"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                 

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...” - Şəhid atası şikayətçidir
Tarix: 24-04-2017, 08:38 | Çap et
“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...”
Aprel döyüşlərində Şəhid olan hərbçilərimizdən biri də gizir Rusif İbrahim oğlu Ağayevdir.

Bu dəfə Şəhid gizirimiz Rusif Ağayevin ailəsi ilə görüşmək üçün Şəhidimizin doğulub boya-başa çatdığı Lənkəran rayon Hirkan qəsəbəsinə yola düşdük. Bizi Şəhid gizirmizin atası İbrahim müəllim, Şəhidimizin qardaşı Rasif və anası Rəsmiyyə xanım qaşıladı.

“Ailədə iki qardaş və bir bacıyıq...”

Rusifin yoxluğu Ağayevlər ailəsini çox sarsıdıb. Şəhidimizin anası Rəsmiyyə xanım Rusiflə bağlı suallarımızı cavablandıra bilmədi. Gözündən axan yaşları gördükdə, özümüz də ananı danışdırıb incitməyi məsləhət bilmədik. Şəhidizimin kiçik qardaşı Rasif dənizçidi. Qardaşının Şəhid olmasından sonra sarsılan Rasif indi çox əziyyət çəkdiyini deyir:

“Rusif mənim böyük qardaşımdı. Rusif 1987-ci ilin aprelin 16-da anadan olub. Ailədə iki qardaş və bir bacıyıq. Rusif evin böyük uşağı idi, ondan sonra bacım Ruhsalə və mən dünyaya gəlmişəm. Rusif sanki dünyaya yaxşılıq eləməyə gəlmişdi. İndi onunla bağlı xatirələr yada düşdükcə, çətinlik çəkirəm”. (Gözləri dolur)

Şəhid gizirimizin atası İbrahim müəllim Rusifin Şəhid olmasından sonra infarkt keçirib. Övlad itkisinin dözülməz olduğunu deyir Şəhid atası:

“Martın 30-da Rusifin evində qonaq olduq...”

“Rusif uşaqlıqdan çox zirəng uşaq idi. İki oğlumun ikisini də idmana qoymuşdum. İdmanın karate növüylə məşğul olurdular. Rusif orta məktəbi bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına Ali Hərbi məktəbə verdi. Amma çox təəsüf ki, qəbul ola bilmədi. 2005-ci ildə Rusif hərbi xidmətə yollandı. Hərbi dəniz qüvvələrində xidmətə başladı. Hərbi xidmtədə könüllü olaraq gizirlik kursuna yazılaraq oxudu. Elə həmin vaxtdan Rusif gizir kimi işləyirdi. Rusif ailəli idi, Zəhra adlı altı yaşında qızı və Əli adında beş yaşlı oğlu var. Martın 30-da Bakıda Rusifin evində qonaq olduq.

“Əyilib alnındakı yarasından öpdüm...”

Aprel döyüşlərində mən bilirdim Rusif də döyüşdədi. Aprelin 5-də axşamüstü Rusif mənə zəng vurub dedi ki, ata, uşaqları sənə tapşırıram. Telefonda əsəbiləşdim. Dedim ki, Rusif bu nə sözdü mənə deyirsən? Hiss edirdim ki, o, qaçır. Dedim ki, Rusif niyə qaçırsan? Dedi ki, ata, ermənilər qaçır, biz də qovuruq. Bunları deyib mənimlə sağollaşdı. Axşam Rusifin hərbçi yoldaşları mənə zəng vurub dedi ki, Rusif Şəhid olub. Aprelin 6-da Rusifin cənazəsini yaşadığımız Hirkan qəsəbəsinə gətirdilər. Məsciddə dedim ki, açın oğlumu görüm. Tabutu açdılar gördüm ki, güllə Rusifin alın nahiyyəsindən və bir də bud nahiyyəsindən dəyib. Əyilib alnındakı yarasından öpdüm. (Gözləri dolur) Sonra Rusifi qəsəbədəki qəbristanlığımızda böyük izdihamla dəfn etdik.

“Səksən dörd gündən sonra dedilər ki, bizlik deyil, get özün düzəltdir...”

Bu gün mən heç kimdən heç nə istəmirəm. Prezidentimiz həmişə icra başçılarına tapşırıq verir ki, Şəhid ailələrinə diqqət yetirin. Onların problemləri ilə maraqlanın. Amma Lənkəranda tam əksinədir. Lənkəran rayon icra hakimiyyəti mənə dedi ki, oğlunun məzar daşını biz qoyacağıq sən toxunma. Səksən dörd gündən sonra dedilər ki, bizlik deyil, get özün düzəltdir. Bunu elə əvvəldən deyərdilər mən edərdim də, niyə biz Şəhid ailələri ilə oyun oynayırlar. Məzar daşının özüm xərcini çəkdim.

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...”

Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil. Aprelin 16-da ad günü oldu, heç kim gəlmədi. Qırx mərasimində Lənkəran rayon icra hakimyyətindən heç kim gəlmədi. Ad günündə yalnız Rusifin müəlliməsi tədbir təşkil elədi. Buna görə ona minnətdaram. Başqa rayonlara baxanda bizim Lənkəranda Şəhid ailələrinə diqqət sıfıra bərabərdi. Mənə ən ağır gələn oğlumun məzar daşının gecikdirilməsi oldu.

“Bələdiyyə sədri neçə ildir ki, mənimlə davadadır...”

Bələdiyyə sədri neçə ildir ki, mənimlə davadadır. Yeddi sot torpaq almaq istəyirəm ki, təsərrüfatımı yaradım. Öz yaşadığım evin torpaq sahəsi yoxdu. Bələdiyyə sədri Ələmşah Məmmədov mənə zülüm edir. Neçə vaxtdır ki, o torpağı almağım üçün mənə köməklik göstərmir. Qapımızı döyən ancaq media nümayəndələridir. Gəldiyiniz üçün sizə də minnətdaram. Çox sağ olun ki, gəlib biz Şəhid ailələri ilə maraqlanırsınız”.

Sonda Şəhid gizirimizin ailəsinə baş sağlığı verib oradan Bakıya yola düşürük. Ümidvarıq ki, Şəhid atasının sadaladığı problemlər öz əksini tapacaq. (modrator.az)

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru