Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                 

Heydər Əsədov nədən bu vətəndaşa borcu ödəmir? - GİLEY
Tarix: 6-04-2018, 09:09 | Çap et
Heydər Əsədov nədən bu vətəndaşa borcu ödəmir?
Ölkədə insan hüquq və azadlıqlarının pozulması gündəlik bir mövzuya çevrilib. Məhkəmələrdən gileyli vətəndaşlar bilmir ki, problemlərini kimlərə və yaxud hansı qurumlara desin. Hüquq-mühafizə orqanlarından, məhkəmələrdən şikayətçi olan vətəndaşlardan biri də İmişli rayon sakini, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Mahmud Qasımovdur. Hansı ki, o, illərdir məhkəmə çəkişmələrindən əziyyət çəkir.

“Bu günə qədər də qərar tam icra olunmayıb”

4 iyul 1978-ci ildən 11 yanvar 1999-cu il tarixinə qədər İmişli rayon Kənd Təsərrüfatı İdarəsində çalışan M. Qasımov deyir ki, bir müddət orada işləyəndən sonra idarənin adı dəyişidirildi, Aqrar Sənaye Kombinatı oldu: “Aqrar Sənaye Kombinatında dövlət texniki nəzarət müfəttişi, sonra da baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində işləmişəm. İşlədiyim əvvəlki illər ərzində, eləcə də 2 yanvar 1997-ci ildən 11 yanvar 1999-cu il tarixinə qədər əməhaqqımı ala bilmədiyim müddətdə Kənd Təsərrüfatı Nazirliyi və rayon rəhbərliyi tərəfindən heç bir töhmət almadan, mən də digər mütəxəssislər kimi gündəlik işə davamiyyət haqqında cədvələ imza etmişəm. Bütün bunlara baxmayaraq, mənə 2 yanvar 1997-ci ildən 11 yanvar 1999-cu ilə tarixinə kimi aylıq əmək haqqı vermədilər. 1997-ci ildən rayon rəhbərliyinə, məhkəməyə müraciət etdim, heç bir faydası olmadı. Nəhayət, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Sənaye Kombinatı Səbail rayonunda yerləşdiyinə görə, mən Kənd Təsərrüfatı Nazirliyinə, eyni zamanda Səbail rayon məhkəməsinə müraciət etdim. Bu müraciətlər yenə də öz həllini tapmadı. Səbail rayon Məhkəməsi qərar çıxartdı ki, 7 yanvar 1997-ci ildən 14 avqust 1998-ci ilə qədər mənim əməkhaqqım Kənd Təsərrüfatı Nazirliyindən tutulub ödənilsin. Dövlətin adından çıxan və qanuni qüvvəyə minmiş qərar ayrı- ayırı “qəhrəman” məmurların günahı ucbatından uzadılaraq, 5 sentyabr 2006-cı ildə mənə 1 illik əməkhaqqı ödənildi. Həmin əməkhaqqını mən imza edib Kənd Təsərrüfatı Nazirliyində cədvələ qeyd edəndə məni kimi “tora düşən” iki nəfər də var idi: İbrahimov və Lyariçkina. Lyariçkina rusdur. Bu 3 nəfərə cəmi ödəniləsi məbləğ 2060 manat təşkil edirdi. Ondan 562 manatı mənim, qalanı isə o iki nəfərin idi. Lakin mən Səbail rayon Məhkəməsinin hakimi Ziya Əliyevin çıxardığı qərardan narazı qalaraq, Bakı Şəhər Məhkəməsinə kassasiya şikayəti verdim. Bakı Şəhər Məhkəməsinin milliyətcə rus olan hakimi, azərbaycanlı Ziya Əliyevdən fərqli olaraq, qanunun aliliyinə hörmət edib, mənim əməkhaqqımın 2 yanvar 1999-cu il tarixinə kimi Kənd Təsərrüfatı Nazirliyindən tutulub ödənilməsi üçün qərar çıxartdı. Baxmayaraq ki, həmin qərar dövlətin adından çıxıb və qanuni qüvvəyə minib, lakin bu günə qədər tam icra olunmayıb”.

“İcra məmuru da, hakimlərin bəziləri də “ağalıq” edir”

“Bu məsələ ilə əlaqədar olaraq mən möhtərəm prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanıma, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə, Mili Məclisə, Nazirlər Kabinetinə çoxsaylı müraciətlər etmişəm, lakin heç bir faydası olmayıb. Mənə belə gəlir ki, tutduğu vəzifəsindən, kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında eynidir. Əgər elədirsə, nə üçün dövlətin adından çıxan məhkəmə qərarları bu günə qədər icra olunmur? İcra məmuru da, hakimlərin bəziləri də “ağalıq” edir. Ümumiyyətlə, respublikada vətəndaşların hüquqlarının müdafiəsi ilə əlaqdar olaraq hüquq-mühafizə orqanlarının heç birində mən ədalət görmədim, olsaydı 19 ildir mən məhkəmə çəkişmələrində olmazdım”, -deyə şikayətçi vurğuladı.

“Nəyə görə vətəndaşın pozulmuş hüquqlarının bərpa olunmasına kömək etmirlər?”

M.Qasımov nəzərə çatdırdı ki, o, Yeni Azərbaycan Partiyasının üzvüdür: “Mən Əli Əhmədova, Əli Həsənova, Novruz Məmmədova müraciət etmişəm. Nəyə görə vətəndaşın pozulmuş hüquqlarının bərpa olunmasına kömək etmirlər? Ola bilər ki, möhtərəm prezident ailədə xırda problemləri bilməyə bilər. Bəs, ayrı-ayrı məmurlar nə üçün ona indiyə qədər çatdırmır ki, vətəndaşın hüququ kobud surətdə ayrı-ayrı məmurlar tərəfindən pozulur. Buna kim baxmalıdır? Mən hara müraciət etməliyəm? Bundan başqa, bimirəm hara qalıb ki, ora müraciət edəm. Mehiban xanıma , İlham Əliyevə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə, Ədliyə Nazirliyinə, Baş Prokurluğa, Ombudsmana çox saylı müraciət etmişəm. Adi qanuni əməkhaqqını almaq üçün mən bu qədər əziyyət çəkməliyəm? Mənim günahım varsa, haqqımda tədbir görülsün. Əgər günahkar Kənd Təsərrüfatı Nazirliyidirsə, onun haqqında tədbir görülsün”.

“İlham Bayramov yazır ki, bizim Qasımov Mahmud Əlibəy oğluna borcumuz yoxdur”

Qasımov vurğuladı ki, o, ürək xəstəliyinə tutulub: “Mənim imkanım çox məhduddur. Ona görə də Vəkillər Kollegiyasına və müəyyən hakimlərə öz minnətdarlığımı bildirirəm ki, mənim maddi cəhətdən imkanım olmadığına görə dövlət hesabına vəkillə təmin edirlər. Vəkil də Ali Məhkəmədə prosedə Əmək Müfəttişliyindən gələn mütəxəssisə və digər qurumların nümayəndələrinə dedi ki, qanunu pozaraq Kənd Təsərrüfatı Nazirliyinin diktəsi ilə işləri idarə edir. Necə ola bilir ki, bu boyda respublikada hüquq-mühafizə orqanları Kənd Təsərrüfatı Nazirliyi haqqında tədbir görə bilmir?! Mən demirəm onu tutsunlar, edam etsinlər. Sadəcə olaraq qanunu ona başa salmaq lazımdır ki, mənimlə işləmək istəmirdinsə, işlədiyim illərin əməkhaqqını verin. Həmin iki ildə, yəni 1997/98-ci ildə rayonda mövcud olan traktor və kənd təsərrüfatı maşınlarına illik texniki baxış aparıb, Kənd Təsərrüfatı Nazirliyinə mən hesabat təqdim etmişəm. O vaxtı mənim aylıq əməkhaqqım 250 min manat olub. Necə ola bilir ki, bu boyda idarə, məhkəmələr, orqanlar adi hesablamanı bilmir?! 2 dəfə 2 hansı ölkədə hansı dildə hesablasan 4 edir. Burada nə var ki… Orada müddət göstərilir, aylıq əməkhaqqına vursun, görsün mənə tam ödənilib, ya yox? Kənd Təsərrüfatı Nazirliynin Aparat rəhbəri İlham Bayramov yazır ki, bizim Qasımov Mahmud Əlibəy oğluna borcumuz yoxdur. O, həmin vəzifədə çalışırsa, necə ola bilir ki, orta məktəbin şagirdi etdiyi adi hesablamanı bimir? Bəs, nəyə görə o “postu” tutub? Niyə vətəndaşı bu vəziyyətə salıb?”

“Xidmətçilər xalqa bu cür xidmət edir?”

“Möhtərəm prezidentimiz həmişə vurğulayır ki, bütün məmurlar vətəndaşların xidmətçiləridir. Məgər xidmətçilər xalqa bu cür xidmət edir? Vətəndaşı nəyə görə möhtərəm prezidentdən narazı salırlar? Mənim 79 yaşım var. Mənə bu yaşımda 26 dəfə məhkəmə instansiyasında olmaq yaraşır? Ədliyə naziri, Ali Məhkəmə, respublikanın baş prokuroru hara baxır? Hüquqi və fiziki şəxslər qanun qarısında eynidir. Bəs, elədirsə, nəyə görə bu qədər yubadırlar? Nəyə görə məni süründürürlər? Mən aldığım təqaüdün 10-15 faizini hər ay bu məsələ ilə bağlı sənədlərə, nəqliyyata sərf edirəm. Kənd Təsərrüfatı Nazirliyi saxtakarlıq edir, o dövləti aldatmaqla hakimi də aldadıb. 6 fevral 2008-ci ildə Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynov 2006-cı ildə ki mən 562 manata qol çəkib götürmüşdüm, halbuki, 3 nəfərə ödəniləcək məbləği tək mənə yazıb. Yazıb ki, Qasımov Mahmud Əlibəy oğluna 2060 manat ödənilib. Mən hara qol çəkmişəm? O icra vərəqəsi haradadır? Bunlar saxtakardır. Eyni zamanda icra məmuru özünə yoldaş axtararaq və özünə güvənərək özbaşnalıq edərək icraata xitam verir. İcra məmuru kimdir? İcra məmurunun məhkəmə qərarlarını icra etməkdən başqa səlahiyyəti yoxdur. Səbail Rayon Məhkəməsinin hakimi Yelmar Rəhimov cənablarına təqdimat yazıb xahiş edib ki, icraata xitam ver. Ancaq qanunun aliliyinə hörmət edərək Yelmar Rəhimov onun xahişini rədd etdi və dedi ki, o vaxt icraata xitam verilir ki, o tam öz həllini tapsın. Açıq görünür ki, icra məmuru saxtakardır. Atalar doğru deyir:“Görünən dağa bələdçi lazm deyil”. Mən özümdən söz danışmıram, bu işin içindəyəm. 19 ildir bu cür məmurlarla vuruşuram, amma öz qanunla qorunan hüququmu müdafiə edə bilmirəm. Mən kimə müraciət etməliyəm ki, bu iş öz həllini tapsn? Nəyə görə qanuna müvafiq olaraq olan əməkhaqqımı ala bilmirəm?”,-deyə şikayətçi fəryad edir.

“Müraciətlərimin çəkisi 8 kiloqrama çatıb”

M.Qasımov diqqətə çatdırdı ki, Kənd Təsərrüfatı Nazirliyinin, icra məmurunun məsuliyyətsizliyi bu vəziyyəti yaradıb: “Onlar bu məsələyə 4 saylı Əmək Müfəttişliyindən mütəxəssis cəlb etdi, Əlif Baxşıyev adlı mütəxəssis gəldi. O, dəyərli mütəxəssisdir, ancaq o da götürdü Kənd Təsərrüfatı Nazirliyinə 562 manat pul yazdı. Təəssüf edirəm ki, o da məni başa düşmədi ki, mən qalan pulun davasını edirəm. Mən nə qədər huşumu-başımı itirmişəm ki, mənə ödəniləcək məbləği bimirəm. Azərbaycan qanunlarında idarə, müəssisə və yaxud təşkilatın rəhbərliyi vaxtında əməkhaqqı və digər ödənişləri ödəməyibsə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, hər gecikdirilən gün üçün 1% ödəməlidir. Əgər mənimlə işləmək istəmirdinsə, mənim tam pulumu ödəməli idin. Bu hakimin qərarında göstərilib ki, mənə ödəniləcək məbləğ tam ödənilməlidir . Bəs, yaxşı bunu kim ödəməlidir? Mənim müraciətlərimin çəkisi 8 kiloqrama çatıb, o yer qalmayıb ki, mən müraciət etməyim”.

“Bundan sonra da 19 il sürünməliyəm?!”

“Bu qədər müddət azmış kimi, Səbail Rayon Məhkəməsini hakimi Yelmar Rəhimov 12 mart 2018-ci ildə yenidən qərar çıxartdı və icraya yönəltdi. Mən Səbail Rayon İcra Şöbəsinin müdiri Anar Qocayevlə əlaqə saxladım, mənə deyir ki, qərarı almışam, amma hakim icra vərəqəsini göndərməyib. Gör, nə qədər qanuna əməl etmir. Bu adam başa düşmür, orada göstərilir ki, icra vərəqəsi verilib, icraya yönəltməlidir. Əgər gücü çatmırsa, özündən yuxarıya hansısa bir müraciət edib demir ki, Kənd Təsərrüfatı Nazirliyi özbaşınalıq, saxtakarlıq edir. Heç bir şey yoxdur. Nə qədər ki, Səbail rayon icra məmuru Toğrul Baxşəliyev orada çalışırsa, onlar Kənd Təsərrüfatı Nazirliyinə, Əmək Müfəttişliyinə sübuta yetirə bilməz ki, mənə iki illik əmkhaqı ödənilib. Ancaq qanun göz qarşısındadır, bunu heç kim poza bilməz. Mən özümdən heç nə uydurmuram. Dövlətdə hüquq-mühafizə orqanları fəaliyyət göstərirsə, dəqiq, obyektib araşdırma aparsınlar və obeyktiv də qərar qəbul etsinlər. hakimin verdiyi qərarı icra məmuru nəyə görə icra etməməlidir? Deməli, bu kiməsə arxayındır. Mən 19 ildir süründürməçiliyə məruz qalmışam. Bundan sonra da 19 il sürünməliyəm?!”,-deyə şikayətçi sual edir.
Hurriyyet.org

Heydər Əsədov nədən bu vətəndaşa borcu ödəmir?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru