Neft bazarında SENSASİON VƏZİYYƏT .....                     Ukrayna İran gəmisinə niyə hücum etdi? .....                     Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     “Bizim aydın şərtimiz var... .....                     "Nədən insanları məntiqsiz, avam sayırsız?!." .....                     "Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." .....                     ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! .....                     Tokayev Putinin üzünə dedi ki... .....                     Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb .....                     Rusiya hücum etsə, döyüşməyəcəklər .....                     "Azəriqaz"da "LİKE" MƏRƏZİ .....                     Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT .....                     Saleh Məmmədov QURUR... YARADIR! .....                     Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək .....                     "Yadda qalan məhz bunlardır..." .....                     Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi .....                     Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! .....                     Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb .....                     "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                 

"Putin gözləyirdi ki, onun qoşununu gül-çiçəklə qarşılayacaqlar" - Ekspert danışır
Tarix: 26-02-2022, 08:14 | Çap et
"Putin gözləyirdi ki, onun qoşununu gül-çiçəklə qarşılayacaqlar"
Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə xalqa müraciət edib. O, Rusiya rəhbəri V.Putini danışıqlar masasına oturmağa çağırıb. Zelenski Rusiyanın Ukraynaya hücumunu bütün Avropaya təcavüz adlandırıb: “Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın birliyinə, insan haqlarına qarşı addımdır. Bir daha Rusiya prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin danışıqlar masası arxasında əyləşək. İnsanların ölümünün qarşısını almaq üçün”. Kreml sözçüsü Dmitri Peskov isə deyib ki, Putin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazırdır.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Kreml Administrasiyasının nümayəndələri daxil olacaq: “Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu açıqladı. Əməliyyatın məqsədi Ukraynanın demilitarizasiyasıdır. Bu, əslində, neytral statusun tərkib hissəsidir”. DİA.AZ-ın məlumatına görə, Ukrayna-Rusiya savaşı barədə “Şərq”in suallarını cavablandıran tanınmış siyasi şərhçi, jurnalist Fuad Abbasov deyib ki, rus qoşunları Ukraynaya hücum etsə də, Kiyevə doğru yaxınlaşsa da, Kreml ilkin məqsədinə nail ola bilmədi. Onun sözlərinə görə, Zelenski Ukraynanın maraqlarını qorumağa çalışacaq...

- Rusiya-Ukrayna müharibəsi davam edir, vəziyyət Kiyev üçün çox kritikdir. Ümumi gedişatı necə dəyərləndirirsiniz?

- Putin ümid edirdi ki, Ukrayna ictimaiyyəti Rusiyanın tərəfinə keçəcək. Zənn edirdi ki, ukraynalılar rus işğalçılarının qarşısına gül-çiçəklə çıxacaq və onları “salamlayacaq”. Vaxtı ilə Belarusiyada, Ukraynada alman ordusunu sevinclə qarşılamışdılar. Putin də o cür reaksiya gözləyirdi. Amma Donetsk və Luqanskda belə rusları gül-çiçəklə qarşılayan ukraynalıların sayı çox az oldu. Nəticə etibarı ilə “sürətli qələbə” əldə edilmədi. Moskvanın ən çox qorxduğu məsələ müharibənin uzanmasıdır. Ukrayna tərəfi də müharibəni uduzacağını əvvəlcədən bilirdi, sadəcə olaraq tez uduzmaq istəmirdi. İki günlük müharibə və məğlubiyyət dünya ictimaiyyəti qarşısında Ukrayna üçün böyük ictimai rəzalət olar. Rusiya başa düşür ki, Ukrayna müharibəni 1 həftə uzada bilsə, iqtidarda və iqtisadiyyatdakı böhran dərinləşəcək. Artıq dollar 100 rublu keçib. Avro isə 130 rublu ötüb. Bu da üç gün əvvəlki rəqəmlə müqayisədə 3 dəfə artıqdır. Rusiyada bir çox istehlak mallarının idxal edildiyini nəzərə alsaq, dolların qalxması istehlak mallarının yüksəlməsinə bərabər olacaq. Bu da insanların etirazına gətirib çıxaracaq və Putinin Ukrayna planlarını puç edəcək. Ona görə də Zelenski mümkün qədər dayanmağa, müqavimət göstərməyə çalışır. Putin isə bacardığı qədər savaşı tez bitirməyə səy göstərir. Məqsəd Kiyevi, hətta Prezident Zelenskini ələ keçirərək bütün dünyaya mesaj verməkdir.

- Zelenksinin təslim olması, Ukraynanın “neytral status” müzakirələrinə qoşulması ehtimalı nə qədərdir?

- Zelenskinin təslim olacağına inanmıram. Əgər o, siyasi keçmişə sahib olsaydı, xarici və ya daxili siyasətdə təmsil olunsaydı, bu və ya digər mənbələrdən gələn təkliflərlə satın alına, korrupsiya və rüşvət yoluyla təslimə razı salına bilərdi. Amma Zelenski siyasi keçmişə sahib deyil. Onu Yanukoviç, Yuşenko, yaxud Poroşenko kimi qiymətləndirmək olmaz. Zelenski xalq tərəfindən demokratik yolla rəhbər seçilmiş bir liderdir. Gənc prezidentin özünü tarix, xalq və dünya ictimaiyyəti qarşısında doğrultması üçün axıra qədər gedəcəyinə inanıram. Şəxsən mən onun yerində olsaydım, sona qədər dirənərdim. Danışıqlara razılıq vermək ən son variantdır.

- ABŞ və Avropanın Ukraynanı tək buraxması, hərbi dəstək verməməsi ciddi tənqid olunur. Qərb Kiyevə niyə hərbi dəstək vermədi?

- Zelenski başda olmaqla Qərbi ittiham edənlərin hamısı haqlıdır. ABŞ və Avropa ölkələri kritik anda Ukraynaya hər cür dəstəyi göstərəcəyini vəd etmişdi. Hətta hərbi yardım edəcəklərinə söz vermişdilər. Məsələ ondadır ki, eyni vədlər 2008-ci ildə Gürcüstana da verilmişdi. Lakin Qərb Gürcüstana sahib çıxmadı, nəticədə ölkə ərazisi işğala məruz qaldı. Rusiya idarəçiləri Gürcüstan müharibəsində əmin oldular ki, NATO hərbi müdaxilə etmir. Kiyev Gürcüstan hadisələrindən dərs almalıydı. Saakaşviliyə arxa çıxmayan ABŞ və Avropa Zelenskiyə niyə dəstək olsun?! NATO-nun nizamnaməsi, qayda-qanunları var. Hərbi alyans öz üzvlərinə qarşı hərbi təcavüz olmadığı müddətcə prosesə qarışa bilməz. Ukraynaya görə Rusiya ilə baş-başa gəlmək Türkiyə daxil olmaqla hərbi blok üçün arzuolunmazdır. Yuşenkonun və Poroşenkonun dönəmində Ukraynanın NATO-ya üzvlüyü reallaşsaydı, indi tamamilə fərqli mənzərə olardı. Putin istədiyini edir. Fikrimcə, Rusiyanın Qərblə anlaşması var. Rusiya XİN rəhbəri Sergey Lavrov dəfələrlə Yuqoslaviyanı, İraqı xatırladıb. Nazir dolayı yolla bəyan edirdi ki, 1999-cu ildə Rusiyanın təsir dairəsində olan Yuqoslaviyaya daxil oldunuz. Miloşenkonu həbs etdiniz və həbsxanada öldürdünüz. Amma Moskva buna müdaxilə etmədi. İndi də Qərb Ukraynaya müdaxilədən çəkinməlidir.

- Yəni Ukraynaya hücumdan öncə Moskvanın NATO ölkələri ilə anlaşdığını iddia edirsiniz?

- Mən elə düşünürəm. Tərəflər arasında açıqlanmamış bir “razılaşma” olduğunu zənn edirəm. Rusiya Ukraynanı öz təsir zonası sayır, ukraynalıları da öz “milləti” kimi görür. Ötən gün keçirilən mətbuat konfransında amerikalı jurnalist ABŞ Prezidenti Co Baydenə sual verdi ki, “niyə Rusiya rəsmilərinə qarşı tətbiq olunan sanksiyalar Putinə şamil olunmur?”. Bayden sualı cavabsız qoydu, üzünü çevirib getdi. Bayden Rusiyanı, o cümlədən Putini ciddi şəkildə cəzalandırmaq istəmir. Bu da qabaqcadan əldə olunmuş anlaşma ehtimalını gücləndirir.

- Rusiyada etiraz aksiyaları başlayıb. Zelenski ruslara çağırış edərək hökumətə qarşı çıxmağa səsləyib. Kütləvi etirazlar Kreml tərəfindən ciddiyə alınacaqmı?

- Kreml etirazları diqqətə almalıdır. Əgər rus ictimaiyyəti genişmiqyaslı etiraz aksiyaları təşkil edə bilərsə, effektli nəticə alınar. Müharibə iki gündür davam edir. Ola bilər, Rusiya cəmiyyəti ciddi fəsadları hələ öz üzərində hiss etmir. Ancaq bir neçə gündən sonra bütün istehlak mallarının, ərzaq məhsullarının qiymətində kəskin bahalaşma olacaq. İqtisadiyyatda “görünməz əl” deyilən anlayış var. Qiymətlərin qalxması qaçılmazdır, çünki əksər iqtisadi sektorlar dollar və avroya bağlıdır. Rusiya böyük miqyasda idxaldan asılı ölkədir. Bir sıra şəhərlərdə baş vermiş etirazlar polis gücünə dağıdıldı. Sabah on minlərlə etirazçı küçələrə axışarsa, polis qarşısını ala bilməyəcək. Hələlik rus ictimaiyyəti siyasi dairələrin təbliğatından çıxa bilmir. Hətta müəyyən kəsim Ukraynaya hərbi təcavüzünu Putinin “cəsur addımı” kimi dəyərləndirir. Hadisələrə şovinist təfəkkürlə qiymət verirlər. Lakin qarınlar boşalandan, qiymətlər qalxandan sonra rusların etiraz aksiyaları kütləvi hal alacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT - TƏFƏRRÜAT
Bu gün, 06:44
Saleh Məmmədov QURUR... YARADIR! - Amma Azərbaycanda YOX!
Bu gün, 06:40
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək - "TRT-Haber"
Bu gün, 06:28
"Yadda qalan məhz bunlardır..."
Bu gün, 06:26
Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:23
Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! – Ermənilər heyrət içində
Bu gün, 06:20
Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb - "RBK-Ukrayna"
Bu gün, 06:19
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Dünən, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Dünən, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Dünən, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Dünən, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Dünən, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Dünən, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Dünən, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Dünən, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Dünən, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Dünən, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Dünən, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Dünən, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Dünən, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Dünən, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Dünən, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Dünən, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Dünən, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Dünən, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Dünən, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Dünən, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Dünən, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Dünən, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Dünən, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Dünən, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Dünən, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Dünən, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Dünən, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Dünən, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Dünən, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru