Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                 

Azərbaycanlıları saxta sənədlə xaricə göndərənlər kimlərdir? - sensasion iddialar...
Tarix: 10-03-2017, 09:13 | Çap et
Azərbaycanlıları saxta sənədlə xaricə göndərənlər kimlərdir?
Son illərdə Azərbaycandan Avropaya mühacir axını sürətlənib. Xeyli sayda heç bir ictimai-siyasi fəallığı olmayan şəxslər də siyasi mühacir kimi Avropaya sığınıblar. Bu haqda mediada dəfələrlə yazılıb, həmçinin “Yeni Müsavat” qəzetində də azərbaycanlıların kütləvi şəkildə xarici ölkələrə getmək istəməsi, bir çoxunun artıq buna nail olması haqda yazılar dərc edilib.

Maraqlısı odur ki, xaricə getmək istəyənlər çox da çətinlik çəkmirlər. Hansı ki, əslində Azərbaycan vətəndaşlarının sərbəst şəkildə həm viza alması, həm də üz tutduğu ölkədə oturum alması bu qədər sadə bir proses ola bilməz. Amma fakt odur ki, Avropaya qaçan insanlar lazım olan sənədləri müəyyən məbləğ qarşılığında ölkədə asanlıqla əldə edə bilirlər. Bu, ondan xəbər verir ki, Azərbaycanda mühacir biznesi ilə məşğul olan böyük bir şəbəkə var və onlar xaricə getmək istəyənlərə pul qarşılığında “asan xidmət” göstərirlər.

Əslində “Yeni Müsavat” qəzeti hələ 2 il öncə Avropadakı mühacirlərin həyatından reportajlar hazırlayarkən bu şəbəkənin mövcudluğunu üzə çıxarmışdı. Əməkdaşlarımız heyrətamiz faktlar aşkarlamışdı; heç bir ictimai-siyasi fəallığı olmayan, hətta partiya, siyasi blok sözlərinin mənasını bilməyən şəxslər tanınmış müxalifət partiyalarının vəsiqəsi ilə Avropaya gedib orada siyasi oturum alıb, yaşayırlar.

Daha sonra Avropaya saxta sənədlə gedən bir neçə şəxsin orada oturum ala bilməməsi səbəbindən onlara pul qarşılığında saxta arayışlar verən şəxslər və partiyalara qarşı iddialar səsləndirməsi da yaddaşlardan silinməyib.

Bu yaxınlarda isə maraqlı bir hal yaşandı; Müsavat Partiyasının başqanı Arif Hacılı və eks-başqan İsa Qəmbər prokurorluğa izahat verməyə çağırıldılar. Məlum oldu ki, bu nüfuzlu siyasətçiləri mühacirət biznesi ilə bağlı dindiriblər. Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər mediaya açıqlamasında onların da bu iddialar üzrə araşdırmalar aparılıb, saxtakarlıqlar edənlərin üzə çıxarılmasında maraqlı olduqlarını bildirmişdi.

Redaksiyamıza bu məsələlərə dair ilginc məlumatlar daxil olub. Xəbərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarına xeyli sayda mühacir biznesinin qurbanları şikayətlər ediblər. İddiaya görə, onlar bildiriblər ki, müəyyən şəxslər onları xaricə göndərəcəkləri adı ilə 5-10 min dollar civarında pul alıblar, Avropada oturum alacaqlarına söz veriblər. Lakin onların verdikləri sözlər həyata keçməyib. Bu barədə musavat.com-a izahat verən müxalifət partiyalarından birinin funksioneri maraqlı fikir söyləyib.

O deyib ki, son vaxtlar Avropada mühacirlərə dövlət və cəmiyyətin təftişçi mövqeyi yaranıb, üstünlük yalnız savaş gedən ərəb ölkələrindən gələnlərə (İraq, Suriya) verilir. Bu səbəbdən də Azərbaycan və onun kimi ölkələrdən gələn sığınmaçıların vəziyyəti çətinləşib: “Əvvəllər ADP, Müsavat, AXCP-nin arayışı ilə mühacirətə üz tutanların sığınacaq alma ehtimalları 80 faiz idi. İndi bu göstərici 10 faizə düşüb. Azərbaycan hakimiyyəti də bu məsələnin üstünə düşüb və xaricə axını dayandırmaq istəyir. Buna görə də Avropanın müvafiq qurumları ilə Azərbaycan hakimiyyəti arasında anlaşma əldə olunub. Bu anlaşmaya əsasən, son bir ildə Avropaya sığınan qaçqınlara sığınacaq verilməyəcək, onlar qaçqın düşərgələrində saxlanacaq və müəyyən periodlarla Azərbaycana təhvil veriləcək. Azərbaycan hökuməti isə üzərinə götürüb ki, siyasi sığınacaq üçün müraciət edən vətəndaşlarına qarşı heç bir repressiv hərəkət etməyəcək. Bax, prosesin bu nöqtəyə gəlməsi səbəbindən artıq müxalifət partiyalarının arayışları ilə Avropaya üz tutanların siyası sığınacaq almaları çətinləşib, hətta az qala, mümkünsüz olub...”

Belə olan halda, təbii ki, müxalifət funksionerlərinə lazım olan arayışları almaq üçün müəyyən məbləğ ödəmiş vətəndaşlar şikayətlərdə bulunublar. Odur ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparıblar və hazırda fakt üzrə cinayət işi qaldırılıb, ifadələr alınır.

Məlumatlı mənbə iddia edir ki, ilkin olaraq mühacir biznesi ilə əsasən AXCP sədri Əli Kərimlinin şəbəkəsində olan şəxslərin məşğul olduqları üzə çıxıb: “Bu məsələlərlə bağlı İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldılar, amma onlar bu prosesdə günahı ən az olanlar hesab olunur. Düzdür, Müsavat Partiyasının da möhürü olan saxta sənədlə Avropaya gedənlər var. Ancaq onlar çox azdır. Bu prosesdə əsas iştirakçılar AXCP-nin rəhbərliyi və onların ətrafında olan müəyyən bir şəbəkədir. Məsələ belədir; hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan bir neçə şəxs var ki, onlar bu işdə ”dərin dövlət" kimi çalışırlar. Bu kəslərin əsas işi xaricə getmək istəyən müəyyən qədər imkanlı şəxsləri AXCP ilə əlaqələndirmək, onlara arayışlar almaqdır. Hazırda Almaniyada, Hollandiyada xeyli sayda imkanları yaxşı olan azərbaycanlılar siyasi mühacir statusu ilə yerləşiblər. Onlar siyasi mühacir adı ilə getsələr də, dərhal bir neçə xırda şirkət yaradıblar, biznes qurublar və iş görür, pul qazanırlar. Həmin adamların bu ölkələrə gerçək iş adamı kimi getməsi mümkün olmayıb, çünki sahibkar kimi yerləşmək üçün tələb olunan 500 min avro-1 milyon dollar civarında yatırımlar edib sahibkar kimi oturum almaq imkanları olmayıb. Onlar əllərində təxminən 100-200 min avro civarında pulları olan adamlardır ki, 5-10 min xərc çəkib siyasi mühacir kimi Avropaya sığınır və daha sonra orada xırda biznesə başlayırlar".

Mənbə qeyd edir ki, AXCP rəhbərliyinə yaxın olan və gizlində qalan bir neçə şəxs xaricə getmək istəyən adamları adıçəkilən partiya ilə əlaqələndirir, onlardan 3-5 min manat civarında “haqq” alıb saxta partiya vəsiqəsi verirlər: “Daha sonra onlara viza alınmasında da kömək edirlər. Çox maraqlıdır ki, həmin adamlar viza verilməsi üzrə ”qara bazar"la da əlaqəlidirlər. Çox asanlıqla Şərqi Avropa ölkələrinə viza da düzəldə bilirlər. Bəzən isə bu vizaların saxta olması faktı da aşkarlanıb. Almaniyaya göndərilən şəxslərdən biri (onun kimliyi də redaksiyamıza bəllidir, lakin müəyyən səbəblərdən yazmaq doğru olmazdı-red.) Almaniyada saxta viza ilə yaxalanıb. Onu həmin ölkədən dərhal deport ediblər və Azərbaycan hökumətinə sorğu verilib".

Mənbə qeyd edir ki, mühacir biznesi ilə məşğul olan şəbəkə Azərbaycandan Avropaya xeyli illər öncə mühacirət etmiş bir neçə şəxs tərəfindən koordinasiya olunur: “Avropadakı əsas fiqurantlardan biri vaxtilə ”Azadlıq" qəzetində çalışmış şəxsdir. Şəbəkə olduqca mürəkkəb qurulub. Belə ki, saxta vəsiqə üçün pulun sonda hara çatdığını nə pulu verən şəxs bilir, nə də alan ilk adam. Ortada təxminən 6-7 adamın iştirakçılığı var, birincidən sonuncuya kimi iştirakçılar müəyyən məbləğlər üzərindən götürülməklə həmin pulu “əridirlər”. İndi belə bir durum yaranıb; onlarldan şəxsdən Azərbaycanda pul alınıb, yaxud onlar xarici ölkədə yaşayan bir şəxsin hesabına tələb olunan vəsaiti köçürüblər. Lakin onlara saxta vəsiqə verilsə də, viza alınmasında yardım göstərilməyib. Şəxs aldadıldığını bildikdə pulunu geri tələb edib, aşağıdakı ələ keçən adamlar pulu özlərindən sonra verdikləri adamın adını çəkiblər. İz azdırılması üçün pulun birmənalı olaraq Avropadakı şəxsə göndərildiyi qeyd olunur. Avropadakı bəlli adama çıxış əldə edən zərərçəkmişə isə həmin şəxs “get, hara şikayət edirsən elə”, deyə cavab verir. Ortada vasitəçilik edən bir neçə şəxs də mövcuddur ki, ilk əldən pul alıblar, yaxud hesablarına köçürülüb, sonra transfer edilib, onlar indi əldə qalıblar və hərəsindən 30-40 min dollar pul tələbi var".

Qaynaq qeyd edir ki, hökumət bu məsələlərlə bağlı ciddi araşdırmalara başlayıb: “İlkin olaraq bəlli olan odur ki, AXCP funksionerləri ilə yanaşı bir neçə QHT rəhbəri də bu prosesin içərisindədir və saxta vəsiqələrin, arayışlarının əksəri AXCP-yə aiddir. Bir neçə nəfərə isə ”Azadlıq" qəzetinin guya operatoru, ştatdankənar müxbiri olmasına dair arayışlar da verilib, mühacirətə əsas verən sənəd kimi. Güman edilir ki, saxta viza alınmasında bu mühacir biznesi şəbəkəsinin üzvləri ilə xırda məmurlar da əlaqəli olublar. Məsələ ondadır ki, məlum saxtakarlıqlarla bağlı bir neçə Avropa ölkəsinin hüquq-mühafizə orqanları Azərbaycan hökumətinə müraciətlər edərək, bu məsələnin araşdırılmasını istəyiblər. Hələ ötən ilin payızından bu məsələlərin araşdırılmasına başlanılıb və güman ki, proseslərin yekununda biz sensasiyalı həbslərin də şahidi olacağıq. Bir maraqlı fakt da odur ki, bu cinayətkar şəbəkəni ifşa etmiş nüfuzlu bir dövlət adamına qarşı bəzi media orqanlarında hücum xarakterli yazılar dərc olunur. Həmin media orqanları da AXCP-yə yaxın olan şəxslər tərəfindən idarə olunur".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru