“Rəsulzadə təkcə müxalifətin deyil” - YAP-çı deputatdan ETİRAZ
Tarix: 19-10-2017, 09:30 | Çap et
 Azərbaycan Demokratik Respublikasının (ADR) banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə bəzən az qala bir partiyanın nümayəndəsi kimi təqdim olunur. Halbuki, Məhəmməd Əmin Rəsulzadə bütün Azərbaycan xalqının oğludur, o, təkcə nə Müsavat Partiyasının, nə də özünü onun siyasi xələfi adlandıran digər qruplarındır. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bu mövzuda Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- ADR-in əsas qurucuları müsavatçılar olub. Bu gün isə müxalifət iddia edir ki, o zamankı Müsavat Partiyası onların sələfidir. Halbuki, o zamankı Müsavat Partiyası da, Məhəmməd Əmin Rəsulzadə də Azərbaycanındır. Maraqlıdır ki, əksər YAP-çılar da Rəsulzadənin indiki müxalifətə aid sima olduğunu sanki qəbul ediblər. Bu haqda siz nə deyə bilərsiniz?
- İndiki Müsavat Partiyasının əvvəlkinə heç bir aidiyyatı yoxdur. 1913-cü ildən, Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib. Partiyanın özü isə 1911-ci ildə yaradılıb. İndiki Müsavat Partiyası ilə o zamankı tamam fərqli-fərqli təşkilatlar, siyasi qüvvələrdir. Həmin Müsavat Partiyasının həm parlamentdə, həm də hökumətdə təmsil olunan üzvlərinin müstəqil dövlətin qurulmasında, Azərbaycanın beynəlxalq birlikdə tanınmasında xidmətləri olub. Onların içərisində Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə kimi Azərbaycan xalqı üçün dəyərli oğullar olub. Həmin dövrdə onlar, çətin situasiyada 23 ay Azərbaycan dövlətinin yaşamasının səbəbkarı olublar. Bundan irəli gələrək, Azərbaycan cəmiyyətində həmişə müstəqilliyi bərpa etmək meylləri çox güclü olub. 1991-ci ildə müstəqillik elan ediləndə, yeni dövlətin Azərbaycan Demokratik Respublikasının varisi olduğu qeyd olundu.
- Bəzən müasir dövrün şəxsiyyətləri ilə Rəsulzadə və digərləri müqayisə olunur. Bu müqayisə uğurludurmu?
- Tarixin ayrı-ayrı dövrlərində yaşamış şəxsiyyətləri üz-üzə qoymaq, onları müqayisə etmək düzgün deyil. Hər dövrün özünün şəraiti, şərtləri olub. Hər bir tarixi şəxsiyyət öz dövründə mümkün olanı edib. Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da, faktiki olaraq bundan sonrakı 2 il müddətində Azərbaycan öz müstəqilliyini itirmək qorxusu ilə üzləşmişdi. Bu qorxu və təhlükə isə Heydər Əliyevin ikinci dəfə hakimiyyəti gəlməsi ilə aradan qalxdı. Heydər Əliyevin Yeni Azərbaycan quruculuğu öz bəhrəsini indi də verməkdədir. Ulu öndər in bildirdiyi kimi, Azərbaycanın müstəqilliyi, dönməzdir, əbədir.
- Bayaq dediklərinizdən belə qənaətə gəlmək olarmı ki, Rəsulzadə bütün Azərbaycanın oğludur?
- Azərbaycan tarixində rol oynamış şəxsləri bir partiyanın çərçivəsinə sığışdırmaq düzgün deyil. Tarixi şəxsiyyətlər, tarixdə rol oynamış şəxslər bütün xalqın nümayəndələridir. Onların adından sui-istifadə etmək düzgün deyil.
- Aydın müəllim, dediniz ki, bugünkü Müsavat Partiyasının o dövrdə olana heç bir aidiyyəti yoxdur. Bu fikrinizi hansı arqumentlərə əsaslandıra bilərsiniz?
- Həm siyasi ideologiyasına, həm məsələlərə yanaşma tərzinə, həm milli birlik məsələlərinə görə, hazırkı Müsavat Partiyası əvvəlkinin xələfi ola bilməz.
- Belə fikirlər də var ki, hakimiyyət Rəsulzadəyə münasibətdə laqeyddir.
- Mən belə hesab etmirəm. Müstəqilliyimizdə rol oynamış hər bir kəsə sayğı və hörmət var.
- Müsavat Partiyasına iddia edən eyni adlı müxalifət təşkilatının heçmi haqqı yoxdur ki, özlərini onların davamçıları hesab etsinlər?
- Tarixi şəxsiyyətləri özününküləşdirmək, bir partiya maraqları çərçivəsində tanıtmaq lazım deyil. Bu kimi cəhdlər tanınmış şəxsiyyətlərin adından istifadə edib reytinq qazanmaq istəkləridir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02 |
|
|
|
| • Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53 |
|
|
|
| • Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50 |
|
|
|
| • İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45 |
|
|
|
| • Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41 |
|
|
|
| • Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37 |
|
|
|
| • İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34 |
|
|
|
| • KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28 |
|
|
|
| • "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19 |
|
|
|
| • TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16 |
|
|
|
| • "Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09 |
|
|
|
| • Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01 |
|
|
|
| • Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59 |
|
|
|
| • İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03 |
|
|
|
| • Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36 |
|
|
|
| • "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33 |
|
|
|
| • STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31 |
|
|
|
| • Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29 |
|
|
|
| • “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25 |
|
|
|
| • Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23 |
|
|
|
| • Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17 |
|
|
|
| • Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13 |
|
|
|
| • 4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11 |
|
|
|
| • Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09 |
|
|
|
| • Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55 |
|
|
|
| • Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52 |
|
|
|
| • Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49 |
|
|
|
| • Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45 |
|
|
|
| • Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Dünən, 16:39 |
|
|
|
| • Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Dünən, 16:30 |
|
|
|
| • Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:27 |
|
|
|
| • Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Dünən, 16:22 |
|
|
|
| • Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
| • Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Dünən, 16:03 |
|
|
|
| • Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Dünən, 10:28 |
|
|
|
| • Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Dünən, 10:25 |
|
|
|
| • "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Dünən, 10:19 |
|
|
|
| • Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Dünən, 10:10 |
|
|
|
| • Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Dünən, 09:59 |
|
|
|
| • “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Dünən, 09:56 |
|
|
|
| • Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Dünən, 09:53 |
|
|
|
| • Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Dünən, 09:52 |
|
|
|
| • Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Dünən, 09:49 |
|
|
|
| • Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Dünən, 09:21 |
|
|
|
| • Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Dünən, 08:48 |
|
|
|
| • Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Dünən, 08:05 |
|
|
|
| • Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Dünən, 07:50 |
|
|
|
| • KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Dünən, 07:41 |
|
|
|
| • Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Dünən, 07:29 |
|
|
|
|