Koronavirusun mənşəyini araşdırmaq üçün Çinə mütəxəssislər qrupu göndərilir - DÜNYA SƏHİYYƏ TƏŞKİLATI İNDİ AYILIB?
Tarix: 11-07-2020, 10:54 | Çap et
 Ümumdünya Səhiyyə Təşkilatının “ilkin” təhqiqat komandası qlobal pandemiyaya səbəb olmuş yeni koronavirusun mənşəyinin araşdırılması məqsədilə Çinə ezam edilib.
Reuters yazır ki, bu barədə məlumatı təşkilatın sözçüsü iyulun 10-da bəyan edib.
Təşkilatın virusun mənşəyini araşdırmaq üçün Çinə ekspert qrupu göndərməs virusun dünyada tüğyan etdiyi bir vaxtda və pandemiyanın başlamasından 6 ay sonra baş verir. Hansı ki, təşkilat bundan əvvəl ABŞ və bir sıra Avropa ölkələri tərəfindən qlobal təhdidə həddən artıq gec reaksiya verdiyi üçün kəskin tənqid olunub. ABŞ ÜST-yə ayırdığı büdcəni dayandırıb.
Virusun mərkəzi Çindəki Vuhan şəhərinin topdansatış heyvan bazarından qaynaqlandığına inanılır. Heyvan virusunun ilk dəfə məhz burada insanlara yoluxduğu barədə məlumat verilib. Bazar hazırda bağlıdır.
ÜST sözçüsü Margaret Harris Cenevrədə keçirdiyi brifinqdə deyib ki, heyvanların sağlamlığı və epidemiologiyası üzrə ekspertlər qrupu əvvəlcə Çin alimləri ilə birlikdə planlaşdırılan təhiqiqatın miqyası və predmetini müəyyənləşdirməlidirlər. Bu qrup habelə Çin tərəfi ilə əsas komissiyanın tərkibi, ora daxil olacaq mütəxəssislərin heyəti barədə danışıqlar aparacaq:
"Hamını maraqlandıran ən böyük məsələlərdən biri də budur ki, biz niyə Çinə heyvan sağlamlığı ekspertlərini göndərmişik. Əsas ekspert Çində virusun insanlara heyvanlardan və hansı heyvan növlərindən keçib-keçmədiyini müəyyənləşdirməlidir”,-o deyib.
ÜST-nin sözçüsü daha sonra deyib:"Biz bilirik ki, bu virus yarasalarda olan virusa çox, lap çox bənzəyir. Lakin aralıqda ötürücü rolunu oynayan başqa heyvan növü də olubmu? Bu sualın cavabına hamımızın ehtiyacı var”.
Xanım Harris bunu da deyib ki, ÜST qlobal pandemiya ilə necə mübarizə aparıldığını araşdıran müstəqil şurada heç bir rol oynamayacaq.Belə bir şuranın yaradılması iyulun 9-da elan edilib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeo demişdilər ki, koronavirus Vuhandakı laboratoriyadan yayıla bilərdi.Çin bu versiyanı qətiyyətlə rədd edir. ABŞ alimləri və kəşfiyyat orqanları virusun təbiətdən qaynaqlandığını bildiriblər.
The Associated Press (AP) yazır ki, ÜST-nin bu missiyası siyasi baxımdan həssas məsələdir. Bundan az əvvəl ABŞ təşkilatla ilə bütün bağları kəsdiyini bildirmiş və təşkilatı Çinə işləməkdə ittiham etmişdi.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian iyulun 10-da deyib ki, ÜST missiyasının səfəri Pekinin öz təşəbbüsüdür.O əlavə edib ki, Çindən fərqli olaraq ABŞ Dünya Səhiyyə Təşkilatından çıxacağını elan edib və həm də bu “antiepidemioloji məsələsini” siyasiləşdirib.
Ötən may ayında 120-dək ölkə ÜST-ni virusun mənşəyinin araşdırılmasına çağırmışdı. Çin onda israr edirdi ki, belə bir araşdırmanı ÜST aparmalıdır, amma bunun üçün əvvəlcə pandemiyanın nəzarət altına alınması vacibdir.
ÜST-nin koronavirusla bağlı Çinə son missiyası fevral ayında olmuşdu. O vaxt kanadalı həkim Bruce Aylward Çinin epidemiya ilə mübarizəsini tərifləmişdi. Lakin az sonra onun özü ABŞ və Kanada rəsmilərinin tənqidinə tuş olmuşdu.
“Associated Press” bildirir ki, onun özünün yanvarda apardığı təhqiqat ÜST rəsmilərinin Çindən narazı olduqlarını göstərmişdi. Təşkilat Çinin virusun genetic xəritəsini və ya genomunu gec təqdim etməsindən narazı idi. Yanvar ayında təşkilatın vəzifəli nümayəndəsi bildirmişdi ki, Çin virusun insadan insana yayılmasına dair onda olan məlumatları tam bölüşməyib və bu da epidemiyanın daha geniş miqyasda yayılması ilə nəticələnib. Virtualaz.org


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32 |
|
|
|
|