Ramiz Mehdiyevin BOKT-si də BİRCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                 

“Yas yerinə də “Stefano Ricci” geyinən” keçmiş milyarder nisyə aldığı paltarların pulunu verə bilmir - FAKT
Tarix: 5-11-2016, 09:55 | Çap et
“Yas yerinə də “Stefano Ricci” geyinən” keçmiş milyarder nisyə aldığı paltarların pulunu verə bilmir
“Xəzər adaları” layihəsinin müəllifi, iflasa uğramış iş adamı Hacı İbrahim Nehrəmli qalmaqallı açıqlamaları ilə növbəti dəfə mətbuatın və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etdi. 1 milyard 200 milyon dollara yaxın şəxsi vəsaitini(Özünün iddia etdiyinə görə - red.), o cümlədən Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar kreditini “Xəzərə axıdan” keçmiş milyarder, bu dəfə dəbdəbəli geyimindən bəhs etməklə, gündəmə gəldi. Belə ki, Hacı İbrahim ölkə.az saytına açıqlamasında hətta yas yerinə gedəndə də başdan ayağa “Stefano Ricci” brendindən geyindiyini bildirib: “Mənim bütün geyimim “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış 4 brenddəndir. Bu brendlərin arasında isə ən çox “Stefano Ricci”-dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.
İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb: “Saatlarım “Vacheron Constantin” kimi dünyanın tanınmış brend firmalarındandır”.
Hacı İbrahim yas yerinə də tanınmış brendlərdən geyinib getdiyini deyir: “O gün bir yas yerinə getmişdim, başdan ayağa “Stefano Ricci”-dən geyinmişdim. Ayaqqabımın da üzərində “Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də “Stefano Ricci” geyinirəm”.

“Çarıqlı milyarder” köhnə ampluasında

Xatırladaq ki, Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankından aldığı yüz milyonlarla dollarlıq krediti hələ də qaytara bilmir. Bu məsələ ilə bağlı iş adamı bir müddət “Bandotdel”in zirzəmisində saxlanılsa da, sonradan sərbəst buraxıldı. Çünki Hacı İbrahimin Beynəlxalq Banka qaytaracaq nəinki milyonları var idi, heç onun qara qəpiyi də qalmamışdı. Bankdan götürülən pullar çoxdan Xəzər sularında əriyib getmişdi.
Əlbəttə, Hacı “Bandotdel”dən buraxılsa da, Beynəlxalq Bank milyonlarını ona bağışlamamışdı. Əksinə, iş adamı 2,5 milyard dollara yaxın pul xərclədiyi “Xəzər adaları”nı Beynəlxalq Bankın girovluğuna verməklə, həbsdən canını qurtarmışdı. Odur ki, bu gün “çarıqlı milyarder” kimi tanınan Hac İbrahimin “Stefano Ricci”nin dəyəri on minlərlə dollarlıq gödəkçələrini yasa geyinməsindən, 150-200 min dollarlıq saat taxmasından danışması qəribə qarşılanmaya bilməzdi. Çünki, əgər onun hələ də pulu varsa, ilk növbədə aylarla "Xəzər adaları"ında işlətdiyi və pullarını verə bilmədiyi fəhlələrə olan borcunu qaytarmalıydı...

“Mən o cür müsahibə verməmişəm”

Maraqlıdır ki, brend firmaların geyimlərindən istifadə etdiyi haqda məlum açıqlamasından sonra sosial şəbəkələrdə qınaq obyektinə çevrilən Hacı İbrahim “Yeni Müsavat”a açıqlamasında belə bir müsahibə vermədiyini, onun adından yalan yazıldığını iddia etdi: “Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar. Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam?
Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı “New York Times” qəzetində çıxmış müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər” – deyə Hacı vurğulayıb.
Göründüyü kimi, Hacı İbrahim sözügedən fikirlərin ona məxsus olduğunu inkar etmir, sadəcə, bu haqda “New York Times” qəzetinə müsahibə verdiyini bildirir. Təbii ki, bu da heç nəyi dəyişmir və ölkə.az saytının yalan yazdığı anlamına gəlməməlidir. Çünki bütün hallarda Hacı “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış firmaların geyimlərini aldığını təsdiq edir.
İş adamı yerli deyil, məhz xarici firmaların geyimindən istifadə etməsini isə belə əsaslandırır: “Ölkəmizdə tekstil sənayesi inkişaf etmədiyindən, Azərbaycanda hamı xarici firmadan geyinir. Hamı kimi mən də hansısa firmadan geyinirəm. 20 il bundan əvvəl geyindiyim firmaların məhsullarından bu gün də istifadə edirəm. Burada heç bir qəbahət görmürəm. Hər kəs ürəyi necə istəyirsə, zövqlə geyinməyi bacarmalıdır. İstər bahalı firma, istər ucuzlu, fərq etməz. Mənim geyinim reklam mövzusu olmamalıdır”.
Hacı İbrahim hesab edir ki, onun geyiminin müzakirə mövzusuna çevrilməsi sifarişlidir: “Görünür, ortada qərəz və sifariş var... Mən məmur deyiləm ki, xalq desin ki, əynindəki geyimi, sürdüyü maşını, yaşadığı evi hansı pulla alıb? Mən az qala 30 ildir ki, bizneslə məşğulam. Qazandığım pullardan özümə paltar da alacam, ayaqqabı da, avtomobil də. Bütün dünyada iş adamlarının, milyonçuların həyatı bahalı olur. Cəmiyyətdə buna normal yanaşılır. O cümlədən də mən qazandığım vəsaitə uyğun yaşayıram. Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?”

“Stefano Ricci” brendini almaq üçün xaricə getməyə ehtiyac var?

“Yeni Müsavat”a müsahibəsindən belə anlaşılır ki, “Xəzər adaları” layihəsinin müəllifini daha çox saytda dərc olunan aşağıdakı fikirlər narazı salıb: “Yazıblar ki, guya firmalar Hacı İbrahimə paltar saxlayırlar, o da gedib götürür, özü də xaricdə. Bu məlumatlar yalan olduğuna görə, mən narahat oldum. Ölkədən çıxa bilmirəmsə, xaricdən necə paltar ala bilərəm?!”. Lakin dəyərli oxucuların diqqətinə çatdıraq ki, ölkə.az saytında Hacı İbrahimin geyimlərini məhz xaricdən aldığı haqda heç bir fikir yoxdur. Sayt iş adamının fikirlərini olduğu kimi qeyd edir: “...Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.
Hacının açıqlamasından belə anlaşılır ki, o, xaricə çıxışına qadağa qoyulduğunu xatırlatmaqla, “haqsız olaraq” qınaq obyektinə çevrilməsinə etiraz edir. Əslində isə, hörmətli Hacı İbrahim daha yaxşı bilir ki, sözügedən brend firmaların geyimini almaq üçün hansısa Avropa ölkəsinə getməyə ehtiyac yoxdur. Çünki onların Bakıda da mağazaları fəaliyyət göstərir. Məsələn, “Stefano Ricci” brendini paytaxtda bir neçə fərqli ünvandan əldə etmək olar(FOTOLAR.) Təbii ki, bu səbəbdən də iflas etmiş milyarderin “Stefano Ricci” geyimlərini almaq üçün ölkədən kənara çıxmasına ehtiyac qalmır.

“Stefano Ricci” Hacıdan pulunu tələb edir

Şübhəsiz, belə olduğu şəraitdə iş adamına zəng edib “filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir”deyənlər heç də xaricilər olmayıb. Çox güman ki, Hacıya həmin zənglər sözgüdən firmaların Bakıdakı mağazalarından daxil olurmuş. Hətta Hacı İbrahim bu firmaların ən sevilən və ən “cibiqalın” müştərilərindən olduğundan, hətta ona aldığı malların pulunu bir müddət sonra ödəmək haqda güzəşt də edilirmiş.

Bu barədə “Hürriyyət”in əməkdaşını bilgiləndirən mənbənin sözlərinə görə, keçmiş milyarder bəzən bu mağazalardan hər hansı birinə il ərzində toplam 1 milyon dollara yaxın ödəniş edirmiş. Odur ki, Hacı bütün var-dövlətini və Beynəlxalq Bankdan aldığı milyonları “Xəzərə axıdaraq” müflis olduqdan sonra da bu mağazalar bir müddət onu nisyə geyimlə təmin ediblər. Lakin o, son bir il müddətində aldığı malların pulunu ödəmədiyi üçün həmin firmalarla Hacı İbrahimin arasında ciddi narazılıq yaranıb. Mənbənin sözlərinə görə, xüsusən də “Stefano Ricci” son vaxtlar Hacıdan israrla 100 minlərlə dollarlıq borcunu tələb edir. Bildirilir ki, Hacı hər dəfə qarşı tərəfdən 1 həftə, 10 gün vaxt istəsə də, hələ də borcunu qaytara bilmir.
Bu baxımdan mənbə son günlər Hacı İbrahim Nehrəmlinin bahalı brendlərin geyimindən istifadə etdiyi haqda informasiyanın mətbuata sızmasını heç də təsadüf hesab etmir. Hansı ki, bütün bunlarla bağlı növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.
Sonda isə xatırladaq ki, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin başlatdığı çoxfunksiyalı “Xəzər adaları” layihəsinin 60 milyard dollara başa gələcəyi və tikintinin 2016-cı ilin sonunda yekunlaşacağı bildirilirdi. Hətta Rusiyanın NTV telekanalı xəbər verirdi ki, bu layihə əvvəlcədən təxmin edildiyindən də iki dəfə artıq - 125 milyard dollara başa gələ bilər.
Xəzərdə salınacaq adalarda təxminən 1 milyon adamın yaşaya biləcəyi yaşayış kompleksi, ticarət-əyləncə obyektləri, o cümlədən hündürlüyü 1 kilometrdən çox olan (1050 metr) və hazırkı vəziyyətə görə dünyanın ən yüksək binası sayılacaq “Azerbaijan Tower” adlı göydələn inşa etmək planlaşdırılırdı.
Həmin vaxt Xəzərdə salınacaq süni adalar üzərində dünyanın ən hündür binasının inşa ediləcəyi haqda xəbərlər xarici mətbuatda maneşt olmuşdu. “The Wahsington Post”, “The New York Times”, “The Financial Times” kimi nüfuzlu qəzetlər, “Forbes” jurnalı, “Bloomberg” agentliyi və digər xarici KİV-lər bu barədə xəbərlərə geniş yer vermişdilər.
Hətta Hacı İbrahim Xəzərdə Heydər Əliyevin 13 metr hündürlüyündə heykəlini də qoymuşdu. “Bunu heç kim bilmir. Birinci dəfədir ki, sizə açıqlayıram. Əslində bunu cənab prezidentə sürpriz edəcəkdim. Ancaq bu gün sizə açıqladım” – deyə iş adamı mətbuata açıqlama vermişdi...
...Bu gün isə Hacı İbrahim geyim mağazalarına olan borcunu ödəmək iqtidarında deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin BOKT-si də BİRCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru