Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                 

Ukraynada sülh, atəşkəs oyunu - Qərb döyüş meydanından qaçırmı?
Tarix: 18-12-2023, 00:02 | Çap et
Ukraynada sülh, atəşkəs oyunu
Ukraynada müharibə bu il də başa çatmadı. Bəziləri hesab edir ki, bu münaqişədə dünyanın gələcəyi həll olunur. Bu cür yanaşsaq, deməli, dünyanın gələcəyi daha bir il qeyri-müəyyən qalacaq.
Son zamanlar Ukrayna ilə Rusiya arasında sülh, atəşkəs və s. bu tip hansısa razılaşma ola biləcəyinə dair xəbərlər yayılır.
İddia olunur ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujni ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Gennadi Gerasimov arasında hərbi razılaşma olub. Bunu iki ölkə arasında tezliklə sülh müqaviləsinin bağalana biləcəyi kimi yozanlar da var. Onların arqumenti də zəif deyil. Çünki bir müddət əvvəl Zalujnı müharibənin dalana dirəndiyinə dair açıqlama vermiş, dəyişikliklərin olmasının vacibliyini vurğulamışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Baş komandan arasında fikir ayrılığının olduğuna dair də söhbətlər yayılır. Belə informasiyaları yayanlardan biri də Ukrayna Prezidenti administrasiyası başçısının keçmiş müşaviri Aleksey Arestoviçdir. O, tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra bir neçə dəfə bu cür ziddiyyətli fikirlər səsləndirib.
Keçmiş müşavir bildirib ki, müharibədən əvvəl və savaş zamanı yığılıb qalan çoxsaylı fikir ayrılığı legitim və qeyri-legitim usullarla tənzimlənə bilər. Onun sözlərinə görə, bu cür üsullar hərbi çevriliş, “şərti Maydan”, mərkəzi hökumətin mövqeyinin dəyişməsi və ya seçkilər ola bilər. Arestoviç əlavə edib ki, hazırkı hakimiyyət “legitimliyini itirir” və ölkənin “populyar olmayan qərarlara ehtiyacı var”.
Ukrayna Müdafiə Nazirliyində və hərbi komissarlıqlarda baş vermiş korrupsiya halları, dövlət əmlakının mənimsənilməsi barədə xəbərlər də ölkədə ruh düşkünlüyünün yaranması üçün əsas ola bilər.
Ancaq Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın Rusiya ilə sülh məsələsinə dair mövqeyi daha çox maraq doğurub. Jurnalistin “Ukraynaya Rusiya ilə danışıqlara başlamaq üçün hansı şərtlər lazımdır? Rusiya daim dialoqa hazır olduğunu bildirir. Bu barədə nə düşünürsünüz” suallarına cavabında xanım Zelenskaya deyib ki, bu sual birinci xanım üçün çox siyasidir: “Düşünürəm ki, prezident bu suala cavab verməlidir. Mən belə bir məsuliyyət daşıya bilmərəm, belə bir mandatım yoxdur. Başa düşürəm ki, bu mövzuda dediyim istənilən söz prezidentin sözləri kimi qəbul olunacaq, çünki mən ona yaxın adamam”. O, Rusiya ilə sülh danışıqlarının nə vaxtsa baş tutacağına əmindir: “Mən yalnız ümid edirəm ki, belə danışıqlar üçün şərait ən qısa zamanda yaradılacaq”.
Ukrayna Prezident Ofisinin rəhbəri Mixael Podolyak isə siyasi hakimiyyətlə hərbçilər arasında fikir ayrılığının olmadığını vurğulayıb.
Volodimir Zelenski yayda əks-hücum əməliyyatının istədikləri sürətlə getmədiyini, bunun başlıca səbəbinin vacib silahların verilməməsində olduğunu qeyd edib.
Ukrayna Prezidentinin ABŞ Konqresinin Senatında onlayn çıxışı gözlənilirdi. Ancaq son anda bu tədbirin təxirə salındığına dair məlumat yayıldı. Bunun ardınca ABŞ Senatı Ukraynaya hərbi yardımın əlavə maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin səsverməyə çıxarılmasına səs verməyib. Sənəddə Ukrayna, İsrail və Tayvana 106 milyard yardım nəzərdə tutulurdu. Onun 61 milyard dolları Ukraynaya yardıma yönəlməli idi. Qanunun qəbulunun qarşısının alınması Ukrayna ətrafında yeni spekulyativ informasiyaların yayılmasına təsir göstərəcək.
Görünür, Pentaqonun başçısı Lloyd Ostin bu tip məlumatların qarşısının alınması və ABŞ-nin Ukraynanı dəstəklədiyini vurğulamaq üçün Ukraynaya silah istehsalına 27 milyard dollar sərmayə qoyduqlarını bildirib: “Biz hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və taktiki nəqliyyat vasitələri də daxil olmaqla, kritik aktivlərin istehsalı üçün müqavilələrə təxminən 27 milyard dollar sərmayə qoymuşuq”.
Hazırda sülhün, yaxud atəşkəslə bağlı istənilən sənədin imzalanması Moskvaya daha sərfəli sayılır. Çünki o, Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsini ilhaq edib. Bununla Moskva həmin bölgələrdə möhkəmlənmək, güclənmək, danışıqlarda üstün tərəf kimi iştirak etmək imkanı əldə edib. Görünür, Rusiyada da tezliklə atəşkəs, sülh, yaxud hansısa bu tip aksiyanın baş verməyəcəyini bilirlər. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq: “Mən atəşkəs gözləmirəm. Məqsədlərimizə nail olacağımızı gözləyirəm”.
Sülh sazişi, atəşkəs kimi xəbərlərin yayılmasında Rusiyanın marağı daha çoxdur. Bu, həm onun üstünlüyünü, həm də Ukrayna hakimiyyətində başıpozuqluq, qarşıdurma olduğunu göstərmək üçün lazımdır.
Beləliklə, Ukraynanın müharibəni dayandıracağı, sülh imzalayacağı və s. kimi informasiyaların reallığı əks etdirmədiyi qənaətinə gəlmək olar. İndiki şəraitdə sülh və ya atəşkəsin bağlanması Ukrayna və onu dəstəkləyən qüvvələrin Rusiya qarşısında məğlub olması anlamına gələr. Belə bir vəziyyət isə Qərb blokunun Rusiya və onu dəstəkləyənlərin qarşısında geri çəkilməsi deməkdir.
Ancaq o da reallıqdır ki, müharibəni davam etdirmək üçün Ukraynaya yardımla bağlı qəti təminat hələ də verilmir. Bir də, vaxtı ilə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təminat verənlər onu Krımın ilhaqında tək qoydu. Bu sazişi pozan isə ilk növbədə Rusiya oldu. Bu baxımdan, sənədlər, anlaşmalar, beynəlxalq münasibətlər, hüquq belə hallarda gücsüz olur.
Hələlik Ukraynada döyüşlər davam edir. Deməli, “dünyanın taleyinin həlli”ndən hələlik əl üzməyə dəyməz…

Müəllif: Sədrəddin Soltan - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.NET (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru