ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                 

Burada bazar açıblar... - İTTİHAM VAR
Tarix: 9-01-2017, 08:22 | Çap et
Burada bazar açıblar...
Azərbaycanda səhiyyə sisteminin acınacaqlı halda olduğu, hələ də Əli İnsanov ənənəsinin davam etdirildiyi hamıya gün kimi aydındır. Son illər dövlətin səhiyyə sektoruna ayırdığı milyonlarla vəsaitə rəgmən hələ də bu sahədəki bir sıra problemlər həll olunmamış qalır. Respublika ərazisində fəaliyyət göstərən əksər dövlət xəstəxanaları təmir edilərək müasir tibbi avadanlıqlarla yenilənsə də, mövcud problemlər aradan qalxmayıb. Yenə də ölkə vətəndaşlarının böyük əksəriyyətində yerli səhiyyəyə qarşı inamsızlıq və narazılıq var. Bunların əsas səbəblərindən biri isə həkim kontingentinin böyük hissəsinin rüşvətə aludə olmasıdır. Azərbaycanda bir çox səhiyyə ocaqlarının təmirinə milyonlarla dövlət vəsaiti xərclənsə də, bəzi xəstəxanalarda antisanitariya tüğyan edir. Personal dövlətin müəssisəsinə "yağı malı” kimi baxır. Bu cür antisanitariyanın və rüşvətin tüğyan elədiyi xəstəxanalardan biri də Sabunçu rayonunda yerləşən və əhalı arasında "Sabunçu xəstəxanası” kimi tanınan 3 saylı
Şəhər Klinik Xəstəxanasıdır.

Paytaxtın ən böyük "dövlət özəl” xəstəxanası

Öncə onu qeyd edək ki, 3 saylı Şəhər Klinik Xəstəxanası paytaxtın ən böyük xəstəxalarından biridir. Ümumi ərazisi 5 hektara yaxındır. 17 korpusdan ibarətdir. Ən böyük şöbələri urologiya,kardiologiya, cərrahiyyə, uşaq və doğum şöbələridir. Nəzərinizə çatdıraq ki, xəstəxana əsasən kriminal hadisələr, qəzalar zamanı yaralananları qəbul edir, əhalinin aztəminatlı təbəqəsi ilə işləyir. Bundan əlavə, səhiyyə nazirliyinin qərarı ilə şəkərli diabet xəstəsi olan hamilə qadınlar yalnız 3 saylı xəstəxanaya göndərilirlər. Xəstəxana üçün yaranan bu üstünlük- diabet xəstəsi olan hamilə qadınların digər xəstəxanalara üz tuta bilməmələri burada rüşvətin alovlanmasına səbəb olur.

"Siz harada yaşayırsınız?”

Qlobal.az-ın əldə etdiyi məlumata görə, bu xəstəxanada doğuşun "qiyməti” 600- 1500 manat arasındadır. Xəstəxanaya məlum səbəbə görə gələn hər kəslə həkimlər və tibb bacıları tərəfindən açıq bazar sövdələşmələri aparılır. Burada alınan rüşvət bununla yekunlaşmır, xəstənin qaldığı hər gün üçün əlavə olaraq müəyyən adlar altında rüşvət alınır. Yaranmış acınacaqlı və qanunsuz vəziyyətə etiraz edib pulun nəyə görə alındığını soruşduqda isə tibb bacıları açıqca həmin məbləğin şöbə müdirinə, baş həkimə və baş həkimin müavini Əbülfəz Hüseynova çatdığını deyirlər. Həkim və tibb bacılarına müəssisənin dövlətə aid olduğunu, xidmətin, dərman preparatlarının pulsuz olmalı olduğunu deyəndə isə gülərək insanlardan ironiya ilə harada yaşadıqlarını soruşub bu xəstəxananın adının dövlət xəstəxanası olduğunu deyirlər.

Rüşvət böyük, xidmət sıfır

Xəstəxanadakı tibb bacıları və təmizliyə baxanlar da həkimlərindən geri qalmırlar. Pul vermək istəməyən xəstələrin palataları gec təmizlənir, bəzi hallarda isə xəstələr özləri dizə çıxan zibilə dözməyib əllərinə süpürgə alıb palatalarını təmizləyirlər. Məlumata görə, bu xəstəxanada həttə təmizliyə baxan işçilərə və tibb bacılarına Əbülfəz Hüseynov tərəfindən "gündəlik haqq” qoyulub və Əbülfəz Hüseynov bunun Fikrət Zeynalovun qəti göstərişi olduğunu bildirib. Sabunçu xəstəxanasındakı qiymətlər heç də Bakıda fəaliyyət göstərən özəl klinikalardan geri qalmır. Belə ki, burada ultrasəs müayinəsinin qiyməti 10-20 manat arasındadır. Xəstəxanada "UZİ"-dən keçən xəstələr 20 manat, bronxların və ağciyərlərin rentgeni 15 manat, ürəyin kardioqramması 20 manat, mədənin endeskopiyası isə 20-25 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır. Ən acınacaqlı hal isə budur ki, alınan pulun müqabilində ğeşəkar xidmət yoxdur.

Məlumatda daha sonra deyilir ki, doğuş şöbəsindən başqa xəstəxananın kordioloji korpusunda da vəziyyət acınacaqlıdır. Burada xəstə yaxınları ilə həkimlər və tibb bacıları açıq-aşkar rüşvət davasına çıxırlar. Həkimlərin tələb etdikləri rüşvəti vermək istəməyən xəstələrin yaxınlarına xəstəxanadakı laboratoriyaların işləmədiyi deyilir və məcburiyyət qarşısında qalan insanlar başqa özəl klinikalara getməyə məcbur olurlar. Xəstaxanada baş verən rüşvətxorluğa və antisanitariyaya baş həkim Fikrət Zeynalovla müavini Əbülfəz Hüseynov "göz yumur”. Əbülfəz həkimlə Fikrət həkimin xəstəxanada tüğyan edən rüşvətə "göz yummaqlarına” səbəb isə həkimlərin və tibb bacılarının yığdıqları rüşvətin 50-60 faizinin onlara çatdırmalarıdır.

Vacib bir məqamı xatırladaq ki, 2 il öncə Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində "Sabunçu” Xəstəxanasında böyük maxinasiyalar aşkara çıxarılmışdı. Yoxlama zamanı məlum olmuşdu ki, 150 min manatadək dövlət vəsaiti mənimsənilib. Əsas qanun pozuntusu isə invertar və xidmətlərin alışı zamanı tender qaydalarına əməl edilməməsi ilə bağlı olub. Bəzi dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin adından artıq əməkhaqları yazılaraq böyük həcmdə pullar silinib. Qeyd edək ki, baş həkim Xəlil Məmmədov vəzifəsindən azad olunduqdan sonra yerinə isə Fikrət Zeynalov təyin edilib.

Onu da diqqətinizə çatdıraq ki, 3 saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalovun qardaşıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru