Gürcüstanda azərbaycanlı gənc başından güllələnib .....                     Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı .....                     Tokayev haqlımı .....                     Sabiq prokuror vəfat etdi .....                     Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür .....                     Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? .....                     Azərbaycanda pensiya yaşı 70 olur? .....                     Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” .....                     “Xəyanət” DAVAM EDƏCƏK: .....                     Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik .....                     ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb .....                     Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB .....                     Nazirlik məktəblərdə süni intellektin tətbiqinə .....                     Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA .....                     Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti .....                     Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... .....                     "Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" .....                     Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları .....                     "Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." .....                     “Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR .....                     Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi .....                     "Sən həyatımın ən böyük sevgisisən" .....                     Ana dilinin saflığının qorunması mühüm vəzifədir .....                     Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi .....                     ““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” .....                     Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi .....                     Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... .....                     Şahin Bağırov baş idarəyə rəis təyin etdi .....                     Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... .....                     Dövlət qurumları hibrid maşınlar almağa başlayır .....                     Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem .....                     Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər .....                     "Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." .....                     ABB qəpik-qəpik QARƏT EDİR... .....                     Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar .....                     Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək .....                     Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır .....                     Neft bazarında SENSASİON VƏZİYYƏT .....                     Ukrayna İran gəmisinə niyə hücum etdi? .....                     Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir .....                 

Putin Tokayevin adını təsadüfənmi səhv deyib?
Tarix: 14-01-2022, 08:17 | Çap et
Putin Tokayevin adını təsadüfənmi səhv deyib?
DİA.AZ: - DİA.AZ-ın məlumatına görə, CurrentTime yazır ki, yanvarın 10-da KTMT-nin onlayn iclasında Vladimir Putin Qazaxıstan prezidentinə səhvən Kasım-Jomart yox, Kemel Jomartoviç deyə müraciət edib. Səhv təsadüfi olmaya da bilərdi: Kemel - Tokayevin atasının adıdır.

O Qazaxıstanın sovet çekistləri barədə kitabın müəllifidir.

2019-cu ildə Tokayev Qazaxıstan prezidentinin əvəzi vəzifəsinə gələndə, elə bu adı onun oğlu Timur özünə soyad edib.

AzadlıqRadiosunun Rus xidməti və CurrentTime onun Rusiyadakı biznes aktivlərini aşkar ediblər.

O 2016-cı ildə Mayak MMC-nin direktorlar şurasına daxil idi. Bu şirkətin Moskva ətrafındakı Ximki şəhərində eyniadlı yaşayış kompleksi var.

Bu kompleksin tikintisi böyük qalmaqala səbəb olmuşdu, çünki sakinlərin şəhərdəki yeganə ictimai stadiona yolunu kəsmişdi.

Versiyalardan birinə görə 2022-ci ilin əvvəllərində Qazaxıstandakı iğtişaşlar Tokayevin adamları ilə onun sələfi - Nursultan Nazarbayevin adamları arasında klanlararası mübarizəyə görə başlanıb.

AzadlıqRadiosu hələ 5 il bundan əvvəl aşkar etmişdi ki, Kasım-Jomart Tokayevin rusiyalı arvadından olan oğlu Nazarbayevlərə və onların “pul kisəsi” sayılan iş adamı Kenes Rakişevə bağlı biznes strukturlarından birinə sıx inteqrasiya olunub.

Bəzi təsdiq olunmamış məlumatlara görə etirazlar başlanan kimi Rakişev Qazaxıstanı tərk edib.

Kasım-Jomart Tokayev barədə Vikipediya səhifəsində deyilir ki, o Nadejda Davıdovna Tokayeva ilə evli olub.

Amma Qazaxıstan prezidentinin rəsmi saytına görə Tokayev boşanıb və Timur adlı oğlu var.

Buna da fikir vermişdilər ki, Tokayev 2019-cu ildə prezident vəzifəsinə gələndə barmağında nişan üzüyü var idi. Sonrakı fotolarda artıq üzük görünmürdü.

Jurnalistlər Tokayevin arvadı Nadejda Davıdovna barədə də çox məlumat ala bilməyiblər.

2020-ci ildə acca.media aşkar etmişdi ki, Nadejda Tokayeva 2011-ci ildə BMT Qadın gildiyasının fəxri prezidenti olub. Tokayevin özü isə həmin vaxtlar BMT baş katibinin müavinlərindən biri idi, həm də BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru idi.

Qazaxıstan mediası yazırdı ki, Nadejda Tokayeva rusiyalıdır. Bu da məlum olub ki, Rusiyanın kommersiya reyestrində bu ad və bu soyadla qeydiyyatdan keçən olub.

Həmin Nadejda Tokayeva 2005-ci ildə daşınmaz əmlakın kirayəyə verilməsi ilə məşğul olan sahibkar kimi qeydiyyatdan keçib. Həmin Nadejda Tokayevanın bir sıra pasport göstəriciləri də bu Nadejda Tokayevanın göstəriciləri ilə eyniyyət təşkil edir.

Dəqiq məlum olan budur ki, Tokayevanın Rusiya pasportu hələ də etibarlıdır.

Qazaxıstan medialarının versiyasına görə Nadejda Tokayevanın ərindən boşanmasına səbəb onun Rusiya vətəndaşı olması və Kasım-Jomartın prezidentliyə gətirilməsi ola bilərdi.

Anasından fərqli olaraq Timurun Rusiya pasportu yoxdur.

Aleksey Navalnının 2021-ci ildə Rusiya Ədliyyə Nazirliyinin “xarici agent” siyahısına saldığı korrupsiya ilə mübarizə fondunun videoçarxlarından birində deyilirdi ki, Rosreyestr – yəni Rusiyanın daşınmaz əmlak reyestri yüksək vəzifəli məmurların adlarını gizlətmək üçün “Rusiya Federasiyası” ifadəsindən istifadə edir.

Fondun araşdırmasında bu da deyilirdi ki, Kasım-Jomart Tokayevin arvadının və oğlu Timurun adı reyestrin köhnə variantında Moskvanın mərkəzindəki iki mənzilin sahibləri kimi göstərilsə də, sonradan adlar “Rusiya Federasiyası” ifadəsi ilə əvəz olunub.

AzadlıqRadiosu aşkar edib ki, Nadejda Tokayevaya məxsus daha bir daşınmaz əmlakın sahibi kimi “Rusiya Federasiyası” yazılıb. Bu Abramtsevo qəsəbəsindəki daçadır. Buralara “General daçaları” deyilir və burda mülklərin generallara paylanmasına hələ Stalinin vaxtlarından başlanıb.

AzadlıqRadiosunun açıq mənbələrdə apardığı araşdırmadan məlum olub ki, Mayak MMC-nin direktorlar şurasının üzvlərindən biri də Timur Tokayev olub.

Həmin sənəddə Timur Tokayev barədə əvvəllər dərc olunmamış başqa məlumatlar da var:

“Təhsili – ali. Siyasət elmləri namizədi. Leman Kolleci – Cenevrə, İsveçrə. Rusiya Federasiyası Diplomatiya Akademiyası”.

İnternetdə Timur Tokayevin 2009-cu ildə müdafiə etdiyi dissertasiyanı da tapmaq olar: “Qazaxıstan Respublikasının Qərblə münasibətlərdə strategiyası. Milli maraqlar, prioritetlər, istiqamətlər”.

215 səhifəlik bu elmi işdə Nazarbayevin adı 112 dəfə çəkilib. Putinin adına bircə dəfə rast gəlinir. Obamanın adı 6, Buşun adı 14 dəfə çəkilib. Oğul Tokayev yazır ki, “Rusiya Qazaxıstanın yeganə müttəfiqidir”.

Biznes reyestrlərinin məlumatına görə Timur Tokayev Qazaxıstanda bir neçə hüquqi şəxslə bağlıdır.

O habelə babası – Kemel Tokayevin adını daşıyan xeyriyyə fondunun başçısıdır. Fondun saytında onun idarə heyətininü üzvü olduğu qeyd olunur.

Xeyriyyə fondundan başqa Timur Tokayevin adı habelə iki kiçik şirkətin sahibi kimi keçir. Geoloji kəşfiyyat və texniki ekspertiza ilə məşğul olan bu qurumların mənbələrdə əslində heç bir fəaliyyətinin və gəlirinin olmadığı göstərilir.

Eyni məlumat bazasına görə Timur Tokayev fəaliyyətini dayandırmış Salış şirkətinin həmsahibi olub.

Bu şirkətin adı əvvəllər “Abi Petroleum Capital” idi. Qazaxıstan mənbələrindəki məlumata görə Timur Tokayev onun həmtəsisçilərinin sırasına 2002-ci ildə, yəni 18 yaşındaykən qoşulub və dərhal şirkətə Atırau vilayətindəki Qryadovoye yataqlarının işlənməsi üçün lisenziya verilib.

Timur Tokayev bu şirkətdən payını atası baş nazir postundan xarici işlər naziri postuna keçəndə alıb.

“Abi Petroleum Capital” şirkətinin ikinci şəriki Qazaxıstan diplomatı Temirtay İzbastinin oğlu Muxamed İzbastin olub.

Temirtay İzbastin Kasım-Jomart Tokayevin yeznəsdir.

Bu da xəbər verilir ki, qohum şəriklərin biznesi pis tutmayıb. Onlar 2012-ci ildə 50 milyon dollar təmiz gəlir əldə ediblər.

Bundan sonra gəlir azalıb, 2014-cü ildən isə şirkət ziyanla işləməyə başlayıb. 2020-ci ildə şirkət artıq Saliş adı ilə ləğv olunub.

Açıq mənbələrə görə Timur Tokayev son illərdə ziyanla işləyən KM GOLD şirkətinin minoritar səhmdarı olub. Beləliklə son illərdə biznes prezident oğluna əhəmiyyətli gəlir gətirməyib.

2018-ci ildə Scanner Project saytı “Cenevrəyə səyahət” adlı araşdırma dərc etmişdi.

Bu araşdırmada deyilirdi ki, Timur Tokayevin adı Chemin Gilbert-Trolliet küçəsindəki 3 nömrəli evin sakinləri arasındadır.

Onun qonşularından birinin Semyon Vinokurov olduğu qeyd olunurdu. Vinokurov Rusiya xarici işlər naziri Sergey Lavrovun bacanağıdır.

kz.expert saytının təxminlərinə görə Tokayevin Cenevrə mənzilinin qiyməti 2 milyon dollara yaxındır.

Həmin saytın məlumatına görə Timur Tokayev Moskvada yaşayır və bizneslə məşğul olur.

Bu da qeyd olunur ki, onun biznesində Qazaxıstanın böyük iş adamları iştirak edirlər.

2005-ci ildə Qazaxıstandakı Qryadovoye yatağında geoloji kəşfiyyat işlərini Tokayevin Abi Petroleum Capital şirkəti üçün Kazaxstankaspişelf şirkəti aparırdı. Bu şirkətin yarısı öz növbəsində Qazaxıstanın ən zəngin biznesmeni Kenes Rakişevin "Sat&Company" şirkətinə aid idi.

Əslində Moskvadakı Mayak MMC də Rakişevlə əlaqəli idi.

Mayak MMC-nin səhmlərinin 57.4 faizi Niderlandın Dostyk Investments B.V. şirkətinə məxsus idi.

Bu şirkətə Nazarbayevin böyük qızının əri Timur Kulibaliyev nəzarət edirdi.

Kenes Rakişevin özü də Qazaxıstan elitasına yaxşıca inteqrasiya olunub.

O təkcə faydalı qazıntıların çıxarılması, texnologiya və bank sektorlarında böyük biznesmen olması ilə yox, həm də İmanqali Tasmaqambetovun qızına evli olması ilə məşhurlaşıb.

Tasmaqambetov Nazarbayev administrasiyasının rəhbəri, Almatı və Astana şəhərlərinin başçısı, 2016-2019-cu illərdə isə Qazaxıstanın Rusiydakı səfiri olub.

Onu bu vəzifədən artıq yeni prezident Kasım-Jomart Tokayev azad edib.

Digər tərəfdən Rakişevin Rusiya ilə sıx biznes əlaqələri var. Rusiya mediasında və bloqlarda onu “Nazarbayevin sədaqətli pul kisəsi” adlandırırlar.

Kenes Rakişev habelə Axmat Kadırov ordeni ilə təltif olunub.

Ramzan Kadırov onu “əsl dost və qardaş” adlandırırdı, hərçənd bu dostluq və qardaşlıq uzun sürməyib.

Son illərdə Rakişev səylərini yüksək texnologiyalar sektoruna yönəldib. O smartfonlar və kompüterlər istehsalı üzrə layihələrdə iştirak edir, elekltrik avtomobillərinin istehsalına, Qazaxıstanda isə akkumulyator batareyaları üçün lazım olan metalların emalına investisiyalar yatırıb.

Kasım-Jomart Tokayevin oğlunun Kenes Rakişevin bizneslərindən biri olan Mayak MMC-nin direktorlar şurasına daxil olduğu vaxtdan artıq beş il keçir.

Timur Tokayevin indi nə işlə məşğul olduğu bilinmir. Bilinən budur ki, o 2019-cu ilin aprelindən, yəni atası prezidentin səlahiyyətlərinin icrasına başladığı vaxtdan soyadını dəyişərək Timur Kemel olub.

Rusiyanın biznes informasiya banklarında bu ad və bu soyadda artıq heç kim yoxdur. Ola bilsin ki, o Rusiya biznesində hələ də köhnə soyadından istifadə edir.

Amma “Nazarbayevin sədaqətli pul kisəsi” – Rakişevin nə işlə məşğulı olduğu məlumdur.

O bu ilin 10 yanvarında özünün Kazaxıstandakı bankı – BTA ilə Vladimir Qolubevin “Adamant” şirkəti arasında razılaşma imzalayıb.

Bu razılaşmaya əsasən Rakişev özünün Nord Star şirkətindəki bütün payını Qolubevə satıb.

Bu şirkət 2020-ci ildə Rusiyanın Arktika zonasında ilk mənzillənən qurum olub.

Nazarbayevə çox yaxın biznesmenin bu layihədən soyumasının səbəbi bilinmir. Amma əvəzində Qolubevin bu layihədə iştirakı məntiqli görünür.

Onu da “pul kisəsi” adlandırıblar. Amma bu “pul kisəsi” artıq İqor Seçinə aid idi.

Qolubevin adını 1990-cı illərdə Sankt Peterburqun kriminal aləmi ilə bağlayırdılar.

Jurnalist Andrey Konstantinov özünün “Bandit Peterburqu” kitabında yazırdı ki, Qolubev kriminal avtoritet sayılırdı və ayaması “Barmaley” idi.

O hazırda kriminal aləmlə hər hansı əlaqələrini inkar edir və 2017-ci ildə Google axtarış sistemindən bu barədə resurslara çıxışların silinməsinə nail olub.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05
Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38
“Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33
Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 12:19
Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB - "...səbəbkarı Vladimir İliç Lenin olub"
Bu gün, 12:16
Nazirlik məktəblərdə süni intellektin tətbiqinə 2,5 milyon manat xərcləyəcək
Bu gün, 12:11
Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA - DETALLAR
Bu gün, 12:09
Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti - Milyonlarla insan...
Bu gün, 12:06
Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... – Hər 100 nəfərə düşən turist sayı
Bu gün, 11:59
"Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" - Sarukyan
Bu gün, 11:56
Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları prokurorluğa geri göndərdi
Bu gün, 11:50
"Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." - FAKT BUDUR!
Bu gün, 11:46
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:40
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Sən həyatımın ən böyük sevgisisən" - FOTO
Bu gün, 11:36
Ana dilinin saflığının qorunması mühüm vəzifədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:32
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi - MƏQALƏ
Bu gün, 11:30
““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:14
Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... - Sakinlər BOĞAZA YIĞILIB...
Bu gün, 11:03
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
Bu gün, 10:55
Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... - İTTİHAM VAR...
Bu gün, 10:42
Dövlət qurumları hibrid maşınlar almağa başlayır – TENDER
Bu gün, 10:35
Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem - AKTUAL
Bu gün, 10:31
Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər - İLGİNC
Bu gün, 10:12
"Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." - NARAZILIQ VAR...
Bu gün, 10:06
ABB qəpik-qəpik QARƏT EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:55
Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar - DETALLAR
Bu gün, 09:49
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50
Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT - TƏFƏRRÜAT
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru