdu, doğma kəndi, ata-baba yurdu azad olunanda hansı hissləri keçirə bilər, sizcə?!. Dedim ki, mənim hisslərim 30 ildi donub. 3 gündə donum açıla bilər? Hələ indi yavaş-yavaş donum açılır...

Səhbətləşdi: Məlahət Rzayeva
//sherg.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru