Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                 

Bu səhiyyə ocağı rəsmən bazardır... - İTTİHAM VAR
Tarix: 1-11-2016, 09:26 | Çap et
Bu səhiyyə ocağı rəsmən bazardır...
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının problemləri bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Təbii ki, bu aktuallığı şərtləndirən ən vacib cəhət xəstəxanada baş verənlərin vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə təsir etməsidir. Ölkənin bu ən böyük tibb müəssisəsində baş verənləri isə heç də proqressiv və ürəkaçan hallar kimi qiymətləndirmək olmaz.

Rüşvətxorluqla savaşırıq, ya barışırıq?

Bu Hamletsayağı sual Klinik Xəstəxananın giriş qapılarından içəri daxil olduğu andan, buranı sağ-salamat (əgər müyəssər olarsa) tərk edənə qədər hər bir vətəndaşın beynini dələn əsas suala çevrilir. Bəlkə də kiməsə belə bir sualın ciddi problem formasında ortaya qoyulması gülünc görünə bilər. Amma bu zaman əminliklə demək olar ki, həmin insanın nə özünün, nə də yaxınlarının səhhətində heç bir problem yaşanmır. Əlbəttə, əgər siz Respublika Klinik Xəstəxanasında müayinə olunmaq və ya müalicə almaq məcburiyyətində deyilsinizsə, bu zaman korrupsiya və rüşvətxorluğa qarşı istənilən şüarı da cəsarətlə irəli sürə bilərsiniz. Əks halda isə... Əks halda isə əliniz cibinizdə, diliniz də boğazınızda olmalıdır. Hərçənd üçüncü, alternativ variant da var – xəstəniz qucağınızda qala bilər. Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Belə ki, xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır. Amma bunlar hələ necə deyərlər, içəridə təqdim olunan əsil tamaşanın sadəcə üvertyurasıdır. Məlum oluğu kimi dünyanın heç bir xəstəxanasında reanimasiya otağına kənar şəxslər buraxılmır. Ancaq Respublika Klinik Xəstəxanasında bu sahədə də vəziyyət fərqlidir. Kimin pulu varsa, ürəyi nə vaxt istəsə, ora girə bilir. Pulunuz varsa, 10-20 manat verin, keçib xəstənizi görün. Reanimasiya otağının qapısı önündə xəstələrindən xəbər gözləyən vətəndaşlar isə reanimasiya otağındakı həkimə və tibb bacılarına hər gün pul verdiklərini deyirlər: "Pul verməsək, xəstəmizə yaxşı baxmırlar. Xəstəmiz ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Reanimasiya otağında xəstəmizə yaxşı nəzarət olunsun deyə içəridəki həkimə hər gün 20-30 manat arası, tibb bacılarına 5-10, sanitara isə 3-5 manat veririk. Bu pulu verməsək, xəstəmizə yaxşı nəzarət olunmur. Buranın pullu xəstəxanalardan heç bir fərqi yoxdur. Sadəcə olaraq, adı dövlət xəstəxanasıdır”. Ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Məsələn zobdan müayinə olunmaq istəyirsənsə15-20 manat ödəməlisən. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.

Ailə neçə nəfərdən ibarət olmalıdır?

Hələ bir neçə il bundan əvvəl orta statistik Azərbaycanlı ailəsində 3-4, bəzən isə daha çox uşağın olması normal hal idi. Amma bu gün yeni ailə quran gənclər dünyaya övlad gətirmək qərarına gəlmək üçün xeyli düşünüb, götür-qoy etməli olurlar. Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin baş həkimi Zəhra Abbasovanın "iş üsulları” ilə tanış olanlar isə hətta iki dəfə düşünürlər. Belə ki, şöbəyə bitişik gözləmə otağında yeni körpənin dünyaya gəlişini gözləyən gənc ataların əhval ruhiyyəsində hər zaman sevinc hissindən daha çox bir narahatlıq hiss olunur. Daha çox Zara xanım kimi tanınan baş həkimin təyin etdiyi qiymətlər cədvəli isə bu narahatlığın əsassız olmadığına bir sübutdur.

Məsələn, həyat yoldaşının qeysəriyyə əməliyyatı ilə ana olacağını deyən bir vətəndaş bunun üçün həkimə 700 manat ödəməli olacaqlarını bildirdi. Lakin bu məbləğə hələ gələcək ananın xəstəxanada qalmaq pulu daxil deyil. Nisbətən daha rahat palatada qalmaq üçün xəstə əlavə 50 manat da ödəməlidir. Adi doğuş üçün isə xəstələr 400-450 manat ödəməli olurlar. Qeysəriyyə əməliyyatına girənləri isə hələ əlavə xərclər də gözləyir. Belə ki, əməliyyata girmədən öncə xəstənin yaxınlarına əməliyyat üçün lazım olan və olmayan dərmanların, preparatların böyük bir siyahısı verilir. Bunları almaq üçün də aptekdə orta hesabla 50-80 manat pul xərclənir. Belə prosedurları keçənlər isə iddia edirlər ki, verilən siyahıda yoddan tutmuş həkim üçün rezin əlcəklərə qədər hər şey nəzərdə tutulur. Halbuki xəstəxanalarda xəstələrə pulsuz verilən dərmanların siyahısı olur. Lakin bütün bunlar içəridə anaları gözləyən daha çətin sınaqların yanında heç nədir. Dəqiq məlumatlara görə xəstəxanada hər ananın gündəlik 15-20 manat əlavə xərci çıxır. Uşaq həkiminə, hər gün uşağa baxan növbətçi tibb bacılarına mütləq hörmət olunmalıdır. Əks halda uşağa yaxşı qulluq edilməz və ya muştuluq xətrinə hətta göbəyi də tez qoparıla bilər. Hətta otağı təmizləyən, evdən gəlmiş yemək çantasını anaya çatdıran xadiməyə də hər gün hörmət olunmalıdır. Həm də bu əlavə xərclər guya ki, Zara xanıma aid olmadığı halda, əslində şöbənin istisnasız bütün işçiləri müdirəyə gündəlik haqq çatdırmalıdırlar. Yeri gəlmişkən Zara xanımın "müəssisəsi” müştərilərə VİP xidmətlər də təklif edir. Belə ki, adi palatadan fərqli olaraq əgər otaqda bir soyuducu və bir də televizor varsa, həm də ayaqyolu cəmi iki palata üçün nəzərdə tutulubsa bu artıq "lüks otaq” sayılır və onun qiyməti də bir qədər fərqlidir...

Gözünüzə su verin...

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının göz xəstəlikləri şöbəsində baş verənlər isə əslində ayrıca bir material üçün mövzudur. Sözün düzü qəzetimizin ötən saylarında biz, məhz elə bu mövzu ətrafında bir neçə məqalə də dərc etmişdik. Həmin materiallarda öz oxucularına daha çox Sövdəyar Zəngilanlı kimi tanış olan şair-publisist, tarixçi-yazıçı Sövdəyar Muradovun 2012-ci ilin 6 aprel tarixində Kliniki Xəstəxananın göz xəstəlikləri şöbəsində, həkim Qalib İsgəndərov tərəfindən sağ gözündə əməliyyat olunmasından sonra yaranmış ciddi fəsadlardan bəhs olunurdu. Belə ki, əməliyyatdan bir gün sonra, sarğılar açılarkən xəstə aşkar edib ki, onun əməliyyat olunan gözü görmür. Sövdəyar müəllim bu barədə həkimin köməkçisi olan Nərgiz xanıma da deyib. Lakin, tibb işçisi bunun müvəqqəti hal olduğunu bildirərək xəstəni arxayınlaşdırıb. Növbəti on beş gün ərzində, yəni aprel ayının 21-nə qədər Qalib həkimin rəhbərliyi ilə intensiv müalicə kursu keçilib. Lakin istifadə olunan inyeksiya və damcılar da heç bir nəticə verməyib. Sövdəyar müəllim bildirir ki, may ayına qədər heç bir irəliləyiş hiss etmədiyindən gözünü BDU-nin poliklinikasında yoxlatdırmaq qərarına gəlir. Burada aparat 2% görmə dərəcəsi müəyyənləşdirir. Bundan sonra S.Muradov gözünü Yasamal r-n 19 saylı poliklinikasında, may ayının sonunda isə Zərifə Əliyeva adına Göz İnstitutunda yoxlatdırır. Bütün hallarda görmə 2% müəyyənləşdirilir. Artıq noyabr ayında xəstə Səhiyyə Nazirliyinə müraciət edir. Nazirlikdən Poladov adlı bir nəfərlə məktubu Respublika Xəstəxanasının baş həkimi Telman İbadova göndərirlər. Az müddət sonra isə Sövdəyar Muradov baş həkim Telman İbadovun imzası ilə bir məktub alır. Həmin məktubda bildirilir ki, Sövdəyar Muradov guya ki, 3 saylı poliklinikada müalicə aldığına görə bütün iradlar da həmin müəssisəyə yönəldilməlidir. Mərkəzi Xəstəxana isə Sövdəyar müəllimin gözündəki problemə görə heç bir məsuliyyət daşımır. Hal bu ki, Sövdəyar Muradov 3 saylı poliklinikanın yerləşdiyi ərazini belə tanımır. Beləliklə baş həkim rəhbərlik etdiyi xəstəxananın və burada çalışan həkimlərin nüfuzunu qorumaq üçün saxtakarlığa əl atmaqdan belə çəkinmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə isə rəsmi sənədlərin saxtalaşdırılması 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Amma görünür həm cərrah Qalib İsgəndərov, həm də baş həkim Telman İbadov bu dəfə də cəzasız qalacaqlarına tam əmindirlər.


Davam edək..?

Əslində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yer almış müxtəlif neqativ hallar, bu tibb müəssisəsində baş verən çeşidli qanun pozuntuları barədə uzun-uzadı danışmaq da olar, yazmaq da. Amma etiraf etməliyik ki, bəzi konkret hadisələri çıxmaq şərtilə, biz bu tibb müəssisəsinin fəaliyyətinə dair heç bir yeni məlumat təqdim etmiş olmadıq. Bu gün Respublika Klinik Xəstəxanasında cərəyan edən hadisələrdən cəmiyyətimizin böyük əksəriyyəti xəbərdardır. Ehtimal etmək olar ki, elə Səhiyyə Nazirliyinin rəhbərliyi də məhz bu əksəriyyətə aiddir. Bəs onda görəsən, bu rüsvayçılığın qarşısını almaq üçün daha nəyi və nə qədər gözləməli olacağıq? Baş həkim Telman İbadov problemləri həll etməkdənsə Kəmaləddin Heydərovun adından sui-istifadə edir. O, deyir ki, oğlum Kəmaləddin Heydərovun köməkçisidir və mənə heç kim, heç nə edə bilməz.

Mövzuya yenidən qayıdacağıq.

Telman İbadov ətrafını hansı nazirin adı ilə şantaj edir?

Baş həkimin oğlu Elçin İbadov Kamaləddin Heydərovun adından necə istifadə edir?

Elçin İbadovun FETO teror təşkilatı ilə hansı bağlantıları var?

Telam İbadov rəhbərlik etdiyi səhiyyə ocağında hansı qanunsuzluqlara yol verir?

Elçin İbadovun rəhbərlik etdiyi "PwC Akademiyası" necə FETO örgütünə çevrildi? /azfakt.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru