Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü .....                     Gürcüstanda azərbaycanlı gənc başından güllələnib .....                     Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı .....                     Tokayev haqlımı .....                     Sabiq prokuror vəfat etdi .....                     Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür .....                     Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? .....                     Azərbaycanda pensiya yaşı 70 olur? .....                     Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” .....                     “Xəyanət” DAVAM EDƏCƏK: .....                     Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik .....                     ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb .....                     Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB .....                     Nazirlik məktəblərdə süni intellektin tətbiqinə .....                     Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA .....                     Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti .....                     Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... .....                     "Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" .....                     Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları .....                     "Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." .....                     “Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR .....                     Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi .....                     "Sən həyatımın ən böyük sevgisisən" .....                     Ana dilinin saflığının qorunması mühüm vəzifədir .....                     Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi .....                     ““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” .....                     Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi .....                     Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... .....                     Şahin Bağırov baş idarəyə rəis təyin etdi .....                     Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... .....                     Dövlət qurumları hibrid maşınlar almağa başlayır .....                     Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem .....                     Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər .....                     "Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." .....                     ABB qəpik-qəpik QARƏT EDİR... .....                     Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar .....                     Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək .....                     Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır .....                     Neft bazarında SENSASİON VƏZİYYƏT .....                     Ukrayna İran gəmisinə niyə hücum etdi? .....                 

Qazaxıstanda hakimiyyət savaşı gedirmi - AKTUAL
Tarix: 10-01-2022, 16:25 | Çap et
Qazaxıstanda hakimiyyət savaşı gedirmi
DİA.AZ: - Qazaxıstanda etirazların amansızlıqla yatırıldığı bir vaxtda Prezident Kasım Jomart Tokayevlə sələfi, “elbaşı” titulu daşıyan Nursultan Nazarbayev arasında hakimiyyət savaşının da əlamətləri görünür. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Brüs Panyer yazır.

DİA.AZ xəbər verir ki, yanvarın 8-də Milli Təhlükəsizlik Komitəsinin (KNB) keçmiş başçısı Kərim Məsimov vətənə xəyanətdə şübhəli bilinərək saxlanıb. Yanvarın 5-də vəzifəsindən azad edilən Məsimov Qazaxıstanın siyasət dənizində böyük balıq sayılır, baxmayaraq ki, son aylar mediada onun adı çox hallanmırdı.

Müəllif yazır ki, Nazarbayevə sadiq birinin həbsi Tokayevin hökuməti sələfinin adamlarından təmizləmək niyyətindən xəbər verir. Prezident bu məqsədlə yerli kəşfiyyat və təhlükəsizlik qüvvələrinin “xaricdə təlim görmüş terrorçuları” aşkarlamadığını bəhanə edir.

Qazaxıstanı 2019-cu ilədək, 30 ilə yaxın idarə edən 81 yaşlı Nazarbayev özü və bəzi ailə üzvləri ölkədə mühüm vəzifələr tuturdular. Hətta o dərəcədə ki, təhlilçilər Tokayevin ona hesabat verdiyini iddia edirdilər.

Məsimov 20 ildi hökumətdə nüfuzlu biriydi, avtoritar Nazarbayevin hakimiyyəti dövründə iki dönəm baş nazir, ondan öncə isə müxtəlif nazir postlarını tutmuşdu. 1990-cı illərin əvvəllərində isə ölkənin Pekində və Honq Konqda kommersiya maraqlarını təmsil edirdi. Onun Nazarbayev üçün Honq Konqa pul transferində vacib rol oynadığı deyilir.

İndi Məsimovun həbsi isə Nazarbayev, onun zəngin və güclü ailə üzvləri üçün yaxşı bir şey vəd eləmir.

Nazarbayevin sözçüsü Aidos Ukibay onun paytaxt Nur-Sultanda olduğunu, Tokayevlə birbaşa əlaqə saxladığını açıqlayıb.

Onlarla etirazçının öldürüldüyü, 6 minə yaxın saxlananın olduğu, əmlaka yüzmilyonlarla dollarlıq ziyan dəydiyi böhran vaxtı Nazarbayev gözə dəyməyib.

Əvvəl görünmürdü, bəs indi?

Paniyer son illər Qazaxıstanda itaətsizlik dönəmlərində Nazarbayevin ictimaiyyətin gözünə görünmədiyini yazır.

Amma indi Məsimov kimi sadiq məmurun həbsi Nazarbayev üçün yaxşı əlamət sayılmır. Amma onu da qeyd etmək lazımdır ki, Məsimovun Qazaxıstanda güclü klanlarla əlaqəsi yoxdur, ona görə də Tokayev üçün asan hədəf sayılırdı.
Janaozendə yanacağın bahalanmasına dinc etirazlar böyüyəndən sonra Tokayev hökumətin istefasını qəbul etdi. O, yanvarın 5-də ölkəyə KTMT qüvvələrini dəvət etdi. O vaxtadək Məsimov KNB başçısı idi, polis və təhlükəsizlik qüvvələri etirazları o qədər də fəal şəkildə yatırmırdı.

Müəllif Tokayev 2019-cu ildə vəzifəyə keçəndən etirazların sürətlə yatırdıldığını, fəalların, təşkilatçıların nümayişlər öncəsi saxlandığını yada salır.

5 yanvar gecəsi Almatıda minlərlə nümayişçi arasında silahlılar da vardı, onlar hökumət qüvvələri ilə atışırdılar. Tokayev isə təkcə Almatıda 20 min terrorçu olduğunu iddia edib.

Bir versiya odur ki, silahlılar, talançılıqla məşğul olanlar Nazarbayev hökuməti altında çiçəklənmiş kriminal qrupların üzvləri olub, keçmiş prezident və yaxın ətrafının hakimiyyətdən uzaqlaşdırılmasını önləmək üçün qabağa veriliblər.

KNB başçısının müavini, Nazarbayevin qardaşı oğlu Samat Abişin adı silahlı qrupların təşkili ilə əlaqələndirilir. Abişin yanvarın 5-də vəzifədən çıxarılması xəbəri yayılsa da, qurumun yanvarın 8-də yaydığı xəbərə görə, o hələ də vəzifədədir. Onun vəzifəyə qaytarılması da Nazarbayevin hakimiyyətini saxlamasıyla bağlı spekulyasiya yaradıb.

Bəs görəsən, hakimiyyətdaxili mübarizənin tətiyinin çəkilməsinə nə səbəb oldu? Çoxları etirazlardan məhz bu məqsədlə istifadə olunduğunu düşünür.

1990-cı illərdə baş nazir olmuş, hazırda mühacirətdə yaşayan Akejan Kajegeldin deyir ki, təhlükəsizlik qüvvələri içində Tokayevə qarşı “planın” mövcudluğuna inanır. Tokayev bu səbəbdən KTMT-yə müraciət edə bilərdi.

Yerli hüquq-mühafizə əməkdaşlarının komendant saatını təmin etməməsi, Almatıda KNB binasının qarət olunması və silahların naməlum şəxslərin əlinə düşməsi Kajegeldində suallar yaradıb.

Daha bir versiya isə dekabrın 27-də Tokayev və Nazarbayevin Moskva səfərini göstərən videodan qaynaqlanır. Videoda Nazarbayev çox zəif görünür. Keçmiş prezidentin tərəfdarları onun ölümünün yaxınlaşdığını güman edərək etirazlardan istifadə edərək Tokayevi devirməyə çalışa bilərdilər.

Bəzilərinin fikrincə isə, Tokayevin adamları eyni səbəbdən Nazarbayev ölməmişdən hakimiyyətlərinə gücləndurməyə cəhd ediblər.

Bəziləri Rusiyanın Qazaxıstana çevikliklə qüvvə göndərməsini Kremlin Tokayevə dəstəyinin əlaməti kimi görürlər.

Hətta belə ehtimallar da var ki, Nazarnayevlə Tokayevlə birlikdə işləyir, bəzi məmurlardan yaxalarını qurtarmağa çalışırlar.

Qazaxıstanlı təhlilçi Dimaş Aljanovun fikrincə, Nazarbayev və ailəsi Qazaxıstandan çıxsa, yaxud artıq çıxıbsa, bunu yalnız Tokayevin razılığı ilə edə bilərdilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05
Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38
“Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33
Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 12:19
Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB - "...səbəbkarı Vladimir İliç Lenin olub"
Bu gün, 12:16
Nazirlik məktəblərdə süni intellektin tətbiqinə 2,5 milyon manat xərcləyəcək
Bu gün, 12:11
Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA - DETALLAR
Bu gün, 12:09
Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti - Milyonlarla insan...
Bu gün, 12:06
Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... – Hər 100 nəfərə düşən turist sayı
Bu gün, 11:59
"Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" - Sarukyan
Bu gün, 11:56
Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları prokurorluğa geri göndərdi
Bu gün, 11:50
"Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." - FAKT BUDUR!
Bu gün, 11:46
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:40
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Sən həyatımın ən böyük sevgisisən" - FOTO
Bu gün, 11:36
Ana dilinin saflığının qorunması mühüm vəzifədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:32
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi - MƏQALƏ
Bu gün, 11:30
““Xəzər Dəniz Gəmiçiliyi” şirkətindəki korrupsiya iddiaları araşdırılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:14
Bacısının keçmiş ərini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı, sonra xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Gədəbəyi başdan-başa BAZARA ÇEVİRİBLƏR... - Sakinlər BOĞAZA YIĞILIB...
Bu gün, 11:03
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
Bu gün, 10:55
Naxçıvan Təhsil Nazirliyinin BAĞÇA ALVERİ... - İTTİHAM VAR...
Bu gün, 10:42
Dövlət qurumları hibrid maşınlar almağa başlayır – TENDER
Bu gün, 10:35
Azərbaycana qarşı təxribatlar: Təsadüf olmayan sistemli problem - AKTUAL
Bu gün, 10:31
Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər - İLGİNC
Bu gün, 10:12
"Bəlkə də evi çoxdan başıma uçuracaqdılar.." - NARAZILIQ VAR...
Bu gün, 10:06
ABB qəpik-qəpik QARƏT EDİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:55
Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar - DETALLAR
Bu gün, 09:49
Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya beş F-16 qırıcısı göndərəcək
Bu gün, 08:50
Rusiya kvadrosikl və motosikletlərlə böyük hücuma hazırlaşır - KİV
Bu gün, 08:48
Neft bazarında SENSASİON VƏZİYYƏT - UCUZLAŞMA...
Bu gün, 08:24
Ukrayna İran gəmisinə niyə hücum etdi? - İNCƏLƏMƏ
Bu gün, 08:20
Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir - "Fortune"
Bu gün, 08:02
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:49
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru