"Salam, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi. Salam, Ceyhun Musaoğlu. Necəsiz? Ümid edirəm yaxşısız. Amma biz yaxşı deyilik..." "DİA-AZ" xəbər verir ki, bu müraciəti özünün sosial şəbəkə hesabında jurnalist Amal Abuşov yazıb.
O daha sonra müraciətini belə davam etdirir: "Evimizin içində bizə ağcaqanadlar hökm edir. Dərdimizi sizə dedik, əlac etmirsiz. Binanın zirzəmisinə su dolub. Öz mütəxəsisləriniz gəldilər və dedilər ki, təmiz su borusundan zirzəmiyə su sızır. Qaynar xəttinizə soyuq başla yenidən məlumat verdim. Gəlib tədbir görən yoxdur. Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun. Heyifdir o su. Zirzəmiyə su dolur, rütubətdə ağcaqanadlar yeni yuvalar salır, bizə öz yuvamızda rahatlıq vermirlər. Dərdimizi kimə deyək, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti? Bəlkə İctimai TV gələ dərdimizə qulaq verə, Mikro rayonda səhəri diri gözlə açırıq, maddələr də kömək etmir..."








