Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                 

Şeyxin qudası tanınmış aviatorun bağ evini zəbt edib – sensasion təfərrüat
Tarix: 27-03-2018, 08:51 | Çap et
Şeyxin qudası tanınmış aviatorun bağ evini zəbt edib
Şeyxin qudası Qalib Salahzadə daha bir vətəndaşın mülkiyyət hüququnu qəsb edib, bağ evini özülünə qədər dağıdıb. Zərərçəkmiş Nurid Əliyevin sözlərindən belə aydın olur ki, Bakının Bilgəh qəsəbəsində konstitusiyasının mülkiyyət hüququnu təsbit edən maddəsi fəaliyyətini dayandırıb.

Nurid Əliyevin sözlərinə görə, bağ evi ona babası Nuriddin Məcid oğlu Əliyevdən qalıb. Nuriddin Əliyevə isə həmin bağ evini mərhum prezident Heydər Əliyev bağışlayıbmış: “Babam İkinci Dünya müharibəsinin iştirakçısı olub. Polkovnik, SSR-in əməkdar təyyarəçisi idi. Döyüşdə göstərdiyi cəsarət və qəhrəmanlığa görə ”Qırmızı Döyüş Bayrağı", “Qırmızı Ulduz” ordenləri ilə təltif olunub. “Lenin”, “Oktyabr inqilabı” ordenlərinin laureatı olub. Dəfələrlə Heydər Əliyev tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın Azərbaycan Mülki Aviasiya İdarəsinin rəisi olub. Bu torpağı babama xidmətlərinə görə ulu öndər verib. Babamdan atama, atamdan da mənə miras qalıb".

“Qalib Salahzadə dəfələrlə bizə maşınla su gətirərdi”

N.Əliyevin sözlərinə görə, onun bağ evini söküb özünün nənəsinin adına rəsmiləşdirən Qalib Salahzadə onların bağ evinə əvvəllər ara-sıra gəlib: “Atam sağ olanda Qalib Salahzadə dəfələrlə bizə maşınla su gətirərdi. O vaxt belə deyildi, Bakının hər tərəfində daimi su olmurdu, su problemi vardı. Belə gediş-gəlişlərində Qalib Salahzadə atamdan xahiş edirdi ki, ona yaxınlıqda torpaq sahəsi verilməsinə kömək etsin. Atam ona yaxınlıqda torpaq sahəsi verilməsinə kömək etdi. İllər keçdi, atam rəhmətə getdi. Bundan sonra mən bağa evimə az-az gedirdim. Qalib Salahzadə məni Bilgəhdə hər dəfə görəndə ”birdən bağı satmaq istəyərsən, adam ata mülkünü satmaz, bu torpaq sənə babandan qalıb, səndən də uşaqlarına qalacaq" deyirdi.

“Bilir ki, o bağı babama Heydər Əliyev verib”

N.Əliyevin sözlərinə görə, heç vaxt ağlına belə gətirməyib ki, nə vaxtsa Qalib Salahzadə onun bağ evini zəbt edər: “Qalib Salahzadə çox yaxşı bilir ki, bağ babamdan qalıb. Bilir ki, o bağı babama Heydər Əliyev verib. Onun bunları bildiyi halda bu cür qanunsuzluğa qol qoyacağını heç ağlıma belə gətirməzdim. 2012-ci ildə bağ qonşum Seymur Quliyev mənə zəng etdi. Dedi ki, bağ evinin hasarını Qalib Salahzadə söküb. İnanmadım. Dedim ki, bu mümkün olan şey deyil. Əraziyə gəlib hər şeyi aydınlaşdırana qədər də belə idi”.

“Qalib Salahzadə bizim bağ evlərini yerlə bir etdi”

N.Əliyev deyir ki, onun torpaq sahəsi ilə yanaşı qonşusu Seymur Quliyevin də bağ evi eyni qaydada zəbt olunub, qonşular birgə məhkəmələrdə mülkiyyət hüquqları uğrunda mübarizəyə qalxıblar: “Həmin günlərdə Qalib Salahzadə qonşum Seymur Quliyevin də bağ evini ələ keçirmək üçün hərəkətə keçmişdi. Bilgəh bələdiyyəsindən bir saxta sənəd ortaya atmışdı ki, guya Seymur Quliyevin bağ evi bələdiyyə torpağıdır, həmin torpağı da bələdiyyə onun gəlininə verib. Həmin sənədin saxta olduğu məhkəmədə təsdiqini tapdı.

Buna baxmayaraq, Qalib Salahzadə Seymur Quliyevin 3 mərtəbəli bağ evini darmadağın etdi. Bu gün də Seymur Quliyev özünün bağ torpaq sahəsinə gedə bilmir. Yola bir darvaza qoyublar və yolu, sadəcə, bağlayıblar. Seymur Quliyevin də, mənim də əlimizdə bağ torpaq sahələrinin mülkiyyətimizdə olmasını təsdiqləyən sənədlər var. Qalib Salahzadə Bilgəhdə özünü qanundan üstün sayır. Mənim barəmdə də 14-cü polis bölməsinə şikayət etmişdi. Bölməyə şikayətdə yazmışdılar ki, guya mən Kubra Mirəbdül qızı Camalovanın torpağını zəbt etmişəm. Bölmədən mənə zəng olundu. Araşdırdılar. Məlum oldu ki, Kubra Camalova Qalib Salahzadənin nənəsidir, illər əvvəl dünyasını dəyişib. Ölən nənəsinin adına saxta sənədlər düzəldiblər.

Buna baxmayaraq, sənədlərin saxtalaşdırılması məsələsini araşdıran olmadı. Bu saxtakarlıq ifşa olunandan sonra Bakı Şəhər İcra Hakimiyyəti ”İnşaatservisez" tikinti şirkətinə sərəncam verdi, bizim torpağı da həmin sərəncamla şirkətə ayrılan torpağa qatmışdılar. Dövlət Reyestr Xidmətindən mülkiyyətimizə olan torpağa çıxarış alınıb. Bundan sonra Qalib Salahzadə bizim bağ evlərini yerlə bir etdi. Mən qonşum Seymur Quliyevlə birlikdə vəkil tutub məhkəməyə müraciət etdik. Uzun sürən məhkəmələrdən sonra haqq yerini tutdu. Qalib Salahzadənin əməllərinə heç də təəccüblənmirəm. Onun necə adam olmasını ən azı bütün Bilgəh bilir.

Məni dəhşətə gətirən Hacıbala Abutalıbovun, Reyestr Xidməti rəhbərliyinin, hüquq- mühafizə orqanlarının hərəkətləridir. Qalib Salahzadə nə qədər qanunları ayaq altına atsa da, sonda o da bizim kimi vətəndaşdır. Dövlət məmurlarının dəstəyi olmasaydı, Qalib Salahzadənin bu cür əməlləri görməyə hünəri çatmazdı. Ona görə də üzümü ilk növbədə bu məmurlara tutub deyirəm - siz məmurlar, Hacıbala Abutalıbov, nə əsasla babamdan qalan, dövlətin verdiyi sənədlərlə mülkiyyətimizdə olan evimi başqalarının ixtiyarına verirsiniz? Vicdan, insanlıq qalsın bir tərəfə. Konstitusiya, qanunlar sizin üçün yazılmayıb? Mənimlə nə qərəziniz var? Sizi yüksək vəzifəyə mənim evimin sökülməsi üçün təyin ediblər? Çox arzulayıram ki, adını çəkdiyim şəxslər bu məqaləni oxuyub suallarıma cavab versinlər. Hər halda, nə vaxtsa cavab verəcəklər. Buna çox inanıram. Konstitusiyamız mülkiyyətin toxunmazlığına təminat verirsə, dövlət şəhadətnaməsi ilə üzərində mülkiyyət hüququm təsdiq edilmiş evimi hansı ixtiyarla söküb yerlə bir etmisiniz?"

Yada salaq ki, “Yeni Müsavat”ın 12 mart 2018-ci il tarixli sayında “Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb" (http://musavat.com/news/seyxin-qudasi-vetendasin-3-mertebeli-evini-dagidib-fotolar_511533.html http://musavat.com/news/seyxin-qudasi-vetendasin-3-mertebeli-evini-dagidib-fotolar_511533.html) sərlövhəli yazıda Nurid Əliyevin qonşusu Seymur Quliyevin bağ evinin zəbt olunmasından söhbət açılırdı.

Qarşı tərəfi də dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru