“Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                     İran öz səhvini necə düzəltdi? .....                     Əhməd Məmmədzadə azadlığa buraxıldı .....                     Elvin Məmmədzadəyə yeni vəzifə verildi .....                     Bakıda "lombard əməliyyatı" .....                     Adnan Əhmədzadənin şirkəti cərimələndi .....                     Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: .....                     Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                     Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı .....                     “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” .....                     Məsuliyyət əvəzinə teatr: .....                     “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır” .....                     Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib .....                     “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                     Əməkdar artist komaya düşüb .....                     Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi .....                     Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                 

"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
Tarix: 22-01-2013, 12:10 | Çap et
"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
ƏVƏZ ZEYNALLIDAN İLGİNC AÇIQLAMALAR

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı В«Bizim YolВ» qəzetinin suallarını cavablandırıb. O, həbs edilməsinin səbəblərini, burada Gülər Əhmədovanın rolunu açıqlayıb. Əvəz Zeynallı sabiq deputatın qəzetimizə verdiyi müsahibədə səsləndirdiyi ittihamlara da cavab verib. Baş redaktorla müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik.

- Əvəz bəy, sabiq deputat Gülər Əhmədova qəzetimizə müsahibəsində sonuncu məhkəmə proseslərində onun yüksək çinli məmurları qadınlarla təmin etməklə bağlı səsləndirdiyiniz ittihamı fantaziya adlandırıb. Söylədiklərinizi əsaslandıra bilərsənmi?

- Birincisi, mən bir ildir “dəmir barmaqlılar” arasındayam və heç bir fantaziyadan söhbət gedə bilməz. Çünki biz dəqiq və konkret hüquqi müddəalarla məhkəmədəyik, hər bir məsələnin də hüquqi izahı var. İkincisi, mənim Gülər Əhmədovaya qarşı ittihamım yalnız məmurları qadınlarla təmin etməklə bağlı olmayıb, onu həm də uşaq alverində ittiham etmişəm. Bəyan etmişəm ki, Gülər Əhmədova Azərbaycanın ən böyük uşaq alverçilərindən biridir. Bunu da “divarın küncünə” baxıb deməmişəm.

- Əlinizdə fakt varmı?

- Mən həbsdə olduğum zaman “Turan” İA-də uşaq alveriylə bağlı çox ciddi analitik yazılar gedib. Həmin məqalələri bir qədər təhlil edəndə aydın olur ki, illərdir Respublika Uşaq Təşkilatı hansı işlərlə məşğul olub?! Yeri gəlmişkən, Gülər Əhmədova ilə bizim ilk konflikt hələ 2002-03-cü illərdə bu qurumla bağlı olub.

- Nə yazmışdınız ki...?

- Biz Azərbaycanda uşaqların vəziyyətini araşdırmaq üçün ondan müsahibə almaq istəyirdik, ancaq sabiq YAP-çı deputat bizə təəccüblə reaksiya verdi və müsahibəyə də gəlmədi. Sonra münasibətlər normallaşanda da uşaqların vəziyyətilə bağlı suallarımızı cavablandırmadı. İndi mənim üçün bəzi məsələlər aydınlaşır ki, əslində, Gülər Əhmədova kim imiş!

- Kim imiş Gülər Əhmədova?

- Gülər Əhmədova Azərbaycan mafiyasının ən böyük qadınlarından biridir. O qədər ciddi ki, bunu mən indi həbsxanada bilirəm, yəni o, nə boyda mafiyanın üzvüdür. Ki, bir ölkənin hüquq-mühafizə orqanları bu qadını həbs edə bilmirlər. Təsəvvür edin ki, cinayətdə təqsirləndirilən şəxs qismində qadını ölkədən çıxarırlar, sonra həmin qadını Türkiyədə onun adamları qarşılayır və nəhayət, öldürür.

- Ancaq Gülər Əhmədova bütün bunları təkzib edir...

- Təkzib etməklə deyil ki! Birinci, prokurorluq Sevin Babayevanın Gülər Əhmədova tərəfindən ölkədən çıxarıldığını təsdiqlədi. İkinci, mərhumun oğlu mətbuata anasının Gülər Əhmədova tərəfindən zəhərləndirildiyini bəyan edir, o zaman mən Əvəz Zeynallını niyə 15 aydır həbsxanada saxlayırlar?! Əgər Əvəz Zeynallını bir “quru” ərizəylə həbsdə saxlaya bilirsinizsə, deməli, istənilən məsələlərə reaksiya vermək lazımdır. Birinci sualına qayıdaq, Əhmədovanın məmurları qadınlarla şantaj etməsi çox açıq məsələdir və onun da bunu gülüşlə qarşılaması mənə maraqlı gəldi. Axı bunu mən yox, Elnur Məcidli, yaxud Elşad Abdullayev dəfələrlə bəyan edib.

- Axı sübut etmək lazımdır...

- Yox, mənə cavab verən mafiyanın qadını onların cavabını verməli idi. Əgər Əvəz Zeynallı deyəndə qiymətə minirsə, mən çox şeyi sübut etmişəm. Vaxtilə söylədiklərim bir-bir sübut olunur, mən Gülər Əhmədova ilə Sevinc Babayevanın yanında olmalı, yaxud işıq yandırmalı deyiləm ki! Sevinc Babayevanı Azərbaycan cəmiyyətində çox əvvəllərdən tanıyırdıq, ötən ilin iyulun 2-də Gülər Əhmədova məhkəməyə gələndə o, da gəlmişdi. Hətta mənim üstümə hücum da etdi və prosesdə dəhşətli bir qalmaqal çıxartdı. Ondan kimliyini soruşanda cavab verdi ki, Gülərin pərəstişkarıdır və hakimiyyətyönlü jurnalistdir. Mənim məhkəməmdə elə hadisələr olub ki.... Sadəcə, mətbuat diqqətli olmayıb, bu faktdır ki, Sevinci ilk dəfə biz tanımışıq.

- Gülər Əhmədova Sizi insanların şəxsi həyatından yazmaqda ittiham edir. Onun söylədiklərini təkzib edə bilərsənmi?

- Həmin fikrindən iki abzas sonra Əhmədova deyir ki, Əvəz Zeynallı hüquqşünasdır, məsələlərə də o məntiqlə baxmalıdır. İndi təsəvvür edin, Elşad Abdullayev Gülər Əhmədova haqqında serial yayımlayır, bu seriallarda təsdiqlənir ki, o, deputat olarkən adamları qorxudaraq pul alır, söhbət milyonlardan gedir və bu pullar Ramiz Mehdiyevin kabinetində sayılır. Bütün bunları fakt hesab etməyən Gülər Əhmədova məni insanların şəxsi həyatı haqqında yazmaqda ittiham edir. Sual edirəm, kimlərin şəxsi həyatı barəsində yazmışam? Axı fantaziyayla danışmaq olmaz, özü də məni fantaziyayla danışmaqda ittiham edir. O hansı kişidir ki, mən onun qızı, arvadı haqqında yazmışam, “Xural” qəzetinin “podşivkası” ortadadır. Ciddi jurnalistikayla məşğul olanlar çox gözəl bilir ki, Əvəz Zeynallı hər şey edib, amma insanlara “qurşaqdan aşağı zərbə” vurmayıb. Yəni Əvəz Zeynallının etdiklərini bu gün də, sabah da çoxları edə bilməz. Elə mən də etdiklərimin çoxunu bundan sonra edə bilməyəcəm. Ancaq mən insanların həyat yoldaşına, qızına, ailəsinə heç bir zaman toxunmamışam. İllərdir bu barədə danışırlar və bunun mənbəyinin və səbəbinin haradan olduğunu da bilirəm.

- Hardandır?

- Gülər Əhmədovanı üzərimə göndərənlər həm də mənim qətlimi planlaşdıranlar olub. Mənim həbsimdən 19 gün sonra Əhmədova “Yeni Müsavat”a deyib ki, ailəsini qoruyub. Məhkəmədə də “oğul böyüdüb ki, gedib Əvəzi vurub öldürsün” sözlərini dedi. Sonradan bildik ki, Gülər Əhmədova ölümlərdə iştirak edib, mafiyanın qadınıdır, yəni ölüm bunlar üçün adi bir şeydir. Həbs olunmazdan əvvəl Redaktorlar Birliyinin toplantısında dedim ki, birimizi həbs edəcəklər, digərimizi isə öldürəcəklər. Həbsimdən bir neçə ay sonra çox hörmətli həmkarlarımdan biri vəkilim vasitəsilə “Əvəz kimi deyirdi, mənbə hardan idi, çünki onu həbs etdilər, Rafiq Tağını öldürdülər” sualını göndərdi. Ola bilərdi, yerimiz dəyişik olsun. Bu məqamı ona görə vurğuladım ki, onlar “Əvəz Zeynallı kiminsə ailəsinə toxunub deyə öldürüldü” deyə fikrini aşılayacaqdılar və istəklərini də bunun üstündə qurmuşdular. Sadəcə, o qədər qabiliyyətsiz və bacarıqsız bir iş quraşdırdılar. Əli Həsənovun qurduğu iş belə də olmalıydı. Təəssüf ki, bu gün Azərbaycanda ciddi jurnalistlər və qəzetlər peyda olub ki, onlar millətin maraqlarından çox Əli Həsənovu, Ramiz Mehdiyevi, Vüqar Səfərlini sevirlər. Qayıdıram məsələnin məğzinə, Gülər Əhmədova hələ yaşayır, Allah etsin ona bir şey olmasın. Bu ölkədə onun hələ çox məktubları olacaq, əgər yaşayacaqsa, həbsxanadan məktublar yazacaq.

- Bu fikri hansı arqumentlə əsaslandıra bilərsən?

- “Bizim Yol” qəzetində onun müsahibəsindən iki gün öncə məhkəmədə yaxınlarıma dedim ki, bu gün, sabah Gülər Əhmədovanın açıqlaması ola bilər, həyacanlanmayın.

- Bu, informasiya idi, yoxsa ehtimal?

- Mənim həbsxanada vaxtım çoxdur, vəziyyəti təhlil edirəm, analiz və məntiq hər şeyi göstərir. Məni Gülər Əhmədovanın əliylə həbs etdiriblər, indi də işin içindən çıxa bilmirlər. Hər şey Ramiz Mehdiyevin boynunda qalır, o da üzərindən atmaq üçün Əhmədovanı önə verib. Sabiq YAP-çı deputat isə hər şeydən çəkinir, bir balaca tənəffüs əldə edən kimi, düzdür, Əli Həsənovu istəyən qəzetlər ona sənin verdiyin sualları vermədilər, amma sən sual verdikdə, o, dərhal “Əvəz, vallah mənlik deyil, sən bilirsən axı məsələ kimlikdir” mesajını verdi. Bax, bu məhkəmə zalına gələn hər kəs də “axı sən bilirsən ki, niyə həbs olunmusan” deyir. Sabir Tarıverdiyev hakimə dedi ki, möhtərəm hakim, Əvəz Zeynallının yazılarını oxuyubsunuz, bunun yazdıqlarını oxuyanda adamın “ayaqları göydə qalır”. Bunlar hamısı yazılarıma görədir, həmin bu namus oyununu da ona görə oynamışdılar ki, məni nədəsə ittiham etsinlər. Amma “Xural”ın “podşivkası” ortalıqdadır, Azərbaycanın ən ciddi araşdırmaçı jurnalisti kimi arxivi verə bilərəm, buyur, araşdır. Həyatda mümkün olan şey deyil ki, mən insanların şəxsi həyatından yazım.

- Bəs səbəb nədir?

- Səbəbi özün sual edirsən ki, Gülər xanım, fakt göstərin, amma göstərə bilmir. Yaxud audio yazını sual edirsən, cavab verir ki, tapmayıblar, lap yaxşı, azad etsinlər də. Bu qədər cahillik olarmı? Halbuki, sübut adlandırıb məhkəməyə təqdim etdiyi audio yazıda Gülər Əhmədovanın kabluklarının səsi var, tık-tık-tık, vəssalam! Məntiq var, ciddi bir şeyin olduğunu deyirdisə, hanı, axı gizli çəkilişləri özləri edirlər. Halbuki, Azərbaycanda gizli çəkilişləri, səs yazılarını jurnalistlər etməlidir, çünki bu bizim peşədir, ancaq əksinə proses baş verir, bu işi bizə qadağalar qoyanlar həyata keçirir. Son səs yazılarında, video-roliklərdə medianın rolu yoxdur, sən demə, Azərbaycanda heç jurnalistika yox imiş ki. Gülər Əhmədova bütünlüklə şər danışır, onun oğlu, rəfiqləri Rüxsarə Axundova, Tənzilə Rüstəmxanlı, işçisi Zaur Mirzə məhkəməyə gəldilər. Rüxsarə Axundovaya sonradan vəzifə verdilər. Bu adamlar heç nə bilmədiklərini, yazıdan, anonsdan xəbərləri olmadıqlarını dedilər. Əhmədova müsahibəsində anons verildiyini söyləyir, ancaq heç anons da yoxdur. Bir yazı olub, o da Əhmədovanın qəzetin işçilərinə qanorar verə bilməməsi barədəydi və düz də çıxdı, qəzeti bağlandı.

- Müsahibəsində Əhmədova dəfələrlə Sizi həbs etdirmədiyini bildirir, bu fikirlərə cavabınız...?

- Cinayət işi 4 cilddən ibarətdir, surətini verə bilərəm. Birinci məhkəmə qərarını Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 maddələrinə əsasən qəbul edib. Qərarda görün nə yazılıb: “2011-ci ilin iyul ayının sonu, avqustun əvvəllərində Əvəz Zeynallı onda Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, bu materialların çap olunacağını bildirməklə deputata hədə-qorxu tətbiq edib, materialların çapının dayandırılacağı müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəmişdir”. Təsəvvür edirsinizmi, istəmişdir sözü yazılıb, bu, nə biabırçılıqdır?! Bir ildir proses gedir, ancaq heç nə tapa bilmirlər, məhkəmə, prokuror tıxanıb. İndi Əhmədovanın sən Natiq Cavadlıya verdiyi müsahibəsinin tərcüməsi budur: “Əvəz Zeynallını mən tutdurmamışam!”. Düz deyir, məni Ramiz Mehdiyev tutdurub. Bir ildir mənim Gülər Əhmədovadan istədiyim bu idi. Neçə vaxtdır məhkəmədə bəyan edirəm ki, Gülər Əhmədova Mehdiyevin deputatıdır, parlament də onundur və onun tapşırığıyla həbs edilmişəm. Ancaq Əhmədova sonda qalxıb dedi ki, Əvəz Zeynallı səni mən həbs etdirməmişəm, səni Mehdiyev tutdurub. Vaxt gələcək bunları da deyəcək, fərqi yoxdur həbsxanadan yazsın, yaxud başqa bir formada.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru