"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                 

Naşı məmurlar əhalini xarici məhsullara möhtac qoyub - Nazirliyin proqnozları özünü doğrultmur
Tarix: 11-12-2017, 09:20 | Çap et
Naşı məmurlar əhalini xarici məhsullara möhtac qoyub
Dünya bazarında neftin qiymətinin düşməsindən sonra ölkəmizdə iqtisadi böhranın yaranması qeyri-neft sektorunun inkişafını zərurətə çevirib. Xüsusən də kənd təsərrüfatının dirçəldilməsi ön plana çəkilir.

Amma aqrar sahənin inkişafı üçün hər il milyonlarla vəsait ayrılsa da, ortada ciddi sayılacaq müsbət nəticə yoxdur. Məsələn, ekspertlər bildirirlər ki, Azərbaycan kənardan taxıl almasa, ölkədə çörək qıtlığı yarana bilər. Yaxud da ət, süd, yağ idxal olunmasa, əhalinin əksəriyyəti çıxılmaz vəziyyətlə üzləşər.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı etdirilməsi üçün müxtəlif vaxtlarda sərəncamlar, fərmanlar verilir, aqrar sahə ilə məşğul olanlara güzəştlər tətbiq olunur, büdcə ayırmalarında bu sahədə irəliləyişə nail olmaq üçün artımlar edilir. Aqrar sektorun inkişafı üçün, bu sahəyə məsul qurumların təşəbbüsləri ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Bu sahədə dövlət siyasətini həyata keçirən Kənd Təsərrüfatı Nazirliyinə bütün zəruri dəstək verilir. Lakin ölkə rəhbərliyinin bu dəstəyindən adıçəkilən nazirliyin Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından səmərəli bəhrələndiyini söyləmək bir qədər çətindir. Hansı ki, bu, ölkə prezidentinin birbaşa diqqətində olan məsələdir.

Prezidentin kənd təsərrüfatına həsr olunmuş müşavirələrdəki çıxışlarının əsas xəttini də, məhz ölkənin strateji ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin edilməsi təşkil edir.

Aqrar sahədə vəziyyət pisləşir

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Reyting.az-a deyib ki, Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də hökumət rəsmilərinin bu il üçün verdiyi proqnozlar özünü doğrultmayıb.

V.Məhərrəmov iddia edir ki, ictimaiyyətə təqdim olunan rəqəmlər həqiqəti əks etdirmir. Onun qənaətincə, bu ilin müvafiq dövrünü analiz etdikdə aydın olur ki, vəziyyət pisləşməyə doğru gedir:

“Son iki ildə həm Kənd Təsərrüfatı Nazirliyi, həm də hökumət pabıqçılığın inkişafına külli miqdarda vəsait ayırıb. Bu sahə ilə bağlı təbliğat işi də yüksək səviyyədə qurulub. Ölkə başçısının dediyinə görə, hər il pambıqçılığın inkişafına yüz milyonlarla dollar vəsait xərclənir.

Nəzərdə tutlurdu ki, hər hektardan 35-40 sentner pampıq yığılsın. Statistika Komitəsinin verdiyi məlumata əsasən, 136 min hektarda pambıq əkilib, indiyə kimi 200 min ton yığılıb, indən belə də nəsə yığılacağı gözlənilmir. Çünki artıq sahələrdə elə də pambıq qalmayıb. Burdan belə çıxır ki, hər hektardan 14-15 sentner pambıq yığılıb. Bütün bunlar göstərir ki, bu adamların bazar iqtisadiyyatından xəbərləri yoxdur. Hökumət prosesə müdaxilə etsə də, nəticə əldə olunmur. Sovet dövründə də “pripiska” ilə məşğul olurdular, indi də. Anlamırlar ki, indi hansısa məhsulun həcmi deyil, rəqabətqabiliyyətli olması daha vacibdir. Bir sözlə, pambıqla bağlı hökumətin planları özünü doğrultmadı”.

Espert deyib ki, taxılçılıqda da anoloji vəziyyətdir. Onun firkincə, açıqlanan rəqəmlərlə real vəziyyət uyğun gəlmir:

“On ildir ki, taxılşılığın inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilib, subsidiya verilib. Qiyməti yüzminlərlə avro olan kambaynlar alınıb. Ortada nə var? Azərbaycan yenə ərzaq buğdasına tələbatı idxal hesabına ödəyir. Bu da ondan xəbər verir ki, bu sahədə nəinki irəliləyiş əldə olunub, əksinə, ciddi geriləmə var. Bunlar pambıqçılığı, baramaçılığı inkişaf etdirmək adı ilə əkin sahələrini, təbii biçənək ərazilərini, yonca sahələrini əkinə veriblər. Bunun nəticəsində heyvandarlıq məhsulları ciddi şəkildə azalmağa başlayıb.

Bu müddət ərzində ət idxalı iki dəfə artıb. Baxmayaraq ki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır, insanlar əvvəlki qaydada ət istehlak edə bilmir, bununla yanaşı, idxalın həcmi artır.

Ölkədə heyvanların baş sayı ciddi şəkildə azalır. Örüş yerləri kəskin azaldığına görə, kəndlilər heyvanlarını kəsimə vermək məcburiyətində qalırlar. Bütün bunlara görə də ət, süd idxalı ciddi şəkildə artıb.

İndi də deyirlər ki, bu il Azərbaycandan pomidor ixracı artıb. Ancaq bu məhsulların bir hissəsi Türkiyədən gətirilərək, yenidən qablaşdırılır və Rusiyaya ixrac edilir. Yəni, ixracın əsas hissəsi öz istehsalımız deyil”.

İdxaldan asılılıq artır

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb. Dəyər ifadəsində ət idxalında artım 2 dəfədən çox olub. Süd idxalında isə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38,69 faiz təşkil edib. Bu üç məhsulun idxalına ötən ilin 8 ayında 36 milyon dollar sərf olunubsa, bu ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri bu artımı əhalinin həmin məhsulları daha çox istehlak etməyə başlaması ilə əsaslandırıb.

Amma idxalı ilə bərabər, qiyməti də sürətlə artan ət, süd, kərə yağını, son illərdə gəlirlərində demək olar ki, artım olmayan əhalinin birdən-birə 30-40 faiz çox alması real ola bilməz.

Qeyd edək ki, dövlət hesabına son illərdə ölkəyə minlərlə baş cins mal-qara idxal olunaraq, fermerlərə güzəştli qiymətlərlə satılır. Hər halda, KTN-in rəsmi statistikasından belə görünür. Elə KTN rəhbərliyi də bir çox hallarda heyvandarlıqda intensiv inkişafın zərurətindən danışır, mal-qaranın baş sayına deyil, məhsuldarlığına önəm verdiklərini bildirir. Lakin həmin mal-qaranın sonrakı taleyi, onları alanların ət-süd istehsalında hansı müsbət nəticələr əldə etdikləri, bundan dövlətin, əhalinin qazancının nə olduğuna dair qiymətləndirmə aparıb məlumat vermirlər. Digər tərəfdən, daxili tələbatı tam təmin edəcək sayda cins mal-qara olmadan baş sayını azaltmaq ölkəni heyvandarlıq məhsullarının idxalından asılı vəziyyətə salmaq təhlükəsi yaradır. Gömrük statistikası isə bu təhlükənin reallaşmağa başlamasından xəbər verir.

Hökumət 2017-ni saxta rəqəmlərlə başa vurur

V.Məhərrəmov bütün sahələr üzrə apardığı araşdırmaya əsasən deyir ki, son illər kənd təsərrüfatında ciddi şəkildə geriləmə var:

“Əvvəllər olduğu kimi, hakimiyyətdəkilər yenə real olmayan rəqəmlər səsləndirirlər. Əslində isə bu ilin 10 ayının gömrük statistikası kənd təsərrüfatında çox ciddi geriləmələrin olduğundan xəbər verir. Belə ki, əvvəlki illərə nisbətən 10 ay ərzində ixracda ciddi azalma, idxalda isə yüksək artım dinamikası müşahidə olunur. Hər iki göstərici Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının istehsalının azalmasından xəbər verir. Təsəvvür edin, 5 il əvvəl, 2012-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 815 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunmuşdursa, bu ilin eyni dövrü ərzində bu göstərici ciddi şəkildə artaraq 1 milyard 121 milyon dollar təşkil edib. Əsas ixrac məhsullarından olan bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, çay ixracı kəskin şəkildə azalıb. Bu müddət ərzində ət idxalı 3,7 dəfə artaraq 52 milyon dollar olub.

Kəsim üçün gətirilən diri heyvanlar 2 dəfə, süd və süd məhsulları idxalı 2 dəfəyə yaxın artıb. Belə ki, 5 il əvvəl, 2012-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 54 milyon dollar dəyərində süd və süd məhsulları idxal olunduğu halda, bu ilin 10 ayı ərzində bu göstərici 103 milyon dollar təşkil edib. Bu müddət ərzində kərə yağı, kartof, meyvə-tərəvəz və digər ərzaq malları, kənd təsərrüfatı məhsulları idxalı da ciddi şəkildə artıb. Son 5 ildə dünya bazarında ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətlərinin ciddi azaldığını nəzərə alsaq, fiziki çəkidə idxalın daha da çox artdığını demək olar. Görünür, yenə də hökumət ili şişirdilmiş, saxta rəqəmlərlə yola verəcək”.

Bəs gələn il də analoji vəziyyətlə üzləşməmək üçün nə etmək lazımdır?

V. Məhərrəmovun təklifləri olsa da, hesab edir ki, hökumətdəkilərin bunları gerçəkləşdirmək bacarığı yoxdur: “İstehsal artımının gələcəyi üçün indidən təməl addımlar atılmalı idi. Təəssüf ki, bunlar konkret nə işlə məşğul olacaqlarını anlamırlar. Bilmirlər ki, heyvandarlığın, bitkiçiliyin inkişafı üçün nə etmək lazımdır. Birdən qərara gəldilər ki, baramaçılığı inkişaf etdirsinlər. Amma barama istehsalçılarına hər kq. baramaya görə 5 manat subsidiya verirlər. Halbuki Qazaxıstanın ixrac etdiyi baramanın dəyəri 5 manatdan ucuzdur. Bəri başdan demək olar ki, bu sahə gəlirli deyil. Yəni, bunlar hara əl atırlar, oranı bərbad günə qoyurlar. Bilirsiz, naşı adama nəyi etibar eləsən, nəticə bərbad olacaq. Bunlar bir sahəni inkişaf etdirmək üçün o biri sahəni məhv edirlər. Odur ki, mən bu adamların hansısa inkişafa nail olacaqlarına inanmıram”.

Əhali keyfiyyətli və normaya uyğun qidalanmır

Müsahibimiz hesab edir ki, Azərbaycanda əhalinin sosial durumu get-gedə pisləşir, insanların alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür. Onun qənaətincə, ölkədə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksək olması əhalinin istehlak xərclərini artırır və bu da aztəminatlı ailələr üçün ciddi problemlər yaradır: “Bir çox hallarda aztəminatlı ailələr yalnız borca aldıqları adi çörəklə qidalana bilirlər. Son günlər belə hallar daha geniş yayılıb. Ölkədə yaranmış bu vəziyyətdən, bahalıqdan ərzaq malları idxalını inhisara almış nazirlər, hökumət məmurları daha çox bəhrələnməyə çalışırlar. Ölkəyə idxal olunan ət, süd, kərə yağı, pendir, tərəvəz, kartof və s. ərzaq, kənd təsərrüfatı məhsulları istehlakçılara dəyərindən 40-50 faiz, bəzi məhsulların isə dəfələrlə baha qiymətə təklif olunması haqqında mətbuatda geniş məlumatlar vermişik. Təəssüflər olsun ki, məmurlar öz merkantil maraqlarına xidmət etməkdə davam edirlər.

Onu da qeyd etməliyəm ki, orta əmək haqqı yüksək, dəfələrlə çox olan ölkələrdə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri Azərbaycandakı qiymətlərdən xeyli aşağıdır. Misal üçün, istehlakçılara Avropa və MDB ölkələrində ət, süd 2 dəfə, kartof 3 dəfə ucuz təklif olunur. Bəzi MDB ölkələrində də ərzaq malları, kənd təsərrüfatı məhsulları əhaliyə çox ucuz qiymətə təklif edilir. Qazaxıstanda çəkisi 600 qram olan çörək əhaliyə 15 qəpiyə təklif olunur. Gürcüstanda, Ermənistanda da ət, süd, kartof, çorək və bir sıra qida məhsulları bizdəkinə nisbətən xeyli ucuzdur.

Gürcüstanda təzə mal əti istehlakçılara bizim pulla hesablayanda 8 manat 30 qəpiyə, sümüksüz mal əti 9 manat 60 qəpiyə, Ermənistanda isə mal əti müştərilərə 7 manat 50 qəpiyə təklif olunur”.

V.Məhərrəmov sonda nəzərə çatdırıb ki, qiymətlərin həddən artıq yüksək olması səbəbindən Azərbaycan əhalisi keyfiyyətli və normaya uyğun ərzaqla qidalana bilmir. “Beynəlxalq normaya görə, il ərzində adambaşına 84 kiloqram ət istehlak edilməlidir. Ölkə əhalisi bunun az bir hissəsini əldə edə bilir. Azərbaycanda adambaşına 33 kiloqram ət istehlak olunur, bu qədər ət və ət məhsulları isə normadan 2 dəfədən də çox aşağıdır.

Onu da qeyd etməliyəm ki, normaya uyğun qida qəbul edə bilməyən insanlar fiziki və əqli inkişafdan geri qalır. Bu da ümumilikdə cəmiyyət üçün ciddi problemlər yaradır”, - deyə ekspert fikrini tamamlayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru