Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                 

“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası - NƏ BAŞ VERİR?
Tarix: 21-05-2025, 00:12 | Çap et

Mayın 19-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında növbəti telefon danışığı olub. Bu dəfə söhbət iki saatdan çox davam edib. Bundan dərhal sonra Rusiya lideri söhbəti “mənalı və çox faydalı” adlandırıb.

Əsas müzakirə mövzusu Ukrayna olub. Putin Rusiya və Ukrayna arasında birbaşa danışıqları asanlaşdırdığına görə Trampa təşəkkür edib. Söhbət zamanı liderlər mümkün atəşkəs və Putinin fikrincə, “komromislərə əsaslanmalı” sülh sazişinin bağlanması barədə fikir mübadiləsi aparıblar: “Rusiya və Ukrayna hər iki tərəfə uyğun olan kompromislər tapmalıdır”. Putin həmçinin vurğulayıb ki, hər iki tərəf, onun fikrincə, “doğru yoldadır”, lakin mümkün atəşkəs və ya sazişin imzalanması üçün vaxt çərçivəsini açıqlamayıb: “Əsas odur ki, Ukrayna böhranının köklü səbəbləri aradan qaldırılsın”.

ABŞ Prezidenti Donald Tramp da danışıqların nəticələrindən “məmnun” olduğunu bildirib. Amerika lideri qeyd edib ki, “söhbətin tonu və ruhu əla olub” və tərəflər Ukrayna böhranı ilə bağlı bir sıra məqamlarda razılığa gəliblər: “Rusiya və Ukrayna dərhal atəşkəs danışıqlarına başlayacaq. Münaqişəyə son qoyulması şərtlərinin müzakirəsi ən qısa zamanda başlayacaq. Müqavilənin parametrlərini birbaşa Rusiya və Ukrayna müəyyən edəcək. Danışıqlar prosesinin təfərrüatlarını yalnız onlar, Rusiya və Ukrayna bilirlər ki, bu da heç kimə məlum deyil”.

Tramp həmçinin hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya ilə ABŞ arasında irimiqyaslı ticarətin bərpasının vacibliyini bir daha vurğulayıb. Onun sözlərinə görə, Ukrayna həm də gələcək iqtisadi proseslərin əsas benefisiarlarından birinə çevrilə bilər: “Rusiyanın iş yerləri yaratmaq və rifahı artırmaq üçün böyük potensialı var. Onun potensialı sonsuzdur”.

Tramp əlavə edib ki, o artıq Avropa İttifaqı (Aİ) liderlərinin əksəriyyətini, o cümlədən Ursula fon der Leyen, Emmanuel Makron və Fridrix Merzi söhbətin nəticələri barədə məlumatlandırıb. Həmçinin, onun sözlərinə görə, Papa XIV Leo Vatikan ərazisində danışıqların təşkilində maraqlı olduğunu bildirib.

“Proses başlasın!”, - deyə Amerika lideri vurğulayıb.

Qeyd edək ki, Putinlə söhbətindən bir müddət əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə qısa telefon danışığı aparıb. “The Wall Street Journal” yazıb ki, Zelenski Trampa çağırış edib: 30 günlük atəşkəs üçün Rusiyadan razılıq istəmək, Trampın iştirakı ilə Putin və Zelenski arasında gözlənilən şəxsi görüşü təsdiqləmək, Ukraynasız Ukrayna ilə bağlı qərarlar qəbul etməmək.

Söhbət cəmi bir neçə dəqiqə davam edib, lakin siyasətçilər Tramp və Putin danışdıqdan sonra yenidən əlaqə saxlamağa razılaşıblar.

Daha sonra Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu söhbətin əlavə təfərrüatlarını açıqlayıb. Bildirib ki, ABŞ və Rusiya arasında əsirlərin mübadiləsinə dair ilkin razılıq əldə olunub, Tramp münaqişə bitdikdən sonra Rusiyanı mühüm iqtisadi tərəfdaş kimi gördüyünü təsdiqləyib, atəşkəsin vaxtı ilə bağlı məsələ qaldırılmayıb, prezidentlər arasında şəxsi görüşün mümkünlüyü müzakirə edilib, lakin konkret tarixlər və yerlər göstərilməyib. Bununla yanaşı, tərəflər Ukrayna da daxil olmaqla, bütün məsələlər spektri üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

“Səmimi və konstruktiv söhbət oldu. Maraqlıdır ki, bu, prezidentimizin Donald Trampı on birinci nəvəsinin doğulması münasibətilə təbrik etməsi və təbii ki, yeni doğulan körpəyə və Trampın qızına sağlamlıq arzulaması ilə başladı”, Uşakov qeyd edib.

Bu arada, bir gün əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Donald Trampın Ukrayna nizamlanmasından məyus olduğunu və Ağ Evin danışıqlar prosesindən mümkün geri çəkilməsinə işarə vuran açıqlama vermişdi.

“Campaign Insider” “Telegram” kanalının müəllifi, analitik Pavel Dubravskinin sözlərinə görə, prezidentlər arasında söhbət danışıqlar prosesində dəyişiklik üçün mühüm siqnal olub. “Lenta.ru” ilə söhbətində o qeyd edib ki, hətta çox yaxın keçmişdə, Co Baydenin prezidentliyi dövründə belə təmaslar haqqında düşünmək mümkün deyildi: “Telefon danışığını birmənalı olaraq müsbət xarakterizə edərdim. Danışıqlar münaqişənin həlli istiqamətində tendensiyanın getdiyini göstərdi”.

Onun fikrincə, mövzuların əhəmiyyətli bir hissəsi qeyri-ictimai olaraq qalacaq: “Lakin tezliklə Rusiyadan gələcək danışıqlar prosesinin strukturu ilə bağlı bəyanatlar gözləmək olar. Rusiya sadəcə olaraq atəşkəsə razı olmayacaq. Kreml üçün sülhə gedən yol xəritəsinin necə görünəcəyini anlaması vacibdir”.

Azərbaycanlı analitik Şahin Cəfərli isə hesab edir ki, Putin növbəti dəfə Trampı istədiyi kimi yönləndirməyə nail olub. Politoloq “Facebook” səhifəsində yazısında xatırladıb ki, “Putin bildirib ki, Rusiya Ukrayna ilə tezliklə masaya oturub həm atəşkəs, həm də ümumən məsələnin həlli barədə danışıqlara başlamağa” hazırdır: “Halbuki problem tərəflərin masaya oturmaması yox, Putinin istər atəşkəs, istərsə də yekun həll üçün qəbulolunmaz şərtlər irəli sürməsidir. İstanbuldakı son görüşdə Rusiya tərəfi ultimativ tələblərini bir daha təkrarlayıb”.

“Rusiya danışıqlar prosesini imitasiya etməklə diqqəti 2 mühüm məqamdan yayındırır: Trampın qeyd-şərtsiz 30 günlük atəşkəs və 22 maddəlik sülh planı Putin tərəfindən rədd edilib. Bununla əslində ABŞ-ın Rusiyaya qarşı sanksiya rejimini ağırlaşdırması və ümumən bu istiqamətdə əvvəlki, ənənəvi siyasətə dönməsi üçün əsas yaranıb. Bu barədə Tramp özü və onun komanda üzvləri indiyə qədər dəfələrlə açıqlama veriblər və Senatda müvafiq qanun layihəsi də hazırlanıb. Lakin Tramp öz missiyasının nəticəsiz bitdiyini, təkliflərinin Putin tərəfindən rədd olunduğunu qəbul etmək istəmir. Çünki bu durumun təsbiti halında Rusiyaya qarşı təzyiq siyasətini bərpa etmək məcburiyyətində qalacaq”, - Cəfərli vurğulayıb.

Siyasi icmalçı hesab edir ki, Trampın mövqeyi absurd mənzərə yaradır: “Belə çıxır ki, növbəti görüşlərdə heç bir nəticə əldə olunmasa belə Rusiyanın imitasion diplomatiyanı davam etdirməsi kifayət edəcək ki, o ABŞ-ın basqısından yayınıb, müharibəni istədiyi qədər davam etdirsin. Hətta işğalçının ultimatumlarını rədd edib masadan qalxacağı təqdirdə Ukraynanın Trampın gözündə danışıqları pozan qeyri-konstruktiv tərəfə çevrilməsi də mümkündür. Bütün bunlara rəğmən ehtimal var ki, Konqres, dövlət aparatı, eləcə də avropalı müttəfiqlər yenidən Trampın mövqeyinə təsir edib, onu doğru, məqbul istiqamətə yönəldə biləcəklər”.


AYNA.AZ











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru