Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                     "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." .....                     SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... .....                     TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... .....                     Rafiq Ədilov kimə belə güvənir ki... .....                     ABB yenə də problem yaradır... .....                     Həmişəki Yaponiyadır... .....                     Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi .....                     İrəvan üçün NƏFƏSLİK... .....                 

Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Tarix: Dünən, 07:50 | Çap et

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2016-cı il Aprel döyüşləri ilə bağlı erməni hərbçinin ailəsinin şikayətinin qismən təmin edilməsi və Ermənistanın işğal rejiminin nəzarəti altında olan ərazilərdə baş verənlərə görə Azərbaycan dövlətinin ittiham edilməsi və cərimələnməsi barədə 2026-cı il 18 iyun tarixli qərarı,bir tərəfdən, İnsan hüquqları Konvensiyasına, digər tərəfdən isə Avropa Məhkəməsinin president hüququna zidd olan ədalətsiz və qərəzli bir qərardır. Azərbaycan dövləti bu qərarın ləğvi üçün Konvensiyanın özünün verdiyi bütün mümkün hüquqi və prosessual vasitələrdən istifadə etməli, o cümlədən Strasburq Məhkəməsinin Böyük Palatasına şikayət imkanlarını nəzərdən keçirməlidir.
Məhkəmənin bu qərarı ölkə ictimaiyyətində, hüquqi və ekspert dairələrində beynəlxalq, xüsusən də Avropa qurumlarının, o cümlədən Avropa Məhkəməsinin Azərbaycana münasibətdə nə dərəcədə obyektiv olması ilə yanaşı, ölkəmizin Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını daha fəal şəkildə davam etdirib – etdirməməsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Azərbaycan işğal olunmuş torpaqlarını azad etdikdən sonra Beynəlxalq ədalət məhkəməsində Ermənistanın uzun illər davam etmiş işğal siyasəti, etnik təmizləmə, insan hüquqlarının pozulması və maddi-mədəni irsin məhv edilməsi ilə əlaqədar iddialar qaldırdı. Eyni zamanda Ermənistan da Azərbaycana qarşı iddialarla çıxış etdi. Lakin sülh danışıqlarının gedişində hər 2 dövlət beynəlxalq instansiyalarda qarşılıqlı iddiaları üzrə prosessual hərəkətləri dayandırmaq barədə ümumi razılığa gəldi. Lakin Avropa Məhkəməsinin son qərarı bu razılığın üzərinə kölgə saldı və Ermənistana bir dövlət kimi inam və etibar məsələsəni yenidən gündəmə gətirdi.
Bu baxımdan Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını yenidən və fəal şəkildə davam etdirməsi məqsədəuyğun görünür. Həm də bu məsələ yalnız son qərarlara verilən emosional reaksiya kimi deyil, Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən strateji siyasət kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan artıq müharibənin hərbi mərhələsini qalibiyyətlə başa vurub. Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbə ölkənin ərazi bütövlüyünün bərpasını təmin etsə də, münaqişənin hüquqi nəticələri hələ tamaradan qaldırılmayıb, təcavüzkar dövlətin beynəlxalq-hüquqi məsuliyyət məsələsi öz həllini tapmayıb. Başqa sözlə, müharibələr yalnız döyüş meydanında deyil, sonrakı illərdə məhkəmə zallarında, diplomatik platformalarda və beynəlxalq təşkilatlarda da davam edir. Adətən postmüharibə dövrü geosiyasi, diplomatik və hüquqi mübarizə mərhələsi hesab olunur. Bu mərhələdə beynəlxalq qurumlarda, o cümlədən məhkəmələrdə fəallığın artırılması həm tarixi həqiqətlərin təsdiqi, həm Ermənistanın məsuliyyətinin beynəlxalq səviyyədə tanınması, həm də gələcək sülh prosesinin daha möhkəm hüquqi təməl üzərində qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.
Buna görə də, işğal dövründə Ermənistanın törətdiyi əməllərin beynəlxalq hüquqi müstəvidə sənədləşdirilməsi və hüquqi məsuliyyət məsələsinin gündəmdə saxlanılması postmüharibə dövründə dövlət fəaliyyətinin prioritet istiqamətlərindən biri olmalıdır. Əgər Azərbaycan beynəlxalq aləmdə, o cümlədən məhkəmə instansiyalarında öz hüquqi arqumentlərini sistemli şəkildə müdafiə etməsə, zaman keçdikcə beynəlxalq ictimai rəydə hadisələrin erməni interpretasiyasına uyğun təhrif olunmuş versiyası formalaşa bilər. Bu isə gələcək nəsillər üçün tarixi və hüquqi həqiqətlərin zəifləməsi, problemin gələcək nəsillərə saxlanması riskini yaradır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın əlində kifayət qədər sanballı və ciddi hüquqi arqumentlər mövcuddur. Ən ciddi arqument BMT TŞ-nın 4 qətnaməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən otuz il işğal altında saxlaması kimi beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması faktıdır. Bu müddət ərzində yüz minlərlə insan öz doğma torpaqlarından məcburi köçkün düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və dini abidələr məhv edilib, təbii sərvətlər qanunsuz istismar, genosid, ekosid kimi çoxsaylı beynəlxalq xarakterli cinayətlər törədilib. Bunları nəzərə almaqla, Azərbaycan beynəlxalq məhkəmə platformalarında Ermənistana qarşı məcburi köçkünlərin hüquqlarının pozulması, etnik təmizləmə, mədəni irsin məhv edilməsi, ekoloji zərərlər və təbii səvətlərdən qanunsuz istifadə, işğal olunmuş ərazilərimizdə milyonlarla minalar basdırılması nəticəsində insan hüquqlarının pozulması, iqtisadi itkilər və kompensasiya tələbləri ilə əlaqədar iddialar irəli sürə bilər. Həm də nəzərə almaq lazımdır ki, bu məsələlərin əksəriyyəti artıq müxtəlif beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarında bu və ya digər dərəcədə müzakirə predmetinə çevrilib və Azərbaycanın mövqeyi üçün kifayət qədər geniş sübut bazası formalaşıb. Avropa Məhkəməsinin son qərarı fonunda, həm də birinci və ikinci Qarabağ müharibəsi zamanı həlak olmuş mülki və hərbi şəxslərin yaşamaq hüququnu pozulması da yeni çoxsaylı iddia tələbinin əsasını təşkil edə bilər.
Xatırlatmaq istəyirəm ki, beynəlxalq məhkəmələrin fəaliyyətinə yalnız hüquqi aspektdən deyil, həm də siyasi aspektdən yanaşmaq lazımdır. Yəni müasir beynəlxalq münasibətlər sistemində məhkəmə qərarları mühüm siyasi təsir vasitələrindən biri hesab olunur. Beynəlxalq məhkəmələrdə əldə olunan nəticələr dövlətlərin beynəlxalq imicinə, diplomatik mövqelərinə və gələcək siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Məhz buna görə Ermənistan uzun illər ərzində beynəlxalq hüquqi mexanizmlərdən aktiv şəkildə istifadə etməyə çalışıb.
Avropa Məhkəməsinin son qərarı bir daha göstərdi ki, beynəlxalq hüquqi müstəvidə passivlik gələcəkdə siyasi və informasiya müharibəsində mövqelərin zəifləməsinə səbəb ola bilər. Buna görə də Azərbaycan həm Avropa İnsan Haqları Məhkəməsi, həm də Beynəlxalq Ədalət Məhkəməsi daxil olmaqla bütün beynəlxalq hüquqi platformalarda hücum və müdafiə elementlərini özündə birləşdirən kompleks hüquqi strategiya həyata keçirməlidir. Bu strategiyanın əsas məqsədi yalnız hüquqi qələbələr deyil, işğalın nəticələrinin beynəlxalq səviyyədə tanınması, Ermənistanın məsuliyyətinin rəsmiləşdirilməsi və Azərbaycanın siyasi mövqeyinin möhkəmləndirilməsi olmalıdır.
Bütün bunları nəzərə almaqla Azərbaycanın beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarında fəaliyyətini davam etdirməsi, mövcud iddiaları daha sistemli şəkildə irəli aparması və yeni iddialar qaldırması strateji baxımdan düzgün və zəruri yanaşma hesab edilməlidir.

Müəllif: Qulamhüseyn Əlibəyli - hüquqşünas 

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru