"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                     Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir .....                     Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                     Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır .....                     Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib .....                     Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər .....                     Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? .....                     "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." .....                     Nazirlik əməkdaşı vəfat etdi .....                     Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək .....                     Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... .....                     Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir .....                     Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq .....                     “X Petrol”da müştəri necə aldadılır? .....                     167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                     SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... .....                     Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI .....                     Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! .....                     Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... .....                     Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son .....                     Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? .....                     Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                 

Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Tarix: 26-02-2025, 07:11 | Çap et
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı…
Ukrayna müharibəsinin üçüncü ilində ABŞ və Rusiyanın anlaşmaq istəyi üç il öncə bu savaşın niyə başlandığına yenidən diqqət çəkir. Nələr dəyişdi, həqiqətənmi hər şey qeyri-ənənəvi Trampın Ağ Evə gəlişi ilə bağlıdır, yoxsa müharibə məhz mövcud şərtlərin hazırlanması və geosiyasi müstəvidə mövqelərin bölüşdürülməsi üçün lazım idi?!

Müharibənin Rusiyanın istədiyi kimi getmədiyi, Ukrayna xalqının dirənişinin nəinki Moskvada, Qərbin özündə də düzgün hesablanmadığı həqiqətdir. Lakin baş verənlərdə ənənəvi “Rusiya niyə hücuma keçdi” sualı yox, “Rusiya bütün üstünlüyünə rəğmən niyə hücuma keçdi” sualı açar nöqtələrin ən vaciblərindəndir fikrimcə.

Müharibədən öncə Rusiyanın ABŞ/NATO-ya təqdim etdiyi təhlükəsizlik təminatlarına dair sazişin qəbul edilməsi mümkünsüz idi. Vaşinqton bundan imtina etsə də, Paris və Berlin Moskvanın istədiyini verməyə hazır idilər, hətta Makron və Şolts Putinin ayağına qədər gəldi, çünki başlaya biləcək müharibənin əsas hədəflərindən birinin Avropa olduğunu bilirdilər.

- Ukraynanın NATO-ya girişinə icazə vermirlər;

- Donbasda separatçıları yüksək statusla təmin edirlər;

- Rusiyanın iştirakı ilə Avropanın yeni təhlükəsizlik arxitekturasını qururlar.

Bu, Rusiyanın tələblərinin qəbul edilməsi demək idi və Moskva razılaşsaydı:

- təhlükəsizlik təminatını tam olmasa belə, müəyyən mənada Avropadan alır,

- genişlənməsini təhlükə kimi gördüyü NATO-nu daxildən parçalayır,

- enerji resurslarını ixrac etdiyi Avropa bazarını itirmirdi.

Putinin ABŞ/NATO qarşısında əli zəif deyildi, lakin üstünlüyündən imtina edərək, Ukraynaya hücum etdi. Bu müharibədə Rusiyanın iki əsas hədəfi vardı:

Birincisi, SSRİ-nin dağılmasından sonra üzləşdiyi beynəlxalq şərtlərin bir gün xeyrinə dəyişəcəyi gözləntisi;

İkincisi, qlobal güc kimi qəbul olunması, təsir zonalarının tanınması.

2020-ci ildən etibarən dünyanın dəyişməyə başlayan siyasi səhnəsində baş verənlər Rusiyanın “qlobal güc” kimi qəbul edilmək perspektivini sual altına saldı. Qərbdə Avropa güc mərkəzi olmaq yolunda irəliləyir, Şərqdə Çin yüksələn gücə çevrilirdi. Çinin dünyanın ikinci əsas qütbü olacağı qaçılmazdır. Pekinin genişlənməsi həm də Rusiya üçün coğrafi baxımdan da təhlükəli idi. Soyuq müharibədən sonra yaranmış mövcud şərtlərin dəyişdiyi vaxt Rusiyanı Çin və Avropa arasında sıxılmış – Pekinin qurduğu nəqliyyat şəbəkəsindəki dəhlizlərdən biri kimi “regional güc” perspektivi gözləyirdi.

Və ən mühüm detal odur ki, Rusiyanı gözləyən təhlükə ABŞ üçün də risklər təşkil edirdi:

1. Avropa üzərində təsiri zəifləyir: NATO-ya qarşı alternativ təhlükəsizlik sisteminin qurulması önə çıxır;

2. Yüksələn Çin ABŞ-ın əsas güc olduğu təkqütblü geosiyasi şərtlərin dəyişməsi, iki və daha çox güc mərkəzinin olacağı reallığını yaradır.

ABŞ-a Avropanın güc mərkəzi olmasına imkan verməmək – qitə üzərində təsirini yenidən gücləndirmək, Çinin önünü kəsmək – əsas güc olduğu sistemi qorumaq, Rusiyaya “qlobal güc” kimi qəbul edilmək – bu perspektivə təhlükə olan Çini dayandırmaq, yaxud ən azı onunla hesablaşmağa məcbur etmək lazım idi. Ukrayna müharibəsinin təməlində məhz bu amillərin – geosiyasi mübarizənin dayandığını deyə bilərik.

Müharibə Rusiyanın hesabladığı kimi baş tutmasa da, hücumun başlandığı ilk vaxtdan günümüzə qədərki dövrə qədər siyasi nəticələr gözlənildiyi kimi oldu:

- Avropa Rusiya təhlükəsinə (Bu, həm də NATO-nun yaranma fəlsəfəsinin yenidən aktuallaşdırılması idi) qarşı ABŞ-ın çətiri altına qayıtdı – köhnə təhlükəsizlik sistemi saxlanıldı, Çinlə əməkdaşlıq xəttini inkişaf etdirərək, “güc mərkəzi”nə çevrilməsinin yolu tıxandı;

- Rusiya Qərbi, Çini və regional oyunçuları onunla hesablaşmağa məcbur etdi.

Burada iki məqam xüsusilə önəmlidir:

Birincisi, müharibəyə görə Çinin Avropa bazarına uzanan və onu Avrasiyada əsas gücə çevirəcək “Bir kəmər bir yol” layihəsi problemlərlə üzləşdi, xüsusilə Qara dəniz habının dağılması fonunda: bununla Pekinin ikinci qütb kimi ABŞ-a alternativ güc olması ən azından müəyyən müddətə də olsa çətinləşib;

İkincisi, ABŞ üçün ikinci “qlobal güc”ün potensial təhlükə kimi gördüyü Çindən fərqli olaraq, daha zəif Rusiyanın olması sərfəlidir: Vaşinqton Moskvadan Pekinin genişlənməsi önündəki sədd kimi də istifadə etmək niyyətindədir; müharibə boyunca “ABŞ Rusiyanı dağıtmağı planlaşdırır” yanaşmasının doğru olmadığı görünür, çünki dağılmış Rusiya Avropa və Asiyadakı ölkələr üzərində Çinin təsirini genişləndirəcək amildir, bu baxımdan, nisbətən zəif və idarəolunan Rusiyanın mövcudluğu Vaşinqtona lazımdır.

Bütün bunların fonunda müharibənin daha dərin səbəblərinin olduğu – Ukraynanın geosiyasi mübarizədə meydan – poliqon kimi istifadə edildiyi görünür.

Üç il sonra Trampın Putinlə anlaşması da Ağ Evə qeyri-ənənəvi siyasətçinin gəlişindən daha çox, Ukrayna müharibəsində hədəflərin başa çatması – Avropa və Çinin qarşısının alınması, 2022-ci ildə Baydenin də dediyi “yeni dünya nizamında ABŞ-ın liderliyini qorumaq” planında ilk mərhələnin icra edilməsindən qaynaqlanır. Yeni mərhələdə qarşıdurma coğrafiyaları dəyişəcək. Bu kontekstdə Rusiyanın ABŞ üçün Ukrayna müharibəsindən sonra hansı xidməti göstərəcəyi xüsusilə önəmlidir.

Müəllif: Asif Nərimanlı - "DİA-AZ"







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru