Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                 

İrəvan Teatrındakı rəzalətin arxa bağçası - İTTİHAM VAR
Tarix: 1-08-2017, 12:04 | Çap et
İrəvan Teatrındakı rəzalətin arxa bağçası
Bizim 20 iyul 2017-ci il tarixdə ölkə KİV-lərində getmiş “137 illik İrəvan Teatrının “Piriyev” problemi” adlı yazımıza 24 iyul 2017-ci il tarixdə “İrəvan Teatrı tənqidi yazıya reaksiya verdi” başlıqlı yazı ilə “cavab” verilib. 25 iyul 2017-ci il tarixdə isə, “İrəvan Azərbaycan teatrının yaradıclıq panoramı” adlı hesabatdolu yazı ilə KİV-də açıqlama yayılıb. Bu iki cəhdin heç birində bizim yazımızda qeyd olunan problemlər təkzib olunmayıb.

Dolayı yolla 137 illik yaşı olan bu qocaman teatr məbədinin indiki acınacaqlı durumu “ort-basdır” edilib. Bu iki cəhdin heç birində qeyd olunmadı ki, mövcud problemlər çözümünü tapacaq. Bu iki cəhddə yazımızı hətta “dezinformasiya” bataqlığına sürükləmək cəhdləri də özünü göstərdi. Qocaman teatrda peşəkar aktyorlarla bağlı sorunları qabartmamışıq. Demişik ki, direktor İftixar Piriyev uğursuz aktyor olduğu üçün, 17 ildir bu teatrı dram dərnəyi səviyyəsinə endirməkdədir.
Bizim 20 iyul 2017-ci il tarixdə ölkə KİV-lərində getmiş “137 illik İrəvan Teatrının “Piriyev” problemi” adlı yazımıza 24 iyul 2017-ci il tarixdə “İrəvan Teatrı tənqidi yazıya reaksiya verdi” başlıqlı yazı ilə “cavab” verilib. 25 iyul 2017-ci il tarixdə isə, “İrəvan Azərbaycan teatrının yaradıclıq panoramı” adlı hesabatdolu yazı ilə KİV-də açıqlama yayılıb. Bu iki cəhdin heç birində bizim yazımızda qeyd olunan problemlər təkzib olunmayıb. Dolayı yolla 137 illik yaşı olan bu qocaman teatr məbədinin indiki acınacaqlı durumu “ort-basdır” edilib. Bu iki cəhdin heç birində qeyd olunmadı ki, mövcud problemlər çözümünü tapacaq. Bu iki cəhddə yazımızı hətta “dezinformasiya” bataqlığına sürükləmək cəhdləri də özünü göstərdi. Qocaman teatrda peşəkar aktyorlarla bağlı sorunları qabartmamışıq. Demişik ki, direktor İftixar Piriyev uğursuz aktyor olduğu üçün, 17 ildir bu teatrı dram dərnəyi səviyyəsinə endirməkdədir.

Kombinasiyalı təkzibin ironiyası

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollketivi adından bizim yazımıza etiraz olaraq, imza atmış 18 əməkdaşlar fikrimizcə “137 illik İrəvan Teatrının “Piriyev” problemi” yazımızı oxumamışdır. Oxusaydılar, orada hər hansı qərəzin olmadığını da görərdilər. Elə həmin müraciətdə “Mürafiə vəkilləri” (M.F.Axundzadə), “Zorən təbib” (J.B.Molyer), “Xor-xor” (S.M.Qənizadə), “Stullar” (E.İonesko), “Vətəndən ağırdır vətən yükü” (Hidayət), “Min möhtəşəm günəş” (Xalid Hüseyn) kimi uğurlu tamaşaları örnək göstərərək, yazımızı təkzib etməyə çalışılıb. O zaman bu teatrın kollektivi adından bizi təkzib etməyə çalışan 18 müəllif direktor İftixar Piriyevin səyləri nəticəsində işdən azad edilmiş baş rejissor və əməkdar incəsənət xadimi Oruc Qurbanovun hüquqlarının pozulmasına niyə göz yumub? Axı müraciətdə qeyd olunan bu uğurlu tamaşalara rejissor kimi Oruc Qurbanov quruluş verib. Onu da bildririk ki, heç zaman teatrlarla ilgili qalmaqallar yaratmamışıq. Bir sənətşünas kimi qaldırdığımız və gündəmə gətirdiyimiz problemləri ictimailəşdirməklə, onların həllinə nail olmuşuq. Kim buna inanmırsa, zəhmət çəkib “google” aramasına daxil olub yazdıqlarımızı bir daha oxusun. Biz demişik ki, İftixar Piriyev “uğursuz aktyor”dur. Akademik Milli Dövlət Dram Teatrından üzü bu yana heç bir teatrda və çəkildyi filmlərdə uğur qazanmayıb. Biz demişik ki, bu gün ölkədə 5-6 nəfər peşəkar rejissor varsa, onlardan biri də Oruc Qurbanovdur. Bu qocaman teatrın baş rejissoru vəzifəsindən niyə uzaqlaşdırılıb? Biz demişik ki, İftixar Piriyev direktor kimi yaradıcılıq işlərinə qanunsuz olaraq müdaxilə edir və “konyuktura ədəbiyyatı”na yol açır. Biz demişik ki, teatrı təhdid metodu ilə idarə etmək doğru deyil. Biz demişik ki, teatrda əməkdaşların maaşları bu günün standartlarına uyğun deyil. Müraciətə imza atanlar heç bunun fərqinə vardılarmı? Təkzib müraciətində bircə məqam doğrudur. Müəllif kimi bununla razılaşırıq. O da teatrın kollektivinin gerçəkdən də CƏFAKEŞ olmasıdır. Onlar az maaşla sənətə olan sevgilərini qorumaq üçün əzablara dözürlər. Onlar yarıtmaz teatr siyasətini aparan bürokratların əməllərinə dözürlər. İrəvan Teatrında bu gün aktyorların gündəlik qazancı 4-8 manat arasındadır. Adi bir fəhlənin gündəlik qazancı isə azından 30 manat civarındadır. Niyə həyatını Azərbaycan mədəniyyətinin qorunması və inkişafı yönündə sərf etmiş insanlar bunca az maaşla dilənçi gününə salınmalıdırlar?

Şair, dramaturq və alim İftixar Piriyev...

Dramaturji və bədii cəhətdən zəif olan “Qurtuluş dastanı”, “Dan yeri söküləndə”, “Körpü”, “Məngənə və ya Kor Aşığın işığı”, “Eşqin tikan dərəsi”, “Qarışqalar yuvasını dəyişmir”, “Arı yuvası”, “Nurlu ömrün anları”, “Azərbaycan bayrağı”, “Qalx ayağa, Azərbaycan”, “Soyqırımı tarixinin dastanı”, “Böyük Turanın himni” tipli patetik dram əsərlərini məhz İftixar Priyev yazıb. Bu əsərlərin heç biri çağdaş Azərbaycan dramaturgiyasının və teatrının uğuru sayılmadı. Çünki həmin əsərlər daha çox panteizmin patetikasının bir parçasıdır. XXI yüzilin ədəbi estetik baxışları daha çox semantik düşüncə sisteminin fəlsəfəsi ilə uzlaşır. Buna analitik fəlsəfə də deyilir. XXI yüzilin ədəbi baxışlarının nəbzini tutmaq üçün Qotlob Frege, Corc Mur, Bertan Rassel, Lüdviq Vitqenşteyn kimi dahilərin yaratdığı kontinental fəlsəfə və estetik uyarlığın dramaturgiyasının sistemini bilmək tələb olunur.
Beləliklə, XXI yüzilin standartları çərçivəsində fenomenalogiya, ekzistensializm, germenevtika, strukturalizm, poststrukturalizm, ipostmodernizm, dekonstruktralizm, tənqidi nəzəriyyə, psixoanalizm kimi analitik təfəkkür stanadrtları Fridrix Nitsşenin və Sören Kerköqorun da qeyd etdikləri kimi, sənətin enerjisinin gücünün əbədi olmasının bütün xarakterik özəllikləri üzə çıxarılmalıdır. Biz İftixar Priyevin şair kimi yazdığı iki cildlik şeirlər kitabını, poemalarını, esselərini, miniatürlərini, hekayələrini, publisistik, portret yazılarını və elmi məqalələrini incələmək fikrindən uzağıq. Ona görə ki, həmin əsərlər onun şəxsi ədəbi aləminin parçasıdır. Ölkədə “maklatura ədəbiyyatı”nın cövlan etdiyi dönəmdə bütün bunlara göz yummaq da olar. Konkret teatr məsələsinə gəldikdə isə, burada hər hansı “şəxsi məsələ” arxa planda qala bilməz. Doksorqrafik fəlsəfənin arxaik düşüncə düzənində teatr siyasətini aparmaq tamamilə yanlışdır. Bu barədə ünlü teatr, kültür və fəlsəfə düzənində araşdırmalar aparmış Frensis Bekon, Rene Dekart, Corc Berkli, Martin Haydergger, Devid Yum, Con Lokk və digərləri haqlı olaraq qeyd edirlər ki, indvidual sənətin estetik və poetik düzəni zamanın ritmi ilə uyumlu biçimdə sosiallaşmanın sinergetik forması olmaqla yanaşı, semantik və semiotik formasında yer alan yaşamı ortaya qoymalıdır.

Fədakar teatrın qastrollar katorqası

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının acınacaqlı taleyinə son qoyulması üçün ilk dəfə olaraq mərhum Həsənağa Turabovun dəstəyi ilə 1988-ci ildə himayə göstərərək ölkənin ana teatrının binasında yer ayrıldı. Sonradan İrəvan Teatrı Xırdalan Mədəniyyət Evində və Hüseynqulu Sarabski adına Mədəniyyət Evində fəaliyyət göstərdi. 1994-cü ildə mərhum prezident Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yenidən bu teatra dövlət status verildi. 2007-ci ildə İrəvan Teatrının 125 illik yubileyi münasibətilə ölkə prezidenti İlham Əliyevin qərarı əsasında Binəqədi rayonunda yerləşən indiki daimi binası ilə təmin edilib. Bu qocaman teatrın ümid işığı isə, 2009-cu ildə sönüb. Elə o vaxtdan teatrın binası qəzalı durumdadır.
Beləliklə, teatr tamaşalarını qastrollar hesabına yaşatmağa məcbur oldu. Mövcud qanunvericlikdə qeyd olunduğu kimi, hər bir teatrın 35 km ərazidən uzaqda tamaşa oynaması qastrol səfəri kimi qyediyyata alınır və buna görə teatr kollektivinin günlük ezamiyyə xərcləri 45 manat civarında hesablanır. İrəvan Teatrının kollektivi isə, sonuncu dəfə ezamiyyə xərcini 9 manat həcmində alıb. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixdə imzaladığı 4 saylı ezamiyyə xərclərinin normaları haqqındakı qərarında Türkiyə Cümhuriyyətinə ezamiyyət üçün bir günlük xərc adambaşına 150 dollardır. İrəvan Teatrı İftixar Piriyevin direktor olduğu dönəmdə 3 dəfə Türkiyədə qastrol səfərində olub. Ancaq teatrda çalışanlardan kimsə deyə bilməz ki, bu qastrol səfərlərində gündəlik 150 dollar ezamiyyə pulunu alıb. Bu qocaman teatrın kollektivi sanki təkərlər üzərində katorqa həyatını yaşamağa məcbur edilib. Az tutumlu avtobusda bir yandan aktyorlar, o biri yandan oynanılacaq tamaşaların əlbisələri, dekorasiyaları olmaqla bu teatrın kollektivi uzun yollar qət edərək tamaşalar oynayır və sonucda isə bir qarın çörəklə təmin olunurlar. Axı bu kollektivdə çalışanların hər biri ailə başçısıdır. Bəs onlar ailələrinə hansı qazancı aparcaqlar? Bu sual direktor kimi İftixar Piriyevin vecinə də deyil. Faktiki olaraq teatrın kollektivi istər ölkədaxili, istərsə də xarici qastrol sərəflərində aclıq səfalətini yaşamaq zorunda qalıb.
O zaman sual olunur: bütün bunlarda suçlu kimdir? Biz də bu ünvanın adını göstəririk: direktor İftixar Piriyev. Biz dram dərnəyi dedikdə, onu xatırladırıq ki, direktor İftixar Piriyevin uğursuz siyasətinin sonucu kimi teatrdan uzaqlaşdırılan peşəkar aktyorların əvəzinə, gimnaziya müəllimləri və peşəkar teatr təcrübəsi olmayan Ruhiyyə Eyvazova və Sevinc Hüseynovanın aktyor kimi işə götürülməsi nə deməkdir? Onlara aparıcı rolların verilməsi də anlaşılan deyil.

Təkzib vermək deyil, problemləri çözmək gərəkdir

“137 illik İrəvan Teatrının “Piriyev” problemi” adlı yazımızdan öncə bu teatrın inkişafında xeyli əməyi olmuş sabiq baş rejissor və əməkdar incəsənət xadimi Orcu Qurbanovun “Sizinxeber.som” saytında “Sabiq baş rejissorun teatrın direktoruna cavabı” adlı yazısı gedib. Daha öncələr isə “Azpress.az” saytında “Taktikadan İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev istifadə etməyi sevir” (tarix: 15 aprel 2009-cu il) dərin məzmunlu yazılar yayınlanıb. İftixar Piriyev və teatrın yaradıcı heyəti bircə dəfə də olsun, bu yazılara cavab verməyiblər. “Susmaq altundur” deyə “susub”lar. Bu gün Azərbaycan teatrlarında yeni “xəstəlik” peyda olub. İstedadsız aktyorların direktor görəvini mənimsəməklə yanaşı, “Bədii rəhbər” statusunu ələ keçirmək siyasəti tüğyan edir. Bu oyunun bircə anlamı var: teatrın inzibati və gəlir sahəsinə, həm də birbaşa yaradıcılıq atmosferinə nəzarəti ələ keçirmək.
Beləliklə, teatr və mədəniyyət sahəsində “feodalizm”in tüğyan etməsini leqallaşdırmaq istəyi üçün oyunlar oynanılır. Ölkə prezidentinin 29 dekabr 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” в„– 222-IIIQ qanunun və 18 may 2009-cu ildə imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqram sərəncamında da qeyd olunduğu kimi, teatrlarda direktorun funksiyası prodüser olmaqdan ibarətdir. Mövcud qanunun I fəslinin 1.0.6 maddəsində də qeyd olunduğu kimi, “prodüser-teatr tamaşasının hazırlanmasını və nümayişini təşkil edən, maliyyələşdirən hüquqi və ya fiziki şəxs”dir. Bu qanunu direktor kimi İftixar Priyev nəinki pozmaqla, hətta mövcud əmək qanunvericliyinə arxa çevirərək teatrın işçilərinə yeni teatr mövsümünə görə ərizələr yazdırıb. Halbuki əmək qanunvericiliyində qeyd olunur ki, dövlət müəssisəsində müddətsiz olaraq üç il çalışan vətəndaş həmin müəssisədə rəsmi şəkildə ştata götürülür. İrəvan Dövlət Dram Teatrının əməkdaşlarına qarşı hərbə-zorba gəlməklə direktor İftixar Piriyev dövlət qulluğundan sui-istifadə etməklə, bu müəssisəni öz şəxsi əmlakı hesab edir. Ötən yazımızda qeyd etdiyimiz kimi, onun bu uğursuz siyasətinin sonucunda peşəkar aktyorlar və rejissorlar zamanla teatrı tərk etməyə məcbur olmazdılar. 2009-cu ildən bu yana teatrın binası hələ də qəzalı durumda qalmazdı. Qastrollara gedən teatrın kollektivi normal ezamiyyə xərclərini ala bilərdilər. İftixar Piriyevin yazdığı və bədii tutumu zəif olan pyesləri, özəlliklə Heydər Əliyevin obrazını oynamaqla bu qocaman teatrı bu həddə çatdırmazdı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, zəif repertuar siyasətinin bunca davam etməsi də olmazdı. Əgər İftixar Piriyev lider obrazı oynamaqla ad-san qazanmaq istəyirsə, unutmasın ki, keçmiş Sovetlər Birliyinin rejimi 26 ildir çöküb. Hətta keçmiş totalitar rejimdə belə, ölkə lideri rolunu oynamaq hər aktyora həvalə edilmirdi. Bizi ilgiləndirən odur ki, İftixar Piriyevin mərhum prezident Heydər Əliyev haqqında yazdığı pyesləri və oynadığı Heydər Əliyev rollarını hakim Yeni Azərbaycan Partiyası və şəxsən Prezident Administrasiyasının rəhbərliyi oxuyublarmı və o tamaşaları seyr ediblərmi?
Şəxsən bizim yazılarımıza nə qədər istəyirlər, o qədər də cavabların yazılmasını hamıdan çox alqışlayırıq. Tək bir səbəblə. Göstərilən problemləri çözməyə cəhdlər edilsin. Biz bu ölkədə hamıdan çox hüquqları tapdanan aktyorları, rejissorları və dramaturqları müdafiə edirik. Başqa bir görəvimiz yox. Bizim kimsə ilə nə mətbu səhifələrdə, nə də şəxsi anlamda intriqamız yoxdur. Bir ölkənin işğal edilmiş ərazilərini və dağılmış iqtisadiyyatını bərpa etmək istənilən zaman mümkündür. Məhv edilmiş mədəniyyəti və mənəviyyatı isə bərpa etmək qeyri-mümküdür. Bizim hədəfimiz də mədəniyyəti, özəlliklə də teatrı qorumaqdır.

Ənvər BÖRÜSOY,
sənətşünas
\\tezadlar.az\\

İrəvan Teatrındakı rəzalətin arxa bağçası







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Bu gün, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru