Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları .....                     "Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." .....                     “Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR .....                     Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi .....                     "Sən həyatımın ən böyük sevgisisən" .....                     Ana dilinin saflığının qorunması mühüm vəzifədir .....                     Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi .....                     ““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” .....                     Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi .....                     Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... .....                     Şahin Bağırov baş idarəyə rəis təyin etdi .....                     Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... .....                     Dövlət qurumları hibrid maşınlar almağa başlayır .....                     Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem .....                     Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər .....                     "Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." .....                     ABB qəpik-qəpik QARƏT EDİR... .....                     Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar .....                     Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək .....                     Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır .....                     Neft bazarında SENSASİON VƏZİYYƏT .....                     Ukrayna İran gəmisinə niyə hücum etdi? .....                     Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     “Bizim aydın şərtimiz var... .....                     "Nədən insanları məntiqsiz, avam sayırsız?!." .....                     "Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." .....                     ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! .....                     Tokayev Putinin üzünə dedi ki... .....                     Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb .....                     Rusiya hücum etsə, döyüşməyəcəklər .....                     "Azəriqaz"da "LİKE" MƏRƏZİ .....                     Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT .....                     Saleh Məmmədov QURUR... YARADIR! .....                     Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək .....                     "Yadda qalan məhz bunlardır..." .....                     Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi .....                     Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! .....                     Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb .....                     "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                 

Gərginlik pik həddə: Üçüncü Dünya müharibəsi qaçılmaz görünür - NƏ BAŞ VERİR?
Tarix: 21-01-2022, 08:29 | Çap et
Gərginlik pik həddə: Üçüncü Dünya müharibəsi qaçılmaz görünür
Ukrayna ətrafında yaranan gərginlik bu günlərdə pik həddə çatıb. Vəziyyətin müharibə həddinə yaxınlaşmasında Rusiya və Qərb-NATO bir-birilərini ittiham edir. Rusiya ilə Qərb arasında aparılan diplomatik danışıqlar müsbət nəticə vermədikcə gərginlik daha da şiddətlənir ki, bu, tərəflərin verdiyi rəsmi bəyanatlarda öz əksini tapır.

Bu günlərdə Rusiyanın Ukrayna ilə sərhədlərə yerləşdirdiyi qoşunların və hərbi texnikanın say tərkibini artırması ilə bağlı "Telegram" kanallarında görüntülər yayılıb. Eyni zamanda, Qərb ölkələrindən Ukraynaya hərbi silah-sursat yardımı göndərildiyi barədə məlumatlar var.

Kreml Ukrayna ətrafında vəziyyətin çox gərgin olduğunu açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya silah tədarükü, NATO-nun hərbi manevrləri bu ölkə ətrafında gərginliyə gətirib çıxarır.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə “Valday” beynəlxalq müzakirə klubunda çıxışında deyib ki, Vaşinqton, Brüssel və NATO-nun digər paytaxtları ilk növbədə Ukraynada və onun ətrafında baş verənlərlə bağlı əsassız iddialar irəli sürməkdə davam edir: "Rusiya ilk növbədə ABŞ-la təhlükəsizlik zəmanətləri barədə razılığa gəlməyə üstünlük verir. Bu prosesə daha çox ölkələrin cəlb edilməsi qeyri-məhsuldar olacaq. Mən gizlətməyəcəyəm ki, biz qarşılıqlı anlaşma tapmağa və ilk növbədə amerikalılarla razılığa gəlməyə üstünlük verərdik. Bu prosesə daha çox ölkə cəlb etmək bizim üçün əks effektli görünür".

Rusiyalı diplomat ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-nun cavabını sonsuza qədər gözləməyə hazır olmadığını da qeyd edib: “Top ABŞ tərəfindədir. Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la dialoqun davam edəcəyinə ümid edir”.

Beynəlxalq və yerli ekspertlər isə hesab edirlər ki, diplomatik danışıqlar nəticə verməsə, o zaman hərbi güc işə düşəcək ki, bu, hətta Üçüncü Dünya müharibəsi ilə nəticələnə bilər.

DİA.AZ xəbər verir ki, Ukrayna ətrafındakı gərginlik, proseslərin bundan sonrakı inkişaf mərhələləri ilə bağlı AYNA-nın suallarını Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı cavablandırıb. Analitik qeyd edib ki, proseslə bağlı dəqiq proqnoz vermək çətindir:

- Amma böyük risklər mövcuddur və bir çox ssenari prosesləri dünya müharibəsinə apara bilər. Yaxud da Üçüncü Dünya müharibəsi baş verməsə, baş verənlər böyük regional konfliktin yaranmasına gətirib çıxara bilər. Məsələ ondadır ki, Rusiya artıq sıxılmış vəziyyətdədir. Bu ölkənin bütün sərhədləri boyunca NATO öz hərbi qüvvəsini, hərbi bazalarını yerləşdirib. O cümlədən, NATO üzvləri artıq Rusiya sərhədlərindədir və Rusiyanın bufer zonası qalmayıb. Əgər Ukrayna və Gürcüstan da NATO-ya üzv edilsə, deməli, həm Cənubi Qafqazda, həm də digər postsovet məkanında NATO yerləşmiş olacaq. Bu, Rusiya üçün böyük təhdiddir. Ən azı, Rusiya bunu özü üçün təhdid, təhlükəsizliyinin tamamilə sıradan çıxması kimi qiymətləndirir. Bu baxımdan, Rusiyanın itirəcəkləri böyükdür.

- Yəni Qərb qazanclı görünür...

- Qərb məsələyə Rusiya kimi taktiki yox, strateji yanaşır. Məsələn, Qərb bir çox hallarda tənqid edilir ki, "niyə Gürcüstana yardım etmədi", "niyə Ukraynaya zamanında yardım etmədi". Amma vəziyyəti bir qədər soyuqqanlı şəkildə, Qərbin strateji maraqları baxımından dəyərləndirmək lazımdır. Bəli, Gürcüstan 2008-ci ildə ərazisinin bir hissəsini itirdi - söhbət Abxaziya və Cənubi Osetiyadan gedir - amma ümumilikdə götürsək, Gürcüstan Qərbə doğru inteqrasiyaya başladı. Və bu gün Rusiya Gürcüstanı itirib. Rusiya kiçik bir ərazini götürməklə, Gürcüstanı itirmiş oldu, yaxud da əksinə, Qərb Gürcüstanı öz müttəfiqinə çevirdi. O cümlədən də Ukrayna. Məsələn, Donbass bölgəsi Qərb üçün strateji olaraq o qədər də önməmli deyil. Çünki həmin bölgə Ukraynanın cəmi üç faizi deməkdir. Amma kobud desək, Ukraynanın 97 faizi artıq Qərblə inteqrasiyadadır, Qərbin müttəfiqidir. Yəni ki, Qərb yavaş-yavaş Rusiyanı zəiflətmək, Rusiyanı çökdürmək və Rusiyanın sərhədlərinə doğru yaxınlaşmaqdadır. Bu, Qərbin strategiyasıdır.

- Qərbin yardım etməməkdə günahlandırılması doğru deyilmi?

- Təbii ki, tənqid etmək olar. Daha çox o yöndə ki, Qərbin Rusiyaya təzyiq imkanı və potensialı daha çoxdur. 10 il əvvəl Qərb Ukraynaya lazım olan dəstəyi versəydi, hazırda belə acınacaqlı vəziyyət olmazdı. Acınacaqlı olan odur ki, Ukrayna ilə Rusiyanın hərbi potensialını müqayisə edəndə görünür ki, Rusiyanın potensialı Ukraynadan 10 dəfələrlə çoxdur. Aydın məsələdir ki, müharibə başlasa Ukrayna uduzacaq, işğal olunacaq. Müharibə başlayarsa, Ukraynanın işi ondan ibarət olmalıdır ki, Rusiyaya maksimum dərəcədə ziyan vursun və bacardığı qədər müharibəni uzatsın. Hesab edirəm ki, Əfqanıstan ssenarisi burada da ola bilər. O vaxt Rusiya Əfqanıstanı işğal etdi, amma sonradan biabırçı şəkildə oradan çıxmalı oldu. Əgər belə bir ssenari baş versə, bununla Rusiya dünyadan təcrid olunacaq. Bir çox ölkələr, müasir dünya Moskva ilə bütün əlaqələri kəsəcək. İkincisi, Qərb kənarda qalmayacaq. Aydın məsələdir ki, Rusiya bir-iki günə Ukraynanı işğal edə bilməz. Böyük ehtimal ki, müharibə uzananda, Ukraynaya hərbi yardımlar ediləcək. Əsas məqamlardan biri də odur ki, həmin ərəfədə Rusiya daxilində ciddi proseslər başlaya bilər.

- Putin hakimiyyətinə qarşı inqilab, Rusiyanın parçalanmasını nəzərdə tutursunuz...

- Təbii, bu ehtimallar var. Putinin hakimiyyətinə qarşı daxildə etiraz dalğası başlaya bilər. Ola bilsin ki, böyük güclər bu ssenarinin də üzərində düşünürlər. Sözümü ona gətirirəm ki, istər müharibə olsun, istərsə də olmasın, mən bu prosesdən Rusiyanın uduşlu çıxmasını görmürəm. Bütün hallarda Rusiya Ukraynanı tamamilə itirəcək. Tutaq ki, Moskva Abxaziya və Cənubi Osetiyanı tanıdığı kimi, Ukraynadakı separatçıları da tanısın. Amma bununla da bölgədə heç nə dəyişməyəcək. Xəritədə dünyanın tanımadığı, sadəcə Rusiyanın tanıdığı iki "ölkə" yaranacaq ki, bu, Rusiyaya nə verəcək? Əlbəttə, heç nə! Amma böyük bir Ukrayna gələcəkdə NATO üzvü olacaq, NATO-nun bazaları orada yerləşəcək. Bu da o deməkdir ki, NATO Rusiyanın girişindədir. Bu baxımdan, Rusiyanın uduşlu çıxacağı mümkünsüzdür. Digər tərəfdən, Qərb bu prosesdə geri çəkilə bilməz. Geri çəkilsə, postsovet məkanını itirəcək. Eyni zamanda, dünyanın başqa-başqa yerlərində - Venesuelada, Suriyada və digər münaqişəli bölgələrdə Rusiya özünü aqressiv aparmağa başlayacaq. Bu, Qərbin dünyadakı gücünə, legitimliyinə böyük zərbədir.

- Rusiya sıxılmış vəziyyətdə olsa da, danışıqlarda razılaşmır, geri çəkilmək niyyətində görünmür...

- Rusiyanın NATO qarşısında qoyduğu şərtlərdən biri Alyansın 1997-ci il sərhədlərinə qayıtmasıdır. Amma bu, maksimal şərtdir, təbii ki, baş verməyəcək. Bunu NATO edəsi deyil. Rusiya maksimum şərtlər qoyub ki, heç olmasa, minumumu əldə edə bilsin. Minumum da odur ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü baş tutmasın. Moskva Qərbin postsovet məkanını Rusiyanın təsir dairəsi kimi qəbul etməsini istəyir. Rusiya özü üçün bufer zona yaratmaq niyyəti güdür. Amma mən inanmıram ki, Qərb buna da razı olsun.

Rusiyanın güvəndiyi yeganə amil odur ki, hərbi potensialı Ukraynanın hərbi gücündən on dəfələrlə çoxdur. Moskvanın başqa güvənəcəyi məqam mövcud deyil. Çox yaxın zamanda Ukraynaya hərbi dəstək verilərsə, hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr tədarük olunsa, hesab edirəm ki, müharibə Rusiya üçün asan olmayacaq. Təbii ki, yardım məsələsində ABŞ və Qərbin tutacağı mövqe, operativlik önəmli rol oynayır.

- Ukrayna ətrafında baş verən proseslərin, gözlənilən müharibənin Cənubi Qafqaz regionuna mümkün təsirləri nə dərəcədədir?

- Əlbəttə, bunun hamımıza təsiri var - Gürcüstana da, Ermənistana da, Azərbaycana da. Hətta proseslərin Orta Asiya regionuna da təsirləri mövcuddur. Ümumilikdə götürsək, baş verənlərin postsovet məkanına təsirləri çoxdur. Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın gələcək perspektivi - regional, geopolitik və daxili siyasi-iqtisadi model olaraq perspektivi Ukrayna ətrafında gedən proseslərdən asılıdır. Əgər bu qarşıdurmada Rusiya məğlub olsa, Ukrayna və Gürcüstan NATO üzvünə çevrilsə, demək ki, Qərb postsovet məkanında - ilk növbədə də Cənubi Qafqazda aktiv siyasət aparmağa başlayacaq. Bu zaman isə Rusiya elitası ilə bağlantısı olan hakimiyyətlərin balanslı siyasət həyata keçirməsi olduqca çətin olacaq. Və hakimiyyətlər ölkə daxilində siyasi və iqtisadi açılımlara getməli olacaq. Çünki beynəlxalq və regional konyuktura bunu tələb edəcək. Yəni ki, Cənubi Qafqazın müqəddəratı Ukrayna ətrafındakı proseslərdən xeyli dərəcədə asılıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları prokurorluğa geri göndərdi
Bu gün, 11:50
"Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." - FAKT BUDUR!
Bu gün, 11:46
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:40
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Sən həyatımın ən böyük sevgisisən" - FOTO
Bu gün, 11:36
Ana dilinin saflığının qorunması mühüm vəzifədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:32
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi - MƏQALƏ
Bu gün, 11:30
““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:14
Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... - Sakinlər BOĞAZA YIĞILIB...
Bu gün, 11:03
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
Bu gün, 10:55
Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... - İTTİHAM VAR...
Bu gün, 10:42
Dövlət qurumları hibrid maşınlar almağa başlayır – TENDER
Bu gün, 10:35
Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem - AKTUAL
Bu gün, 10:31
Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər - İLGİNC
Bu gün, 10:12
"Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." - NARAZILIQ VAR...
Bu gün, 10:06
ABB qəpik-qəpik QARƏT EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:55
Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar - DETALLAR
Bu gün, 09:49
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50
Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT - TƏFƏRRÜAT
Bu gün, 06:44
Saleh Məmmədov QURUR... YARADIR! - Amma Azərbaycanda YOX!
Bu gün, 06:40
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək - "TRT-Haber"
Bu gün, 06:28
"Yadda qalan məhz bunlardır..."
Bu gün, 06:26
Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:23
Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! – Ermənilər heyrət içində
Bu gün, 06:20
Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb - "RBK-Ukrayna"
Bu gün, 06:19
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Dünən, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Dünən, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Dünən, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Dünən, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Dünən, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Dünən, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Dünən, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Dünən, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Dünən, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Dünən, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Dünən, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru