Martadək Avropada əhalinin yarıdan çoxu koronavirusa yoluxa bilər
Tarix: 12-01-2022, 10:36 | Çap et
 DİA.AZ: - Avropada əhalinin yarıdan çox martadək COVID-19-a yoluxa bilər. Dünya Səhiyyə Təşkilatı (DST) belə bir açıqlama ilə çıxış edərək qitə boyunca “qərbdən şərqə yeni dalğa”nın getdiyini bildirib.
DİA.AZ xəbər verir ki, DST-nin Avropa üzrə regional direktoru Hanz Kluge yanvarın 11-də Səhiyyə Göstəriciləri və Dəyərləndirmə İnstitutunun proqnozuna əsasən xəbərdarlıq səsləndirib. Proqnoza görə, növbəti altı-səkkiz həftə ərzində regionda əhalinin 50 faizindən çoxu omikron ştammına yoluxacaq.
DST-nin Avropa regionuna 53 ölkə və ərazi daxildir. Orta Asiya da bu regiona salınır. Kluge deyib ki, omicron hazırda qərb ölkələrində dominant ştamma çevrilir və hazırda Balkanlara yayılmaqdadır.
Avropa regionu üzrə proqnozlar yanvarın ortasınadək günə 12 milyondan çox yoluxmanın qeydə alınacağını göstərir. Ölkələr üzrə pik yoluxma həddi fərqlənəcək, Orta Asiyada yoluxmaların pik həddi daha gec baş verəcək.
“Fürsət pəncərəsi qapanmaqdadır”
Kluge indiyədək omikrona yoluxmalarda kəskin artım baş verməyən ölkələri vaxtdan yararlanaraq önləyici tədbirlər görməyə səsləyib. O xəbərdarlıq edib ki, ölkələrin səhiyyə sistemlərinin yüklənməsini önləyə biləcək “fürsət pəncərəsi qapanmaqdadır”.
Omikronun yayılmaqda olduğu ərazilərdə isə zəiflərin qorunmasına üstünlük verilməlidir, deyən Kluge ölkələri qapalı məkanlarda maskadan istifadəni məcburi etməyə, risk qrupunda olan əhaliyə, tibb işçiləri və daha yaşlılara sürətlə peyvənd vurmağa çağırıb.
DST rəsmisi təsdiqlənmiş vaksinlərin omikron daxil xəstəliyin ağırlaşmasından və ölümdən yaxşı qoruduğunu deyib. Onun sözlərinə görə, vaksinasiyanın aşağı səviyyədə olduğu yerlərdə ölüm göstəriciləri yüksəkdir.
DST həmçinin yayılmaya qarşı daha yaxşı qorumadan ötrü yeni vaksinlərin yaradılmasına çağırıb. Qurum ilkin COVID-19 vaksinlərinin buster dozalarının effektli strategiya olmadığını bildirir.
4.1 faiz artım
Bu arada yüksək yoluxucu omikron ştammı dünyada sürətlə yayılmaqdadır. Hökumətlər isə yeni qadağalar tətbiq edirlər.
Dünya Bankı koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinə dair yeni dəyərləndirməsini yayıb. Bank 2022-ci ildə dünyada iqtisadi artımın yavaşıyacağını proqnozlaşdırır. Çünki omikron işçi çatışmazlığını, təchizat zəncirində pozuntuları gücləndirə bilər.
Bank bu il dünyada 4.1 faizlik iqtisadi artım proqnozlaşdırır. Ötən il artım 5.5 faiz olmuşdu.
Çin
COVID-19-dan ilk ölümün təsdiqlənməsindən isə düz iki il ötür. Xəstəliyin ilk dəfə aşkarlandığı Çinin Vuhan şəhərində 2020-ci il yanvarın 11-də 61 yaşlı bir kişi vəfat etmişdi. O vaxtdan pandemiya 5.5 milyona yaxın həyata son qoyub.
Çin sərt lokdaunlar, sərhədlərin bağlanması, kütləvi testlərlə xəstəliyin yayılmasını önləyə bilib. Amma Pekin Qış Olimpiadası öncəsi böyük şəhərlərdə yeni yoluxmalar qeydə alınır.
Henan vilayətindəki Anyanq şəhərinin 5 milyon sakininə evdən çıxmamaq göstərişi verilib. Xəbəri Çinin rəsmi Sinxua agentliyi yayıb. Yujou və Sian şəhərlərində də sərt lokdaun hökm sürür.
Yaponiya sərt sərhəd qadağasını gələn ayın sonunacan uzadıb, ölkəyə əcnəbilərin girişi əsasən qadağan olunub. Meksika Prezidenti Andres Manuel Lopez Obrador isə artıq ikinci dəfə COVID-19-a yoluxduğunu açıqlayıb.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10 |
|
|
|
| • Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08 |
|
|
|
| • Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06 |
|
|
|
| • Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05 |
|
|
|
| • Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03 |
|
|
|
| • Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53 |
|
|
|
| • Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47 |
|
|
|
| • Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43 |
|
|
|
| • Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38 |
|
|
|
| • “Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33 |
|
|
|
| • Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30 |
|
|
|
| • ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 12:19 |
|
|
|
| • Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB - "...səbəbkarı Vladimir İliç Lenin olub"
Bu gün, 12:16 |
|
|
|
| • Nazirlik məktəblərdə süni intellektin tətbiqinə 2,5 milyon manat xərcləyəcək
Bu gün, 12:11 |
|
|
|
| • Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA - DETALLAR
Bu gün, 12:09 |
|
|
|
| • Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti - Milyonlarla insan...
Bu gün, 12:06 |
|
|
|
| • Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... – Hər 100 nəfərə düşən turist sayı
Bu gün, 11:59 |
|
|
|
| • "Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" - Sarukyan
Bu gün, 11:56 |
|
|
|
| • Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları prokurorluğa geri göndərdi
Bu gün, 11:50 |
|
|
|
| • "Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." - FAKT BUDUR!
Bu gün, 11:46 |
|
|
|
| • “Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:40 |
|
|
|
| • Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • "Sən həyatımın ən böyük sevgisisən" - FOTO
Bu gün, 11:36 |
|
|
|
| • Ana dilinin saflığının qorunması mühüm vəzifədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:32 |
|
|
|
| • Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi - MƏQALƏ
Bu gün, 11:30 |
|
|
|
| • ““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:14 |
|
|
|
| • Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
| • Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... - Sakinlər BOĞAZA YIĞILIB...
Bu gün, 11:03 |
|
|
|
| • Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
Bu gün, 10:55 |
|
|
|
| • Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... - İTTİHAM VAR...
Bu gün, 10:42 |
|
|
|
| • Dövlət qurumları hibrid maşınlar almağa başlayır – TENDER
Bu gün, 10:35 |
|
|
|
| • Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem - AKTUAL
Bu gün, 10:31 |
|
|
|
| • Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər - İLGİNC
Bu gün, 10:12 |
|
|
|
| • "Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
| • ABB qəpik-qəpik QARƏT EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:55 |
|
|
|
| • Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar - DETALLAR
Bu gün, 09:49 |
|
|
|
| • Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50 |
|
|
|
| • Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48 |
|
|
|
| • Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24 |
|
|
|
| • Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02 |
|
|
|
| • Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49 |
|
|
|
| • “Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44 |
|
|
|
| • "Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39 |
|
|
|
| • "Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32 |
|
|
|
| • ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20 |
|
|
|
| • Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13 |
|
|
|
| • Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05 |
|
|
|
| • Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03 |
|
|
|
| • "Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55 |
|
|
|
|