Oqtay Şirəliyev bu sahəni dirçəldə bilmədi... - GİLEY
Tarix: 18-08-2017, 11:17 | Çap et
 Təcili tibbi yardım maşınları ilə bağlı müxtəlif məzmunlu şikayətlər hər zaman olur. Təcili yardım çağıran Bakı sakinləri gah onların gecikməsindən yaxud da ki, xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayət edir. "Report"un redaksiyasına zəng edən paytaxt sakini çağırdığı təcili tibbi yardım maşınının xeyli yubandığını bildirib. Xəstə yaxının dediyinə görə, təcili tibbi yardıma ötən gün saat 14:49-da zəng vurulub lakin uzun müddət çağırışa cavab gəlməyib. 45 dəqiqədən sonra gələn təcili yardım həkimi gecikmələrinin səbəbini belə izah edib: "Komandaya saat 15:13-də cağırış veriblər. Xəstə Xətai rayonunda olduğu halda, yardımı Yasamaldan göndəriblər. Nəticədə yardım maşını 15:34-də ünvana çatıb". Xəstə yaxınlarının dediyinə görə, onlar əvvəllcə Xətaidəki 2 sayli klinikaya gediblər və xəstə üçün təcili tibbi yardım yardim lazım olduğunu deyiblər. Orada isə onlara nə maşın sürcüsünün, nə də həkimin olmadığını bildiriblər. Daha sonra 14:49-da təcili yardıma zəng vurulduqdan bir müddət sonra Yasamaldan komanda tapıb göndəriblər. Nəticədə xəstəyə ilkin tibbi yardımı xəstə yaxınları özləri etməyə məcbur olublar.
Məsələ ilə ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə "Report"a bildirib ki, çağrışlar gəldiyi zaman onun növlərinə görə tezliyi müəyyənləşdirilir: "Əgər çağırış təxirəsalınmazdırsa, onun icra müddəti bir saat ərzindədir. Qeyd etdiyiniz çağırışla bağlı şikayəti araşdırdıq və məlum oldu ki, xəstə təzyiq problemi ilə bağlı təcili yardım çağırıb. Bu cür çağırışlar isə təxirəsalınmaz olduğundan icra müddəti bir saata yaxındır". Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov bir müddət əvvəl "Report"a açıqlamasında vurğulayıb ki, BŞTTTYS-də yaradılan struktura görə həkim briqadası hər bir ünvana 15-20 dəqiqə ərzində çatmalıdır: “Elə yer də ola bilər ki, həmin əraziyə 5 dəqiqəyə çata bilərik. Mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif çıxış yollarından istifadə edirik. Yəni, çağırışların intensiv vaxtlarında, eləcə də ən pik vaxtlarda, yəni saat 16.00-dan gecə 00.00-a kimi çalışırıq ki, briqadalarımız olduqları ərazilərdən uzaqlaşmasınlar. Onların olduqları yeri mərkəzdən də görürük. Çünki hər bir maşına GPS quraşdırılıb” Təcili yardım maşınının Xətaidən deyil, Yasamaldan gəlməsinə gəldikdə isə Murad Mirzəzadə bildirib ki, təcili yardım maşınlarının göndərilməsi rayonlar üzrə bölünmür. Hansı rayon olmasından asılı olmayaraq, çağrış olan əraziyə yaxın briqda varsa, həmin əraziyə göndərilir. Müstəqil səhiyyə eksperti, tibb elmləri doktoru, professor Adil Qeybulla isə "Report"a deyib ki, təcili tibbi yardım maşınlarının çağırış ünvanına təyin olunmuş vaxtdan gec çatması işin təşkilindəki qüsurdan irəli gəlir.
Onun sözlərinə görə, təcili tibbi yardım maşınının hadisə yerinə yarım saatdan gec çatmasına bəraət qazandırmaq olmaz: “Çünki onların strukturu elə qurulub ki, təcili çağırış olarsa, ən geci 15-20 dəqiqəyə çağırış yerində olmalıdırlar. Yarımstansiyalar da məhz bunun üçündür. Hadisə yerinə gec çatmaq işin təşkilindəki qüsurdur”. Ekspert qeyd edib ki, bu işin təkmilləşdirilməsi üçün maddi-texniki bazanın kifayət qədər yüksək olması, yarımstansiyaların sayının və həkimlərin peşəkarlığının artırılması mütləqdir: “Təəssüf ki, bunlar səhiyyədə yaddan çıxan istiqamətlərdir”. O, həmçinin əlavə edib ki, bu gün ölkənin yollarında təcili tibbi yardım maşınları üçün xüsusi zolaqlar yoxdur: “Bakıda isə küçələrdə heç maşınlar bir-birilərinə yol vermir. Ölkədə yol infrastrukturu üçün kifayət qədər maliyyə vəsaiti ayrılsa da, təcrübə göstərir ki, bu kimi zolaqların salınması üçün heç nə görülmür. Ona görə də təcili yardım maşınları ünvana gec çatır. Təcili yardımın çağırış anından xəstənin yanına getməsi üçün sərbəst yol imkanı lazımdır. Bu imkanı yaratmaq lazımdır. Çünki ünvana gec çatmaq xəstənin həyatı bahasına başa gələ bilər”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Bu gün, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
|