AKP-nin Ankara namizədi olduğu deyilən şəxs diplomunu 35 yaşından sonra Azərbaycanın qalmaqallı universitetindən alıb? - DOSYE
Tarix: 9-01-2024, 10:46 | Çap et
 Türkiydə siyasi partiyalar 31 mart 2024-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayırlar. Yeniavaz.com xəbər verir ki, yanvarın 8-də İstanbulda Haliç Konqres Mərkəzində keçirilən mərasimdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakı ilə 26 vilayətdə AKP-nin irəli sürdüyü namizədlərin adları açıqlanıb. Keçirilən mərasimdə paytaxt Ankara şəhərində AKP-nin hansı namizədlə iştirak edəcəyi açıqlanmayıb. Bildirilib ki, AKP Ankara bələdiyyə sədrliyinə namizədini yanvar ayının 15-də açıqlayacaq. Türkiyə mətbuatında yer alan iddialara görə AKP-nin Ankara bələdiyyəsinə namizədi Turqut Altınok olacaq. Qeyd edək ki, Turqut Altınok hazırda Ankaranın və Türkiyənin ən böyük rayonlarından biri olan Keçiörenin bələdiyyə sədridir.
Türkiyənin tanınmış siyasətçilərindən olan Turqut Altınok 1962-ci ildə Ankaranın Bala rayonunda anadan olub. Keçiören bələdiyyəsinin rəsmi veb-saytında yerləşdirilən tərcümeyi halında göstərilir ki, Altınok orta təhsilini isə Keçiören Kalaba Liseyində tamamlayıb. Bildirilir ki, ali təhsilini beynəlxalq hüquq sahəsində başa vuran Altınok Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycan Beynəlxalq Vektor Elm Mərkəzi tərəfindən “Fəxri Doktor” adına layiq görülüb. Məlumat üçün bildirək ki, bələdiyyənin rəsmi saytında Turqut Altınokun hansı universitetdən məzun olduğu yazılmasa da, onun “Vikipedia” səhifəsində Azərbaycan Beynəlxalq Universitetindən məzun olduğu yazılıb. Bildiyimiz kimi, Azərbaycan Beynəlxalq Universiteti 1997-2010-cu illərdə fəaliyyət göstərib. Turqut Altınok isə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərdiyi illərdə Ankara Keçiören bələdiyyəsinə sədrlik edib. Belə ki, Altınok 1994-cü ildə keçirilən bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından (MHP), 1999-cu ildə keçirilən seçkilərdə isə Fəzilət Partiyasından Keçiörenin bələdiyyə sədri seçilib. 2004-cü ildə keçirlən növbəti yerli əhəmiyyətli seçkilərdə isə AKP-dən Keçiören bələdiyyəsinə sədr seçilib və bu vəzifəsində 2009-cu ilə kimi qalıb. Onu da bildirək ki, Azərbaycan Beynəlxalq Universiteti fəaliyyətə başladığı zaman – 1997-ci ildə Turqut Altınokun 35 yaşı olub. 35 yaşlı bələdiyyə başçısının Azərbaycan Beynəlxalq Universitetində hansı formada təhsil aldığı barədə heç bir məlumat yoxdur. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Universitetinin adı bir sıra qalmaqallarda, o cümlədən “diplom satmaqda” hallanıb. Universitetin sahibi olan Elşad Abdullayev barəsində də cinayət işi açılıb və o, ölkəni tərk edib. Hazırda axtarışda olan Elşad Abdullayevin adı deputat seçilmək üçün Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə böyük miqdarda rüşvət verməkdə də hallanıb.
Onu da qeyd edək ki, 2009-cu il bələdiyyə seçkiləri ərəfəsində Turqut Altınoka məxsus olduğu bildirələn intim görüntülər yayılıb. Bu görüntülərin yayılmasından sonra Turqut Altınok namizədliyini geri götürüb. Yalnız 10 ildən sonra - 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində yenidən AKP-nin namizədi olub və Keçiören bələdiyyəsinə sədr seçilib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Bu gün, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Bu gün, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Bu gün, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Bu gün, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Bu gün, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Bu gün, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
|