"Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" .....                     Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları .....                     "Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." .....                     “Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR .....                     Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi .....                     "Sən həyatımın ən böyük sevgisisən" .....                     Ana dilinin saflığının qorunması mühüm vəzifədir .....                     Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi .....                     ““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” .....                     Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi .....                     Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... .....                     Şahin Bağırov baş idarəyə rəis təyin etdi .....                     Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... .....                     Dövlət qurumları hibrid maşınlar almağa başlayır .....                     Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem .....                     Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər .....                     "Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." .....                     ABB qəpik-qəpik QARƏT EDİR... .....                     Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar .....                     Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək .....                     Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır .....                     Neft bazarında SENSASİON VƏZİYYƏT .....                     Ukrayna İran gəmisinə niyə hücum etdi? .....                     Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     “Bizim aydın şərtimiz var... .....                     "Nədən insanları məntiqsiz, avam sayırsız?!." .....                     "Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." .....                     ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! .....                     Tokayev Putinin üzünə dedi ki... .....                     Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb .....                     Rusiya hücum etsə, döyüşməyəcəklər .....                     "Azəriqaz"da "LİKE" MƏRƏZİ .....                     Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT .....                     Saleh Məmmədov QURUR... YARADIR! .....                     Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək .....                     "Yadda qalan məhz bunlardır..." .....                     Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi .....                     Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! .....                     Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb .....                 

Sarkisyan nələri açdı, nələri gizlədir: İstefanın pərdəarxası - İNCƏLƏMƏ...
Tarix: 26-01-2022, 09:00 | Çap et
Sarkisyan nələri açdı, nələri gizlədir: İstefanın pərdəarxası
Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. Bu barədə dövlət başçısının saytında məlumat dərc olunub: “Prezident bugünkü ümummilli böhrana səbəb olan siyasi hadisələrə təsir edə bilmədi... Bizdə paradoksal vəziyyət yaranıb ki, Prezident heç bir real alət olmadan dövlətçiliyin təminatçısı olmalıdır”.

Sarkisyan qeyd edib ki, Prezident müharibə və sülhlə bağlı məsələlərə təsir edə bilmir: “Reallıq budur ki, Prezident dövlət və xalq üçün yararsız hesab etdiyi qanunlara veto qoya bilməz”.

O, hesab edir ki, bu vəziyyət onu və ailəsini müxtəlif siyasi qrupların hədəfinə çevirib: “Nəticədə proses mənəviyyatdan kənara çıxır və sağlamlığa təsir etməyə başlayır”.

Sarkisyan yazır: “Mən çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra respublika Prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Ölkənin daxili və xarici siyasətinə təsir imkanlarının məhdud olduğu şəraitdə Prezident institutu dedi-qodu və sui-qəsd nəzəriyyələrinin obyektinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmamalıdır. Əks halda, biz missiyamızın məqsədinə çatmayacaq və özümüzü tarixin kənarında tapacağıq. Artıq səhv etməyə haqqımız yoxdur”.

Çox təmtəraqlı ifadələrdir. Amma burada mahiyyət nədir? Açığı, Sarkisyan Paşinyanın siyasətinə, qəbul etdiyi qərarlara təsir edə bilməməsindən narazı olduğuna eyham vurur. Bəs onun qərarını məhz bu amil diktə etdi? Bəlkə o, sonradan məhz onun prezidentliyi dövründə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlər qurmağa başlaması barədə nələrinsə deyilməsini istəmir? Yoxsa burada başqa bir amil var? Sarkisyanın gələcəkdə Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürmək istədiyini və buna hazırlaşmaq üçün indi Prezident postunu tərk etmək qərarına gəldiyini güman etmək olarmı? DİA.AZ xəbər verir ki, AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Ermənistanlı politoloq, Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin direktoru Benyamin Poqosyan:

“Düşünmürəm ki, Armen Sarkisyanın Ermənistanda hər hansı yeni siyasi ambisiyası var. Ona görə də o, hər hansı bir vəzifə tutsa, çox təəccüblənəcəyəm - Baş nazir və ya başqa.

Başa düşdüyüm qədər, bizdə hələ də konstitusiya dəyişiklikləri olacaq. Onlar deyirlər ki, hansısa formada yarımprezidentlik sisteminə keçid də mümkündür. Yəni 2018-ci ildən əvvəl olan sistemə. Və sonra, təbii ki, Paşinyan birbaşa Prezident seçkilərində iştirak edəcək. Amma belə olsa da, mən sadəcə olaraq Armen Sarkisyanın yarıprezident idarəetmə forması ilə Baş nazir olacağını istisna edirəm. Sistem dəyişməsə, o zaman növbəti parlament seçkiləri 2026-cı ildə olacaq və yenə də mən demək olar ki, o vaxta qədər Sarkisyanın yeni partiya yaradacağını və ölkənin daxili siyasi fəaliyyətində iştirak edəcəyini güman etmirəm.

“Sarkisyan adının Türkiyə və Azərbaycanla münasibətlərdə müəyyən irəliləyişlərin başlanması ilə əlaqələndirmək istəmir” versiyasına gəlincə, düzünü desəm, bu, mənə düzgün görünmür. Çünki, məsələn, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiya yaradılsa belə, hamımız başa düşürük ki, bu proses illərlə, hətta on illərlə davam edə bilər. Və əgər Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı qərar qəbul edilirsə, o zaman mən heç vaxt Armen Sarkisyanın buna qarşı çıxdığını eşitməmişəm.

Amma razıyam ki, onun vida nitqində qeyd etdiyi səbəblər 2018-ci ilin aprelindən - Prezident olduqdan sonra aktualdır. Və onun məntiqindən çıxış edərək, demək olar ki, heç bir səlahiyyətə malik olmamasından, Ermənistanın daxili və xarici siyasətinə təsir göstərə bilmədiyindən narazı idisə, o zaman 2018-ci ilin mayında dərhal olmasa da, ən azı 2019-cu ilin yanvarında – yəni 2018-ci ilin dekabrında keçirilən növbədənkənar parlament seçkilərindən sonra sakit şəkildə istefa verə bilərdi.

Deməli, düzünü desəm, Armen Sarkisyanın niyə istefa verdiyini mühakimə etmək indi mənim üçün çətindir. Yenə də bunun hansısa Ermənistan-Azərbaycan və ya Ermənistan-Türkiyə prosesləri ilə bağlı olduğunu düşünmürəm. Və düşünmürəm ki, o, məhdud səlahiyyətlərə malik bir fiqur kimi tutduğu mövqedən bezdiyi üçün gedir”.

Gürcüstanlı politoloq, Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:

“Təbii ki, Ermənistan Prezidentinin istefası gözlənilən idi. İlk vaxtlar inqilabdan sonra çox ciddi diplomat olan və bir çox dünya liderləri ilə şəxsi dostluq əlaqələri olan Sarkisyan xarici siyasət məsələlərində özünü söz sahibi kimi görünmək istəyirdi. Mənim fikrimcə, bu, Ermənistan üçün faydalı olardı, çünki Ermənistanın nümayəndəsi kimi Sarkisyanın çəkisi kifayət qədər böyükdür.

Mən qətiyyən razı deyiləm ki, istefa hansısa şəkildə Bakı və Ankara ilə nizamlanma prosesi ilə bağlıdır. Düşünürəm ki, Sarkisyan bir dövlət xadimi kimi münaqişənin tezliklə həllini istərdi ki, bu da Ermənistana daha da inkişaf etmək və öz müstəqilliyi uğrunda mübarizə aparmaq imkanı verəcək. O cümlədən indi Ermənistan, Azərbaycan və Türkiyənin nəyisə müzakirə etməyə çalışdığı bütün formatlara nəzarət edən Kremldən müstəqillikdən söhbət gedir.

Düşünürəm ki, Prezident öz bəyanatında getməyin səbəblərini açıq şəkildə göstərib: ölkə, bir neçə ildir tutduğu mövqedə olanda, Prezident olsa və Ermənistanın adından danışsa belə, proseslərə təsir etmək imkanı olmayanda, çox ağır yükdür.

Səhhəti imkan verərsə, Sarkisyanın bu və ya digər vəzifədə aktiv fəaliyyətini davam etdirmək üçün hər şansı var. İndi siyasi postlarla bağlı planlardan danışmaq tezdir. Sarkisyanın müəyyən şansları var və təbii ki, o, daha geniş səlahiyyətlərlə (dəyişikliklər hazırda fəal müzakirə olunur) prezidentlik və digər postlar uğrunda yarışa bilərdi. Baxaq, Sarkisyan nə qərar verəcək və Ermənistan xalqı bu qərarı necə qiymətləndirəcək”.

Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasits:

“Mənə elə gəlir ki, Armen Sarkisyanın sözlərində hansısa ikili məna axtarmaq lazım deyil. O, istefasının səbəblərini açıq şəkildə bildirir. 2015-ci il konstitusiya islahatından sonra Ermənistanda Prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb və o, mərasim fiquruna çevrilib. Sarkisyana bu postu tutmaq təklifi gələndə Prezidentin xarici siyasətə və diasporla münasibətlərə, iqtisadi və investisiya fəaliyyətinə təsir etmək üçün qeyri-rəsmi alətlərə malik olacağı vəd edilib.

Ancaq görünür, 2018-ci ilin mayında gələn respublikanın yeni rəhbərliyi ilə bu məsələlərdə razılığa gəlmək mümkün olmayıb. Ən mühüm siyasi qərarlar verilərkən Prezidentin fikri nəzərə alınmadı. Xüsusilə, o, 2020-ci ilin noyabrında Dağlıq Qarabağda atəşkəs haqqında Üçtərəfli Bəyanatın hazırlanması və imzalanması barədə heç nə bilmirdi.

İndi prezidentlikdən getdikdən sonra Sarkisyanın gələcəyini proqnozlaşdırmaq çətindir. Bir tərəfdən onun böyük siyasi təcrübəsi və geniş beynəlxalq əlaqələri var. Lakin onun ölkə daxilində kifayət qədər seçici dəstəyi və ya güclü siyasi partiya şəklində dəstəyi yoxdur”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" - Sarukyan
Bu gün, 11:56
Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları prokurorluğa geri göndərdi
Bu gün, 11:50
"Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." - FAKT BUDUR!
Bu gün, 11:46
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:40
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Sən həyatımın ən böyük sevgisisən" - FOTO
Bu gün, 11:36
Ana dilinin saflığının qorunması mühüm vəzifədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:32
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi - MƏQALƏ
Bu gün, 11:30
““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:14
Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... - Sakinlər BOĞAZA YIĞILIB...
Bu gün, 11:03
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
Bu gün, 10:55
Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... - İTTİHAM VAR...
Bu gün, 10:42
Dövlət qurumları hibrid maşınlar almağa başlayır – TENDER
Bu gün, 10:35
Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem - AKTUAL
Bu gün, 10:31
Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər - İLGİNC
Bu gün, 10:12
"Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." - NARAZILIQ VAR...
Bu gün, 10:06
ABB qəpik-qəpik QARƏT EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:55
Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar - DETALLAR
Bu gün, 09:49
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50
Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT - TƏFƏRRÜAT
Bu gün, 06:44
Saleh Məmmədov QURUR... YARADIR! - Amma Azərbaycanda YOX!
Bu gün, 06:40
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək - "TRT-Haber"
Bu gün, 06:28
"Yadda qalan məhz bunlardır..."
Bu gün, 06:26
Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:23
Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! – Ermənilər heyrət içində
Bu gün, 06:20
Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb - "RBK-Ukrayna"
Bu gün, 06:19
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Dünən, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Dünən, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Dünən, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Dünən, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Dünən, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Dünən, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Dünən, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Dünən, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Dünən, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Dünən, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru