"NEFTQAZ TİKİNTİ"DƏ MAXİNASİYALAR
Tarix: 17-09-2013, 16:20 | Çap et
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən idarə və müəssisələrin bir çoxunda mütəmadi olaraq qanun pozuntuları aşkar edilir, işçilərin əmək hüquqları pozulur və ən əsası külli miqdarda vəsait büdcədən silinərək hansısa vəzifəli şəxslərin cibinə gedir. ARDNŞ-in tabeliyində fəaliyyət göstərən və qanunsuzluğun pik həddə çatdığı idarələrdən biri də В«NeftqaztikintiВ» Trestidir.
Məlumat üçün vurğulayaq ki, trest Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə ARDNŞ prezidentinin 12 mart 2007-ci il tarixli, 51 saylı və 14 mart 2007-ci il tarixli, 61 saylı əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış В«AzərdənizneftinşaatВ» və 07 may 1979-cu ildə yaradılmış В«XəzərdənizneftqaztikintiВ» trestlərinin bazasında yaradılıb və həmin qurumların hüquqi varisidir. Trest ölkənin bütün regionlarında, o cümlədən В«GünəşliВ» və "Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı bəzi işləri həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə, trestin fəaliyyətini nöqsanlarla zənginləşdirən şəxslərdən biri də Yol Tikinti Təmir İdarəsinin (YTTİ) rəisi Əlimirzə Adıgözəlovdur. Qeyd edək ki, onun rəhbərlik etdiyi idarə Zığda, В«Neft DaşlarıВ»nda, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə hər növ asfalt-beton istehsalı, həmçinin "Neft Daşları”nda, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi işləri ilə məşğul olur. Əlimirzə Adıgözəlovun həyata keçirdiyi qeyri-qanuni işlərdən məlumatlı olan mənbənin bizə çatdırdığı bilgilərə görə, Yol Tikinti Təmir İdarəsinin balansında olan texnikalardan necə gəldi istifadə olunur: В«İdarə rəisi dövlətin büdcəsini elə bir formada dağıdır ki, bunu təsəvvür etmək mümkün deyil. В«NeftqaztikintiВ» Trestinin ən böyük idarələrindən birinə başçılıq edən rəis vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcəyə ziyan vurur. İdarənin sərəncamında olan texnikalar üçün nəzərdə tutulan yanacaqlar birbaşa onun əli ilə silinir. Bəzi texnikalar var ki, onlar qeyri-işlək vəziyyətdədir, yəni istismar müddətini başa vurublar. İdarə rəhbəri isə həmin texnikaları sənəddə saz vəziyyətdə göstərərək yanacaq və ehtiyat hissələri alır. Həmin yanacaq və ehtiyat hissələri isə idarənin müxtəlif işçilərinin vasitəçiliyi ilə satılır. Təbii ki, əldə olunan gəlir rəisin özünə çatır. Müəssisənin balansında olan yollarda təmir-tikinti işləri aparılarkən ciddi yeyinti hallarına rast gəlinir. Əgər hansısa əraziyə beş maşın asfalt lazımdırsa, bunu iyirmi maşın yazıb nələrsə əldə edirlər. Əlimirzə Adıgözəlov heç kimdən və heç nədən qorxub çəkinməyərək milyonlar qazanır. Texnikaların çoxu dizel yanacağı ilə işləyir. Rəis yanacağı satıb pulunu mənimsəyir. Bəzi texnikalar isə təyinatdan kənar istifadə olunur. İdarə rəhbəri həmin texnikaları müxtəlif şəxslərə icarəyə verərək əlavə gəlir qazanırВ». Mənbənin sözlərinə görə, В«NeftqaztikintiВ» Trestinin müdiri Mirkazım Abbasov idarə rəisinin özbaşına əməllərindən xəbərdar olsa da, baş verən hadisələri seyr etməklə kifayətlənir: В«Çünki idarə müdiri ARDNŞ rəhbərliyində təmsil olunan bəzi şəxslərin adını çəkir, onların adamı olduğunu bildirir. Məhz bu səbəbdən də trest müdiri ona artıq bir söz demir. Amma təcili olaraq Əlimirzə Adıgözəlov cəzalandırılmasa, В«NeftqaztikintiВ» Trestində daha böyük fəsadlar yaranacaqВ». Ümid edirik ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev adıçəkilən şəxs haqqında lazımi ölçü götürəcək.
Qarşı tərəfin də fikirlərini öyrənməyə hazırıq.
(ardı var)


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
| • Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14 |
|
|
|
| • Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10 |
|
|
|
| • WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06 |
|
|
|
| • AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55 |
|
|
|
| • Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52 |
|
|
|
| • Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47 |
|
|
|
| • AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
| • Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17 |
|
|
|
| • Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09 |
|
|
|
| • İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59 |
|
|
|
| • WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57 |
|
|
|
| • Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55 |
|
|
|
| • Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53 |
|
|
|
| • 17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
| • Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37 |
|
|
|
| • Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31 |
|
|
|
| • Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09 |
|
|
|
| • Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08 |
|
|
|
| • Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05 |
|
|
|
| • İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04 |
|
|
|
| • “Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02 |
|
|
|
| • Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00 |
|
|
|
| • Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57 |
|
|
|
| • Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48 |
|
|
|
| • Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31 |
|
|
|
| • Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24 |
|
|
|
| • Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03 |
|
|
|
| • Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02 |
|
|
|
| • "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00 |
|
|
|
| • Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50 |
|
|
|
| • "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32 |
|
|
|
| • Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21 |
|
|
|
| • ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10 |
|
|
|
| • İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06 |
|
|
|
| • “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02 |
|
|
|
| • Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58 |
|
|
|
| • “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56 |
|
|
|
| • Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53 |
|
|
|
| • Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50 |
|
|
|
| • İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47 |
|
|
|
| • ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45 |
|
|
|
| • "Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38 |
|
|
|
|