Müharibəni dayandıra biləcək dövlət hansıdır? - İNCƏLƏMƏ
Tarix: 8-11-2023, 08:14 | Çap et
 Böyük dövlətlər Yaxın Şərqdə müharibənin dayandırlması məqsədilə səylərini davam etdirirlər. Çünki davam edən müharibənin mənfi təsirini böyük dövlətlərin əksəriyyəti öz üzərində hiss edir. Mülki insanların ölümünü dayandırmağın yolları aranır. Amerika Birləşmiş Ştatları İsrailin “Həməs”a qarşı savaşını haqlı saysa da, qruplaşmanın girovluğunda olan insanların azad olunması üçün formul axtarır. Vaşinqton girovların zərər görməməsi üçün İsrailin hücumlarına fasilə verməsi gərəkliyi qənaətindədir. İsrail hökuməti isə fərqli düşünür, baş nazir Benyamin Netanyahu müharibədə fasilənin “Həməs”in işinə yarıyacağını bildirib. Pekin müharibənin dayandırılması məqsədilə beynəlxalq konfransın çağırılması ideyasını irəli sürüb. Pekin hesab edir ki, bu konfransda Fələstin məsələsi müzakirəyə çıxarılmalıdır. Pekin yeni təklifini bütün maraqlı tərəflərə təqdim edib. Çinin xarici işlər naziri Van Yi bu mövzuda ərəb dövlətlərinin xarici işlər nazirləri ilə müzakirələr aparıb. Pekin Qəzzanın bombalanmasından narahatlığını gizlətmir. Pekin son zamanlar ərəb ölkələri ilə təmaslarını genişləndirib. “New York Times” dərgisində yayımlanan məqalədə yazılıb ki, Çin Yaxın Şərqdəki müharibədə neytral siyasət yürütməyə çalışsa da, Pekin son zamanlar İsraili sərt tənqid etməyə başlayıb və bu siyasətində Kremllə eyni cərgədə dayanıb. Pekin Səudiyyə Ərəbistanını İranla barışdırdıqdan sonra İsraillə Fələstini də barışdırmaq istəyirdi. Ancaq bu alınmadı. İsrailin bundan sonra Pekinin vasitəçiliyini qəbul edəcəyi problematikdir. Pekinin Tehranla sıx əlaqələri və iki ölkə arasında artan ticarət də İsrailin narahatlığına səbəb olub. Benyamin Netanyahu Vaşinqtonun “müharibəyə fasilə verin” təklifi ilə razılaşmadığı kimi Pekinin beynəlxalq konfrans təklifini də qəbul etməyəcək. Ümumiyyətlə İsrail hökuməti indiki vəziyyətdə Fələstinin dövlət kimi tanınması məsələsini müzakirə etmək istəmir. Çünki Tel-Əviv hesab edir ki, bu müzakirələrə razılaşsa İsrail zəif dövlət kimi görünəcək. Yəni “Həmas” İsrailə qarşı terror hücumu həyata keçirdi, İsrail dövləti Qəzzanın bombardmanından nəticə əldə etməyərək Fələstinin müstəqilliyinin tanınmasıyla bağlı masaya oturmağa məcbur qaldı. İsrail beynəlxalq aləmə belə bir görüntü vermək istəmir. Buna baxmayaraq, İsrailin planlarına mane ola biləcək əsas dövlət ABŞ və Rusiya deyil, Çin ola bilər. Çünki Çin bu aydan başlayaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Təhlükəsizlik Şurasının yaxın aylarda əsas mövzusu isə Yaxın Şərqdəki müharibənin dayandırlması olacaq. Çin BMT Təhlükəsizlik Şurasının sədri kimi İsraili durdurmağa çalışacaq. Pekin hesab edir ki, İsrail özünümüdafiə siyasətinin sərhədlərini aşıb. Pekinin bu çalışmalarına Təhlükəsizlik Şuranın digər daimi üzvü ABŞ mane olacaq. Vaşinqton hər nə qədər Yaxın Şərqdə müharibəyə fasilə verilməsinin tərəfdarı kimi çıxış etsə də, BMT Təhlükəsizlik Şurasında İsrail əleyhinə hər hansı sənədin qəbuluna imkan verməyəcək. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ (Ərsoyun Bloqu)

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Dünən, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Dünən, 12:18 |
|
|
|
|