Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                 

"Əgər adamın varsa, de səni tapşırsın, işdən çıxarmayaq" - Mədəniyyət və Turizm Baş İdarəsi şikayətçiyə
Tarix: 10-06-2017, 10:13 | Çap et
"Əgər adamın varsa, de səni tapşırsın, işdən çıxarmayaq"
Bakı şəhəri Yasamal rayonu Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbindən şikayət ver.

Adıçəkilən məktəbin tədris işləri üzrə direktor müavini çalışmış Ayat Baxşıyev haqsız yerə işdən çıxarıldığını idda edir.

AZXEBER.COM-a müraciət edən şikayətçi deyib ki, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi onu düzgün işlədiyinə görə işdən çıxarıb. Şikayət məktubunda deyilir:
Sizə müraciət etməyimin səbəbi, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən mənə qarşı edilən böyük haqsızlıqdır. Belə ki, mən 11 yanvar 2017-ci il tarixinədək Bakı şəhəri Yasamal rayonu Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışam və göstərilən tarixdə haqqsız və qərəzli şəkildə işdən azad olunmuşam. Mən Baxşıyev Ayat Müslüm oğlu 1989-cu ildə Bakıda ziyalı,xalqını sevən və hər zaman ona layiqincə xidmət edən bir ailədə anadan olmuşam. Belə ki,məhrum babam 2-ci dünya müharibəsi veteranı, Bakı şəhəri Veteranlar Şurasının sədri polkovnik Baxşıyev Abumüslüm Abumüslüm oğlu və atam Qarabağ müharibəsi veteranı, leytenant Baxşıyev Müslüm Abumüslüm oğlu, uşaqlıq illərimdən məndə vətənə qarşı sevgi,hörmət,sədaqət kimi keyfiyyətləri aşılamış,vətənə layiqli övlad olmağım üçün əllərindən gələni əsirgəməmişdirlər. 27 yaşımın 20 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin öyrənilməsi, təbliğ edilməsi yolunda sevə-sevə çalışmışam. Bunun nəticəsi olaraq, bir çox şəhər, respublika və beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı olmuşam. İxtisasım üzrə təhsilimi müvəffəqiyyətlə magistr pilləsinə qədər yüksəltmişəm. 2012–ci ildən müxtəlif uşaq musiqi məktəblərində tar ixtisası üzrə müəllim, paralel olaraq, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivi tərkibində olan "Xatirə” ansamblında ifaçı, o cümlədən 2013-cü ildən 2014-cü ilə qədər Bakı şəhəri Qaradağ rayonu C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini,2014-cü ildən 2017-ci ilədək Bakı şəhəri Yasamal rayonu Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışam. Çalışdığım dövr ərzində fəaliyyət göstərdiyim uşaq musiqi məktəblərində təqvim planına aid olan tədbirlərdən əlavə, bir çox şəhər,respublika və beynəlxalq tədbirlərin təşkilatçısı olmuşam. Dəfələrlə məktəbi Türkiyənin, Gürcüstanın müxtəlif şəhərlərinə qastrol səfərləri təşkil etmiş və aparmışam.

Şikayətçi deyir ki, onu işdən çıxaranlar etiraf ediblər ki, haqsızlıq edirlər:
"11 yanvar 2017-ci il tarixli Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Zeynalov Vuqar Teyyub oğlu tərəfindən imzalanmış əmr ilə mən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən tutduğum vəzifədən azad olunmuşam. Bu qərarı Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin Həmkarlar İttifaqı Komitəsinin 09 yanvar 2017-ci il tarixli idarə tərəfindən təşkil edilmiş qurma iclasında verildiyi qərarı əsas göstərmişdir. 02 dekabr 2016-cı il tarixindən 07 dekabr 2016-ci il tarixinədək mən dəfələrlə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Əliyev Nazim Novruz oğlu tərəfindən idarəyə çağırılaraq, barəmdə vətəndaş Əliyev Kamran İsmayıl oğlunun adından şikayət məktubunun daxil olduğunu və bu səbəbdən öz xahişim ilə ərizə yazıb işdən çıxmağımı tələb etmişdir.Bir neçə gün davam edən təzyiqlərə baxmayaraq,öz işimi layiqincə yerinə yetirdiyimi,sənətimi sevdiyimi və kollektiv tərəfindən mənə qarşı hörmət və sayqı bəsləndiyini bildirərək, işdən öz xahişim ilə çıxmağım haqqda ərizə yazmayacağımı bildirmişəm. Mənə qarşı yazılan şikayət ərizəsinin də əsassız olmasını və bunu sübut etmək üçün hər bir araşdırmaya hazır olduğumu bildirdim. Uzun sürən danışığın yekunu olaraq, Əliyev Nazim bu ifadəni işlətmişdir : "Bilirsən Ayat əslində bu ərizənin sənin işinə heç bir adiyyatı yoxdur. Biz sadəcə səninlə işləmək istəmirik. İmtina etsən ərizə yazmaqdan bir bəhanə tapıb səni işdən çıxaracağıq. Ele etmə ki, səni maddə ilə işdən azad edək. Bir də bu sahədə işləyə bilməyəsən”.

Bu üsulla ərizəni ala bilmədiyini görən Əliyev Nazim məktəbin direktoru Fikrət Budaqovu idarəyə çağırmışdır. Ona qarşı da təzyiqlər göstərərək, mənə ərizə yazdırmaq üçün onlar ilə əməkdaşlığa girməyi tələb etmişdir. Fikrət Budaqov da öz növbəsində müavini sayılan Baxşıyev Ayatdan çox razı olduğunu və indiyə qədər heç bir nöqsanı ilə rastlaşmadığını, mənim işdən azad olunmağımın əleyhinə olduğunu söyləmişdir. Mən dəfələrlə yaranmış qeyri-sağlam vəziyyəti müzakirə etmək üçün idarə rəisi Vuqar Zeynalovun qəbuluna yazılmışam lakin Vuqar müəllim qəti şəkildə məni qəbul etməmişdir. Yaranmış vəziyyətdən narazı və nigaran qalan K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin müəllim və valideyn kollektivi Azərbaycan Respyblikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə və Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalova müraciət məktubları göndərmişdirlər. Dəfələrlə Vuqar Zeynalovun qəbuluna yazılsalar da, onları rəis müavini Nazim Əliyev qəbul etmişdir. Müəllimlərin sözlərinə görə rəis müavinin dedikləri, işlətdiyi cümlələr onları şok halına salmışdır. Belə ki,Nazim Əliyev müəllimlər ilə yaranmış dialoqda bu sözləri işlətmişdir: "Biz artıq qərar vemişik ki, Ayat işdən çıxmalıdır. Əgər bacarırsa, arxalanacağı böyük vəzifəli şəxsi varsa ona desin və o da onu tapşırtdırsın. Lap 1000 ədəd məktub, hara və kimə istəyirsəniz yazın bunun heç bir xeyiri olmayacaq.

Bundan əlavə müəllimlərin Ayat Baxşıyevi dəstəklədiklərini, ona qarşı hamının böyük hörmət və simpatiya bəslədiyini söylədikdə "o sizi ovsunlayıb sizin xəbəriniz yoxdur” cavabını vermişdir. Mən anlamıram 27 yaşında gənc müxtəlif yaş və həyat təcrübəsinə malik insanları hansı yol ilə ovsunlaya bilər? Ümumiyyətlə bu ifadə və düşüncə tərzi müəssisə rəhbərinə yaraşan sözdürmü? Bütün bunlardan belə bir qənaətə gəlmək olar ki, böyük bir heyətin dəyərli,qocaman və Azərbaycan mədəniyyətinin sirrlərini illər boyu gənc nəsillərə aşılayan,işləri ilə sahələrində öz sözünü demiş müəllimlərin əsaslı arqumentlərini nəzərə almayan idarə kollektivinin bu sənət sahibi olmadığından irəli gəlir.Belə ki, rəis müavini Nazim Əliyev Azərbaycan Politexnik İnstitutunun mühəndis mexanik fakültəsini bitirmişdir. Elə bu səbəbdən onu sağlam yaradıcılıq abu-həvası deyil,dedi-qodu yayıb,onu əlində əsas tutmaq daha çox maraqlandırır. Növbəti dəfə idarəyə üz tutan müəllimlər bu səfər rəisin qəbuluna düşməyə nail olublar.Lakin rəis onları dinləsə də fikrinin qəti olduğunu və məni işdən azad edəcəyini bildirmişdir. Mənim yerimə isə öz kandidaturasını təyin edəcəyini söyləmişdir. 07 dekabr 2016-ci il tarixində Əliyev Nazim yenidən məktəbin direktoru Fikrət Budaqovu və məni idarəyə çağırmışdır.Direktorla baş tutan söhbətin yekunu olaraq,imtina cavabı alan Nazim Əliyev 15 dəqiqə keçdikdən sonra özü rəhbərlik etməklə 4 nəfərdən ibarət yoxlama komissiyası təşkil edərək, məktəbə gəlmişdirlər.Yoxlama zamanı böyük haqqsızlıqlara və saxtakarlıqlara yol verilmişdir.Buna əsas olaraq deyə bilərəm ki, müəllimlərə qarşı şəxsən Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Ədhəm qızı Məmmədəliyeva tərəfindən təzyiqlər göstərilmiş,hədə-qorxu gələrək diktə ilə yazılmış saxta izahatlar alınmışdır.

Qeyd etmək istəyirəm ki, Bətulə Məmmədəliyeva 2011-2013-cü illərdə adı qeyd olunan Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində direktor vəzifəsində çalışıb.Məktəbi açıq al-ver platformasına çevirən bu xanım, 1 il ərzində 30-dan çox müəllim rüşvət müqabilində işə qəbul etməklə işçi kontingentini süni şəkildə artırmış və məktəbi səriştəsizliyi,pula olan hərisliyi ucbatından bərbad hala salmışdır.Nəhayət kollektiv tərəfindən yaranan narazılıqların nəticəsi olaraq,Bətulə Məmmədəliyeva öz xahişi ilə vəzifəsindən azad edilmişdir.Mən o məktəbə təyin edildikdən sonra məktəbdə yaranan sağlam və yaradıcılıq abu-həvasını görən sektor müdiri əlində olan bütün imkanlardan istifadə edərək, mənə müxtəlif maneələr yaratmağa başlamışdır.Dəfələrlə müəyyən dairələrdə və məktəbdə çalışan müəllimlərə : "Mən o məktəbdə işləyə bilmədimsə orda heç kəs işləyə bilməyəcək” ifadəsini söyləmişdir. Nə qədər gülünc səslənsə də Bətulə xanım mütəmadi olaraq,kollektiv üzvləri ilə əlaqə yaradaraq,məktəbdə vəziyyətin necə olduğunu,kimin nə ilə məşğul olduğunu və dedi-qodu yaymaqla məşquldur. Bunu kollektivin hər bir üzvü təsdiq edə bilər. Bir sözlə məktəbdə qeyri-sağlam abu-həvanın yaranmasında marağı olmaqla yanaşı bu istiqamətdə daima çalışır. Məktəbdə aparılan yoxlama 08 dekabr 2016-cı il tarixində yekunlaşdırılaraq saxta aktlar ilə tərtib edilmişdir. Bundan bir neçə gün sonra edilən təzyiqlərin nəticəsi olaraq,stress halını yaşayaraq, sağlamlığında qəfil yaranan problem ilə əlaqədar olaraq,məni Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına Vegetativ (avtonom) sinir sisteminin pozuntusu və damar distaniyası diaqnozu ilə yerləşdirmək məcburiyyətində olduq.14 dekabr 2016-cı il tarixindən 28 dekabr 2016-cı il tarixinədək orada stasionar müalicə almışam. Artıq 11 yanvar 2017-ci il tarixində mənim əleyhinə toplanmış saxta materiallar hazırlandıqdan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən azad edilmişəm. Yerimə isə ixtisası üzrə ali təhsili olmayan qeyri-ixtisas diplomu ilə çalışan müəllim təyin edilmişdir.Bu isə açıq-aşkar qanun pozuntusudur.Qeyd etmək istəyirəm ki, məktəbə yeni təyin edilmiş tədris işləri üzrə direktor müavini Bədirzadə Aytən Məhərrəm qızı, sektor müdiri Məmmədəliyeva Bətulə Ədhəm qızının yaxın rəfiqəsi və qonşusudur. Bu məsələ ilə əlaqədar olaraq, bir çox səlahiyyətli orqanlara məktub və ərizə şəklində müraciət olunub.Təəssüf ki, məmurlar işə soyuq yanaşaraq, idarəyə sorğu göndərməklə işini görmüş hesab ediblər.Hətta Səbail rayon məhkəməsinə müraciətimiz zamanı hakim Əliyev Zaur işə baxan zaman məhkəməyə təqdim edilmiş əsaslı,sübutlu sənədləri nəzərə almamış,şahidləri dindirməmiş və ümumiyyətlə araşdırma aparmayaraq,əleyhimizə qərar çıxartmışdır.

Bundan əlavə olaraq Bakı Apellyasiya Məhkəməsinə də müaciət edilmişdir.Lakin iyun ayının 7-də hakim Vəliyev İsmayılın rəhbərliyi ilə baş tutan ilk proses 10 dəqiqəlik baxışdan sonra əleyhimə qərar çıxarmışdır.Məsələyə dövlət orqanlarının bu qədər soyuq və laqeyd yanaşması təbii ki işin qərəzli və öncədən tapşırıldığına işarədir.Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyeva belə ünvanlanan məktub baxılmamış cavabında isə siz bu məsələ ilə bağlı yalnız məhkəməyə müraciət etməlisiniz sözləri qeyd edilmişdir.Halbuki, həmkarlar ittifaqının məni işdən çıxarılmağım haqqında verilən qərarında bütün adiyyəti qaydalar pozulmuşdur. Çox acınacaqlı haldır ki, xalqımızın vətən uğrunda,dövlətimizin parlaq gələcəyi uğrunda bu qədər əmək sərf etdiyi halda bəzi məmurlar öz şəxsi mənafelərini güdərək,səriştəsizlikləri və işə qeyri-professional yanaşma tərzi ilə işini sevən,cavan,perspektivli gənclərin gələcəyini bu cür puç etməklə məşquldurlar. Mən sizə Azərbaycan vətəndaşı olmaqla yanaşı xalqını,vətənini və sənətini sevən bir gənc kimi müraciət edirəm.Bu məsələnin həlli üçün mənə yardım etməyinizi cox xahiş edirəm".

Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

"Əgər adamın varsa, de səni tapşırsın, işdən çıxarmayaq"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Bu gün, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru