“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

"Əgər müsbət nəsə gözləyiriksə, bu o deməkdir ki, münaqişənin mahiyyəti barədə təsəvvürümüz yoxdur"
Tarix: 27-04-2020, 09:03 | Çap et
"Əgər müsbət nəsə gözləyiriksə, bu o deməkdir ki, münaqişənin mahiyyəti barədə təsəvvürümüz yoxdur"
Koronavirus (COVID-19) pandemiyası dünya ölkələrini təkcə iqtisadi deyil, həm də siyasi yöndən geri salıb. Beynəlxalq əhəmiyyətli tədbirlər ertələnib, canlı təmaslar dayandırılıb. Hətta Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr də virtual məkana daşınıb.

Politoloq Zərdüşt Əlizadə Reyting.az-a müsahibəsində həm dünyanı təhdid edən COVID-19 pandemiyası ilə bağlı bəzi dövlətlərin bir-birlərini ittiham etməsindən, həm də Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağa dair Xarici işlər nazirlərinin son virtual müzakirələrdən söz açıb:

- Dağlıq Qarabağ danışıqlarının virtual və ya real formada aparılmasının, fikrimcə, əhəmiyyəti yoxdur. Əsas söhbət mahiyyətdə olmalıdır. Azərbaycan və Ermənistanın Rusiyanın vasitəçiliyi ilə apardıqları danışıqların hansı nəticəsi ola bilər? Bəllidir ki, bu münaqişəni Rusiya başlayıb, onlar idarə edir, konflikti məhz o qızışdırır, o da soyudur. Bu halda danışıqlardan müsbət mənada nə gözləyə bilərik? Əgər müsbət nəsə gözləyiriksə, bu o deməkdir ki, münaqişənin mahiyyəti barədə təsəvvürümüz yoxdur.

Mən münaqişənin mahiyyətini qanıram, bu mövzuda yüzlərlə məqalə yazmışam. Fikirlərimi rusların, diplomatların və ermənilərin də üzünə demişəm. Yəni danışıqlardan nəticə gözləmirəm.

- Sizcə bu formatda - Minsk qrupu həmsədrilərinin iştirakı ilə Qarabağ danışıqlarına ehtiyac varmı? Azərbaycan nə etməlidir? Bəlkə bu danışıqlardan imtina edib başqa formatlar düşünməli, mümkün olarsa, digər dövlətlər də prosesə cəlb olunmalıdır? Təklifiniz nədir?

- Münaqişə kimə xeyirdir? Bunun cavabını tapmaqla həm də çıxış yolları haqqında düşünmək olar.

Bəli, Qarabağ münaqişəsi Rusiyaya xeyirdir. Eləcə də Qərbə xeyirdir. Son 30 ilə - münaqişə dövründə baxın, görün nə qədər insan, məmur varlanıb. Bu münaqişə yalnız xalqların xeyrinə deyil. Bu münaqişə erməni xalqını Rusiyanın vassalı edib.

Mənim düşüncəm belədir ki, bu dalandan çıxmaq üçün bizə barışıq lazımdır. Ancaq Rusiya başda olmaqla, bu barışığa imkan vermirlər.

Ermənistanda türk və azərbaycanlılara qarşı nifrət təlqin edilir. Bizdə də əks reaksiya olaraq erməni xalqına nifrət aşılanır. Nəticə olaraq biz Qarabağsız yaşayırıq.

Ermənistanda görüntü yaranıb ki, guya Qarabağ onlarındır. Əslində belə deyil, Qarabağ rusların əlindədir. Qarabağda separatçıların keçirdiyi son “seçki” də bunu göstərdi. Faktiki olaraq Paşinyan heç nə edə bilmədi. Separatçıların yeni “prezidenti” Araik Arutyunyan rusların nökəridir..

- Minsk qrupu formatında danışıqlar aparılmalıdır, yoxsa bundan imtina etmək və başqa fomatlar barəsində düşünmək lazımdır?

- Yox, bu fomatdan çıxmaq səhv olardı. Minsk qrupundakı böyük dövlətlərin hər biri öz maraq və mənafeyini güdür. Onlar heç bizi adam saymırlar. Onlar özlərinin iqtisadi, siyasi və geosiyasi maraqlarını güdürlər. Və buna görə də onlardan incimək lazım deyil.

Əksinə, çox yaxşı haldır ki, Fransa gəlib Minsk qrupuna soxuldu və indi də öz mənafeyini Cənubi Qafqazda bu formatda iştirakı hesabına həyata keçirməyə çalışır.

ABŞ nə yaxşı ki, gəlib Minsk qrupunda daxil oldu, müəyyən qədər Rusiyanı sıxışdırdı. Sözsüz ki, bu format əsasında da özünün siyasi və iqtisadi maraqlarını qoruyur.

Rusiya da ənənəvi siyasətinə sadiq qalaraq, münaqişə tərəfləri olan xalqları zamanında münaqişəyə cəlb etməklə öz təsirini saxlayır.

İndi barışıq lazımdır. Bunun üçün xalqların siyasi şüuru dəyişilməlidir. Bunu isə həmin xalqların ziyalıları etməlidir.

Avropa nümunəsinə baxıb çoxlu uğurlu modellər tapmaq olar, hansı ki, düşmən olan xalqlar barışıb və dinc yaşayırlar. Məsələn, finlərlə isveçlilər barışıb və ortaya Aland modeli qoyulub. İndi də bəy balası kimi yaşayır, ildə adambaşına gəlir 30 min avrodur. Bizdə, Ermənistanda bu baxımdan durum necədir?

Habelə başqa nümunələrə də baxmaq olar.

Almanlar və fransızlar qatı düşmən idi, indi dostdur. Eləcə də polyaklarla almanlar düşmən xalqlar idi. Yəni şüur dəyişməlidir. Çıxış yolları, nümunələr çoxdur.

- Sizcə, postkoronavirus dövrü dünyaya nə vəd edir? Artıq bəzi ölkələr koronavirusun ilk yayıldığı Çini virusla bağlı ilkin məlumatları dünya ictimaiyyətindən gizlətməkdə ittiham edib, bu ölkəyə qarşı yüksək məbləğdə təzminat davasının anonsunu verirlər. Bu tələblər dünyada yeni siyasi-diplomatik gərginlik yarada bilərmi?

- Hərbi-siyasi gərginlik gözləmirəm. Çin o qədər böyükdür ki, ona heç nə edə bilməzlər. Mən, 1950-ci illərdə Çinin zəif vaxtlarını görmüşəm. Təsəvvür edin ki, o dövrdə ABŞ təyyarələri gəlib Çinin hava məkanını pozur, saatlarla uçuşlar edir, fotolar çəkirdilər. Yəni açıq həyasızlıq edirdilər. Çin yalnız xəbərdarlıq notaları verirdi.

Lakin ABŞ onun sərhədlərini pozmaqda davam edirdi. Çin bir şey edə bilmirdi. Amma ABŞ da Çinin üzərinə açıq gəlmirdi, çünki əhali çox idi.

Ancaq indi Çin dünyanın qüdrətli dövlətidir. Atom silahı var, raketləri var, aya adam çıxarmağı planlaşdırır, dünyanın ikinci, bəlkə də birinci iqtisadi dövlətidir. Çinin 2 tirlyon dollarlıq ehtiyatı var. Təyyarədaşıyan, sualtı gəmiləri var. Ən güclü ordu ondadır. Üstəlik, ABŞ, Avropa və Rusiya ilə geniş iqtisadi əlaqələrə malikdir. Belə olduğu təqdirdə Çinə nə edə bilərlər? Heç nə. Danışıb, sonra oturacaqlar yerlərində. Yəni oyundur.

Bizim müxalifət arada bir hökuməti “sancır”. Amma iqtidarın vecinə deyil. Elə ABŞ başda olmaqla bəzi dövlətlərin hoppanıb-düşməsi də Çinin vecinə deyil.

- Bəzi mütəxəssislər koronavirusu təbiət hadisəsi sayıb, təqsiri yarasa və digər heyvanların üzərinə atsalar da, dünyada tanınmış bəzi siyasilər bunun bioloji silah olduğunu, Uhandakı bioloji laboratoriyadan sızdığını iddia edirlər. Siz nə düşünürsünüz, təqsirkar böyük güclər, yoxsa heyvanlardır?

- Mən nə həkim, nə də bu sahə üzrə mütəxəssisəm. Amma hadisəni izləyirəm. Karantin rejimində zaman çox olduğundan günlərlə bioloqların, infeksiya üzrə mütəxəssislərin, həkimlərin, virusoloqların çıxışlarını izləmişəm. Və belə qərara gəlmişəm ki, pandemiya haqqında iki rəy var:

Bincisi, bu bioloji silahdır, insan ağlının məhsuludur.

İkincisi, bu tamamilə təbii hadisədir və bəşər tarixində yüzlərlə belə xəstəliklər, viruslar olub.

Hər iki rəyin çox sanballı, inandırıcı, ağıllı tərəfdarları var. Odur ki, mən öz qəti rəyimi demirəm, amma mənim fikrim belədir ki, bu, təbii prosesdir.

Sovet dövrünün sonuna yaxın SSRİ-də balaca xolera başlamışdı. Onun qarşısını kəsdilər. Onda SSRİ-nin baş infeksionisti yaraşıqlı və cavan elmlər doktoru idi. Ona sual verdilər ki, xoleradan qaçmaq üçün nə etmək lazımdır? Cavabında dedi ki, yuyulmayan meyvə yeməyin, əllərinizi yuyun, əlinizə çirkli bir şey dəyməsin. Yəni sən virusdan qorunmaq istəyisənsə, əllərini yu, xəstə adamlarla təmasda olma, adi həyatını yaşa.

Mən çalışdım koronavirusla bağlı mütəxəssis rəylərini izləyim. Həm də o mütəxəssis rəylərini izləyim ki, hökumətlərin təsir dairəsindən uzaqdırlar. Belə mütəxəssis rəylərini Almaniyanın “Alman səsi” telekanalında çıxış edən alman alimlərində tapdım. Mən burada çıxış edən infeksionist elmlər namizədinin fikirlərinə inandım. Məsələn, o qeyd edirdi ki, Yer kürəsində əhalinin ümumi sayına nisbətdə vəfat edənlərin ümumi sayı 0,6 faiz deyil. Yəni bir faizdən də azdır. Yoluxanlara görə isə, 0,37-dir. Yenə 1 faiz də deyil. Bu mənada koronavirusla bağlı şişirdilmiş həyacan da var.

Məsələn, alimlər qeyd edirdilər ki, Almaniyada hökumət meyitləri yarmağı qadağan edib. Amma Hamburq rəhbərliyi göstəriş verib ki, bütün ölüləri yarın. Həmin elmlər doktorunun qeydinə görə, Hamburqda ölüləri yaranda həm də müayinə ediblər. Məlum olub ki, koronavirus diaqnozu ilə ölənlərin cəmi 75 faizi koronavirusdan, 25 faizi başqa xəstəliklərdən vəfat edib.

Sözsüz ki, bu mövzuda siyasi möhtəkirlik, məqsədlər də var.

- ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Roger Stone “Microsoft”un qurucusu Bill Qeytsi də hədəfə gətirib. Deyir ki, Bill Qeyts insanlara mikroçip taxmaq üçün COVID-19-un yayılmasında maraqlı ola bilər...

- Ermənilər türkləri ittiham edirlər ki, soyqırımı həyata keçirərək erməniləri məhv ediblər. Biz də erməniləri ittiham edirik ki, bizi qırıblar, soyqırımı həyata keçirilib. Yəni ABŞ-da da koronavirusla bağlı maraqlı şəxslərin bir-birini ittiham etməsi buna bənzəyir. Əgər siyasi rəqiblər bir-birini ittiham edirlərsə, siz orada ədalət və məntiq yox, siyasi qazanc axtarın.

- Amma Bill Qeyts siyasət adamı deyil, biznesmendir...

- Deyilən fikirlərin hamısı siyasi məqsədlədir. Hansı əsasla deyirlər ki, bunu Çin uydurub? Çində deyir ki, Uhanda hərbi paradın keçirilməsində ABŞ- əsgərləri də iştirak edib və koronavirusu onlar yayıb. İndi bu sözlərdən hansına inanmaq olar? Bu qəbildən deyilən bütün sözlərdə siyasi məqsəd var. Təbii ki, insan öz məntiqinə, ağıllı mütəxəssislərin rəyinə inanmalıdır.

- Ümumiyyətlə, yerləşdiyi region üçün təhlükə mənbəyi sayılan bioloji laboratoriya məsələsinə necə baxırsınız? ABŞ-a məxsus belə bir laboratoriyanın qonşu Gürcüstanda da olduğu bildirilir...

- Dünya bir-birinə bölünmüş dövlətlər şəklində olanda bütün növ silahlardan yararlanmaqla düşməni məhv etmək niyyəti var idi. SSRİ də bioloji silah üzrə araşdırma aparırdı, laboratoriyalar işləyirdi. Məqsəd burada əldə ediləcək silahı Qərb dünyasına qarşı tətbiq etmək idi. Qərb də sosialist dünyasına tətbiq etmək üçün eynilə bioloji silahı işləyir və hazırlayırdı. Bu nə dərəcədə anti-humanist, cinayətə bərabər əməl olsa da, hökumətlərin qərarı ilə bunu edirdilər. Beləcə, böyük maliyyə ayrılır, alimlər işləyirdi və s.

SSRİ dağıldıqdan sonra dünyada düşmənçilik edən dövlətlər yox oldu? Yox. Çin var və ABŞ onu düşmən sayır. Müsəlman dünyasını - İranı, Kubanı düşmən sayır. Sözüm odur ki, SSRİ süqutundan sonra da ABŞ bioloji silah proqramını dayandırmadı. Ruslar deyəcək ki, dayandırıb. Bu, mümkündür. Çünki artıq Rusiyanın sirli heç bir sahəsi qalmadı. Ən gizli hərbi bazalarına ABŞ müfəttişləri girib yoxladılar, hərbi sənayesini məhv etdilər. Ola bilsin ki, belə laboratoriyalar artıq Rusiyada yoxdur, amma Qərbdə var. Qərb bu bioloji silahı işləyir, hazırlayır. O cümlədən bəzi laboratoriyaları keçmiş Sovet respublikalarında qurub. Gürcüstanda da, Ermənistanda da belə laboratoriyalar var. Ukraynada da həmçinin. Rusiya da əsəbi halda soruşur ki, siz niyə belə laboratoriyaları öz ərazinizdə deyil, gətirib burada qurmusunuz? Qərb də deyir ki, biz, bunu dinc məqsədlə edirik.

Belə ehtimallar var ki, millətlərin genlərinin müxtəlifliyindən istifadə edərək ABŞ çalışıb elə silah icad etmək istəyir ki, bu silah ruslara və ya italiyanlara qarşı istifadə edilsin. Yəni ruslara təsir etsin, başqa millətlərə etməsin. Bir sözlə, genetik səviyyədə hansısa silah hazırlanmasından söhbət gedir. Ruslar bu barədə yazır və deyirlər. Lakin əllərində sübutları yoxur.

Ancaq sözsüz ki, bioloji laboratoriyaların olması təhlükəlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru