Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                 

DEPUTAT-REKTORUN MAXİNASİYALARI
Tarix: 1-03-2012, 14:04 | Çap et
DEPUTAT-REKTORUN MAXİNASİYALARI

В«ODLAR YURDUВ» ƏHMƏD VƏLİYEV TƏRƏFİNDƏN NECƏ ÖZƏLLƏŞDİRİLİB?

DİA.AZ: - В«Odlar YurduВ» Universitetinin fəaliyyətindəki qanunsuzluqlarla bağlı qəzetimizə ilginc məlumatlar daxil olub. Universitetdə çalışan, Əhməd Vəliyevə yaxın olan şəxslərdən birinin qəzetimizə verdiyi məlumata görə, ali təhsil ocağı Abdulla Abdullayevdən üç-dörd illik çəkişmədən sonra alınıb. Özü də necə? Əhməd Vəliyev bu prosesə görə, xeyli əziyyət çəkməli olub.
Professor Abdulla Abdullayev həmin universitetin həmtəsisçisi olduğu halda, onu bu hüquqdan təəccüb doğuran vasitələrlə, heç kimin gözləmədiyi üsullarla məhrum ediblər. Əhməd Vəliyev öz adamlarının köməyindən istifadə edir, hər cür vasitədən yararlanmağa çalışır. Onun universitetə rəhbər olmasını, habelə məqsədinə çatmasını rəsmiləşdirən əsas sənəd Abdulla Ablullayevin xeyrinə qərar çıxarmayan məhkəmə proseslərinin hökmləri olub. Qeyd edək ki, Nazirlər Kabineti, habelə vergilər və təhsil nazirlikləri hələ bir neçə il əvvəl Abdulla Abdullayevin ali təhsil ocağına təsisçiliyini təsdiqləmişdilər.

Universitetin dövlət qeydiyyatı necə aparılıb?

В«Odlar YurduВ» Universitetinin Nizamnaməsi 1993-cü il aprelin 30-da Sabunçu rayon İcra Hakimiyyətində dövlət qeydiyyatına alınıb. Həmin nizamnamə əsasında ali təhsil ocağı iki il sonra - 1995-ci ildə vergi uçotuna durub, Muğanbank Kommersiya Bankında hesab açdırıb. 2006-cı ildə Dövlət Statistika Komitəsindən şəhadətnamə alıb. Universitetin qeydiyyata alınması barədə iki dəfə müsbət rəy verilib. Həmin sənədləri 1993-cü ildə Təhsil Nazirliyi və 1995-ci ildə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası verib. 1996-cı ilin iyulunda Nazirlər Kabineti universiteti qeydiyyata alıb və lisenziya verib. Vergilər Nazirliyinin 2006-2007-ci illərdə göndərdiyi məktublarda В«Odlar YurduВ» Universitetinin 1993-cü ildə qeydiyyatdan keçdiyi bildirilir.

Ata və oğulun professora təzyiqləri

2004-cü ildə professor Rövşən Xəlilov təsisçilik hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edir. İş üzrə cavabdeh qismində həmtəsisçilər professor Abdulla Abdullayev və dosent Əhməd Vəliyev məhkəməyə cəlb edilir. Bundan sonra Əhməd Vəliyev və oğlu Samir Vəliyev Abdulla Abdullayevə qarşı mövqe tutaraq məhkəmə təzyiqlərinə başlayıblar. Rövşən Xəlilov da bu universitetin təsisçisi olduğunu iddia edib. O, bu zaman 1993-cü ildə qeydiyyatdan keçmiş nizamnaməyə əsaslanıb. Həmin sənədə görə isə, Abdulla Abdullayev də təsisçidir.

Məhkəmə saxtakarlığı

Universitetin indiki rektoru Əhməd Vəliyev bunu qəbul etmək istəmir. Əhməd Vəliyev 2005-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinə qarşı 1993-cü il aprelin 30-da onun verdiyi sərəncamın ləğv edilməsi ilə bağlı iddia qaldırır. Baş verən proseslər onun planlaşdırdığı məcrada davam edir. Belə ki, məhkəmə isə heç bir əsas olmadan işi icraata götürür və həmin ilin fevralında qətnamə qəbul edir. Məhkəmənin hakimi qətnaməsini bununla əsaslandırır ki, 1994-cü ildə Bakı Sənaye-Pedoqoji Texnikumunun direktoru Əhməd Vəliyev universitetin ləğvi haqda əmr imzalayıb. Amma reallıqda isə vəziyyət tamam fərqli olub. Belə ki, həmin dövrdə universitetin təsisçisi Əhməd Vəliyev yox, onun direktoru olduğu texnikum olub, həmin təhsil ocağının adından bu məsələdə çıxış etmək səlahiyyəti isə ona verilməyib. Universitet həmin əmrlə ləğv edilsə də, bundan sonra da bu özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.

Qərarlar Abdullayevin əleyhinə yönəlir

Təəssüf ki, Əhməd Vəliyev öz istəyinə çatmaq yolunda uğurla addımlaya bilir. Bir sıra məhkəmə orqanları Əhməd Vəliyevin təsisçi olub-olmadığını araşdırmadan, onun universiteti ləğv etmək səlahiyyətinin olub-olmadığını aydınlaşdırmadan Abdulla Abdullayevin əleyhinə qərarlar çıxarıb. Paralel olaraq, Əhməd Vəliyev Abdulla Abdullayevin universitetə iddiasını özünə təhqir və böhtan hesab edərək hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edir. Məhkəmə Abdullayevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi açır və aylıq qazancının 20 faizini dövlətə ödəmək haqqında 2006-cı ildə hökm çıxarır. Yəni artıq Əhməd Vəliyev deputat seçildikdən beş ay sonra məhkəmədə Abdullayevi onu təhqir etməkdə günahlandırmağa nail olub. Cinayət işi ilə bağlı Ar Apelyasiya Məhkəməsinə şikayət edilir, ancaq hökm qüvvədə saxlanılır. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin qərarını yenidən araşdırmaq üçün özünə qaytaranda Apelyasiya Məhkəməsində Abdullayevin xəstə olaraq yataqda yatmasını əsas gətirərək və vəkilinin iştirakı olmadan keçirilən prosesdə onun adından protokola bəzi ifadələr yazılır. Əhməd Vəliyev artıq Univetsitetin rektoru kimi Abdullayevi 2005-ci ilin aprelində işdən kənarlaşdırır. Abdulla Abdullayev sonrakı proseslərdə də uduzur. Çünki artıq onun rəqibi deputat idi.

Əhməd Vəliyev necə rektor olub?

Əhməd Vəliyevin 1997-ci ilə qədərki rektor fəaliyyəti qanunsuz olub. Çünki bu ilə qədər onun rektor olduğunu təsdiq edən rəsmi sənəd olmayıb. Yalnız 1997-ci ildə protokol var ki, o, rektor təyin olunsun. Həmin dövrdə Əhməd Vəliyev texnikumun direktoru işləyirdi. Odlar Yurdu Nazirlər Kabinetindən lisenziya alanda universitet başsız idi. Texnikumda çalışan Namizəd Feyzullayev universitetə rektor təyin olunur. Namizəd müəllim həm də texnikumda Əhməd Vəliyevin müavini idi. Əhməd Vəliyev 1997-ci ilin əvvəlində texnikumun direktorluğu vəzifəsindən azad edilir. Nazir Lidya Rəsulova Əhmədin gördüyü işlərdən narazı qalmışdı. Ona görə də o işdən qovulur. Ə. Vəliyev bir müddət işsiz qalır. O zaman A.Abdullayev və digərləri köhnə dostlarını В«Odlar YurduВ» Universitetinə rektor təyin edirlər. A.Abdullayevin bildirdiyinə görə, sənədlərin dəyişdirilməsində və digər mühüm məsələlərdə Əhməd Vəliyevə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Fərəməz Maqsudov köməklik göstərib.
Əhməd Vəliyev yalnız müxtəlif təzyiqlərdən sonra 1996-cı il iyul ayının 12-də təsisçiliyə qəbul edilib.

Müəmmalar

Mənbə onu da bildirir ki, ilkin dövrdə məhkəmələrdə uduzduğunu görən Ə.Vəliyev A.Abdullayevə В«məsələni dinc yolla çözməkВ» təklifini də verib. Təklifin mahiyyəti bundan ibarətdir ki, A.Abdullayev məhkəmə iddialarından əl çəkir, əvəzində isə ona 200 min dollar birdəfəlik təzminat və hər il 20 min dollar В«pensiyaВ» verilir. Ancaq A.Abdullayev bu təklifdən imtina edir və qanuni mülkiyyət hüququnun bərpası üçün sonadək mübarizə aparacağını bildirir.
Təbii ki, bu məsələdə qaranlıq məqamlar çoxdur. Məsələn, texnikumun universitet təsis etməsi 10-cu sinif şagirdinin müəllim işləməsi qədər ağlasığmaz bir məsələdir. Çünki texnikum orta ixtisas məktəbi olduğundan, daha üstün ali təhsil ocağını təsis etməsi absurddur. Əksinə olsaydı, yəni universitet texnikum təsis etsəydi, bunu normal qəbul etmək olardı. O biri tərəfdənsə, təsisçilik hüququnun məhkəmə qərarları ilə ləğvi heç bir halda başadüşülən deyil. Çünki təsisçilik hüququ mülkiyyət hüququdur və onu ləğv etmək mümkün deyil. Təsisçi yalnız könüllü bu hüququ kiməsə verə, bundan imtina edə bilər. Ümumiyyətlə, bu məsələdə qaranlıq məqamlar çoxdur. Bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün tərəflərdən hər birinin mövqeyini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru