Neft bazarında SENSASİON VƏZİYYƏT .....                     Ukrayna İran gəmisinə niyə hücum etdi? .....                     Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     “Bizim aydın şərtimiz var... .....                     "Nədən insanları məntiqsiz, avam sayırsız?!." .....                     "Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." .....                     ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! .....                     Tokayev Putinin üzünə dedi ki... .....                     Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb .....                     Rusiya hücum etsə, döyüşməyəcəklər .....                     "Azəriqaz"da "LİKE" MƏRƏZİ .....                     Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT .....                     Saleh Məmmədov QURUR... YARADIR! .....                     Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək .....                     "Yadda qalan məhz bunlardır..." .....                     Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi .....                     Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! .....                     Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb .....                     "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                 

"Türkiyə NATO-dan yox, Rusiya ilə hərbi müqavilələrdən çıxmalıdır" - Təhlükəsizliyə TƏHDİD
Tarix: 23-02-2022, 08:07 | Çap et
"Türkiyə NATO-dan yox, Rusiya ilə hərbi müqavilələrdən çıxmalıdır"
“Anadolu” xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq fevralın 17-də Brüsseldə keçirilən toplantıda Türkiyənin milli müdafiə naziri Hulusi Akar vasitəsilə Ankaraya NATO-ya üzvlüyünün 70-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Öz növbəsində, Türkiyədə bu tarix şərəfinə ölkə Prezidenti yanında İctimaiyyətlə Əlaqələr İdarəsi “Dəyişikliklərin dinamikası və uzunmüddətli müttəfiqlik: Türkiyə ilə 70 il ərzində daha güclü” adlı panel təşkil edib. İdarə müdiri və Türkiyə Prezidentinin mətbuat katibi Fəxrəddin Altun açılış nitqində qeyd edib ki, son 30 ildə “NATO-nun sayılı günləri qalıb” ifadəsini tez-tez eşitmək mümkün olsa da, alyans dünya siyasətində mövqesini qoruyub saxlayır”.

Ankaranın NATO-nu strateji və dəyərli müttəfiqlik hesab etdiyini və qiymətləndirdiyini deyən Altun, Türkiyənin 70 il ərzində dəfələrlə özünü dostları və müttəfiqləri üçün etibarlı tərəfdaş kimi göstərdiyini bildirib.

Və elə həmin gün Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçəkin “Türkiyənin öz təhlükəsizliyi naminə NATO-dan çıxmaq lazımdır” ifadəsi yuxarıda söylənilənlərlə tamamilə ziddiyyət təşkil etdi. Bu barədə Türkiyənin “Haberler” internet nəşri məlumat yayıb.

Siyasətçi bildirib ki, əgər Türkiyə "NATO zəncirlərini" qırarsa, o zaman sərhədyanı zonlarada keçirilən əməliyyatlarda ABŞ-ın dəstəklədiyi separatçı Kürdüstan Fəhlə Partiyasını (PKK) təmizləmək mümkün olacaq. Perinçək bildirib ki, NATO Türkiyədə son 70 ildə açılmamış bütün cinayətlərə görə məsuliyyət daşıyır, Türkiyə isə ABŞ-ın silahlı təhdidləri ilə üz-üzədir.

Onun sözlərinə görə, Türkiyə NATO-da qalmaqla öz təhlükəsizliyini təmin edə bilməz və NATO özü də müdafiə təşkilatı deyil. O, həmçinin Egeydəki 153 adanın “xarici işğalına” son qoyulması və Türkiyənin suverenliyinin reallaşmasına çağırıb. Perinçəkin sözlərinə görə, belə bir addım NATO-nun parçalanmasını sürətləndirəcək və bütün dünyada sülhün bərqərar olmasına töhfə verəcək.

Maraqlı baxışdır, əlbəttə, amma bu, Türkiyənin bugünkü dünyadakı real maraqlarına nə dərəcədə uyğundur? Yenə də kim nə desə də, NATO bir növ güclü arxadır. Yəqin ki, Türkiyənin Alyansdan çıxması Moskvada müsbət qarşılanacaq, çünki bu, onun indi yaxın mühitində əks tarazlığın azalması demək olardı. DİA.AZ-ın məlumatına görə, türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkənin aparıcı mütəxəssisi Engin Özər məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşüb:

- Yəqin ki, ondan başlamalıyıq ki, əslində ABŞ (NATO-nun əsas qüvvəsi) ilə Türkiyə arasında heç bir problem yoxdur. Vaşinqtonla hazırkı Prezident Ərdoğan arasında bəzi fikir ayrılıqları var. Nə ABŞ Türkiyəni təhdid edir, nə də türk xalqı Amerikanın bölgədəki maraqlarına qarşıdır. Sadəcə, 2000-ci illərin əvvəlində Birləşmiş Ştatlar Ərdoğanı dəstəklədilər, sonra dayandılar. Bu faktor var.

İkincisi, adı çəkilən Doğu Perinçək tanınmış siyasətçi olsa da, özü və partiyası seçkilərdə yarım faiz belə səs qazana bilmir, amma, o, sanki Türkiyəni idarə edirmiş kimi danışır. Üstəlik, vaxtilə, səksəninci illərdə özü də PKK-nın rəhbəri Abdulla Öcalanla görüşüb, onlara dəstək olub. Və o günlərdə Perinçək Türkiyəni “faşist dövlət” adlandırırdı. Bu gün birdən ayılır, PKK-nı separatçı adlandırır.

Üçüncüsü, Perinçək Suriyada həqiqətən baş verənlərə məhəl qoymur. Bilməli idi ki, NATO Suriyada ümumiyyətlə yoxdur. Şərqi Suriya hazırda kürd birləşmələrinin nəzarətindədir. Amma bunun blokla heç bir əlaqəsi yoxdur, bunu ABŞ edir. Bundan əvvəl Birləşmiş Ştatlar Türkiyədən bu ərazini təmizləməyi xahiş ediblər. O zaman Obama administrasiyası Ankara ilə razılığa gələ bilmədi. Bundan sonra Türkiyə Rusiya ilə işləməyə başladı. Ruslardan S-400 aldı. Biz artıq ona 2 milyard dollar ödəsək də, bu sistem hələ tam işə salınmayıb. Bu, Türkiyənin itkisidir. Çünki bu sistem hələ işləmir, amma biz artıq F-35 təyyarəsinin yaradılması proqramından çıxa bilmişik. Amma oraya türk mütəxəssislərinin böyük əməyi və böyük maliyyə vəsaitləri yatırılmışdı.

Amma Türkiyənin heç bir yerdə NATO ilə problemi yoxdur. NATO sayəsində Rusiya bu gün nə Türkiyəni, nə də Balkan yarımadası ölkələrini təhdid edə bilər. Biz NATO sayəsində İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək ola bildik. Bunu Türkiyənin özü təkbaşına edə bilməzdi.

Özünümüdafiəyə gəlincə, Türkiyənin hələlik tam həcmdə belə imkanları yoxdur - ölkəmizi radar sistemlərinin bütün kəşfiyyat məlumatları ilə təmin edən NATO-dur. Bunun sayəsində Türkiyə indi özünü təhlükəsiz hiss edir. Məsələn, Türkiyənin artıq kifayət qədər köhnə Hərbi Hava Qüvvələri - əsasən 30 yaşı olan F-16 təyyarələri var. Əgər siz Perinçək kimilərin NATO-dan çıxmaq çağırışlarına uysanız, Türkiyəni hansı gələcək gözləyir? Misir, İraq kimi sıradan bir Yaxın Şərq ölkəsinə çevrilir. NATO sayəsində Türkiyə bu gün yüksək keyfiyyətli hərbi əməliyyatlar apara bilir, çünki həm texniki dəstək, həm də kəşfiyyat var. Ərdoğan NATO-dan çıxmayacaq. Populyar olmayan siyasətçi Perinçəyin tələb etdiyi heç nə demək deyil.

Biz NATO ilə işləyirik və işləməkdə davam edəcəyik, lakin biz Rusiya ilə düşmən deyilik. Amma hərbi baxımdan onunla bütün əlaqələri kəsməliyik, bütün hərbi müqavilələri ləğv etməliyik. Çünki Türkiyə Rusiya ilə hərbi əməkdaşlığı davam etdirərsə, bu, onu digər NATO üzvləri arasında tam inam yaratmayan bir ölkəyə çevirəcək. Bu cür əməkdaşlıq isə Türkiyənin özünün milli təhlükəsizliyini təhdid edir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT - TƏFƏRRÜAT
Bu gün, 06:44
Saleh Məmmədov QURUR... YARADIR! - Amma Azərbaycanda YOX!
Bu gün, 06:40
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək - "TRT-Haber"
Bu gün, 06:28
"Yadda qalan məhz bunlardır..."
Bu gün, 06:26
Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:23
Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! – Ermənilər heyrət içində
Bu gün, 06:20
Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb - "RBK-Ukrayna"
Bu gün, 06:19
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Dünən, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Dünən, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Dünən, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Dünən, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Dünən, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Dünən, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Dünən, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Dünən, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Dünən, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Dünən, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Dünən, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Dünən, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Dünən, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Dünən, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Dünən, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Dünən, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Dünən, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Dünən, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Dünən, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Dünən, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Dünən, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Dünən, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Dünən, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Dünən, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Dünən, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Dünən, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Dünən, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Dünən, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Dünən, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru